Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə47/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

Adəti üzrə saat onda mən sinfə getdim. Şternberq isə qonaqla
birlikdə evdə qaldı. O, hələ yatırdı. Saat on birdə Karl Pavloviçin
evinə getdim və mehriban Emiliya Pavlovnadan ərkyana töhmət
aldım. Saat ikiyə kimi biz “qalbetsvelf” oynadıq. İstəyirdi ki, na-
hara kimi onlarda qalım. Mən razılaşmağa başlamışdım ki, Karl
Pavloviç qeyd etdi:
– Dərsə getməmək olmaz!
Mən pərt olmuş halda sinfə getdim. Saat üçdə orada yenidən
peyda oldum. Saat beşdə isə onları masa arxasında qoyub sinfə
qayıtdım.
Şənbə və bazar günlərindən başqa hər günü, yuxarıda qeyd
etdiyim kimi, onlarda keçirirdim. Şənbə günü İoximə, bazar günü
isə Şmidt və Fiçtuma həsr olunmuşdu. Gördüyünüz kimi, mənim
bütün tanışlarım almanlardır, özü də necə almandılar! Bir sözlə,
almanlara vurulmuşam.
Şternberq həftə ərzində öz səyahətinə görə əlləşib-vuruşurdu.
Mütləq nəyisə unutmalı idi, bu onun xarakterindən irəli gəlirdi.
Şənbə günü biz İoximin evinə getdik. Orada məşhur rəngkar və
İoximin müəllimi olan qoca Kolmanla qarşılaşdıq.
Nahardan sonra Kolman öz tələbəsini ağaclardan düzəlmiş
etüdünü göstərməyə məcbur etdi. Tələbəsi isə könülsüz razılıq
verdi. Etüdlər boz kağız üzərində qara və ağ karandaşlarla elə
mükəmməl, elə dəqiq işlənmişdi ki, mən onlara baxmaqdan doy-
murdum. Etüdlərdən birinə görə o, ikinci gümüş medalı almışdı.
Mehriban Kolman tələbəsinin uğuru kimi bu rəsmi yerdən göyə
kimi təriflədi. Bütün müqəddəslərə and içdi ki, o özü belə mü -
kəm məl çəkə bilməz. Belə ki, Şternberqin bizimlə keçirməli iki
günü qaldığından İoxim ondan bu günləri necə sərf edəcəyini
soruşdu. Deyəsən, Şternberq heç bu barədə fikirləşməmişdi.
İoxim isə təklif etdi ki, sabah, yəni bazar günü Straqonov və
Yusupovun qalereyasına, bazar ertəsi isə Ermitaja gedək. Təklif
qəbul olundu və növbəti gün biz İoximin evinə baş çəkib, oradan
da Yusupovun qalereyasına yollandıq. Knyaza hansısa rəssam -
ların onun qalereyasına baxmaq üçün icazə istədiklərini çatdır -
156
Taras Şevçenko


dı lar. Nəzakətli sahibkar bildirdi ki, bu gün bazar günüdür, hava
da çox gözəldir. Odur ki, parlaq yaradıcılıq əsərlərinin əvəzinə
gözəl havadan həzz almağı məsləhət görür. Təbii ki, bizim
knyaza yaxşı təklifinə görə minnətdarlıq bildirməkdən başqa
çarəmiz qalmadı. Eyni məsləhəti Straqonovdan eşitməmək üçün
Ermitaja getdik və üç saat əsl yaradıcılığın həqiqi pərəstişkarları
kimi həzz aldıq. İoximin evində nahar etdik. Axşamı isə teatrda
keçirdik.
Bazar ertəsi səhərə yaxın Şternberq Dalyadan məktub
aldı.Vladimir İvanoviç ona yazırdı ki, saat üçdə səfərə hazır
olsun. O öz dostları ilə xudahafizləşməyə getdi. Mənsə onun ça -
ma danını yığmağa başladım. Saat üçdə biz artıq Dalyanın evində
idik. Saat dörddə Srednıy çəpərinin yanında Şternberqlə xudaha -
fiz ləşdim və az qala göz yaşları içərisində Peterburqa tək qayıt -
dım. Düşündüm ki, İoximin evinə gedim, təklikdə qalmamaq
üçün öz evimə getmək istəmirdim. Evdəki boşluq məni yaman
qorxu durdu.Qarovulxananın yanında faytonçunu buraxıb piyada
gəz məyə başladım. Gəzdiyim yerlər məni gözlədiyim qədər yor -
madı. Akademiya ilə üzbəüz sahildə xeyli gəzdim. Karl Pav lovi -
çin mənzilində işıq yandı, elə tezliklə də söndü. Bir dəqiqədən
sonra o, arvadı ilə sahil bağına çıxdı. Mən onlarla rastlaşmamaq
üçün öz mənzilimə getdim və işığı yandırmadan paltarımı soyu -
nub yerimə girdim.
Demək olar ki, indi evdə olmuram. Şternberqsiz hər yer
darıxdırıcı və boşluqdur. Mixaylov yenə mənim yanıma köçdü
və əvvəlki kimi evdə tapılmır. O da haradasa, böyük ehtimalla
Elkanın evində miçman Obolonski ilə tanış olub. Miçman tez-
tez gecələr bizə gəlir və əgər Mixaylov evdə deyilsə, onun çarpa -
yısın da yatır. Bu gənc mənə artıq əvvəlki kimi xoş gəlmir. Ya o,
həqi qətən, yorucudur, ya da bu mənə belə gəlir. Çünki indi mən
özüm-özümə də bənzəmirəm. Düzünü deyim, dərslərə müntəzəm
gedirəm, ancaq həvəssiz işləyirəm. Karl Pavloviç bunu hiss et -
miş di və bu da mənə çox ağır gəlir, lakin bilmirdim ki, bunu necə
ara dan qaldırım. Emiliya Karlovna mənimlə əvvəlki kimi iltifat -
157
Rəssam


lıdır, mənimlə “qalbetsvelf” oynayır. Şternberq gedəndən sonra
çox çəkmədi ki, Karl Pavloviç mənə karandaş və kağızları
hazırlamağı tapşırdı. O, Jukovskinin “On iki yatmış gözəl” bal -
la dasına nəzərdə tutduğu əsər üçün arvadının başını on iki dəfə
müx təlif vəziyyətlərdə çəkmək istəyirdi. Lakin kağız və karan -
daşlar istifadəsiz qaldı.
Bu hadisə fevral ayının axırında baş verdi:mən adəti üzrə on-
larda nahar edirdim. Bu nəhs gündə o mənə daha da məftunedici
görünürdü. Naharda sahibə məni şəraba qonaq etdi. O elə mehri -
ban idi ki... Saat beş olanda mən sinif barəsində hər şeyi unut -
mağa hazır idim, yeri gəlmişkən, elə o özü bu barədə yadıma
saldı. Başqa işim olmadığı üçün mən masa arxasından qalxdım,
xudahafizləşmədən dərsdən qayıdanda onu “qalbetsvelf”də müt -
ləq udacağıma dair söz verib getdim. Dərslər qutardı və mən söz
verdiyim kimi onlara getdim. Lukyan məni qapıda qarşıladı və
dedi: – Ağa mənə əmr edib ki, o heç kəsi qəbul etməyəcək. Mən
işin belə şəkil almasına xeyli təəccübləndim və öz mənzilimə
qayıtdım. Həmişəkindən fərqli olaraq, bu dəfə Mixaylovu və qo -
çaq miçmanı evdə tapdım. Biz gecəni deyib-gülməklə keçirdik.
Saat on ikidə onlar şam yeməyinə getdilər, mən isə uzanıb yat dım.
Növbəti gün səhər dərsdən çıxıb Karl Pavloviçin evinə get-
dim, emalatxanasına daxil oldum. O məni sevincək halda bu
sözlərlə qarşıladı:
– Məni təbrik edin, artıq subay adamam!
Əvvəlcə mən heç nə başa düşmədim. Sonra o, yenidən təkrar -
ladı. Mən hələ də inana bilmirdim, o isə zəif səslə əlavə etdi:
– Arvadım dünən nahardan sonra Zaurveydin yanına gedib
və geriyə qayıtmayıb. Sonra isə Lukyana dedi ki, ona fırçanı və
palitranı versin. Bir dəqiqə sonra hər şey çatdırıldı və o, işə
başladı. Rəssam dəzgahında qraf Musin-Puşkinin tamamlan ma -
mış rəsmi dayanırdı. Şəkil üzərində işələməyə başladı. Karl
Pavloviç nə qədər etinasız görünməyə çalışsa da, iş onun iç üzünü
açırdı. Nəhayət, fırçanı və palitranı atıb öz-özünə dedi:
– Doğrudanmı, bu hadisə məni bu qədər narahat edir? İşləyə
bilmirəm.
158
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə