Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
43 
o nisbətdə çox olur. Lifləri boylama düzülmüş olan 
əzələlərin fizioloji en kəsiyi həndəsi en kəsiyinə uyğun 
gəlir, lifləri çəp düzülmüş  əzələdə belə uyğunluq yoxdur. 
Lifləri çəp düzülmüş  əzələlər eyni qalınlığa malik, lakin 
lifləri paralel düzülmüş əzələlərə nisbətən daha güclü olur. 
 
İnsan bədənində 600-dən çox əzələ və 15 – 30 mil-
yona qədər  əzələ lifi var. Həmin liflərin hamısını yanaşı 
düzüb təqəllüsə gətirmək mümkün olsaydı, onda insan 20 
– 30 qədər yük qaldıra bilərdi. 
 
Lazım olan material və avadanlıqlar: stimulyator, 
mioqraf, mantar lövhə, elektrodlar, qayçı, pinset, san-
caqlar, tərəzi gözü, çəki daşları (5, 10, 20, 30, 40, 50, 60, 
70, 80, 90, 100, 120, 160 q), xətkeş, dinamometr, 0,6% 
fizioloji məhlul, pambıq, qurbağa. 
 
İşin gedişi.  
 1. 
Əzələnin işi.  Əzələnin işi və gücünü mioqraf 
üçün hazırlanmış sinir-əzələ preparatı üzərində öyrənmək 
olar. Bunun üçün hazırlanmış sinir-əzələ preparatını mio-
qrafa bərkidib, oturaq siniri elektrodlar üzərinə qoyurlar. 
 Yük 
asılmış preparata müəyyən qüvvədə stimul-
yator vasitəsilə elektrik qıcıq verilir və tək təqəllüs kimo-
qraf üzərində qeyd edilir. Sonra mioqrafın lingindəki 
dəliklərdən birinə kiçik tərəzi gözü asılır və ona 10 q 
ağırlığında yük qoyulur. Bundan sonra preparata yenidən 
eyni qüvvədə qıcıq verilir və tək təqəllüs qeyd olunur. Hər 
dəfə yükü artırdıqda (10, 20,…q) preparata qıcıq verilir və 
təqəllüs qeyd edilir. Əzələnin qaldırdığı yük artıqca onun 
təqəllüs hündürlüyü tədricən azalır və axırda sıfır olur, 
yəni yükü daha qaldıra bilmir. Görülən işi A=PH formulu 
ilə hesablamaq olar. Formulda A-görülən iş, P-əzələnin 
qaldırdığı yük, H-təqəllüsün hündürlüyüdür. Alınan nəticələr 
şəkil 38-də olduğu kimi olur.  
 
44
 
Şəkil 38. Tək əzələ təqəllüsünün hündürlüyünə 
 yükün təsirini öyrənmək üçün qurğu. 
 
 2. 
Əzələnin mütləq qüvvəsinin təyini.  Sinir-əzələ 
preparatı hazırlanır və mioqrafa bərkidilir. Yuxarıda 
göstərildiyi kimi əzələnin maksimum qaldırdığı yük 
müəyyən edilir. Sonra nəli  əzələsinin en kəsiyi dairəvi 
olduğundan onun ən qalın yerindən köndələninə  kəsilir, 
xətkeşlə diametri ölçülür, radiusu tapılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 9  
 
 
 
 
 
 
       0        10      20       40       60       80      100     120    140    160   180 








 
А
=0 
 
 А
=1
60
 гр
ам
 
 
А
=280
 
 
А
=240
 
 
А
=300
 
 
А
=320
 
 
 
А
=300
 
 
А
=240
 
 
А
=140
 
 
А
=80 
  
 
А
=0 
гр
ам
 
0,5 


 
45 
 
Lifləri boylama        Nəli əzələnin   
Lifləri çəp  
 və ya paralel  
     köndələninə    
düzülmüş  
 düzülmüş əzələ      kəsilmiş iyəbənzər  
lələkvarı  
 əzələ    
əzələ  
 
Şəkil 39. Müxtəlif əzələlərin quruluş tipləri.  
 
Əzələnin mütləq gücünü təyin etmək üçün onun 
qaldıra bilmədiyi yükdən  əvvəlki, azacıq qaldıra bildiyi 
axırıncı  ağır yükü (ka-la, ya q-la) əzələnin en kəsiyinin 
sahəsinə (sm
2
  və ya mm
2
) bölməklə hesablanır. Qurba-
ğanın təcrübədə istifadə olunan nəli əzələsi dairəvi olduğu 
üçün, çevrənin diametrinin yarısı olan radiusu tapmaq 
üçün, nəli  əzələni  ən qalın yerindən köndələninə  kəsib, 
diametrini ikiyə bölməklə radiusu (r) tapırıq və qiymətini 
yerinə yazıb kvadrata yüksəldirik.  
2
r
p
F
π
=
 
2
7
,
5
2826
16000
9
.
14
.
3
160
mm
Qr
F
=
=
=
 
 F-mütqəl qüvvə, p-qaldırılan  ən ağır yük, 
2
r
π
-
əzələnin en kəsiyinin sahəsi sm
2
-lə. Tutaq ki, əzələnin en 
kəsiyinin mütqəl qüvvəsi 56 qr/mm
2
 olar. 
 
İnsanda 
əzələlərin gücünü ölçmək üçün 
dinamometrdən istifadə edirlər. Dinamometri sağ  və sol 
əldə növbə ilə  sıxmaqla təcrübə aparılır və  hər  əlin gücü 
tapılır. 
 
İnsanın baldır əzələsinin 1 sm
2
 səthinə düşən yükün 
 
46
ağırlığı 5,9 kq, çiyini bükən  əzələnin ağırlığı 8,1kq, 
çeynəmə  əzələsinin ağırlığı 10 kq, bazunun ikibaşlı 
əzələsinin – 11,4 kq, üçbucaqlı əzələnin isə 16,8 kq-dır. 
 
 
8 saylı iş. Əzələnin yorulması. Erqoqrafiya 
 
İşləyən orqanizmin üzvlərinin və toxumalarının 
tədricən fəaliyyətdən qalmasına yorulma deyilir. Yorulma 
hadisəsinə müxtəlif amillər təsir göstərir; qıcığın qüvvəsi, 
onun sıxlığı, yük, mühit şəraiti və s.  
Fasiləsiz işləyən  əzələ yorulur, əzələ  təqəllüsünün 
hündürlüyü enir, latent və boşalma dövləri uzanır, qıcıq 
qapısı yüksəlir. Yorulmanın əmələ gəlməsinə və onun ara-
dan qaldırılmasına sinir sisteminin, xüsusən ona beyin 
qabığının təsirini İ.P.Pavlov, İ.İ.Seçenov, N.V.Vedenski və 
başqaları öyrənmişlər. 
Yorulmuş  hər hansı bir üzv bir qədər istirahət 
etdikdən sonra yenə də işləmə qabiliyyətini qazanır. 
İ.M.Seçenov 1903-cü ildə yük qaldırmaqla qolun 
birini yorur; istirahət zamanı digər qolun başqa iş görməsi, 
yorulmuş qolun daha tez iş qabiliyyətinin bərpa olduğunu 
görür. İ.M.Seçenov belə istirahəti fəal istirahət adlandırır. 
İ.M.Seçenov reflektor yolu ilə  əzələləri yormuş 
sinir mərkəzlərinin  əzələlərə nisbətən daha tez 
yorulduğunu müəyyən etmişdir. Mərkəzi sinir sisteminin 
funksional fəaliyyətinin dəyişməsi yorğunluğu  əmələ 
gətirdiyi kimi, onun aradan qalxmasına da səbəb olur. 
İnsanların yorulma hadisəsini öyrənmək üçün 
erqoqraf cihazından istifadə edilir. Bu cihazın köməkliyi 
ilə barmaq əzələlərinin yorulmasını müşahidə etmək 
mümkündür. 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə