aymda İsveçrə bu hadisəni pisləmişdir. Odur ki, Sovet
nümayəndələri də İsveçrəyə gəlmişlər. Bütün bu kimi gərginliklə
və müharibə qorxusu ilə bağlı olaraq Fransanın xarici işlər Naziri
A.Briam Amerika xalqına təklif göndərmişdir. O, göstərirdi İd,
hər iki ölkə müharibəni pisləmək barədə bəyannamə hazırlasın. 9
aydan sonra Amerikamn dövlət katibi F.Kelloq ona məktub
yazaraq bildirmişdir ki, ancaq bəyannamə ilə kifayətlənmək
olmaz, digər təkliflər də hazırlansın və böyük dövlətlər də bu
təkliflərə qoşularaq öz razılıqlarını bildirsinlər.
1928-ci il aprel ayının 13-də Kelloq öz layihəsini
məktubla İngiltərə, Almaniya, İtaliya və Yaponiyanın xarici işlər
nazirlərinə göndərmişdir ki, müzakirə etsinlər. Bu iş «Brianın
başının üstündən» olduğu üçün fransızların o qədər də xoşuna
gəlməmişdi. Lakin Fransa da bu layihə ilə razılaşmalı olmuşdur.
1928-ci il avqust ayının 27-nə 15 dövlət bu layihəyə imza
etmişdir. Həmin ilin sentyabr aymda SSRİ xarici işlər Naziri
M.M.Litvinov da Fransa səfiri vasitəsi ilə bu beynəlxalq
müqaviləyə qoşulduğunu bildirdi. Sonra Polşa, Rumıniya,
Estoniya, Latviya, Litva, Türkiyə, İran da bu layihəyə
qoşulduqlarmı bildirmişlər. Beləliklə, 1927-1928-ci illərdəki
beynəlxalq hadisələrin inkişafı göstərirdi ki, sülhün saxlanılması
və normal münasibətlər yaradılması ancaq böyük dövlətlərin
sağlam əməkdaşlığı şəraitində mümkün ola bilər.
Dünya iqtisadi böhranı
illərində
beynəlxalq
vəziyyət
1920-1930-cu illərdə dünya miqyasında iqtisadi böhran
baş verirdi. İlk əvvəl böhran vəziyyəti 1929-cu ildə ABŞ-ın
birjalarında özünü göstərmişdir. Sonra böhran vəziyyəti Avropaya
keçərək bütün sənaye ölkələrini bürümüşdü. Böhranın ilk illərində
sənaye istehsalının həcmi kəskin surətdə azalmışdır. Sonra ticarət
azalmışdır. Bu isə maliyyə iflasına səbəb olmuşdur. Böhran
ABŞ-ın bütün iqtisadiyyatını bürümüşdü.
278
«Paris yığıncağın»da bir çox digər qərarlar da qəbul
etmişdir. Belə ki , cərimə komissiyası ləğv edilmişdir, dəmir yolu
və müəssisələr üzərindəki nəzarət götürülmüşdür. Reyn
zonasındakı ordunun çıxarılması məsələsi də həll edilmişdir.
«Yunq planı» 1930-cu ilin iyun ayında qüvvəyə minmişdir. Bir
ildən sonra Almaniya ABŞ-a müraciət edərək (cəriməni ödəmək
üçün) yardım istəmişdir. Amerika bankirləri yardım etməyə çox
ehtiyatla yanaşırdılar. ABŞ-ın prezidenti Q.Quver hərbi cərimənin
ödənilməsi və hərbi borc barədə moratorium keçirilməsini təklif
etmişdir. Bu Fransa üçün ildə 2 mlrd frank itki demək idi. Buna
baxmayaraq cərimələrin ödənilməsi üzrə ardıcıl olaraq müəyyən
dəyişikliklər həyata keçirilirdi. 1931-ci ilin ortalarında ABŞ-m
prezidenti Q.Quver cərimə ödəmələrini bir illiyə dayandırmağı
təklif etmişdir. Bir ildən sonra isə 1932- ci ilin iyun ayında
«Lozann konfrans»mda hərbi cərimənin ödənilməsi ləğv
edilmişdir.
Bankirlər və sənayeçilər öz iqtisadi və maliyyə
vəziyyətlərini hesablamaqda olarkən siyasi və diplomatik
dairələrdə pan avropa yaratmaq layihəsi meydana gəlmişdi.
1930-cu il may ayının 17-də Fransanın xarici işlər naziri A.Brian
Avropamn 27 dövlətinə təkliflə müraciət etmişdir. O, Avropa
Federal ittifaqı yaratmağı təklif edirdi. O, göstərirdi ki, bu
dövlətlərarası birlik iki orqana malik olacaqdır.
Biri Avropa Komissiyası kimi fəaliyyət göstərəcək. Biri
isə icra orqanından ibarət Avropa Komitəsi olacaqdır. Burada ilk
əvvəl Fransa öz mövqeyini artırmağa səy göstərirdi. Bu layihə
Avropada və Millətlər Birliyində İngiltərənin təsir dairəsinin
azaldılmasına yönəldilmişdir. İkinci tərəfdən isə Fransanın
pan-avropa planı Sovetlər əleyhinə yönəldilmiş bir layihə idi.
Lakin Fransamn layihəsi kağız üzərində qaldı. İngiltərə,
Almaniya, İtaliya onun əleyhinə çıxdılar.
Həmin dövrdə ikinci bir
plan meydana çıxdı. İki dövlətin birləşməsi planı. 19 mart 1931-ci
ildə Avstriya ilə Almaniya arasında «Gömrük ittifaqı yaradılması
barədə» müqavilə bağlandı. Bu
280