E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə88/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   84   85   86   87   88   89   90   91   ...   106

xəbər  avropada  və  xüsusilə  Fransada  çox  narahatlıq  yaratdı 
(«Versal sülh müqaviləsi»nin şərtlərinə görə hər hansı iki dövlətin 
birləşməsi qadağan idi). Odur ki, Fransa Almaniya ilə Avstriyanın 
birləşməsi məsələsini Beynəlxalq Məhkəməyə verməli olmuşdur. 
Daimi  Beynəlxalq  Tribunal  Avtsriyanın  əvvəlcə 
götürdüyü öhtəliklə bu birliyin bir araya sığmaması barədə qərar 
qəbul  etmişdir.  Vəziyyəti  belə  görən  Almaniya  və  Avstriya 
Gömrük İttifaqı yaratmaq planından imtina etmişlər. 
Silahlanma  uğranda  bəhsləşmə.  «Vaşinqton  kon- 
fransın»da  (12.11.1921)  bəzi  hərbi  gəmilərin  istehsalı  qadağan 
edilmişdir. Odur ki, başqa növ gəmi quruculuğu uğrunda mübarizə 
gedirdi. İngiltərə başqa ölkələrə məxsus olan bütün növ gəmilərin 
yaradılması  ilə  məhdudlaşırdı.  İngiltərə  «Va-  şinqton 
müqaviləsi»ni imza edən beş dövlətin konfransını çağırmağı təklif 
etmişdi.  Konfransın  işi 1930-cu  ildə  yanvar  ayının  21-dən  aprel 
ayının 22-dək Londonda apanimışdır. Bəzi fikir müxtəlifliyi olsa 
da  hər  halda  müəyyən  hərbiləşmə  işinin  azaldılması  barədə 
«Vaşinqton  razılaşma»larını  tamamlaya  bilən  qərar  qəbul 
edilmişdir.  Üç  böyük  ölkədə  hərbi  gəmilərin  müəyyən  məhdud 
tonnajda olması dəqiqləşdirilmişdi. 
Sürətli  böyük  hərbi  gəmilərin  (kreyserlərin)  ümumi 
tonnajı:  İngiltərədə  339  min  ton,  ABŞ-da  323  min  ton, 
Yaponiyada  209  min  ton  qəbul  edilmişdir.  Hər  üç  dövlət  üçün 
sualtı qayıqların ümumi tonnajı 52,7 min ton müəyən edilmişdi. 
Tərksilah haqqında aCenevrə konfransım. Demək olar ki, 
bütün  dövlətlərin  iqtisadiyyatı  çox  kəskin  vəziyyətə  düşmüşdü. 
Almaniyaya  kəsilmiş  hərbi  cərimənin  ödənilmə  müddətinin 
uzadılması  da  kredit  böhranının  dayandırılmasına  kömək  edə 
bilmirdi.  İngiltərə  bankları  kapitalın  azalmasının  və  qızıl 
ehtiyyatınm  tükənməsinin  qarşısını  ala  bilmirdilər.  Odur  ki, 
İngiltərə  hökuməti  21  sentyabr  1931-ci  ildə  qızıl  standartını 
dəyişməli  olmuşdur.  Avropanın  başqa  dövlətləri  də  qızıl 
standartını dəyişmişlər. Avropada fundsterlinqin əvəzinə ABŞ 
281 


dolları  artırdı.  Bir  ayın  ərzində  Avropaya  dollar  axını  330 
mln.dollar təşkil etmişdir. 
İqtisadi  böhran  Avropanı  siyasi  böhrana  gətirərək 
dövlətlərarası  münasibətləri  daha  da  kəskinləşdirirdi.  Odur  ki, 
uzun müddətli hazırlıq işləri apanidıqdan sonra 1932-ci il fevral 
ayının  2-də  tərksilah  barədə  Cenevrədə  beynəlxalq  konfrans 
açılmışdır. Konfransa 12 dövlətdən nümayəndə gəlmişdir. Sovet 
hökumətindən olan nümayəndələr tərksilah barədə çox hərtərəfli 
hazırlanmış  layihə  təqdim  etmişlər.  Əlbəttə,  başqa  layihələr  də 
vardır. 
Fransa  öz  layihəsində  yenə  də  «Versal  müqaviləsi»nin 
qərarlarına  əsaslanmağı  tövsiyə  edirdi.  İngiltərə  öz  layihəsində 
sualtı  qayıqlann  ləğv  edilməsini  və  ordunun  məhdudlaşdınl- 
masını təklif edirdi. Almaniya öz hərbi qüvvələrinin başqa böyük 
dövlətlərlə  bərabərləşməsi  barədə  məsələ  qaldırırdı.  ABŞ  və 
İngiltərə  Almaniyanın  layihəsini  dəstəkləyirdi.  Bununla  da 
Fransaya və xüsusilə SSRİ-yə qarşı güclü dövlətin yaranması işi 
öz həllini tapmış olurdu. 
Konfransın birinci sessiyası 23 iyul 1932-ci ildə öz işini 
qurtarmışdır. Lakin bu sessiyada heç bir qərar qəbul edilməmişdir. 
Həmin  ilin  dekabr  ayında  Cenevrədə  beş  dövlətin  yığıncağı 
olmuşdur:  İngiltərə,  Fransa,  ABŞ,  İtaliya  və  Almaniya.  Burada 
başqa  dövlətlərlə  birlikdə  Almaniyaya  da  öz  təhlükəsizliyini 
təmin etməkdə bərabər hüquq verilmişdir. 1918-ci ildən sonra ilk 
dəfə idi ki, Almaniyaya belə bərabərlik qeyd edilmişdir. Bununla 
da alman hərbi potensialının bərpasına imkan yaranmışdır. 
Sovet-Fransa  münasibəthri.  Yuxarıdakı  paraqraflarda 
olan  açıqlamalardan  aydın  görünür  ki,  ABŞ-ın  və  İngiltərənin 
təsiri  altında  Fransanın  mövqeyi  aşağı  düşürdü.  Almaniyanın 
mövqeyi isə nisbətən artırdı. Ona görə də Fransada Sovet İttifaqı 
ilə  ticarət  əlaqələrini  artırma  meyli  güclənirdi.  1930-cu  illərin 
axırlannda  Fransanın  təşəbbüsü  ilə  Fransa  ilə  Sovet  İttifaqı 
arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı barədə 
282 


danışıqlar  artmış  və  eyni  zamanda  bir-birinə  hücum  etməmək 
barədə müqavilə bağlanması üzrə danışıqlar aparılmışdır. Əlbəttə, 
bu  danışıqları  istəməyən  mürtəce  qüvvələr  də  az  deyildi.  Bu 
danışıqları 
pozmağa 
çalışırdılar. 
May 
ayının 
6-da 
ağqvardiyaçılardan  biri  Fransanın  prezidenti  P.Dumeranı 
öldürmüşdür.  Fremsada  parlamentə  seçkiqabağı  baş  verən  bu 
hadisə  münasibətləri  tamam  poza  bilərdi.  Lakin  seçkilərdə  sol 
blok qalib gəlmişdi. Beş-altı aydan sonra 1932-ci il noyabr ayımn 
29-da  hücum  etməmək  barədə  Sovet  -  Fransa  müqaviləsi 
imzalandı. Hər iki ölkə bir-birinin daxili işinə qanşmamaq barədə 
öhtəçiliyə  də  imza  atmışlar.  Buradan  da  SSRİ-nin  təcrid  olması 
cəhdinə də son qoyulurdu. 
283 


XXII
 
Fəsil. 
UZAQ ŞƏRQDƏ VƏ AVROPADA İKİ 
MÜHARİBƏ OCAĞININ YAIU^DILMASI VƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
1932-ci  ilə  iqtisadi  böhran  ən  yüksək  həddə  çatmışdı. 
Birinci  Dünya  Müharibəsi  ərəfəsində  olduğu  kimi  yenə  təsir 
dairəsinin bölüşdürülməsi, xammal mənbələri üstündə mübarizə, 
satış bazarları uğrunda mübarizə məsələləri qaldırılırdı. Yenə də 
müharibə barədə fikirlər gəzirdi. Birinci Dünya  Müharibəsindən 
sonra məğlub olmuş dövlətlər özlərini bölüşdürülmüş hesab edir 
və iddialannı bildiridilər. 
1931-ci  ilin  payızında  belə  bir  ilk  addım  Yaponiya 
tərəfindən atılmışdır. 
Yaponiyanın  işğalçılıq  siyasəti.  1927-ci  ilin  yayında 
Yaponiyanın  hərbi  və  mülkİ  məmur  nümayəndələrinin  məxfi 
konfransı keçirilmişdir. Konfransa general Tanaka sədrlik edirdi. 
Konfransda  Yaponiyanın  Çinə  qarşı  siyasəti  barədə  sənəd 
ha;^ırlanmışdı.  Bu  sənəd  «Tanakanın  memorandumu» 
adlanırdı.  Sənəd  «Mançuriya  və  Monqolustanda  pozitiv 
siyasətin əsaslan» adı ilə imperatora göndərilmiş, 1929-cu ildə isə 
Çində  dərc  etdirilmişdir.  Bu  sənədin  əsas  məqsədi  Çinin 
birləşməsinə  imkan  verməmək  və  onu  müstəqillikdən  məhrum 
etməkdən  ibarət  idi.  Sənəddə  Çinin  Şimal  şərq  əyalətlərini  və 
Monqolustanı  işğal  etmək,  bunlardan  müharibə  meydanı  kimi 
istifadə  edərək  Çinin  və  Asiyanın  digər  dövlətlərini  də  ələ 
keçirmək planı öz əksini tapmışdır. 
O vaxtlar Yaponiya iqtisadiyyatı sürətlə inkişaf etdirilirdi. 
Odur  ki,  xarici  bazarı  genişləndirməyə  çalışırdı.  Yaponiyanın 
hərbi  dairələri  bilirdi  ki,  bu  kimi  planları  həyata  keçirmək  üçün 
ancaq  Rusiya  ilə  deyil,  ABŞ  ilə  də  qarşılaşmalı  olacaqdır.  ABŞ 
Çinə olan xarici əlaqələri, ticarəti, təsir dairəsini genişləndirirdi. 
284 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə