E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə10/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

 
 
təbiətindən və onun şəxsi maraqlarından doğur. Cəmiyyət ayrı-ayrı  fərdlərin məcmusu olaraq 
onların maraqlarını əks etdirir. Tarixin hərəkətverici qüvvəsi təbii güclərdən qaynaqlanır. Əmək 
bütün iqtisadi proseslərin  əsası, istehsal nəzəriyyəsi mübadilə  nəzəriyyəsini doğurur. 
İqtisadiyyatın inkişafı prosesində demoqrafik faktora istinadən sərvətlər özləri sərhədləri 
müəyyən edirlər [45,60]. 
İqtisadiyyatın ortodoksal elmi məzmun alması prosesi Avropa 
müstəvisində orta əsrlərdən start götürür. İlk peşəkar iqtisadçı olaraq siyasi 
statistikanın yaradıcısı, iqtisadiyyatın «kaşif Kolumbu» sayılan ingilis 
Ulyam Petti /1623-1689/ fərqlənmişdir. U.Petti özünün «Vergi və  yığım 
traktatı», «İrlandiyanın siyasi anatomiyası» və «Siyasi hesab» adlı 
əsərlərində merkantilistlərdən fərqli olaraq dövlətin sərvətləri təkcə qiymətli 
metal və daşlar deyil, həmçinin digər əmtəələr, torpaq, ev, gəmilər, mal-qara 
və sairə yaratdığını əsaslandırmışdır. «Əmək sərvətin atası və aktiv prinsipi, 
torpaq isə onun anasıdır» fikri U.Pettiyə məxsusdur [127]. 
Klassik siyasi iqtisadın Fransadakı  təməlçiləri sırasında Pyer Lepezan Buaqilber /1646–
1714/, Şarl Lui Monteskye /1689–1755/, Ann Rober Cak Tyurqo /1724–1781/ şəxsiyyətləri də 
görkəmli yer tuturlar. 
P.Buaqilber özünün «Fransanın ittihamı», «Pulun nadirliyinin tədqiqi» əsərlərində və digər 
tədqiqatlarında ölkəsi və xalqının düşdüyü ağır iqtisadi vəziyyətin təhlilini vermiş, mövcud 
təsərrüfatın depressiyasının səbəblərini göstərmişdir. Nəzəri planda P.Buaqilber həmçinin 
istehsal edilən və reallaşdırılan nemətlərin məcmui olan milli sərvət anlayışını, alqı-satqı pariteti 
mübadilə tarazlığını  və vergilərin təbiətini təhlil etmişdir. Onun elmi yaradıcılığında mühüm 
tezis olaraq təsərrüfat inkişafının gedişini tənzimləməkdə dövlət deyil, təbiətin ali hakim rolunun 
çıxışı göstərilmişdir [45]. 
Fransız mütəfəkkiri, filosof və hüquqşünası  Ş.Monteskye ictimai düşüncənin bütün 
sferalarını əhatə edən «Qanunların ruhu» əsərində iqtisadiyyat sahəsinə də yer 
verərək hər şeyin təbii qanunlar çərçivəsində inkişafını vurğulamışdır. Onun 
fəlsəfəsinə görə idarəetmənin yaxşı növü vətəndaşlar tərəfindən tənzimlənən 
demokratiyadır. Dövlət torpağın və sənaye müəssisələrinin mülkiyyətçisi ola 
bilməz.  İnsan azad olmalı,  ədaləti dəyərlər yalnız rəqabətlə  təyin edilir, 
millətin rifahı  təsadüfi xarici amillərdən deyil, sənayenin,  əkinçilik və 
ticarətin inkişafından asılıdır [60]. 
Fransız fiziokrat məktəbinin görkəmli nümayəndəsi, 
ölkəsinin maliyyə naziri olmuş iqtisadçı alim A.Tyurqo 
«Sərvətlərin yaranışı  və bölgüsü haqqında düşüncələr»  əsərində bir sıra 
fiziokratik düşüncələri dərinləşdirərək müvafiq doktrinadan kənara çıxan yeni 
yanaşmalar formalaşdırmışdı. O, hesab edirdi ki, xalis məhsul təbiətin bəxşişi 
yox, sadəcə  məhsuldar  əməyin nəticəsidir və onun üçün zəruri kapital 
ehtiyaclıdır [127]. 
Merkantilistlər və fiziokratlar sisteminin prinsipial özəlliklərindən 
bəhrələnərək  Şotland alimi Adam Smit /1723-1790/ iqtisad elmində inqilab 
edərək klassik siyasi iqtisadın fundomental təməlçisinə çevrildi. David Rikardo /1772-1823/, 
Tomas Maltusun /1766-1834/ simasında isə təməlləşmiş iqtisadi fikir şəcərəsi sağ və sol qollara 
ayrıldı. D.Rikardo təlimi həm marksist və  həm də neoklassik nəzəriyyənin istiqamətləndirici 
vektoru olaraq yeni iqtisadi fikir paralellərinin yaranışına təminatlar açdı. İqtisadi fikrin genoloji 
şəcərəsi inkişafını davamlandıraraq növbəti situasiya mərhələdə sosialist iqtisadiyyatı  və keçid 
iqtisadiyyatı əlaqəsində yaxınlıq əldə etdi. 
 
22


 
 
 
 
 
 
 
 
 
 
 
 
                                   A.Smit                                 D.Rikardo                           T.Maltus     
 
Fiziokrat və merkantilistlərdən fərqli olaraq A.Smit və onun tərəfdarları  sərvətlərin 
mənbəyini spesifik məşğuliyyətdə deyil, bütün peşə sahiblərinin ümumi əməyində axtarışlığını 
lazımi bilmişlər. Özünün məhşur «Xalqların sərvətlərinin səbəbləri və  təbiətinin tədqiqi» 
əsərində A.Smit iqtisadi baxışların yeni sistemini işlədi [53. 127]. 
A.Smit tədqiqatlarının metodu məntiqi abstraksiyaya və kateqoriyalar vəhdətinə əsaslanan 
üstün analitik xətt üzərində qurularaq əsas prinsiplərini fiziokratlar tərəfindən bəslənilən «təbii 
düzüm» və «təbii haqlar» ideyası təşkil edirdi. Bu nəzəriyyə konkret istiqamətli olaraq kapitalist 
iqtisadi sistemindən doğan proseslərin daxili səbəb və rabitəliyini, hadisələrin mahiyyət və 
qanunauyğunluqlarının açılışını hədəf seçmişdi. 
A.Smit demək olar ki, bütün iqtisadi proseslərin izahına cəhdlərdə bulunmuşdur. Onun 
doktrinasının mərkəzi ideyası əməyin bütün sərvətlərinin mənbəyi olmasını təşkil edirdi. Kapital 
yalnız  əməyə  məşğuluq gətirən ölçüdə mühümdür. Cəmiyyətin sərvətləri  əhalinin məhsuldar 
əməkdə  məşğulluğundan və  əmək məhsuldarlığından asılıdır. Bununla belə A.Smit ikinci 
faktorun daha əhəmiyyətli olduğunu müəyyən etmişdir. 
İqtisadi hadisələrə sosial yanaşmada A.Smitin «Robinzonada» metodu diqqəti cəlb edir. 
Bcyük quru parçasından - əsas dünyadan təcrid olunmuş Daniel Defo qəhrəmanı Robinzonun 
yaşayış sistemindən A.Smit təsərrüfatçılığın müəyyən qanunlarını ayırmağa cəhdlər göstərmişdir 
[5, 127]. 
A.Smitin formalaşdırdığı «mütləq üstünlüklər» nəzəriyyəsinə  rəğmən 
yəhudi  əsilli, məhşur ingilis iqtisadçısı David Rikardo «nisbi üstünlüklər» 
nəzəriyyəsini yaratmış  və bununla da, iqtisad elmində yeni istiqamətin 
təməlini qoymuşdur. Müasiri və  həmvətəni ingilis iqtisadçısı, sosioloq və 
filosof, etik utilitarizmin banisi İeremiya Bentam /1748-1832/ kimi, 
təzahürlərin yalnız gərəklilik, faydalılıq mahiyyətinə bağlılığını  əks etdirən 
utilitarizm  prinsiplərini rəhbər tutaraq D.Rikardo 1817-ci ildə «Siyasi 
iqtisadın və vergiqoymanın başlanğıcı»  əsəri ilə münbitlilik mahiyyətinə 
əsaslanan nəzəriyyə ilə renta münasibətlərinin tədqiqini apogeyə 
yüksəltmişdir [113. 127].  D.Rikardonun elmi metodikasına mücərrədliyin yüksək səviyyəsi 
xasdır. Onun düşüncəsi ciddiyyət, yüksək dəqiqlik və riyazi məntiqliyi ilə  fərqlənirdi.  İqtisadi 
nəzəriyyədə A.Smitin «etik» yanaşmasından fərqli olaraq D.Rikardo həm də «mühəndis» 
yanaşma metodunu formalaşdırmışdır. A.Smit doktrinasında sistem yaradıcı prinsip əmək 
qənaətçiliyidirsə, D.Rikardo nəzəriyyəsində isə əmək xərcləridir [45, 127]. 
A.Smit, D.Rikardo klassizm üçbucağını qapayan Tomas Robert Maltus iqtisadi fikir 
tarixinə  cəmiyyət inkişafının bir sıra kəskin problemlərinin həllinə yönəlmiş baxışları ilə daxil 
olmuşdur. Xüsusi olaraq onun metodlar şəbəkəsini cəmiyyətdə baş verən sosial və iqtisadi 
problemlərin təbii qanunlarla həll olunması  təşkil edirdi. T.Maltus daha çox iqtisad aləmində 
«Əhali artıqlığı» qanunu işləməklə şöhrət tapmışdır. Onun fikrincə bitki və heyvanat aləmində 
olduğu kimi, insan cəmiyyətində  də öz sərəncamında olan qidanın kəmiyyətinə varmadan 
istifadəsini təmin etmək instinki vardır. T.Maltus təsdiqləyirdi ki, əhali həndəsi /1,2,4,8,16,32,64 
və sair/ silsilə, yaşayış vasitələri isə  ədədi /1,2,3,4,5,6,7 və sair/ silsilə ilə  tərəqqi edir. Onun 
fikrincə iki yüz ildən sonra bu nisbət 256-nın 9-a, üç yüz ildən sonra isə 1096-nın 13-ə 
 
23


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə