Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə46/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

arvadı çəp göz olduğu üçün necə imtina etdiyini dedi. O, Puşkinə
özünün portretini çəkməyi təklif edib, lakin Puşkin eynilə ondan
da imtina edib. Çox keçmədi ki, şair öldü və bizi portretsiz qoy du.
Kiprenski onu şair kimi yox, modabaz kimi təsvir edib.
Çaydan sonra məftunedici sahibə bizə “Qalbetsvelf” oyununu
öyrətdi. Mənə iki qrivin, ərinə isə “Norma” əsərindən kavatini
oxumağı uduzdu. Dərhal fortepianonun arxasına keçib borcunu
yerinə yetirdi. Belə mükəmməl finaldan sonra mən valehedici
sahibəyə və ev sahibinə minnətdarlığımı bildirib mənzilimə yol -
 landım. Artıq gecəyarıdan xeyli keçmişdi. Şternberq hələ yat ma -
mış dı, məni gözləyirdi. Mən şlyapamı çıxarmamış ona başıma
gə lən ləri danışdım. O məni bəxtəvər adlandırıb dedi:
– İndi sən mənə qibtə et.Yayda məni Orenburq vilayətinin
general-qubernatoru öz evinə dəvət edib. Bu gün mən Vladimir
İvanoviçin yanında idim və biz gələn həftə baş tutacaq səfər
barəsində razılaşdıq. Xudahafiz!
Bu xəbər məni heyrətləndirdi. Uzun müddət danışa bilmədim.
Özümə gələndə ondan soruşdum:
– Sən bütün bu işləri nə vaxt yoluna qoymağa macal tapdın?
Elə bu gün, saat ona qalmış Qriqoroviçi axramca
göndərmişdi, mən də getdim. O mənə bu səyahəti təklif edir, mən
razılaşıram və Dalyanın evinə gedirəm. Bununla da iş bitdi.
– Mən sənsiz nə edəcəm? Mən sənsiz necə yaşayacam? – göz
yaşları içərisində ondan soruşdum.
– Mən sənsiz necə, sən də elə. Oxuyub işləyərik, tənhalığı
hiss etmərik. Hə, bir də, – o əlavə etdi, – sabah İoximin evində
na har edəcəyik. O səni tanıyır və məndən xahiş etdi ki, səni ora
aparım. Razısan?
Mən cavab verdim: “Razıyam” və biz yıxılıb yatdıq.
Ertəsi gün biz İoximin evində nahar edirdik. O məşhur fay-
tonçu İoximin oğludur. Şən, sadə, gözəl təhsil almış almandır.
Nahardan sonra o bizə estamplar toplusunu göstərdi. Yeri
gəlmişkən, bir neçə dəftər elə indicə Drezden qalereyasının gözəl
litoqrafi yalarından  alınmışdı.
153
Rəssam


Şənbə günü olduğundan biz gecəni də orada keçirdik. Çay
süfrəsi arxasında söhbət sevgidən və sevgililərdən düşdü. Yazıq
Şternberq elə bil tikan üstündə oturmuşdu. Mən söhbəti dəyişmək
istiyərdim, lakin İoxim elə bil qəsdən onu daha da qızışdırırdı.
Axırda o özü barəsində bu lətifəni danışdı:
– Mən Adelgeydə aşiq olanda, onun məni sevmədiyini bi lən -
də özümü öldürmək qərarına gəldim. Qərara gəldim ki, dəm qazı
ilə özümü boğum. Lazım olan hər bir şeyi hazırladım. Bir neçə
dos tuma və ona (arvadını göstərdi) məktub yazdım. Bir şüşə rom
çı xarıb, soyuq kömürlə manqalı, tilişkə və şamı gətirməyi tap şır -
dım. Bunlar hamısı hazır olanda mən qapını açarla bağladım, bir
stə kan rom süzdüm, içdim və bundan sonra Martenin “Pir Val -
tasarı” xəyalıma gəlməyə başladı. Mən bunu təkrarladım və artıq
heç nə xəyalıma gəlmirdi.Vaxtsız, faciəvi ölümümdən xəbər dar -
lıq məktubu alan dostlarım qaçaraq gəlib qapını sındırdılar və
məni tamamilə sərxoş halda tapdılar. İş burasındadır ki, mən
kömürü yandırmağı unutmuşdum, yoxsa, şübhəsiz, ölərdim. Bu
hadisə dən sonra o, rəhmə gəldi və nəhayət ki, mənimlə evlənmək
qəra rına  gəldi.
Hekayəsini stəkan dolu punşla bitirdi. İoxim öz ədaları ilə
xoşu ma gəldi və mən fikirləşdim ki, ona tez-tez baş çəkim.
Bazar gününü Şmidt ailəsinin evində keçirdik. Saat on birdə
evə qayıtdıq. Paltarımızı dəyişməyə başladıq. Şternberqə əl dəs -
malı lazım oldu. Əlini cibinə saldı, lakin dəsmal əvəzinə afişa
çıxartdı.
– Yadımdan çıxıb! Bu gün Bolşoy Teatrda maskaraddı, –
afişanı açaraq Şternberq dedi. – Gedərik!
– Yəqin ki, gedərik. Hələ yatmaq vaxtı deyil, – dedim və
sürtük əvəzinə frak geyindim. Poliçeysk körpüsü yaxınlığındakı
kos tyum mağazasına gedib maskarad paltarı və qara yarım mas -
ka lar götürüb Bolşoy Teatra yollandıq. Bərq vuran zal tez bir za-
manda maskalanmış publika ilə doldu. Musiqi guruldayır, ümumi
səs-küyün içərisində kiçik maskarad paltarları vıyıldayırdı.
Tezliklə zal isindi və maska dəhşətli dərəcədə məni bezdirdiyi
154
Taras Şevçenko


üçün çıxartdım. Şternberq də həmçinin. Bəlkə də, bu, başqalarına
qəribə gələ bilərdi, amma bizim vecimizə də deyildi!
Darısqallıqdan və istidən nəfəsimiz sıxıldığı üçün yuxarıdakı
yan zallara qalxdıq. Bizi zarafat üçün də olsa heç bir maska
izləmirdi. Amma pilləkənlərdə Elkan bizi qarşıladı. Bu həmin
cənab idi ki, bir dəfə Mixaylovla görmüşdüm. O məni və Ştern -
berqi tanıdı, bütün səsi ilə qəhqəhə çəkib bizi qucaqlayıb sar -
maşdı. Elə bu an onun yanına cavan miçman gəldi. O bizə onu
özünün səmimi dostu Saşa Obolonski kimi təqdim etdi. Biz
yuxarı qalxanda saat artıq üçə işləyirdi. Yan zallardan birində stol
açılmışdı və yemək yeyən publika məndə iştah oyatdı. Bu barədə
Şternberqə pıçıldayaraq dedim, o isə sakitcə razılığını bildirdi.
Lakin Elkan və Obolonski buna qarşı qəti etiraz bildirərək han -
 sısa tanımadığımız Kleyin yeməkxanasına gedib lazımınca şam
yeməyi təklif etdilər.
– Əslində, – Elkan əlavə etdi, – burda əməlli yemək vermirlər,
pulunu isə on qat alırlar.
Biz yekdilliklə razılığımızı bildirdik və Kleyin yemək xana -
sına yollandıq.
Zirək hərəkətləri ilə cavan miçman mənim xoşuma gəldi. Bu
vaxta qədər mən yalnız öz utancaq dostlarımla görüşmüşəm, aris-
tokrat cavanı isə birinci dəfə idi ki, yaxından görürdüm. Danışı -
ğında çoxlu cinas və iti məntiq var idi.Vodevil bəndlərinin sayı
heç hesaba gəlmirdi. Bir sözlə, əla oğlan idi.
Biz Kleyin yanında dan yeri sökülənə kimi oturduq. Cəsur
miçman kefli olduğundan onu öz mənzilimizə apardıq. Elkanla
yeməkxanada vidalaşdıq.
İndi mən belə yaşayıram! Maskaradlarda veyillənir, yemək -
xanada nahar edirəm, pulu necə gəldi xərcləyirəm. Sizin məni
yay bağındakı Saturn heykəlinin qarşısında ilk dəfə gördüyünüz
Neva üzərinə düşən o unudulmaz səhərdən çoxmu keçib? 
Unudulmaz səhər! Mənim unudulmaz himayədarım! Sizə
necə və nə ilə minnətdarlıq bildirməyə ləyaqətim çatarmı? Təmiz,
səmimi qəlbdən axıdılmış göz yaşları və duadan savayı nəyim
var ki?
155
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə