Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə36/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

danışanları da dinləmişəm. Halbuki burada camaatın sonuncu
qoyununu da əlindən alırlar. Mən bu tipdən olanları çox
görmüşəm, lakin K.Bryulovu öz evində bu dərəcədə kobudluqla
qarşılayan belə rus donuzunu görməmişəm.
Məndə hər şeyi bilmək həvəsi baş qaldırmışdı. Uzun müddət
yata bilmədim: bütün bu müddət ərzində özümdən soruşurdum
ki, gönüqalın, qanmaz donuz nə deməkdir?
Ertəsi gün sürtüyümü (frak) geyinəndə artıq məndəki həvəs
soyumuşdu.Tədbirli olmağım üstün gəldi. Ağlım mənə deyirdi
ki, bu donuz elə də qeyri-adi bir şey deyil ki, onun uğrunda izzəti-
nəfsini qurban verəsən. Hərçənd ki, bu iş böyük qurban tələb
edirdi. Qarşımda bir sual dururdu: əgər mən dahi müəllimim kimi
iztirablara dözə bilməsəm, onda necə?
Bir qədər fikirləşib, sürtüyümü çıxartdım, həmişəki paltomu
geyinib qoca Venetsianovun yanına getdim. O bu cür işlərin
ustasıdır. Olub ki, bir neçə dəfə belə adamlarla münaqişə yaşayıb
və hər dəfə də toqquşmalardan şərəflə çıxıb.
Venetsianovu iş başında tapdım. O, tuşla “Ana uşağına Allaha
dua etməyi öyrədir” rəsmini çəkirdi. Bu şəkil Vladislavlevin
“Sübh şəfəqi” almanaxı üçün nəzərdə tutulmuşdu.
Mən vaxtsız gəlişimin səbəbini izah edib, ona amfibiyanın
ünvanını verdim. Qoca işini yarımçıq qoyub paltarını dəyişdi və
biz küçəyə çıxdıq. Fayton saxlatdıraraq minib getdi. Mənzilimə
qayıdanda şən, bəxtəvər tələbəmi burada gördüm. Onun gözəl
əhvali-ruhiyyəsini nəsə pozmuşdu. Dostu ilə mühüm bir sirri
bölüşmək istəyən adama bənzəyirdi. Digər tərəfdən isə bu sirrin
üstünün açılmasından qorxurdu. Paltomu soyunub, üst köynəyimi
geyindim və narahat dostumdan soruşdum: 
– Təzə nə xəbər var? Dünən axşamüstü neyləmisən? Ağan
necədir?
– Ağadır da, həmişəki kimi..., – duruxaraq cavab verdi. – Mən
yatana qədər “Andrey Savoyar”ı oxudum, sonra sizin mənə
verdiyiniz şamı yandırıb şəkil çəkdim.
– Nə çəkirdin? – mən ondan soruşdum. – Estampdan
(qravüradan çıxarılan nüsxə), yoxsa nə gəldi?
121
Rəssam


– Elə belə, – qızararaq dedi. – Bir müddət əvvəl Ozerovun
əsərini oxudum və “Edip Afinada”nı bəyəndim. Onu tərtib
eləməyə çalışırdım.
– Bu, yaxşıdır. Sən özünlə kompozisiyanı gətirmisən? Göstər
mənə.
O, cibindən elə də böyük olmayan kağız parçasını çıxartdı,
titrəyən əlləri ilə mənə uzadaraq dedi:
– Qələmlə tamamlamağı çatdıra bilmədim.
O, ilk dəfə idi ki, çətinliklə işini mənə göstərirdi. Onun
təvazökarlığı, daha dəqiq desək, tərəddüdü mənim xoşuma gəldi.
Bu, istedadın açıq-aşkar əlaməti idi. Rəsminin sadəliyini bəyən -
dim: yalnız üç fiqur – Edip, Antiqona və uzaqda Polinik. İlk təc -
rübə lərdə belə lokanizmə nadir hallarda rast gəlinir: hər şeyin
əv vəli həmişə çətin olur. Gənc təxəyyül, adətən, sıxılmır, çox mə -
na lı sözə, nota, bir istiqamətə fikrini yönəltmir. Ona genişlik
lazımdır. O parıldayır və çox vaxt göz qamaşdırır, çaşır, yıxılır
və dəfedilməz lokanizmə parçalanır.
Mən onu epizod seçiminə görə təriflədim, poeziyadan əlavə
tarixi oxumasını məsləhət gördüm. Xüsusən Rafael,Volipato,
Pus sen və ya Odrandan yaxşı estampları çəkməsini tövsiyə et -
dim. “Bunlar hamıdan çox sənin ağanda var. Boş vaxtın olanda
şə kil çək. Kitabları isə mən sənə verərəm”. Elə buradaca ona
Gilisin bir neçə cildini (“Qədim Yunan tarixi”) verdim.
O, kitabları qəbul edərək dedi: – Sahibimdə divarda asılan -
lar dan əlavə estamplarla dolu portfel var, amma o mənə estamp -
lardan çəkməyə icazə vermir, elə bilir ki, korlayaram...O gülərək
davam etdi: – Hə, mən ona dedim ki, siz məni Karl Pavloviçin
yanı na aparıb şəkillərimi ona göstərmisiz… 
Onun dili dolaşdı.
– Sahibin nə dedi?
– ...Bəzən mən özüm buna inanmıram…
– Nəyə? – deyə onun sözündən tutdum. – İnanmadı ki,
Bryulov sənin rəsmlərini tərifləyib?
– O mənim Karl Pavloviçi gördüyümə inanmadı, inandırmaq
is tə yəndə isə mənə “axmaq” dedi.
122
Taras Şevçenko


Daha nə isə demək istəyirdi ki,Venetsianov otağa daxil oldu,
şlyapasını çıxartdı, gülümsəyib dedi:
– Heç nə dəyişməyib! Mülkədar, elə mülkədardı!.. Düzdür, o
məni bir saat gözlətdi. Bəli, bu onlarda adətdir. Neyləmək olar,
bu adətlər onların qanunudur. Məni öz kabinetində qəbul etdi.
Kabineti xoşuma gəlmədi. Orada hər şey dəbdəbəli, bahalı,
əladır. Lakin bu yapon üslubunda yaxşı görünə bilər. Əvvəlcə
mən onunla maarifçilikdən, daha sonra filantropiya (xeyriy yə çi -
lik, insanpərvərlik) barəsində xüsusi söhbət apardım. O, sakit bir
şə kil də mənə diqqətlə qulaq asırdı, nəhayət, mənim sözümü
kəsərək dedi:
– Açıq-açığına mənə deyin görüm, Bryulovla siz məndən nə
istəyirsiniz? Dünən axşam o məni borclu çıxartdı. O, əsl ame ri -
kan vəhşisidir! – deyib, ucadan qəhqəhə çəkdi. Mən pərt oldum,
lakin özümü tez ələ aldım, soyuqqanlılıqla məsələni ona izah
etdim.
– Bayaqdan belə deyin də, yoxsa filantropiya belə gəldi..! Bu-
rada nə filantropiya...filan! Hər şey puldur! – deyə özündən razı
halda əlavə etdi:
– Siz son qiyməti bilmək istəyirsiniz? Mən sizi düz başa düş -
müşəm?
– Tamamilə düz başa düşmüsüz.
– Mənim son qiymətim budur: iki min beş yüz rubl!
Razısınız?
– Razıyam.
– O, peşəkar adamdır, belələri evdə lazımdır...
O, daha nəsə demək istəyirdi ki, mən təzim edib çıxdım.
Budur, mən sizin qarşınızdayam.
– Səmimi qəlbdən təşəkkür edirəm.
– Mən sizə ürəkdən təşəkkür edirəm! – əlimi bərk sıxaraq
dedi. – Siz mənə sənətimiz üçün nə isə etməyə imkan yaratdınız.
Həm də Böyük Karlı amerikan vəhşisi adlandıran əcaib adamı
görmək fürsətini verdiniz. Qoca mehribanlıqla gülüb dedi:
123
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə