Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə44/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

tamaşasını göstərirdilər.Tamaşa, demək olar ki, operadan uzaq
idi. Arabir ya “Robert”, ya da “Fenella” peyda olurdu. Balet, daha
doğrusu, Talioni hər şeyi məhv etdi.
Sağlıqla qal, mənim unudulmaz himayədarım!”
“Budur, artıq bir aydan çoxdur ki, müqayisə olunmaz Ştern -
berqlə birlikdə doğma qardaş kimi yaşayırıq. O necə də meh -
riban, mülayim insandır! Əsl rəssamdır! Özü hər şeyə gül düyü
kimi, hər şey də onun üzünə gülür. Xoş, qibtəolunası xasiy yəti
var! Karl Pavloviç onu çox sevir. Ümumiyyətlə, tanıyandan sonra
onu sevməmək mümkündürmü?
Bax, biz günümüzü belə keçiririk: səhərə yaxın saat doqquzda
mən rəssamlıq sinfinə gedirəm. (Artıq yağlı boya ilə etüdlər
hazırlayıram. Keçən imtahanda üçüncü yeri götürmüşəm.) Ştern -
berq evdə qalıb eskizlərindən ya akvarellə rəsmlər, ya da yağlı
boya ilə elə də böyük olmayan şəkillər çəkir. Saat on birdə ya
Karl Pavloviçin yanına gedirəm, ya da ki, evə gəlib Şternberqlə
Allah verəndən yemək yeyirəm. Sonra mən yenə sinfə qayıdıram
və saat üçə kimi orada oluram. Saat üçdə biz madam Yurgensin
yanına nahara gedirik. Arabir Karl Pavloviç də bizimlə gedir. Ona
görə ki, hər gün bu vaxtlar onu Şternberqin yanında görürdüm.
O, çox vaxt təmtəraqlı aristokrat yeməklərindən imtina edir, yal -
nız yüngülvari şorba içir. Həqiqətən, qeyri-adi insandır!
Nahardan sonra mən sinfə gedirəm. Saat yeddi radələrində
Şternberq sinfə gəlir. Ya biz teatra gedirik, ya da sahil kənarı ilə
bir az gəzib evə qayıdırıq. Evdə mən ucadan nəsə oxuyuram, o
işləyir, ya da ki, mən işləyirəm, o isə oxuyur. 
Bir müddət əvvəl biz Valter Skotun “Vudstok” əsərini oxu -
duq. Məni fövqəladə dərəcədə qoca baronet Linin qəsrində baş -
qa ad altında gizlənən II Karlın qızının səhnəsi maraqlandırdı.
Səhnə onun qızı Yuliya Li ilə açılır. O, İngiltərənin kralıdır və öz
aşnasına təklif edir ki, sarayda şərəfli bir yer tutsun. Bu, qonaq -
pərvərliyə görə həqiqi hökmdarsayağı minnətdarlıq əlamətidir.
Mən eskizin cizgilərini Karl Pavloviçə göstərdim. O mənim
seçimimi və eskizimi tərifləyəndən sonra məsləhət gördü ki,
Pavel Delaroşanı öyrənim.
147
Rəssam


Şternberq bu yaxınlarda məni Şmidt ailəsi ilə tanış etdi.
Deyəsən, onun uzaq qohumudur. Yaxşı insandır. Ailəsi də ziyalı -
dır. Biz tez-tez axşamlar onlarda oluruq, bazar günləri isə orada
nahar edirik. Çox gözəl, mehriban ailədir! Mən həmişə onlardan
çıxanda özümü ruhən təmizlənmiş və xeyirxah adam kimi hiss
edirəm. Heç bilmirəm Şternberqə bu tanışlığa görə necə təşəkkür
edim.
Bir də o məni sizin keçən yay Malorossiyada görüşdüyünüz
aristokrat xanımla da tanış edib. Şternberqə görə mən orada nadir
hallarda oluram. Onun qonaqlarının özündən razı tonda danışma -
ları və zəhlətökən yaltaqlığı xoşuma gəlmir. Bir də o, qonaqları
üçün təntənəli nahar təşkil edir, Malorossiya likorunu içirdir. Mən
uzun müddət anlaya bilmədim ki, Şternberq bele səhnələrə necə
dözür. Nəhayət ki, öz-özünə açıldı. Bir dəfə o, Tarnovskilərin
evindən qayıdanda heç özünə bənzəmirdi. Çox incik idi. Uzun
müddət sakitcə otaqda var-gəl etdi, sonra yatağa uzandı, qalxıb
yenidən uzandı və bu hal üç dəfə təkrarlandı. Və nəhayət ki, son -
da sakitləşib yuxuya getdi.
Eşidirəm ki, o, yuxuda Tarnovskinin qardaşı qızlarından biri -
nin adını çəkir. Mən işin nə yerdə olduğunu duydum. Növbəti
gün Vilya yenidən Tarnovskinin evinə getdi və gecəyarı göz yaş -
la rı içərisində qayıtdı. Mən özümü elə göstərdim ki, guya, heç
nə görmürəm. O, divana yıxılaraq üzünü əlləri ilə tutub uşaq kimi
hıç qırmağa başladı. Beləcə, ən azı bir saat keçdi. Sonra divandan
qal xıb mənə yaxınlaşdı, qucaqladı, öpdü və acı-acı gülümsədi.
Yanımda oturub öz sevgi hekayəsini danışmağa başladı. Hamının
başına gələn hadisədir: o, Tarnovskinin böyük qardaşı qızına vu-
rulub. Eyniylə qız da onu sevdiyini deyib, ancaq iş evlilik
məsələsinə çatanda, hansısa bir daz həkimi, Burtsevi seçib. Çox
adi hekayətdir. Ürəyini açdıqdan sonra o, bir az rahatlaşdı və mən
onu yatağa uzatdım.
Növbəti üçüncü gün, demək olar ki, onu görmədim: tez gedir,
gec gəlir, gününü harda keçirir, bir Allah bilir. Onunla danışmaq
istəyəndə suallarıma zorla cavab verirdi. Təklif etdim ki, Şmidt
ailəsinə baş çəkək, o isə etiraz əlaməti olaraq başını yellədi.
148
Taras Şevçenko


Bazar günü səhər mən təklif etdim ki, Botanika bağına gedək.
Məcburi də olsa razılaşdı. Bağdakı şüşəbənd ona yaxşı təsir ba -
ğışladı. Əhvalı yaxşılaşdı, çiçəklərin bitdiyi yerlərə səyahət et -
məyi arzulamağa başladı. Bu möcüzəli bitkilərin yetişdiyi
öl kələr, yəqin ki, çox cəlbedici olardı.
Bağdan çıxanda mən təklif etdim ki, Krestovskidəki alman
yeməkxanasında nahar edək. O, həvəslə razılaşdı. Yeməkdən son -
ra biz musiqi dinlədik, dağdan sürüşənlərə tamaşa etdik, sonra
isə Şmidtin evinə yollandıq.
Şmidtlər həmin gün universitetin müfəttişi Fiçtumların evində
nahar etmişdilər, gecəni də orda qalmışdılar. Biz ora yollandıq.
Sual dolu baxışlarla bizi qarşıladılar, yəqin ki, harada itib-bat dı -
ğımızı bilmək istəyirdilər. Fiçtumun evində məşhur Bemin solo
ifası ilə Bethovenin kvintetini və Motsartın sonatasını həzlə din -
lə dikdən sonra gecə saat birdə evə qayıtdıq. Yazıq Vilya, yenə
fik rə getdi. Mən ona təsəlli verə bilmirəm. Təskinlik üçün nə de -
yə bilərəm ki?
Səhəri gün mən Karl Pavloviçin tapşırığı ilə Smirdinin mağa -
zasına getdim. Müxtəlif kitabların arasından Dikkensin “Niklas
Niklbi” romanı çap edilmiş “Oxu üçün kitabxana” seriyasının iki
nömrəsini götürdüm. Şmidtlər ailəsində ədəbiyyat gecəsi keçirib
Şternberqi ora dəvət etmək fikrindəydim. Dediyim kimi də oldu.
Elə həmin gün, axşam dərslərindən sonra kitabları qoltuğumuza
vurub Şmidtlər ailəsinin evinə getdik. Mənim fikrim heyranlıqla
qarşılandı və çaydan sonra qiraət başladı. Birinci gecə mən oxu -
dum, ikinci gecə Şternberq, sonra yenə mən, sonra yenə o, Ro-
manlar qurtarana kimi beləcə davam etdi. Bu, Şternberqə gözəl
təsir etmişdi.
“Niklas Niklbi”dən sonra ardıcıllıqla biz “Kinelvort qəsri”,
sonra isə “Pert gözəli” və Valter Skotun bir neçə romanını oxu -
duq. Tez-tez gecəyarısına kimi otururduq və milad bayramının
gəlişini hiss etmədik. Şternberq özünə gəlirdi, indi o daha işləyir
və az kədərlənirdi. Allah qoysa, bu da keçər. Salamat qal, mənim
əziz atam! Sizə yaxın zamanda yazacağıma söz vermirəm, çünki
149
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə