Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə51/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

hırıldamağa başladı. Mən uzun müddət özümü saxladım, lakin
dözə bilməyib ürək dolusu bağırmağa başladım. Doyunca gül -
dükdən sonra biz stolda üzbəüz əyləşdik. Bir dəqiqəlik sükutdan
sonra ilk olaraq o danışdı:
– Çox cəlbedici varlıqdır. Mən ondan tatar qızının şəklini çək -
mək istədim, lakin geyinən kimi rəqs etməyə başladı, mən isə
gör dü yün kimi dözə bilməyib, karandaş və kağız əvəzinə gitaranı
götürdüm. Sonrasını sən bilirsən. Bunu bilmirsən ki... o, rəqs et -
məz dən qabaq qısa şəkildə başına gələnləri danışdı.
Təfsilatı özü də güc-bəla ilə bilir, əgər bu lənətə gəlmiş papaq
olmasaydı o, söhbətini yarıda kəsməzdi. Papağı görən kimi
götürdü, geyindi və hər şeyi unutdu. Ola bilsin ki, sənə daha çox
şey danışar. Ondan yaxşıca sorğu-sual elə, başına gələnlər əsl
dramadır. Onun dediyinə görə, atası keçən il Obuxov xəstəxa na -
sın da  ölüb.
Elə bu an qapı açıldı və içəri çoxdan görünməyən Mixaylov
və onun ardınca qoçaq miçman girdi. Mixaylov bizə qeyd-şərtsiz
Aleksandrın evində səhər yeməyi təklif etdi. Biz Şternberqlə bir-
birimizi süzdük və razılaşdıq. Mən dərs barəsində nəsə demək
istədim, lakin Mixaylov səbəbsiz olaraq qəhqəhə çəkdi. Buna
görə də sakitcə papağımı geyinib əlimi qapının dəstəyinə atdım.
– Hələ bir rəssam olmaq istəyirsən! Məgər əsl, dahi rəssamlar
siniflərdə yaranır?– deyə təmtəraqlı şəkildə sakitlik bilməyən
Mixaylov qeyd etdi.
Biz razılaşdıq ki, rəssam üçün ən yaxşı məktəb yeməkxanadır.
Bundan sonra birlikdə Aleksandrın yanına yollandıq.
Politseyski körpüsündə hansısa bir moldovan mülkədarı ilə
gəzən, moldovan ləhcəsindəcə danışan Elkanla qarşılaşdıq. Biz
onu da özümüzə qoşduq. Bu Elkan qəribə adamdır:elə dil yoxdur
ki, o dildə danışmasın. Bizim qardaşlarımızdan tutmuş qraf və
knyazlara qədər elə mühit yoxdur ki, oradakılarla görüşməsin.
O, nağıldakı sehrbazlar kimidi, hər yerdədir və heç yerdə deyil:
İngilis sahillərində gəmiçilik kantorunda öz dostunu xarici ölkəyə
yola salır. Araba kantorunda, ya da ki, Srednıy çəpərində yenə
168
Taras Şevçenko


hansısa bir moskvalı dostunu yola salır. Toyda, yasda, xaç suyuna
salma mərasimində, ümumiyyətlə, hər şeyə bir günün içərisində
vaxt tapır. Əsl Pinettidir! Bəziləri ondan casus olduğunu
fikirləşdikləri üçün çəkinirlər, mən isə onda casusa bənzər heç
bir şey görmürəm. O, mahiyyətcə heyvərənin biri, mehriban, həm
də çox pis felyetonçudur. Onu hələ zarafatla Əbədi Cuhud
adlandırırlar və o bunu özünə rəva bilir. Mənimlə fransız dilin -
dən başqa heç bir dildə danışmır, buna görə ona minnətdaram.
Mənim üçün yaxşı təcrübədir.
Aleksandrın yanında səhər yeməyi əvəzinə biz yaxşıca nahar
edib hərə öz işinin dalınca getdi. Mixaylov və miçman bizdə
gecələdilər. Səhər açılanda Kronştadta getdilər.
Bizim üçün milad bayramı şən olduğu üçün tez keçdi. Karl
Pavloviç mənə ikinci qızıl medal uğrunda müsabiqəyə
hazırlaşmağı tapşırıb. Bilmirəm, nəsə ola bilərmi? Mən özümə o
qədər də arxayın deyiləm. Allahın köməkliyi ilə özümüzü
yoxlayarıq.
Salamat qal, mənim unudulmaz himayədarım! Daha sizə
deyiləsi sözüm yoxdur”.
“Artıq pəhriz bayramı, böyük fitrə şənlikləri, nəhayət ki,
keçib getdi. Lakin mən sizə bir söz də belə olsa yazmamışam.
Mənim unudulmaz, misli-bərabəri olmayan himayədarım, elə
düşünməyin ki, sizi unutmuşam. Allah, sən özün məni bu günah-
dan qoru! Mənim bütün arzularımda, niyyətlərimdə, təşəb büs lə -
rimdə ən parlaq, ən sevindirici varlıq olaraq qəlbimdə siz
varsınız.
Sükutumun səbəbi çox sadədir: yazmağa mövzu yoxdur,
yeknəsəqdir. Demək olmaz ki, bu yeknəsəqlik mənim üçün
darıx dı rıcıdır, əksinə, günlər, həftələr və aylar hiss edilmədən
ötüb ke çir. Zəhmət necə faydalı şeydir, xüsusən də əgər o qiy -
mət ləndirilirsə! Şükür Allaha, mən bəxşişə ehtiyac duymuram:
imtahanlarda daima üçüncü dərəcədən aşağı düşmürəm. Karl
Pav loviç məndən həmişə razıdır – rəssam üçün bundan fərəhli,
əhəmiyyətli mükafat nə ola bilər? Hədsiz dərəcədə xoşbəxtəm.
169
Rəssam


Eskizimi cüzi də olsun dəyişiklik edilmədən qəbul etdilər və
mən proqramı hazırlamağa başladım.
Süjet xəttini bəyəndim, mənim ürəyimcədir, özümü bütün lük -
lə ona həsr etmişəm. Bu “İliada”dan səhnədir – “Andromaxa
Patroklın cənazəsi üzərində”. İndi mən tam başa düşdüm ki, antik
dövrü və qədim yunan tarixini öyrənmək necə də vacib imiş. Bu
işdə fransız dili bilməyim köməyimə çatdı. Mehriban Demskiyə
bu xidmətlərinə görə necə minnətdarlıq edəcəyimi bilmirəm.
Biz Karl Pavloviçlə İsa Məsihin dirilməsi bayramını orijinal
qarşıladıq.
O, hələ mənə gündüzdən deyirdi ki, Kazan kilsəsinə gedib öz
rəsminə və xaçın hərəkətinə ocaq işığında baxacaq. Axşamüstü
buyurdu ki, saat onda çay versinlər. Vaxtın hiss edilmədən
keçməsi üçün ona və özümə çay süzdüm. O, siqar çəkdi, taxtın
üstünə uzandı və “Pert gözəlini” ucadan oxumağa başladı.
Yadıma gələn odur ki, mən otaqda o baş, bu başa gəzirdim. Sonra
anlaşılmaz ildırım çaxmasına oxşar səs eşitdim. Gözlərimi açıram
– otaq işıqlıdır, lampa stolun üzərində azacıq közərir, Karl
Pavloviç taxtın üstündə yatıb, kitab döşəmənin üzərindədir, mən
isə kresloda uzanıb, toplardan necə atəş açdıqlarını eşidirəm.
Lampanı söndürdüm, astaca otaqdan çıxıb öz mənzilimə yaxın -
laş dım. Şternberq hələ yatırdı. Əl-üzümü yudum, paltarımı geyi -
nib küçəyə çıxdım. Bayram əhvali-ruhiyyəsində olan insanlar
artıq Andreyevski kilsəsindən qayıdırdılar. Əsl bayram səhəri idi.
Bilirsiz, bütün bu müddət ərzində məni nə maraqlandırırdı?
Düzü, belə şeyləri ona görə deyirəm ki, keçirdiyim hisləri,
fikirləri sizdən gizlətmək mənim üçün günah olardı. Məni keçən
müddət ərzində əsl uşaq kimi hər şeydən çox yeni aldığım,
sukeçirməyən plaşım maraqlandırır. Qəribə deyilmi? Təzə bay -
ram paltarlarım mənə təsəlli verir.
Bir az dərindən fikirləşəndə elə də qəribə deyil. Parıldayan
plaşıma baxanda vaxtı ilə çirkli xalatda olduğum zaman bugünkü
geyimim barədə düşünmək heç ağlıma da gəlməzdi. Hansısa pla -
şa görə yüz rublu elə-belə xərcləyirəm. Sadəcə olaraq Ovidey
170
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə