E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə91/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

XXIII
 
Fəsil. 
HİTLER ALMANİYASI İTTİFAQININ 
GENİŞLƏNMƏSİ SSRİ-NİN XARİCİ 
SİYASƏTİNİN FƏALLAŞMASI 
1935-ci  illərdə  beynəlxalq  gərginlik  daha  da  artmaqda 
davam  edirdi.  Almaniya  və  İtaliya  açıq-aşkar  müharibəyə 
hazırlaşırdılar.  Almaniyanın  bütün  hərəkətləri  «Versal  sülh 
müqaviləsi»nin  əksinə  idi.  1935-ci  ildə  ümumi  hərbi  hazırlıq 
keçirilmişdir.  «Versal  sülh  müqaviləsi»ndə  nəzərdə  tutulan  7 
diviziya  əvəzinə  36  diviziya  formalaşdırılmışdır.  Bütün  Alman 
təbliğatı ölkədə hərbi vəziyyət yaradılmasına qulluq edirdi. 
İtaliyanın 
Həbəşistana 
qarşı 
təcavüzü. 
İtaliya 
hökumətinin başçısı Mussolini Benito (1883-1945) çoxdan Şərqi 
Afrikada torpaq ələ keçirmək həvəsində idi. O, Eritreyanı Somali 
ilə birləşdirmək və Həbəşistanı da oraya daxil edərək böyük bir 
müstəmləkə  yaratmağı  planlaşdmrdı.  Elə  bu  məqsədlə  də  hələ 
1934-cü ilin axırlannda Eritreyaya ordu və hərbi yük göndərmişdi. 
O, öz planlarını həyata keçirmək üçün 1935-ci ilin yanvar ayında 
Fransanın  xarici  işlər  Naziri  Lavalı  Romaya  dəvət  etmiş  və 
Afrikada Fransa-İtaliya sərhədlərini müəyyənləşdirmişlər. 
Nəticədə  öz  planını  həyata  keçirmək  üçün  əlverişli 
müharibə  meydanı  əldə  etmişdir.  Laval  ilə  Mussolini  «Dunay 
paktı» bağlamaq barədə də razılığa gəlmişlər. 
Mussolini  «Həbəşistan  məsələsi» barədə  İngiltərə ilə də 
söhbətlər apanrdı. İngiltərə İtaliyanın Şimali Afrikaya (Hindistana 
tərəf) tərəf getməsindən ehtiyatlanırdı. 
İngiltərə  və  İtaliya  bu  məsələnin  müzakirəsinə  sonra 
qayıtmışlar.  Millətlər  Birliyi  işi  üzrə  İngiltərənin  naziri  A.İden 
Romaya  gəlmiş  və  Həbəşistanın  Oqaden  əyalətinin  bir  hissəsini 
İtaliyaya  verməyi  təklif  etmişdir.  İtaliya  isə  bütün  Həbəşistanı 
tutmağı planlaşdmrdı. Beləliklə, 3 oktyabr 1935-ci ildə İtaliya elan 
etmədən Həbəşistana daxil olmuş və onu işğal etmişdir. 
291 


Həbəşistan Millətlər Birliyinə müraciət etmişdir. Millətlər Birliyi 
Şurası İtaliyanı işğalçı kimi tanımışdır. Sonra İtaliyaya təsir etmək 
məqsədilə  ona  borc  verməmək,  silah  ixrac  etməmək,  İtaliya 
məhsulları idxalını dayandırmaq, neft və neft 
m.əhsulla:rı ixracını dayandırmaq kimi ciddi təkliflər verilmişdir. 
Bütün  bunlara  baxmayaraq  İtaliya  ordusu  hücumu  davam 
etdirirdi.  5  may  1936-cı  ildə  Həbəşistanın  paytaxtı  Əddis- 
Əbəbəni  tutaraq  Mussolini  öz  dekreti  ilə  Həbəşistam  İtaliyaya 
birləşdirmişdir.  Onu  da  qeyd  etməliyik  ki,  güclü  dövlətlər  olan 
ABŞ, İngiltərə və Fransa Həbəşistana heç bir yardım etməmişlər. 
Almaniyada  silahlanmanın  artması.  Kənar  dövlətlərin 
etimadsızlığını  görən  Almaniya  güclü  ordu  və  donanma 
yaratmaqda davam  edirdi  (Heç təsadüfi deyildir  ki,  1946-cı  ildə 
keçirilən  «Nyunberq  prosesi»ndə  Faşist  Almaniyasının 
iqtisadiyyat  Naziri  A.Şaxt  qeyd  edirdi  ki,  Almaniya  nə  edirdisə 
başqa dövlətlər tərəfindən heç bir maneəçilik yox idi). 
13 yanvar 1935-ci ildə Saar şəhərində ümumxalq sorğusu 
keçirilmişdir.  Bu  sorğuda  539  min  adam  iştirak  etmişdir. 
Bunlardan  477  min  nəfəri  Saann  Almaniyaya  birləşməsinə  səs 
vermişlər. Həmin sorğuqabağı Fransanın xarici işlər Naziri Laval 
bəyanat vermişdir ki, Fransa üçün Saar o qədər də əhəmiyyət kəsb 
etmir. 
16  mart  1935-ci  ildə  Almaniya  «Versal  sülh  müqavi- 
ləsi»nin  hərbi  sahədə  olan  maddələrindən  imtina  etdiyini 
bildirmişdi. Odur ki, artıq İngiltərə də öz hərbi xərclərini aıtırmağa 
başlamışdı. 
İngiltərənin hər hansı bir yanaşmasına məhəl qoymadan 
Almaniya  birbaşa  bəyan  edirdi  ki,  o,  «Versal  Sülh  müqavi- 
ləsi»nin şərtləri ilə hesablaşmır. Bu kimi müəyyən yazışmalardan 
sonra  İngiltərə  və  Almaniya  sakitləşmişlər.  Almanların  bütün 
hərəkətləri  Fransa  əleyhinə  yönəldilmişdir.  Belə  olduqda Fransa 
hökuməti də gənclərin 21 yaşdan deyil 20 yaşından 
292 


orduya çağrılması barədə qanun layihəsi hazırlayaraq parlamentin 
təsdiqinə vermişdi. 
Almaniyada  hərbi  aviasiya  yaradılması  barədə  də 
məlumat nəşr edilmişdir. Bu məsələ barədə də İngiltərə və Fransa, 
demək  olar  ki,  susmuşdular.  Almaniyada  ümumbəşəri  hazırlığa 
keçilməsi  barədə  dekret  də  verilmişdir.  Ancaq  bundan  sonra 
London və Paris «Versal müqaviləsi»nin şərtlərinin pozulmasına 
qarşı qəti etirazlarını bildirmişlər. Qeyd etməliyik ki, Almaniyada 
silahlanmanın  artması  barədəki  xəbərlərə  ABŞ-  a  məhəl 
qoymamışdır. 
18  iyun  1935-ci  ildə  Londonda  A.Hitlerin  xüsusi 
səlahiyyətli  nümayəndəsi  Ribbentrop  və  İngiltərənin  xarici  işlər 
Naziri  S.  Xor  «Dəniz  müqavnəsi»ni  imzalamışlar.  İngiltərə 
«Versal sülh müqaviləsi»nin bəzi maddələrinin ləğv edilməsi ilə 
razılaşdığını  bildirmişdir  (burada  Almaniyanın  dəniz  ordusu 
nəzərədə tutulur). Beləliklə, İngiltərə ilə Fransanın susaraq razılıq 
bildirməsi nəticəsində Almaniyanın hərbi qüvvələri (gücü) nəinki 
onlarla  bərabərləşmiş,  hətta  onların  birlikdə  hər  ikisini  ötüb 
keçmişdir. 
«Kollektiv təhlükəsizlik sistemi» yaradılması cəhdi. 
Hər bir tərəfdən çox təhlükəli xəbərlər gəldiyi bir şəraitdə London 
və  Parisin  əksinə  olaraq  Sovet  İttifaqı  özünün  xarici  siyasi 
fəaliyyətini  daha  da  artırırdı.  1935-ci  ilin  yanvar  ayında  Sovet 
hökuməti Millətlər Birliyi Şurasına müraciət edərək bildirirdi ki, 
bu  beynəlxalq  təşkilatın  üzvləri  təcavüzkarlığa  qarşı  öz 
qüvvələrini birləşdirməlidirlər. 
Elə həmin vaxtlar Hitleri dayandırmaq üçün real imkanlar 
vardı.  Təcavüz  harada  yaranırsa,  orada  mübarizə  aparılmalıdır. 
Lakin  Millətlər  Birliyi  Həbəşistanın  (Abissinin)  İtaliyaya 
birləşdirilməsi  barədəki  hərəkətini  dayandırmadığı  üçün  İtaliya 
təcavüzkarlığı reallaşdıra bilmişdir. 
Almaniya 
«Versal 
sülh 
müqaviləsi»nin 
hərbi 
bəndlərindən imtina etdikdən sonra Sovet İttifaqı ümumi bir fikir 
yaratmaq məqsədilə İngiltərədən (sonralar Baş Nazir olmuş) 
293 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə