E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə11/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

 
 
ekvivalentində olacaqdır. Buradan daha bir fikir də hasil olunurdu kı, əgər əhali artıqlığı qanunu 
təbiidirsə, onda yoxsulluğu heç bir sistem bölgüsü xilas etməyəcəkdir [127]. 
Klassik iqtisad məktəbinin görkəmli nümayəndələri sırasında fransız iqtisadçısı Can Batist 
Sey /1767-1832/ və ingilis iqtisadçısı Con Styuart Mill /1806-1873/ tam bir nəzəri məktəb 
yaratmışlar. 
 
 
 
 
 
 
 
 
 
 
                                                                   C.Sey                                      C.Mill 
 
Sey və Mil cütlüyü iqtisadi proseslərin təyinatında «xalis kapitalizm» adlanan sistemin 
qanunauyğunluqlarının və mühüm prinsiplərinin açılışına dair müvafiq metodika işləmişlər. 
Onların aşkarladığı  və  çıxardıqları  nəticələr real həyat müşahidələrinə  əsaslanan məxsusi 
postulatlar üzərində qurulmuşdur. Bu postulatların mühümləri aşağıdakılardır: 
 
bazar düzülüşü təbiidir; 
 
bazar iqtisadiyyatı özünü tənzimləyən hərəkətlidir; 
 
təbii azadlıq zəruri və labüddür; 
 
iqtisadi liberializm şəksiz, dövlətin rolu minimaldır; 
 
təsərrüfat davranışı, maraqlar, stimullar kodeksini əhatə edən «iqtisadi insan» 
konsepsiyası; 
 
maraqların maksimal dərəcədə  təmin edilməsində danışıq aparan tərəflərin 
bərabərliyi; 
 
bazarda resurslar axıcılığını, qiymət və  əmək haqqı  hərəkətini təmin edən azad 
rəqabət mövcuddur [60. 127]. 
C.Sey Britaniya xaricində A.Smit doktrinasını inkişaf etdirən ilk iqtisadçı alim olmuşdur. 
İqtisad elmi C.Seyə  «Üç faktor»  və  «Sey qanunu» adlanan ideyalara görə  təşəkkürdə 
bulunmalıdır. C.Sey «Üç faktor» nəzəriyyəsində Smit mövqeyindən çıxış etsə də, fərqli olaraq 
hər bir gəliri müvafiq istehsal faktoru ilə bağlamışdır. Belə ki, əmək haqqı  əməklə, mənfəət 
kapitalla, renta isə torpaqla uzlaşdırılmışdır. «Üç faktor» nəzəriyyəsi neoklassik məktəbdə bir 
qədər fərqli mahiyyətdə, müvafiq faktorların daha səmərəli kombinasiyasının axtarışı 
kontekstində istehsalın faktor analizi metodikasının inkişafına rəvac vermişdir. 
«Sey qanunu» isə böhran problemlərinin həllini hədəf seçmişdir. Bu qanun «Əmtəələr 
əmtəələrlə mübadilə olunurlar» formatındadır. Belə ki, istənilən istehsal özü gəlirlər yaradır. 
İqtisadiyyatda məcmui tələb məcmui təklifə  bərabərdir. Bu meyarlıqdan çıxış edərək C.Sey 
hesab edirdi ki, disproporsiyalar qismən meydana çıxa bilər və onların tənzimlənməsi böhran 
öncəsi mümkündür. İstehsal ünsürləri üzrə  məcmui  əməyin düzgün olmayan bölgüsünü isə 
qiymət mexanizmi vasitəsi ilə bazar özü nizamlayacaqdır. Bu qanunu D.Rikardo və C.Mill 
postulat olaraq qəbul, T.Maltus, K.Marks və C.Keyniz isə  əksinə onu inkar etmişlər. Uzun 
müddət «Sey qanunu» son nəticə etibarı ilə nə təsdiq, nə də inkar olunmamışdır. Yalnız 1952-ci 
ildə iki amerikalı alim C.Bekker və U.Baumol «Sey qanunu»nun özündə iki müxtəlif qanunu 
ehtiva etdiyini müəyyənləşdirmişlər. Onlar birincini Sey eyniyyəti, ikincisini isə  Sey tarazlığı 
adlandırmışlar. Birinci qanun ümumi olaraq istehsal artıqlığının qeyri mümkünlüyünü 
təsdiqləyir. O, ümumi təklifin ümumi tələbi üstələmədiyi barter iqtisadiyyatında hərəkət edir. 
İkinci qanun isə əmtəə-pul təsərrüfatında hərəkətə gəlir. Burada «Sey tarazlığı» onu ifadə edir ki, 
əmtəə  təklifi və pul tələbi eynən bərabər deyil. Onlar arasında ümumi istehsal artıqlığını ifadə 
edən məsafə mövcuddur. Bununla belə mövcud situasiya xroniki ola bilməz. Beləliklə «Sey 
 
24


 
 
eyniyyəti» və tarazlığı nəzəri modelin mahiyyətidir. 
D.Rikardonun üstün dəyərləndirilən görkəmli tələbəsi, klassik iqtisad məktəbinin son 
nəhəngi hesab olunan C.Milin əsas tədqiqat əsəri «Siyasi iqtisadın əsasları» adlanır. Bu traktatda 
o, Avropa cəmiyyətinin həm iqtisadi və həm də sosial inkişafın yollarını aramağa, sosial islahat 
proqramlarının nəzəri  əsasını  işləməyə  təşəbbüslər göstərmişlər. «Siyasi iqtisadın  əsasları»nın 
kompozisiya düzümündə üç ön kitab kapitalist istehsalının statikasına, istehsal, bölgü və 
mübadiləyə, dördüncü kitab tərəqqinin istehsal və bölgüyə  təsirinə, beşinci kitab isə klassik 
məktəbə ənənəvi xas olan dövlətin iqtisadiyyatdakı roluna həsr olunmuşdur [127]. 
Klassik məktəbin yaranışında iqtisadi məsələləri tədqiq edən filosoflar İngiltərədə Tomas 
Qobbs, Con Lokk, David Yum, Fransada Qelvesiy, Kondilyak, İtaliyada Bekkaria mühüm rol 
oynamışlar. Vurğulandığı kimi, bir sıra tacirlər, iş adamları T.Man, C.Lo, D.Nors, R.Kandilon, 
P.Buaqilber, A.Tyurqo, A.Qurne yeni iqtisadi yaranışların praktiki və  nəzəri müstəvidə  əməli 
fəaliyyətləri ilə zənginləşdirmişlər. İqtisadiyyat bir sıra digər intellektual peşə sahiblərini və hətta 
Qaliani, Taker, Maltus kimi ruhani mənsubiyyətli görkəmli şəxsləri də öz sıralarına çəkmişdir. 
Klassik iqtisadi fikir tarixində kiçik burcuaziyanın maraqlarını 
təmsil edən iqtisadi düşüncənin iqtisadi romantizm qolu da təşəkkül tapmış 
və müəyyən inkişaf yolu qət etmişdir. Dövri sənaye çevrilişləri və burcua 
inqilablarından qaynaqlanan iqtisadi romantizmin təməlçisi Can Simondi 
/1773-1842/ hesab edilir. Bu təməlçilik onun 1819-cu ildə yazdığı «Siyasi 
iqtisadın yeni başlanğıcı» əsəri ilə dövriyyə çıxmışdır. Kapitalizmə tənqidi 
yanaşaraq C.Simondi siyasi iqtisadı  əxlaqi elm adlandırmış  və onun 
fövqündə insan faktorunun dayandığını bəyan etmişdir [100, 119]. 
Kiçik burcuaziya siyasi iqtisadının digər görkəmli ideoloqları 
sırasında Pyer-Cozef Prudondnun /1809-1865/ fərqlənir. P.Prudon baş elmi 
əsəri «Mülkiyyət nədir» traktatında mülkiyyət  əlehinə  çıxış etməyərək 
ondan sui-istifadə  tənqid hədəfinə tutmuşdur. O, formalaşdırdığı iqtisadi 
modeldə  əmtəə-pul təsərrüfatının qorunmasını pulsuz, faiz və kapitalsız 
çevrədə qorunmasını irəli sürmüşdür. P.Prudonun kiçik burcua sosializminin 
sonradan bakuninçilər əxz etmişlər [127]. 
İqtisadi fikir tarixin formalaşmasında Avroatlantik məkan üstün 
fərqlənsə  də bütün tarixi proseslərdə yalqız qalmamışdır. Orta əsrlər 
abil iqtisadi fikir sferası müsəlman şərqində xüsusən Osmanlı imperiyası 
və  İranda, Asiyanın bir sıra digər iri dövlətlərində  də  məhsuldar 
olmuşdur. Bu sırada Cənub-Şərqi Asiya ölkələri - Çin, Yaponiya və 
Hindistanın tövhələri də yüksək dəyərləndirilir. 
Çin ölkə
təsərrüfatçılığı və müq
si erkən iqtisadi biliklərin  ən mühüm yaranış 
məka
ı
inin formalaşdığı XIX əsrdə Yaponiyada ölkə 
iqtisa
ən praktiki təsərrüfat prinsiplərinə 
rəğm
nlarından hesab olunur. Burada vurğulandığ  kimi  müvafiq tarixin 
yaşı min illərlə ölçülür. Bununla belə yaxın ötən  əsrlərdə  də çinlilər 
iqtisad elminə, onun sosiallaşmasına çoxlu empirik material vermişlər. 
Feodalizmin cövlan etdiyi zamanlar da 1850-1864-cü illər Taypin üsyanı 
zamanı istehsal və bölgü sahəsində  bərabərçilik  əsasında yeni ədalətli ictimai quruluşun 
yaradılması ideyası hakim olmuşdur. Sonradan XIX əsrin sonlarında ölkədə 
reformistlər cərəyanı yaranmış və o sosialist Çin Xalq Respublikasının iqsiadi 
obrazının yarnışında, ölkə lideri Mao Tszedunun apardığı islahatlar çevrəsində 
əhəmiyyətli rolunu göstərmişdir [28. 127]. 
Kapitalist sistem
dçıları bu sistemin özəlliklərinin öyrənilməsinə, onun mütərəqqi 
cəhətlərinin inkişafına diqqət yönəltmişlər. Sonrakı  mərhələdə isə artıq 
iqtisadi fikir tarixində lokal modelləşmələr işlənilmişdir. Burada əsas 
yerlərdən birini «Faydalıq həddi nəzəriyyəsi» tutmuşdur [60]. 
Hindistanda iqtisadi fikir tarixinin orta əsrlər dövrü əsas
ən pərvəriş tapmışdır. Böyük irəliləyişlər isə XIX əsrdə Böyük 
 
25


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə