Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə38/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

Mən bacardığım qədər onu ruhlandırırdım, lakin Karl
Pavloviçin niyyəti barədə bir söz demədim. Ona görə ki, heç mən
özüm də ümidverici yaxşı bir şey gözləmirdim.
Bazar günü onun sahibinin yanına bu niyyətlə getdim
öyrənim ki, görəsən, tələbəmi adi rəngsazla əvəz etmək olarmı? 
– Niyə olmur? – deyə o cavab verdi, – nə qədər ki, təsviri
yaradıcılıq işlərimiz başlamayıb olar, lakin sonra: O mənim
rəssamımdır və rəssam incəsənətdə nə deməkdir bunu yaxşı
bilirsiniz. Siz necə güman edirsiniz, – o davam etdi, – o, yerini
kiminləsə əvəz etmək qabiliyyətindədirmi?
– Mən sizə işçi təşkil edərəm.
– Siz? – heyrətlə o məndən soruşdu. – Siz hansı mənafeyinizə
görə belə canfəşanlıq edirsiniz?
– Elə-belə, – deyə cavab verdim, – mənəvi rahatlıq üçün.
– Yaxşı rahatlıqdır. Ancaq pulu sağa-sola səpələmək heyifdir!
Görünür, pulunuzu xərcləməyə yer tapmırsınız, – o özündən razı
halda gülümsəyərək davam etdi. – Məsələn, siz hər portret üçün
nə qədər alırsınız?
– Baxır portretə, – onun fikrini anlayıb cavab verdim, – və
müştərinin kimliyinə. Məsələn, sizdən yüz gümüş rubldan artıq
götürmərəm.
– Yox, qardaş, kimdən istəyirsiniz yüzlük götürə bilərsiniz,
hərgah bizdən onluq götürə bilsəniz şükür edin.
– Gəlin, ən yaxşısı belə eliyək, – əlimi ona uzadaraq dedim,
– iki ay öz rəssamınızı mənim yanıma buraxın, portretiniz hazır.
– İki aylıq? – o fikirləşərək dedi, – iki ay çoxdur, olmaz. Bir ay.
– Bir aylığa da razıyam.
Biz dəllal kimi əl verib razılaşdıq.
– Nə vaxt başlayacağıq? – o məndən soruşdu.
– Elə sabah, – deyib şlyapamı götürdüm.
– Hara belə? Bəs bunu yumayaq?
– Yox, minnətdaram. İşi qurtaranda yuyarıq. Görüşənədək!
– Hələlik!
127
Rəssam


Uzun sürən ağır köləlik illərindən sonra sürətlə keçən azad -
lığın bir ayı nə deməkdir? Zülməti bir kibrit çöpü də işıq lan dı ra
bilər. Bütün bu məsud ay ərzində mən onu seyr edirdim. Onun
mənalı, gənc siması elə işıqlı sevinclə, elə böyük xoşbəxtliklə
parlayırdı ki, ilahi sən özün bağışla, mən ona həsəd aparırdım.
Kasıb, lakin təmiz və səliqəli geyimi mənə çox bahalı kostyum
kimi gəlirdi. Xovlu parçadan tikilmiş şineli ona çox yaraşırdı.
Madam Yurgensin yanında nahar edərkən nə mənə, nə də ona
rişxəndlə baxmırdı, – deməli, ondakı bu xoşbəxt dəyişikliyi görən
tək mən deyildim.
Bu xoşbəxt günlərin birində biz madam Yurgensin yemək xa -
na sına gedərkən Böyük prospektdə Karl Pavloviçi gördük.
– Hara belə? – o bizdən soruşdu.
– Madam Yurgensin yanına, – mən cavab verdim.
– Mən də sizinlə gedəcəyəm. Birdən-birə nəsə yemək is tə -
dim, – deyərək bizimlə birgə Üçüncü keçidə döndü.
Dahi Karl arabir macal tapanda madam Yurgensə baş
çəkməyi sevirdi. Onu nə madam Yurgensin xidmətləri, nə də qul-
luqçusu olan mərhum Aqari Petrovski üçün model olan Olim pia -
da cəlb edirdi. Onu həqiqi artist olaraq bizim cəmiyyətin müxtəlif
çalarlı xarakterləri maraqlandırırdı. Burada yalnız mundiri ilə
seçilən kasıb senat qulluqçular, bənizləri ağarmış arıq universitet
tələbələri onun maraq dairəsində idi. Bu tələbələr Fişerin mü ha -
zirələrini köçürtdükləri üçün aldıqları pulun müqabilində madam
Yurgensin yanına gəlib nahar edirdilər.
Burada nə Dümanın, nə də ki, Sand-Jorjun əsərlərində görə
bilməyəcəyi çox şeyləri sezirdi. Lakin hər dəfə bura gələndə ona
qarşı diqqətli olan madam Yurgens məxsusi otaqda təmtəraqlı
masanın üzərindəki tələsik hazırlanmış yemək təklif edərdi. Və
həmişə də o, əsl sosialist kimi bundan imtina edərdi. Bu dəfə
imtina etmədi. Xüsusi otaqda üç nəfərlik süfrə açmağı tapşırdı,
Olimpiadanı isə “Jekson” içkisinin ardınca Foksun yanına
göndərdi.
128
Taras Şevçenko


Madam Yurgens tələsdiyindən təlaşa düşmüşdü, gözü aya ğı -
nın altını görmürdü. Az qala öz yeni parikini ləçəyi ilə birlikdə
başından salacaqdı, lakin yadına düşdü ki, ləçəyi çox dəyərli
qonağın xatirinə dəyişməlidir. Onun üçün Dahi Karl, həqiqətən
də, əziz qonaq idi. Gəldiyi ilk gündən “qabırğalar”ın sayı artmış -
dı. Özü də necə qabırğalar! Onlar elə-belə adamlar deyildi. Bu
şəxslər Medoku şüşəsi və hansısa xüsusi bifşteks sevən adamlar
idilər. Bu, tamamilə təbii idi. Əgər Amsterdamdan gəlmiş xanıma
baxmaq üçün iyirmi beş qəpik verirlərsə, niyə Bryulovu ya xın -
dan görmək üçün otuz qəpik verməsinlər? Madam Yurgens bunu
yaxşı başa düşürdü və yeri gələndə də mümkün qədər bundan
istifadə edirdi.
Mənim tələbəm masanın arxasında oturub, solğun bir halda
Jakson şüşəsindən sonra sakitcə Böyük Karlın əlini sıxdı. Evə də
aramla gəldi. Soyunmadan döşəməyə yıxılıb, günün qalan his sə -
si ni və bütün axşamı ağladı.
Onun müstəqillik dövrünün bir həftəsi qalmışdı, lakin ertəsi
gün mənim tərəfimdən verilmiş yeməkdən sonra öz rəsmlərini
trubkaya bükərək mənə heç bir söz demədən qapıdan çıxdı. Elə
fikirləşirdim ki, adəti üzrə Yeddinci döngəyə gedir. Ona görə də
hara gedəcəyini soruşmadım.
Nahar zamanı o, yox idi, axşam oldu, hələ də gəlib çıx ma -
mışdı.
Növbəti gün ağasının yanına getdim, orada da yox idi. Mən
qorxdum və nə edəcəyimi bilmədim. Üçüncü gün axşamüstü o,
həmişəkindən də solğun və fikri dağınıq halda evə gəldi.
– Harda idin? – mən soruşdum. – Sənə nə olub, xəs tə lən mi sən?
– Xəstəyəm, – aydın olmayan səslə cavab verdi.
Mən qulluqçunu şəxsi həkim Jadovtsovu çağırmaq üçün gön -
dər dim, özüm isə onu soyundurub yatağa uzandırmaq qərarına
gəl dim. O, sözəbaxan uşaq kimi mənə tabe olurdu.
Jadovtsov onun nəbzini yoxladı və xəstəxanaya göndərməyi
məs ləhət gördü. “Ona görə ki, qızdırmanı sizin evdəki üsul ları -
nız la müalicə etmək təhlükəlidir” – dedi.
129
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə