Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə42/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

Bu gün ilk dəfə idi ki, mən sinifdə deyildim, çünki Karl
Pavloviç məni buraxmadı, Mixaylovla məni özünə dama oyunun -
da rəqib etdi və üç saatlıq fayton qonaqlığını bizə uduzdu. Biz
adaya getdik, o isə evdə qalıb bizi şam yeməyinə gözləyirdi.
P.S. Yadımda deyil, keçən məktubda sizə sentyabr imtahanın -
dan sonra “Döyüşçü” şəklimə görə natura sinfinə köçürüldüyüm
barədə yazmışammı?
Əgər sizin kimi unudulmaz şəxsiyyət olmasaydı, yəqin ki,
məni bir ildən sonra natura sinfinə keçirməzdilər. Mən professor
Buyalskinin anatomiyadan dediyi mühazirələrə getməyə baş -
ladım. O, indi skelet barəsində mühazirə deyir. Sizin kömək -
liyinizlə mən artıq skeleti əzbərdən bilirəm. Hər yerdə və hər
zaman siz mənim yeganə, unudulmaz xeyirxahımsınız! Salamat
qalın!
Bütün varlığı ilə sizə sadiq N.N.”
Mən onun başına gələnləri yazdığı məktublar əsasında danış -
maq fikrindəyəm. Özü də bu, çox maraqlı olardı.
Məktublarda o, tez-tez dərslərindən, demək olar ki, bütün
tələ bələrin və yoldaşlarının sevimlisi olan Karl Pavloviçin gün -
də lik məişətindən yazırdı. K.Bryulovun gələcək bioqrafı kimi
vaxt keçdikcə onun bütün məktublarını nəşr edəcəm. İndi isə
yalnız dərslərinə, yaradıcılıq sahəsindəki uğurlarına və yüksək
mənəviyyatlı daxili dünyasına bilavasitə aid olanlardan söz açacam.
“Artıq oktyabr ayı sona yetir, Şternberq isə hələ də gəlməyib.
Mənzillə nə edəcəyimi bilmirəm. Bu məni o qədər də narahat
etmir, çünki mənzilin pulunu Mixaylovla yarıbayarı ödəyirik.
Mən, demək olar ki, çıxılmaz vəziyyətdə qalıb, Karl Pavloviçin
evində oluram, yalnız yatmağa evə gəlirəm. Arabir isə gecəni də
onun evində qalıram, Mixaylov bəzən gecələməyə də evə gəlmir.
Allah bilir, o, haradadır və nə ilə məşğuldur. Mən onunla yalnız
Karl Pavloviçin yanında, bəzən də siniflərdə görüşürəm. O,
özünəməxsus, yumşaq qəlbli insandır. Karl Pavloviç təklif edir
ki, tamamilə onun evinə köçüm, lakin sizə deməyə həm qorxu-
ram, həm də utanıram. Mənə elə gəlir ki, öz evim mənim üçün
141
Rəssam


daha rahatdır, həm də Şternberqlə heç olmasa iki-üç ay birlikdə
yaşamaq istəyirəm. Çünki bunu siz mənə məsləhət görmüsünüz,
siz isə mənə pis məsləhət verməzsiniz. Karl Pavloviç Domeniki-
nonun “İohan Boqaslov” rəsminin surəti üzərində ciddi cəhdlə
çalışır. Bu işi ona Rəssamlar Akademiyası sifariş verib. İş zamanı
mən oxuyuram. Onun böyük, lakin səliqəsiz kitabxanası var. Bir
neçə dəfə biz oranı səliqəyə salmaq istədik, lakin uğursuz alındı.
Yəni ki, mütaliə ilə yaxşıca məşğul oluram. Karl Pavloviç Smir-
duna onun “Yüz ədəbiyyatçı” əsərinə rəsm çəkəcəyinə söz verib,
bütövlükdə kitabxana da onun qulluğundadır. Mən, demək olar
ki, Valter Skotun bütün romanlarını oxumuşam, indi isə Mişonun
“Səlib müharibələrinin tarixi”ni oxuyuram. Bu roman digərləri
ilə müqayisədə daha çox xoşuma gəlir. Karl Pavloviç də belə
deyir. Mən Pyotr Pustınnikin ilk səlib yürüşünə çıxan kütləni bir
alman şəhərindən necə keçirməsini, onların geyim və ədalarını
nəzərə alaraq eskizini hazırladım. Karl Pavloviçə göstərdim, o
isə mənə İncildən, qədim Yunan və Roma tarixindən başqa
hansısa bir yerdən süjet xətti götürməyimi qəti qadağan etdi. O
dedi: “Orada tam sadəlik və cəlbedicilik, orta əsrlər tarixində isə
mənəviyyatsızlıq və çirkinlik var”. İndi mənim mənzilimdə
İncildən savayı kitab yoxdur. Mən “Anarxistin səyahəti” və
“Yunan tarixi”ni Karlın evində elə Karl Pavloviçin özü üçün oxu -
yuram və o da həmişə məmnuniyyətlə qulaq asır.
Kaş siz onun öz işini necə səmimi sevgiylə, necə diqqətlə
tamamlamasını görəydiniz! Mən onun qulluğunda ehtiramla
dayanıram, başqa cür ola da bilməz. Lakin orijinal əsərin sehrli
və füsunkar gücü nələrə qadirdir! Bəlkə də, bu sadəcə olaraq qa -
baq cadan yaranmış yanlış fikirdir. Bəlkə, zaman rənglərin tonunu
məftunedici şəkildə açıb. Bəlkə, Domenikino... Yox, bu, yanlış
fikirdir, belə düşünmək günahdır. Domenikino heç vaxt bizim
dahi Karl Pavloviçdən üstün ola bilməz.
Arabir elə istəyirəm ki, tezliklə orijinalı burdan aparsınlar.
Necə oldusa bir dəfə şam yeməyi əsnasında surətlərdən söz
düşdü. O dedi ki, nə rəssamlıqda, nə də heykəltəraşlıqda o, həqiqi
142
Taras Şevçenko


surət tanımır. Yəni ki, yenidən yaratmaq lazımdır. O ki, qaldı ədə -
biy yata, o yalnız yeganə bir surət tanıyır, bu da Jukovskinin “Şi -
lion məhbusu”dur. Elə buradaca əzbərdən deməyə başladı. O,
şeir 
ləri necə də gözəl deyir! Allah haqqı, Briyanskdən də,
Karatıgindən də yaxşı deyir. Yeri gəlmişkən, Karatıgin barəsində.
Bu günlərdə təsadüfən biz Mixaylovski teatrına getdik. “Otuz
il və ya oyunçunun həyatı” əsərini göstərirdilər. Onun dediyinə
gö rə, tamaşanın adını dəyişiblər. İkinci və üçüncü pərdənin ara -
sın da o, kulisin arxasına getdi və Karatıginin dilənçi rolu üçün
pal tarını geyindi.Tamaşaçılar özləri də bilmədən qəzəbləndilər.
De mək, yaxşı aktyor üçün kostyumun necə də böyük rolu var imiş.
Talioni artıq Peterburqa gəlmişdi və tezliklə öz sehrli uçuş -
larına başlayacaqdı. Lakin o, bir şeyə təəssüflənirdi. Kaş Ştern -
berq tezliklə gələydi! Mən onu görmədən vuruldum. Karl
Pav lo viç mənim üçün dünyadır, lakin onun mehribanlığına və
nəvazişinə baxmayaraq, bəzən mənə elə gəlir ki, tənhayam.
Mixa ylov çox yaxşı yoldaşdır, lakin heç nə ilə məşğul olmur, heç
bir gözəllik onu cəlb etmir. Bəlkə də, mən onu anlamıram. Sala-
mat qalın, mənim unudulmaz himayədarım!”
“Mən heyranlıq içindəyəm. Səbirsizliklə uzun müddət göz -
lə 
diyim Şternberq, nəhayət ki, gəldi. Gözləmədiyim halda,
qəflətən! Mən çaşıb qaldım və uzun müddət öz gözlərimə inan -
madım: fikirləşdim, qarabasma deyil ki? Həmin vaxt “İezekil sü -
mük lərlə örtülmüş sahədə” eskizini işləyirdim. Bu hadisə gecə
saat ikiyə qalmış baş verdi. Birdən qapılar açıldı, – mən “İeze -
kil”lə məşğul idim deyə, qapıları açarla bağlamağı unutmuşdum,
qalın kürkdə və qalın papaqda olan bir insan fiquru peyda oldu.
Əvvəlcə qorxdum, özüm də anlamadan dedim: “Şternberq?” –
“Şternberq”, – o cavab verdi və mən ona kürkü çıxarmağa macal
vermədən qucaqlayıb öpməyə başladım. Uzun müddət sakitcə
bir-birimizə baxdıq, nəhayət, o, darvazanın yanında faytonçunun
gözlədiyini xatırladı. O, faytonçunun, mən isə qapıçının yanına
getdim ki, onun əşyalarını mənzilə gətirsin. Hər şeyi yerbəyer
etdikdən sonra rahat nəfəs aldıq.
143
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə