Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə53/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

Şmidtlər ailəsi şəhərə qayıtdılar. Onlar öz məzəmmətləri ilə
mənim yadıma saldılar ki, yay qurtarıb. Bu müddət ərzində on-
lara bir dəfə də olsun baş çəkmədim. Ona görə ki, bu yay bütün
gecəmi, gündüzümü öz proqramıma sərf etmişdim.Əvəzində isə
onlar məni müvəffəqiyyətimə görə təbrik etdilər. Bəli, müvəf fə -
qiyyətimə görə, mənim unudulmaz himayədarım! Tələbə üçün
proqram necə də böyük işdir! Bu onun üçün bahalı əyardır. Əgər
bu qiymətli daş süni deyil, əsl əyardırsa rəssam üçün necə də
böyük xoşbəxtlikdir. Bu, möcüzəli, gözəl hissi sizin üçün ifadə
edə bilmirəm. Bu, dünyadakı ən müqəddəs, ən mükəmməl şeyin
bir insanda birləşən uzunmuddətli mövcudluğudur. Lakin bu
müqəddəs sevincdən əvvəl qəlbimdə necə acı, bezdirici vəziyyət
var idi – gözləmək. Karl Pavloviçin məni uğuruma əmin etmə -
sinə baxmayaraq, ölüm hökmündən əvvəlki cinayətkar tək əzab
çəkir dim. Bilmirdim öləcəm, ya sağ qalacam, bax, məncə, əzab
budur. Hökm hələ oxunmamışdı və bu qorxulu hökmü gözləyər -
kən biz Mixaylovla Delinin evinə getdik ki, bir partiya bilyard
oy na yaq. Lakin mənim əllərim əsdiyindən bir dənə də olsun tor-
baya şar sala bilmədim. Amma o, heç nə olmamış kimi oynayırdı.
Onun da işi məhkəməlik idi – proqramı mənimkiylə yanaşı
dayanmışdı. Belə etinasızlıq məni cinləndirirdi. Kiyi atıb,
mənzilimə qayıtdım. Dəhlizdə məni gülərüz, xoşbəxt qonşu qız
qarşıladı.
– Nə olub? – o soruşdu.
– Heç nə, – mən cavab verdim.
– Necə yəni heç nə? Mən sizin otağınızı şən bayram üçün
yığışdırmışam, siz isə elə qəmli gəlirsiniz ki...
O da üzünə qəmli ifadə verməyə çalışdı, lakin alınmadı. Mən
ona diqqətinə görə minnətdarlığımı bildirib otağa dəvət etdim. O
məni uşaqsayağı sakitləşdirməyə çalışanda dözə bilməyib
qəhqəhə çəkdim.
– Hələ heç nə bilinmir, imtahan qurtarmayıb, – dedim.
– Bəs məni niyə aldatdınız, vicdansız! Bilsəydim, heç
otağınızı da yığışdırmazdım. Və o, al dodaqlarını büzdü.
174
Taras Şevçenko


- Mixaylovun otağını yığışdırmamışam. Mənim nə işimə
qalıb, qoy o öz miçmanı ilə ayı mağarada yatan kimi ağnasınlar.
Mən ona minnətdarlıq edib soruşdum ki, Mixaylov medal
alsa, mən almasam, o sevinərmi?
– Mən onun əllərini sındıraram, gözlərini çıxardaram, ölənə
kimi döyərəm!
– Əgər mən alsam?
– Onda mən özüm sevincdən ölərəm.
– Niyə görə mənə belə üstünlük verirsən? – ondan soruşdum.
– Niyə görə?.. Niyə görə... Niyə görə... çünki siz mənə qışda
savad öyrədəcəyinizə söz vermisiniz.
– Sözümün ağasıyam.
– Akademiyaya gedin. Orda nələrin baş verdiyini öyrənin,
mən isə sizi dəhlizdə gözləyəcəyəm.
– Burda niyə gözləmirsən?
– Əgər miçman gəlsə, mən onda nə edərəm?
“Düzdür” – fikirləşdim və heç bir söz demədən dəhlizə
çıxdım. O, qapını bağladı və açarı cibində gizlətdi.
– Mən istəmirəm ki, onlar siz olmadan otağınıza girsinlər və
nəyisə korlasınlar.
“Nəyə görə o fikirləşirdi ki, onlar mənim otağımda nəyisə
kor layarlar. Fikirləşdim ki, bu, sadəcə olaraq uşaq tərsliyidir”.
Pilləkəndən düşərək mən dedim:
– Görüşənədək, mənə uğur arzulayın.
– Ürəkdən arzulayıram – deyib yoxa çıxdı.
Mən küçəyə çıxdım. Akademiyaya girməyə qorxurdum.
Akademiyanın darvazaları mənə ağzını açmış qorxulu məxluqu
xatırladırdı. Tərləyənədək küçədə qaçıb, xaç çəkib qorxunc dar-
vazaya tərəf yönəldim. İkinci mərtəbənin dəhlizində mənim
yoldaşlarım Xaronova bərəsinin kölgəsi kimi dolaşırdılar. Mən
də bu dəstəyə qarışdım.
Professorlar artıq konfrans zalına keçirdilər. Qorxulu
dəqiqələr yaxınlaşırdı. Andrey İvanoviç (inspektor) dəyirmi zal-
dan çıxarkən ilk olaraq mənimlə rastlaşdı və yanımdan ötəndə
175
Rəssam


pıçıldadı: “Təbrik edirəm”. Mən həyatı boyu belə şirin və ahəng -
dar səs eşitməmişəm və eşitməyəcəyəm də. İldırım kimi evə can
atdım və böyük sevinclə qonşu qızı öpməyə başla dım.Yaxşı ki,
heç kim görmədi, çünki bu, pilləkəndə baş verdi. Baxmayaraq
ki, mən burda pis bir şey görmürəm, yenə də şükür olsun ki, heç
kim görmədi.
Sarsıdıcı imtahan ya belə, ya da buna bənzər bir şəkildə ye -
kun laşdı. Mənim sizə yazdıqlarımın hamısı indi yalnız canlı tə -
biə tin qaranlıq silueti, həqiqi əhvalatın zəif kölgəsidir. Onu nə
qə ləmlə, nə fırça ilə, nə də ki, canlı sözlərlə ifadə etmək mümkün
deyil.
Mixaylov imtahanı verə bilmədi. Allah, sən özün saxla, əgər
mənim başıma belə bir fəlakət gəlsəydi havalanardım. O isə heç
nə olmamış kimi, mənzilə daxil oldu, isti paltosunu geyinib öz
miç manının yanına, Kronştadta getdi.
Onun miçmana qarşı olan rəğbətini anlaya bilmirəm. Onda
cəzbedici heç nə tapmıram. Mixaylov isə onunçün əldən ayaqdan
gedir. Düzü, əvvəlcə o mənim də xoşuma gəldi, lakin bu, çox
çəkmədi. Ancaq mənim yazıq müəllimim Demski! Bax, əsl
rəğbət bəsləniləsi insan odur. O yazıq sağalmaz xəstəliyə
yoluxub: axırıncı mərhələdə olan vərəm. Güc-bəla ilə gəzir. Bu
yaxınlarda o məni medal münasibəti ilə təbrik etmək üçün
gəlmişdi. Biz onunla gecəni mehriban, dostyana söhbətlə keçir -
dik. O mənim gələcəyimi qabaqcadan elə inandırıcı, elə təbii,
canlı təsvir edirdi ki, mən özümdən asılı olmayaraq ona inandım.
Yazıq Demski, xəstəliyindən xəbəri yoxdur; o öz gələcəyinə tam
sağlam gənc kimi baxırdı. Əgər arzunu xoşbəxtlik adlandırmaq
olarsa o, bəxtəvərdir. Deyir ki, əsas və ən çətin olan şey – yox-
sulluq aradan qaldırılıb. Artıq o, hansısa bir-iki rubla görə bütün
gecəni mühazirə köçürməyə məcbur olmayacaq. İndi o, yoxsul-
luqdan asılı deyil, artıq öz sevimli elmi ilə məşğul ola bilər.Əgər
öz idealı hesab etdiyi Leleveli keçməsə də, ən azından tarix
sahəsində onunla müqayisə oluna bilər. Gələcək dessertasiyası
ümidlərini reallaşdırmaq üçün bütün şəraiti yaradacaq. Bununla
176
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə