Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə43/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

Qəribədir! Mənə elə gəlir ki, köhnə dostumu və ya elə sizin
özünüzü önümdə görürdüm. Söhbət əsnasında o mənə sizinlə
harada, necə görüşməyiniz, nə barədə danışdığınız, necə ayrıl dı -
ğı nız haqqında gecədən keçənə qədər danışdı. Artıq səhər açılırdı.
Şamın işığı öz parlaqlığını itirirdi. O dedi:
– Düşünürəm ki, çay içmək olar.
– Fikirləşirəm ki, olar, – mən cavab verdim və biz “Qızıl
lövbər”ə getdik.
Çay içdikdən sonra o yatdı, mən isə sevincimi bölmək üçün
Karl Pavloviçin yanına getdim. Lakin o da yatmışdı. Nə edəcə -
yimi bilmirdim, sahil kənarına çıxıb bir neçə addım atmışdım ki,
Mixaylovla qarşılaşdım. Deyəsən, o da bütün gecəni yatmamışdı.
Eynək və palto geyinmiş bir cənabla gəlirdi.
– Lev Aleksandroviç Elkan, – Mixaylov eynəkli cənabı gös -
tə rərək  dedi.
Mən də öz soyadımı dedim və biz bir-birimizin əlini sıxdıq.
Sonra mən Mixaylova Şternberqin gəlməyi barəsində danışdım,
eynək li cənab çoxdan gözlədiyi dostu gəlibmiş kimi sevindi.
– O haradadı? – Mixaylov soruşdu.
– Bizim mənzildə.
– Yatır?
– Yatır.
Mixaylov dedi:
– Gəlin,“Kopernaum”a gedək, yəqin ki, orada yatmazlar.
Eynəkli cənab razılıq əlaməti olaraq başını tərpətdi və onlar
qol-qola girərək getdilər. Mən də onların ardınca. Karl Pavloviçin
mənzilinin yanından keçəndə pəncərədən Lukyanın başını
gördüm, qərara gəldim ki, maestro artıq oyanıb. Mixaylov və
Elkanla sağollaşıb onun evinə getdim. Dəhlizdə rastlaşanda o,
əlində təzə palitra və təmiz fırçalar tutmuşdu. Görüşüb, geri
qayıtdım. Artıq mən nəinki ucadan, heç ürəyimdə də oxumağa
qadir deyildim. Bir az sahil kənarı ilə gəzdikdən sonra mənzilimə
getdim. Şternberq hələ də yatırdı. Mən sakitcə üzbəüz stulda əy -
lə şib onun uşaq kimi məsumluq yağan simasına tamaşa edirdim.
144
Taras Şevçenko


Sonra karandaş və vərəq götürüb yatmış dostumu çəkməyə baş -
ladım. Eskiz üçün oxşarlıq və ifadəlilik yaxşı alındı. Fiqurun bü -
tün ümumi təsvirlərini çəkəndən sonra yorğanın qatlarını təyin
etmişdim ki, Şternberq yuxudan oyandı və məni, necə deyərlər,
cinayət başında yaxaladı. Mən özümü itirdim, o isə bunu görüb
səmimi qəlbdən gülməyə başladı.
– Göstərin görüm neyləmisiz? – qalxaraq dedi.
Mən göstərdim. O, yenə güldü və mənim rəsmimi yerdən
göyə kimi təriflədi.
– Nə vaxtsa sənin bu işinin cavabını verəcəm, – deyərək
gülüb yataqdan qalxdı, yuyundu, çamadanını açıb geyinməyə
başladı.
Çamadandakı paltarların altından qalın portfeli çıxardı və
mənə uzadaraq dedi:
– Burada mənim keçən yay bir neçə yağlı boya və akvarellə
işlədiyim rəsmlərdən başqa Malorosiyyada çəkdiklərimin əksə -
riy yəti var. Əgər vaxtınız varsa baxın, mən bir yerə getməliyəm.
Əlini mənə uzadaraq əlavə etdi:
– Görüşənədək! Bilmirəm bu gün teatrda nə var, tamaşa üçün
çox darıxmışam. Gəl, birlikdə gedək.
– Böyük məmnuniyyətlə! İmkan olsa, mənim ardımca natura
sinfinə gələrsiniz.
O isə qapının arxasından dedi:
– Yaxşı, gələrəm.
Əgər mənim arxamca Karl Pavloviçin göndərdiyi Lukyan
gəlməsəydi, nahar yadıma düşməyəcəkdi. Lukyanın yeməyinə
gö rə Şternberqin portfelini kənara qoymaq mənə çox ağır gəlirdi.
Nahar arxasında Karl Pavloviçə sevincimin səbəbini dedim, o isə
Şternberqlə görüşmək istədiyini bildirdi. Dedim ki, onunla
teatrda görüşməyə şərtləşmişik. Maraqlı bir tamaşa olsa o bizimlə
yol yoldaşı olmaq istədiyini bildirdi. Xoşbətlikdən həmin gün
Aleksandrinski teatrında “Ovsunlanmış ev” tamaşasını göstərə -
145
Rəssam


cək dilər. Dərsin sonunda Karl Pavloviç sinfə girərək məni və
Şternberqi götürüb öz faytonuna əyləşdirdi və biz XI Lyudovikə
baxmağa getdik. İlk gün başa çatdı.
İkinci gün səhərə yaxın Şternberq öz qalın portfelini götürdü
və biz Karl Pavloviçin yanına getdik. O, Şternberqin mükəmməl
və düzgün təsvir etdiyi müxtəlif obrazlara və vətəninə, fikirli
həmyerlilərinə baxanda heyranlıq hissi duyurdu. Nə qədər də
gözəl və saysız-hesabsız şəkillər!
Boz, kiçik bir kağız parçasının üzərində üfüqi xətt çəkil miş -
dir. İlk planda yel dəyirmanı, çuvallar yüklənmiş arabanın yanın -
da bir neçə öküz, – bütün bunlar tamamlanmayıb, sadəcə olaraq
işarə edilib, lakin necə də gözəldir! Gözlərini ayıra bilmirsən.Və
ya qollu-budaqlı bədmüşk ağacının altında, çayın lap kənarında,
küləşlə örtülmüş daxma suyun üzərində güzgü kimi əksini
tapırdı. Daxmanın altında bir qarı, suda ördəklər üzür. Bütün bun-
lar rəsmi tamamlayırdı və canlandırırdı. Belə şəkillərlə, daha
doğrusu, həyati oçerklərlə Şternberqin portfeli doludur. Möcü zə -
li, misilsiz Şternberq! Bu səbəbdən Karl Pavloviç onu öpdü.
Özümdən asılı olmayaraq mən Çernetsov qardaşlarını xatırla -
dım. Onlar bir müddət bundan əvvəl Volqa səyahətindən qayıdan
kimi öz rəsmlərini Karl Pavloviçə göstərmək üçün gətirmişdilər:
çoxlu sayda vatman kağızı üzərində alman səliqəsi ilə lələklə
cizgilənmiş şəkillər idi. Karl Pavloviç bir neçə rəsmə baxıb, port-
feli bağladı və Çernetsov qardaşlarına deyil, öz-özünə dedi: “Mə -
nim burda nəinki ana Volqanı, heç böyük gölməçəni görməyə də
ümidim yoxdur”. Amma Şternberqin bir eskizində bütün Malo -
ros siyanı gördü. Sizin vətəninizin və qəmgin simalı həmyerli lə -
ri nizin təsviri onun necə xoşuna gəlmişdisə, bundan təsirlənib
özünə Dnepr sahilində koma tikmişdi. Cəlbedici dekorasiyası və
rahatlığı ilə koma Kiyevin yaxınlığında idi. O yalnız bir şeydən
qorxur və bunu özündən uzaqlaşdıra bilmirdi. Bütün bunlar
mülkədar xisləti və ya feodal psixologiyası idi. O, uşaq kimi saf idi!
Bu günü də tamaşa ilə yekunlaşdırdıq. Şillerin “Qaçaqlar”
146
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə