Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə48/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

Və o, yuxarı, öz otağına getdi.
Saat ikiyə qalmış baş verənlərə inanmayaraq sinfə getdim.
Saat üçdə sinifdən çıxdım. Nə edəcəyimi bilmirdim. Onun yanına
gedim, yoxsa narahat etməyim? Lukyan məni dəhlizdə qarşıladı
və fikirlərimə aydınlıq gətirərək dedi: 
– Ağa birlikdə nahar etməyinizi xahiş edir.
Belə ki, naharı mən tək etdim, Karl Pavloviç isə heç nəyə əl
vurmadı. Heç masa arxasına belə əyləşmədi. Baş ağrısından şika -
yət etməsinə baxmayaraq, siqar çəkirdi.
Növbəti gün o, yatağa düşdü və iki həftə ayağa qalxmadı.
Bütün bu müddət ərzində mən onun yanında oldum. Arabir qız -
dır ma dan sayıqlayırdı, lakin bir dəfə də olsun arvadının adını
çəkmədi. Nəhayət, yaxşılaşmağa başladı. Bir gün qardaşı Alek -
san drı çağırıb ondan boşanmaq üçün lazım olan kağızların hazır -
lanmasına vəkil tutmağı xahiş etdi.
Artıq o, işə başlayıb. Dovitsieliyə böyük kətan parça sifariş
edib. Kazan kilsəsi üçün “Müqəddəs Ananın səmaya aparılması”
rəsmini çəkmək fikrindədir. Kətan gətirilənə qədər yayda knyaz
Aleksandr Nikolayeviç Qolitsinin və Fyodor İvanoviç Pryanişni -
ko vun ayaq üstə portretlərini çəkməyə başladı. Qoca oturaq
vəziyyətdə, andreyevski baftada və boz frakda təsvir olunacaq.
Sizə şəhərdə və Akademiyanın özündə Karl Pavloviç
haqqında gəzən şayiələrdən yazmıram. Təkrarlanması günah olan
şayiələr mənasız və biabırçıdır. Akademiyada hamı bu biabırçı
hadisənın müəllifinin Zaurveyd olduğundan danışır. Mənim də
buna inanmağa əsasım var. Qoy, bu məsələdən bir qədər keçsin,
o zaman mən sizə öz şübhələrimi yazacam. Hələlik isə material-
lar toplanılır və üzərində iş gedir. Salamat qalın, mənim unudul-
maz himayədarım!
P.S. Moskvadan, Şternberqdən məktub almışam. Əziz Vilya!
O sizi də unutmur.Təzim edir və xahiş edir ki, işdir, əgər Siz
Malorossiyada Tornovskinin qardaşı qızı, xanım Burçevanı
görsəniz, onun adından dərin hörmətini çatdırın.Yazıq Vilya, hələ
də onu xatırlayır”.
159
Rəssam


Bundan sonra gələn məktubları yazmıram. Çünki onlar
mənasız cəfəngiyatdan və Böyük Karlın ünvanına yönəldilmiş
iyrənc böhtandan başqa bir şey deyil.Yaxşı insanlar haqqında
deyilən bu cür fikirlərə yer yoxdur. Onun bədbəxt evliliyi sazişlə
yekunlaşdı, yəni Emiliyaya 13 000 kağız rubl verərək ayrıldı.
Sonrakı məktubların məğzi bundan ibarət idi.
“Peterburqda belə darıxdırıcı yay olmamışdı. Həyətdə
rütubətli, nəmli payız havasıdır. Bizim Akademiyada isə cəl be -
dici sərgi açılıb. Kaş siz gəlib ona baxaydınız. Mən isə sizə
tamaşa edərdim. Rəngkarlıq sahəsində tələbə işlərindən Petrovs -
kinin “Mələyin çobanın gözünə görünməsi” proqramından başqa
cəlbedici bir şey yoxdur. Amma heykəltəraşlıq sahəsində Ra-
mazanov və Stavaser, xüsusən Stavaser fərqlənirlər. O, cavan
balıqçının heykəlini hazırlayıb. Elə hazırlayıb ki, tamaşasına iki
göz lazımdı! Sadəcə olaraq gözəllik nümunəsidir. Xüsusən üzün
ifadəsi çox canlıdır. Adama elə gəlir ki, nəfəs almadan dayanıb
üzücü nişanı izləyir. Yadımdadır, heykəl hələ tamamlanmamışdı,
Karl Pavloviç təsadüfən Stavaserin iş otağına girdi və onun
heykəlinə tamaşa edərək məsləhət gördü ki, balıqçının alt
dodağını bir az içəri bassın. O, məsləhətə qulaq asdı, ifadə tamam
dəyişdi. Bu məsləhətinə görə Stavaser dahi Bryulova minnətdar
idi.
Rəngkarlıq barədə onu deyim ki, Karl Paloviçin bir rəsminə
görə nəinki Malorossiyadan, Çindən belə gəlməyə dəyər. O, adi
adam deyil: bir oturuma astar çəkir, yekunlaşdırır və sonda
coşqun publikanı özünün heyrətamiz əsərinə qonaq edir. Onun
böyük şan-şöhrəti, nəhayətsiz zəkası var!
Özüm barəsində sizə nə deyim? Naturadan etüd çəkmək üzrə
ilk gümüş medalımı qazandım. Bir də yağlı boya ilə elə də böyük
olmayan şəkil çəkmişəm: – “Yetim uşaq hasar altında ona verilən
sədəqəni itlə bölür”. Bu qədər.
Yay ərzində mütəmadi olaraq siniflərdə şəkil çəkməklə
məşğul oluram. Səhər tezdən İoximlə birlikdə Smolensk
qəbiristanlığına gedir, pıtraqları və ağacları çəkirəm. Getdikcə
160
Taras Şevçenko


İoximə heyran oluram. Demək olar ki, biz onunla hər gün
görüşürük. Həmişə axşam dərslərinə gəlir. Karl Pavloviçlə bir-
birini yaxşı duyurlar və tez-tez görüşürlər. Arabir biz qara
küknarın və ya ağ tozağacının rəsmini çəkmək məqsədiylə
Petrovs ki və Krestovski adalarını gəzirik.
Bir-iki dəfə piyada Parqolovaya getdik və mən onu Şmidt
ailəsi ilə tanış etdim. Onlar yayda Parqolovada yaşayırlar. İoxim
bu tanışlıqdan olduqca razıdır. Kim Şmidtlər ailəsindən narazı
qala bilər ki!..
Sizə bu yaxınlarda başıma gələn məzəli bir əhvalatı danı -
şacam.
Mənimlə eyni mərtəbədə olan mənzilə bir məmur ailəsi
köçüb. Onun ailəsi arvadından, iki uşağından və on beş yaşında
gözəl bir qız olan qohumundan ibarətdir. Bu məsələnin təfər -
rüatını necə öyrəndiyim barədə indi sizə deyəcəyəm.
Siz öz əvvəlki mənzilinizi yaxşı xatırlayırsınız:balaca keçid -
dən sonra qapı ümumi dəhlizə açılır. Bir dəfə qapını açıram və
necə təəccübləndiyimi təsəvvür edin, mənim qarşımda çox gözəl,
pərt halda və qulaqlarının dibinə kimi qızarmış bir qız dayanıb.
Bir anlığa ona nə deyəcəyimi bilmədim. Bir dəqiqəlik sükutdan
sonra təzim etdim, o isə üzünü əlləri ilə qapayıb qaçdı və yaxın -
lıq dakı qapının arxasında gizləndi. Mən bunun mənasını anlama -
dım. Uzun götür-qoy və fərziyyələrdən sonra sinfə getdim. Pis
işləyirdim, çünki bu qəribə qız mənə mane olurdu. Növ bəti gün
mən onunla pilləkəndə qarşılaşdım və əvvəlki kimi yenə də qu-
ruyub qaldım. Bir dəqiqədən sonra o, uşaq kimi elə ürəkdən
güldü ki, mən də özümü saxlaya bilməyib gülməyə başladım. Pil -
ləkənlərdən gələn addım səsləri bizim gülüşümüzə son qoydu.
O, barmağını dodaqlarının üstünə qoydu və qaçdı. Mən sakitcə
pilləkənlərlə qalxıb öz mənzilimə daxil oldum. Birinci dəfə
olduğundan daha çox karıxmışdım. Bu qız bir neçə gün mənə
dinclik vermədi. Hər dəqiqə mən dəhlizə çıxırdım ki, bəlkə,
naməlum tanışımla qarşılaşım. Əgər o, dəhlizə çıxsaydı belə,
məni görüb elə tez gizlənirdi ki, nəinki təzim etmək, heç başla
da salam verməyə imkan tapmırdım.
161
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə