Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə50/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

üçün model dəvət etməli oldum. Siz necə fikirləşirsiniz? İndicə
modeli otuzdurub palitranı əlimə almışdım ki, qonşu qız qaçaraq
otağa gəldi. Həmişəki kimi şux, gülərüz idi. Model qızı görən
kimi birdən duruxdu, sonra hönkürüb şir balası kimi onun üzərinə
atıldı. Mən nə edəcəyimi bilmirdim. Xoşbəxtlikdən portretini
çəkdiyim xanımın tünd qırmızı məxmər şalı mənim əlimdə idi.
Şalı götürüb onun çiyninə atdım. O özünə gəldi, güzgüyə
yaxınlaşdı, bir dəqiqə baxdı, sonra şalı döşəməyə ataraq üzərinə
tüpürdü və otaqdan qaçdı.
Mən modeli buraxdım. Beləliklə, əl əvvəlki kimi tamam lan -
ma mış  qaldı.
Bu əhvalatdan sonra üç gün qonşu qız mənim mənzilimdə
görünmədi. Əgər dəhlizdə mənlə rastlaşsaydı, üzünü əlləri ilə tu -
tub əks istiqamətə qaçacaqdı.
Dördüncü gün, dərsdən təzəcə qayıdıb palitramı hazırlamaq
istəyirdim ki, qonşu qız gəldi. Ciddi və sakit idi. Onu tanıya
bilmədim. Sakitcə əlini dirsəyədək çırmalayıb təsvir olunan xanı -
mın vəziyyətini aldı. Mən heç nə olmamış kimi palitranı və fır -
ça nı götürüb işə başladım. Bir saatdan sonra əl artıq hazır idi. Bu
cür xeyirxah xidmətin qarşılığında yumşaldım. Əvəzində heç ol-
masa onun gülüşünü görmək istədim. O qalxdı, əllərini aşağı
saldı və dinməzcə otaqdan çıxdı.
Sözün açığı, bu mənə bərk təsir etdi. İndi mən əvvəlki ahəngi
bərpa etmək üçün baş sındırıram.
Beləcə, bir neçə gün keçdi. Görünür, vəziyyət düzəlməyə baş -
layır. O, artıq dəhlizdə məndən qaçmırdı, arabir hətta gülümsü -
nürdü də. Mən artıq inanmağa başlayırdım ki, indicə qapı
açılacaq və mənim bəzəkli quşcığazım uçub gələcək. Ancaq nə
qapı açı 
lırdı, nə də ki, quşcığaz görünürdü. Artıq məndə
nigarançılıq baş qal dırdı və dəcəl quşumçün tələ fikirləşməyə
başladım. Nigaran 
çı 
lı 
ğım nəinki özümə, hətta mehriban
Demskiyə belə dözülməz olanda Şternberq səmadan enən
mələktək qırğız çöllərindən qayı dıb qarşımda peyda oldu.
165
Rəssam


İndi mən yalnız Şternberq üçün yaşayıram. Əgər qonşu qız
arabir dəhlizdə qarşıma çıxmasaydı, ola bilsin ki, mən onu tama -
milə unudardım.
O, dəhşətli dərəcədə mənim yanıma qaçıb gəlmək istəyir, la -
kin bəla burasındadır ki, Şternberq bütün günü evdə olur. Əgər
həyətə çıxmaq lazımdırsa, biz birlikdə çıxırıq. Belə ki, bayram
gün lərində dözə bilmədi. Axşamlar evdə olmadığımızdan istifadə
edib maska taxaraq bizə gəldi. Mən özümü elə apardım ki, guya,
onu tanımıram. O, uzun müddət fırlanıb çalışırdı ki, mən onu
tanı yım. Lakin mən inadla öz bildiyimi edirdim. Nəhayət, o,
dözməyib mənə yaxınlaşdı və ucadan dedi:
– Siz necə adamsız, bu ki, mənəm!
– Maskanı çıxardandan sonra sizi tanıyacam, – pıçıltı ilə dedim.
O, bir az tərəddüd elədi, sonra maskanı çıxartdı.
Mən onu Şternberqə təqdim etdim.
O gündən etibarən bizdə hər şey əvvəlki kimi gedirdi. Məni -
mlə olduğu kimi, Şternberqdən də çəkinmirdi. Biz onunla şirin
zarafatlar edir, ona doğma bacı-qardaş münasibəti bəsləyir dik.
Bir dəfə Şternberq məndən soruşdu:
– O kimdir?
Bu qəfil suala nə cavab verəcəyimi bilmədim. Onun bu
barədə soruşacağı heç ağlıma da gəlməmişdi.
– Ya yetim olmalıdı, ya da ki, ən məsuliyyətsiz ananın qızı, –
o davam etdi. – Hər halda, adamın ona yazığı gəlir. Heç olmasa
oxumağı bilir?
– Bunu da bilmirəm, – tərəddüdlə cavab verdim.
Oxumağa ona bir şey verək ki, başını qatsın. Öyrən, gör,
əgər oxuya bilirsə mən ona əxlaqi mövzuda olan yaxşı bir kitab
bağışlayım. Qoldsmitin “Vekfild keşişi” əsəridir. Tərcümə
mükəmməldir, əla da çap olunub.
Bir dəqiqə sonra o mənə təbəssümlə müraciət etdi:
– Sən hiss edirsənmi ki, bu gün mənim əhvalım yaxşı deyil?
Məsələn, belə bir sual: bu sadəlövh oynaq qızın gəlişi nəylə
nəticələnə bilər?
166
Taras Şevçenko


Mənim bədənimdən yüngülcə gizilti keçdi, lakin dərhal
özümü toparlayıb cavab verdim:
Düşünürəm ki, heç nəylə.
– Təki elə olsun, – deyib fikrə getdi.
Mən həmişə onun mehriban, qayğısız uşaq simasına tamaşa
edirəm. İndi isə bu mehriban üz mənə uşaq kimi deyil, artıq
duyğulu insan kimi görünürdü. Nəyə görəsə, qeyri-ixtiyari olaraq
mənim yadıma Tornovski düşdü. Elə bil ki, nə fikirləşdiyimi
duyub mənə baxdı və dərindən ah çəkdi.
Dostum, ondan muğayat ol, – dedi, – ya da ki, özünü qoru.
Özün necə isəyirsənsə, elə də elə.Yadda saxla və heç vaxt unutma
ki, qadın müqəddəs və toxunulmaz varlıqdır. Bu ilahi xüsusiyyət
bir-birindən ayrılmazdır. Heç bir qüvvə onun qarşısında dayana
bilməz. Yalnız bunun qarşısında ilahi məhəbbət dayana bilər.
Yalnız o bizi rüsvayçılıqdan və əbədi məzəmmətdən xilas edə
bilər. Döyüşçü dəmir zirehlə silahlanan kimi, sən də bu ali hislə
silahlanıb düşməninin üzərinə cəsarətlə get.
O, bir dəqiqəlik susdu.
– Mən keçən ildən başlayaraq yaman qocalıram, gülüm sü nə -
rək dedi:
– Yaxşısı budur, küçəyə çıxaq. Otaqda bürküdür.
Küçədə sakitcə xeyli yol getdik, heç nə demədən mənzilə
qayıdıb, yerimizə uzandıq.
Səhər mən sinfə getdim, Şternberq isə evdə qaldı.
Saat on birdə evə gəlib nə görsəm yaxşıdı? Dünənki əxlaq
professoru qonşu qızı qunduz xəzindən və məxmərdən hazır lan -
mış paltarla, qızıl naxışlarla bəzədilmiş tatar fəsi və qırmızı, ipək,
tatar şuqayı (qısaətəkli qadın koftası) ilə bəzəmişdi. Özü isə
ucuşiş başqırd papağını qoyub gitara çalırdı. Qonşum isə sənin
Talioninin kimi solo oxuyurdu.
Təbii olaraq mən əl çaldım. Onlar heç gözlərinin ucuyla da
baxmadılar. Heç nə olmamış kimi öz rəqslərinə davam edirdilər.
Qız əldən düşənə kimi rəqs edərək papağını və şuqayını atıb dəh -
lizə qaçdı. Mənim əxlaq müəllimim isə gitaranı qoyub dəli kimi
167
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə