E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə94/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

Çexoslovakiya  rəhbərliyi  xahiş  edirdi  ki,  1925-ci  ildə 
imzalanmış  Alman  -  Çexoslovakiya  müqaviləsinə  arbitrajda 
baxılsın.  Bunun  müqabilində  İngiltərə  Çexoslovakiyaya  daha 
ciddi  məktub  göndərmişdir.  Bense  məcbur  qalıb  bu  təkliflə 
razılaşmalı olmuşdur. Sovet İttifaqı isə təkid edərək göstərirdi ki, 
o müqaviləyə uyğun olaraq Çexoslovakiyaya köməklik edəcəkdir. 
Beləliklə,  Çexoslovakiya  xalqı  mübarizəyə  qalxmalı  olmuşdur. 
İkinci dəfə Çemberlen Hitler ilə görüşdükdə Hitler ona yeni planı 
barədə məlumat vermişdir. Çexoslovakiya Macarıstanla Polşanın 
ərazi iddialarını təmin etməlidir. 
Hitlerin  bütün  iddiaları  ilə  Çemberlenin  razılaşması 
İngiltərə  ictimaiyyəti  tərəfindən  o  qədər  də  yaxşı  qarşılanmırdı. 
Müəyyən danışıqlardan sonra dörd dövlətin - Almaniya, Böyük 
Britaniya,  Fransa  və  İtaliyanın  konfransının çağrılması  qərara 
alındı. 
«Münhen  sazişi»  (sövdələşməsi).  29  sentyabr  1938-ci 
ildə  Münhendə  Çemberlen  (İngiltərə),  Daladye  (Fransa), 
Mussolini (İtaliya) və Hitler (Almaniya) arasında görüş olmuşdur. 
Əlbəttə, buna konfrans da demək olmazdı. Çox qısa danışıqdan və 
Hitlerin  çıxışından  sonra  çox  qeyri-münasib  bir  sənəd 
hazırlamışlar.  Bu  razılıq  sənədinə  əsasən  Çexoslovakiyanın 
ərazisinin 20%-i Almaniyaya verilmişdir. Sentyabr ayının 30-da 
Münhendə  Almaniya  ilə  Böyük  Britaniya  arasında  hücum 
etməmək barədə bəyannamə imzalanmışdır. Bir müddətdən sonra 
Almaniya  ilə  Fransa  arasında  da  belə  müqavilə  imzalanmışdır. 
Beləliklə, kim hesab edirdi ki, «Münhen müqaviləsi)) sülhü azad 
edəcəkdir, o yanılırdı. 30 sentyabr 1938-ci ildə müharibə reallığa 
çevrilirdi. O ki qaldı Sovet İttifaqının köməkliyi məsələsinə, bu da 
baş  tutmamışdır.  Əvvəla,  Polşa  və  Rumıniya  öz  ərazilərindən 
Sovet  ordusunun  keçməsinə  razılıq  verməmişlər.  İkincisi  isə 
Çexoslovakiya hökuməti köməklik üçün Sovet İttifaqına rəsmən 
müraciət etməli idi. Lakin Çexoslovakiya bundan imtina etmişdir. 
Beləliklə, Münhen Avropadakı hadisələrin başlanğıcı oldu. 
300 


XXIV
 
Fəsil. 
BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İLLƏRİNDƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ SSRİ-nin 
XARİCİ SİYASƏTİ 
22  iyun  1941-ci  ildə  Alman  ordusu  Sovet  İttifaqının 
sərhədlərinə  yaxınlaşmışdı.  Burada  Almaniya  ilə  yanaşı  İtaliya, 
Macarıstan, Rumıniya və Finlandiya da iştirak edirdilər. 
Böyük Britaniya və ABŞ-ın mövqeyi. Əvvəllər olduğu 
kimi  yenə  də  İngiltərənin  mövqeyi  Hitleri  çox  maraqlandırırdı. 
Məlumdur  ki,  birinci  dünya  müharibəsi  ərəfəsində  II  Vilhelimi 
maraqlandıran  o  idi  ki,  İngiltərə  Fransa  ilə  Rusiyanın  tərəfində 
olacaq və yaxud neytralmı qalacaq? Bütün bunları aydınlaşdırmaq 
məqsədilə  Almaniyanın  İngiltərədəki  səfiri  Lixnevskiy 
Britaniyanın xarici işlər naziri E. Qrey ilə kifayət qədər danışıqlar 
aparmışdır.  Lakin  E.  Qrey  öz  dövlətinin  mövqeyi  barədə  əsl 
həqiqəti  gizlətmişdir.  Ancaq  müharibənin  başlanması  artıq 
reallığa çevrildikdə bildirmişlər ki, İngiltərə nejdral olmayacaqdır. 
Almaniya  artıq  ikinci  dünya  müharibəsinin  başlanğıcım 
qoymuşdur.  Hitler  ümid  edirdi  ki,  İngiltərə  neytral  qalacaqdır. 
Müharibədən bir ay əwəl- may ayının 10- da Hitler öz partiyasının 
müavini Q.Qessi xəlvəti olaraq İngiltərəyə göndərmişdi (o hərbi 
təyyarədə uçaraq paraşütlə Şotlandiyaya düşmüşdü). Aydındır ki, 
danışıqlar məxfi aparılmışdır (onların mətni dərc edilməmişdir). 
Qess  müəyyən  adamların  köməkliyi  ilə  İngiltərənin  hökumət 
başçısı  ilə  görüşmüş  və  İngiltərə  ilə  müqavilə  bağlayaraq  Sovet 
İttifaqına qarşı müharibədə iştirakını təklif etmişdir. Aydındır ki, 
İngiltərə  Sovet  İttifaqına  qarşı  vuruşmaqdan  imtina  etmişdir. 
Lakin danışıqların məzmunu da məlum deyil, çünki, İngiltərə öz 
fikrini  aydın  və  konkret  desə  idi  yəqinki  Almaniya  müharibəni 
başlamağa  tələsməzdi.  Hər  halda  İngiltərə  necə  deımşmışsa 
Almaniyanı  özündən  uzaqlaşdırmış  və  SSRİ  ilə  müharibəyə 
yuvarlamışdı. 
301 


Aydındır  ki,  Almaniyanın  Sovet  İttifaqına  qarşı 
müharibəyə  başlaması  bütün  dünyada  və  o  cümlədən  Avropada 
əks-  səda  oyatmışdır.  Böyük  dövlətlərin  əksəriyyətində  faşizm 
əleyhinə mitinqlər keçirilirdi. İyun ayının 22-də İngiltərənin baş 
naziri  Çerçili  Yunston  Leonard  (1874-1965)  radio  ilə  çıxış 
edərək bəyan etmişdir ki, biz SSRİ-yə hər cürə iqtisadi və texniki 
köməklik  etməyə  hazırıq.  Bir  gündən  sonra  iyun  ayının  23-də 
faşizmə  qarşı  bütün  qüvvələrin  birləşməsinə  çağıran  ABŞ-m 
bəyanatı  dərc  edilmişdir.  Qeyd  etməliyik  ki,  bu  dövlətlərin  hər 
ikisinin ümumi siyasəti SSRİ-nin xeyrinə idi. Lakin heç birisi qəti 
addım atmağa tələsmirdi. O vaxt ABŞ-m senatoru, 1945-1953-cü 
illərdə  isə  prezident  Qarri  Truraen  (1884-1972)  belə  bir 
bəyanatla  çıxış  etmişdi  - biz görsək ki,  Almaniya qalib  gəlir  — 
Rusiyaya  kömək  edəcəyik.  Əgər  görsək  ki,  Rusiya  qalib  gəlir, 
onda  Almaniyaya  köməklik  göstərmək  lazım  gələcəkdir.  Qoy 
onlar biri - birini daha çox qırsınlar. 
Almaniya  əleyhinə  birliyin  formalaşmasının  başlanğıcı. 
Hələ Böyük Vətən müharibəsinin ilk vaxtlarından Sovet hökuməti 
Hitler  Almaniyasına  qarşı  birgə  mübarizə  aparmaq  üçün  bir  çox 
müqavilələr  bağlamış  və  qarşılıqlı  yardım  əlaqələri  yaratmışdır. 
Belə ki,  12 iyul  1941-ci ildə Böyük  Britaniya ilə belə müqavilə 
imzalanmışdı.  Tərəflər  müharibədə  bir-birinə  yardım  etmək  və 
seperat müqavilə bağlamamaq barədə öhdəçilik götürmüşlər. Elə 
həmin  ayda  Çexoslovakiya  və  Polşa  rəhbərliyi  ilə  müqavilə 
imzalanmışdı. Sovet İttifaqı öz ərazisində Çexoslovakiya və Polşa 
hərbi hissələrinin formalaşmasına icazə vermişdir. 
1941-
 
ci  ilin  avqust  ayında  SSRİ  ilə  İngiltərə  qarşılıqlı 
razılaşma  əsasında  öz  ordularını  İrana  keçirmişlər.  Ölkənin 
şimalında  -  Sovet  ordusu,  cənubunda  isə-  İngiltərə  ordusu 
yerləşdirilirdi.  Bu  tədbir  nəticəsində  İranm  Almanlar  tərəfindən 
işğalı aradan qaldınimışdır. Həm də İngiltərə və ABŞ bu ərazidən 
Sovet İttifaqına hərbi və digər köməkliklər edirdi. 
302 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə