Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə34/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

Bu lakonik məktuba ünvanı əlavə etdim və mənim Merkurim
götürüldü.
Qapı örtüləndən sonra məndən soruşdu:
– O sizin modelinizdi, yoxsa xidmətçiniz?
– Nə o, nə də o birisi, – deyə cavab verdim.
– Onun fizionomiyası mənim xoşuma gəldi, təhkimçiyə oxşa -
mır.
– Təhkimçiyə oxşamır, ancaq...
Mən sona qədər deməyib dayandım.
O mənim fikrimi göydə tutdu:
– O, təhkimçidir?
– Təəssüf ki, elədir, – mən əlavə etdim.
– Barbarlıq! – pıçıldayıb fikrə getdi. 
Bir neçə dəqiqəlik sükutdan sonra o, siqaretini döşəməyə
tulladı, şlyapasını götürüb çıxdı, dərhal da geri qayıdıb dedi: 
– Mən onu gözləyəcəm. İstəyirəm bir daha onun
fizionomiyasına baxım. Sonra siqaret yandıraraq soruşdu:
– Onun işini mənə göstərin.
– Kim sizə dedi ki, məndə onun işi var?
– Olmalıdır, – deyə qətiyyətlə söylədi.
Mən ona Laokoonun maskasını, tamamlanmış başqa bir şəkli
və yenicə başladığı Mikelancelodan qeydlərini göstərdim. O,
uzun müddət kağızları əlində saxlayıb baxır, allah bilir, nə fikir -
lə şirdi. Nəhayət, başını qaldırıb soruşdu:
– Onun sahibi kimdir?
Mən mülkədarın soyadını dedim.
– Sizin tələbəniz barədə yaxşıca düşünmək lazımdır...Lukyan
mənə mal ətindən qızartma qonaqlığı söz verib, gəlin birlikdə
nahar edək. Bunu deyib qapıya yaxınlaşdı və yenə də ayaq sax -
la dı:
– Bir gün onu mənim yanıma gətirin. Xudahafiz. 
O getdi. On beş dəqiqədən sonra Merkurim qayıtdı və mənə
izahat verdi ki, onlar, yəni Quberin özü Karl Pavloviçin yanına
gəlmək istəyirdilər. Ondan soruşdum:
114
Taras Şevçenko


– Karl Pavloviçin kim olduğunu bilirsənmi?
– Bilirəm, ancaq onu heç vaxt görməmişəm.
– Bəs bu gün...
– Məgər o, Karl Pavloviç idi?
– O idi.
– Niyə mənə demədiniz, ona yaxşıca baxardım. Elə bildim,
sadəcə hansısa bir cənabdır.
Bir qədər susaraq məndən soruşdu:
– O nə vaxtsa sizin yanınıza gələcək?
– Bilmirəm, – deyə cavab verdim və geyinməyə başladım. 
– Aman tanrım! Ona heç olmasa uzaqdan da olsa bir də baxa
biləydim! Bilirsiniz, küçə ilə gedəndə həmişə onun barəsində
fikirləşirəm, gözlərim gəlib-gedənlər arasında onu axtarır.
Deyirsiniz, onun çəkdiyi portret “Pompeyin son günləri”nə çox
oxşayır?
– Demək, burada olanda sən onu tanımamısan. Eybi yoxdur,
fikir eləmə. Əgər o bazar gününə qədər mənim yanıma gəlməsə,
onda biz səninlə onun görüşünə gedərik. İndi isə bu bileti al,
madam Yurgensin aşxanasına get, mən bu gün evdə nahar
etməyəcəm.
Ona tapşırığımı verib çıxdım.
Bryulovun emalatxanasında B.A.Jukovski və qraf M.Y.Viel -
qorski ilə rastlaşdım. Onlar Pyotr və Pavel lüteran kil sə ləri üçün
çəkilmiş, hələ tamamlanmamış “İsanın çarmıxa çə kilməsi” əsəri
ilə maraqlanırdılar. Ağlayan Məryəm Maqdalinanın baş hissəsi
artıq çəkilmişdi. V.A.Jukovski bu ağlayan ilahi gözələ baxanda
özü də ağlamağa başladı və yaratdığı əsərə görə Böyük Karlı
qucaqlayıb öpdü.
Olub ki, mən Bryulovla birlikdə tez-tez Ermitajda olmuşam.
Rəngkarlıq sənəti ilə bağlı söylədiyi parlaq mühazirələr hər dəfə
Teniyerlə, xüsusilə onun “Kazarma” əsəri ilə bitirdi. Uzun müd -
dət bu şəkil qarşısında dayanıb, məşhur Holland rəssamını tərif -
lə yir, ona mədhiyyə söyləyərək deyirdi: “Təkcə bu əsər üçün
Ame ri kadan bura gəlməyə dəyər”. İndi eyni sözləri onun “Xaç”
115
Rəssam


əsəri barədə, xüsusilə ağlayan Məryəm Maqdalina haqqında da
de mək  olar.
Qucaqlaşıb öpüşəndən sonra Jukovski Bryulovun o biri ota -
ğına keçdi. Bryulov mənə baxıb gülümsədi və Jukovskinin ardın -
ca getdi. Yarım saatdan sonra onlar emalatxanaya qayıtdılar.
Bryulov mənə yaxınlaşaraq gülümsəyib dedi: “Təməl qoyuldu”.
Bu zaman qapı açıldı və Quber daxil oldu. O, artıq yol paltarında
deyil, ütülənmiş, şıq qara frakda idi. Təzim etmək istəyəndə
Jukovski ona yaxınlaşıb dostcasına əlini sıxdı və xahiş etdi ki,
“Faust”dan sonuncu pərdəni oxusun. Quber oxumağa başladı.
Dolğun təəssürat yarandıqda şair öz şair dostunu öpüşlə müka -
fatlandırdı. Jukovski və qraf Vielqorski tezliklə emalatxanadan
çıxdılar. Quber arxayın halda yenicə yazdığı “Terpsixor”u oxu -
yub qurtarandan sonra Bryulov dedi:
– Mən qəti qərara gəldim ki, “Xitana”ya baxmağa getmə yə cəm.
Quber soruşdu:
– Niyə?
– Ona görə ki, sənin “Terpsixor”una inamımı itirmək istəmirəm.
– Necə yəni?
– Gözəl fikirlərə inam daha yaxşıdır, nəinki...
Şair onun sözünü kəsdi:
– Sən demək istəyirsən ki, mənim şeirim ilahi Talionidən
yüksəkdə dayanır. Allaha and içirəm ki, bu şeir heç onun
dırnağına da dəyməz! Hə, az qala yadımdan çıxacaqdı, bu gün
biz gedib Aleksandrın yanında makaronlu biyan kökünün dadını
çıxaracağıq. Nestor, Mişa və müxtəlif şeylər... olacaq... Və sonda,
PİYANENKO. Getdik!
Bryulov şlyapasını götürdü.
– Ax, hə! Unutmuşdum,... – deyə Quber cibindən biletləri
çıxardı. – Bu iki bileti al, tamaşadan sonra Nestorun birjasına
gələrsən. (N.Kukolnikin bədii gecələrini zarafatca belə adlan -
dırırdılar.) 
– Yadımdadı, – deyə Bryulov cavab verdi və biletləri mənə
uzatdı.
116
Taras Şevçenko


Quber mənə müraciət edərək dedi:
– Siz də bizimlə gedirsiz?
Cavabında dedim:
– Mən də sizinlə gedirəm.
– Getdik! – deyib, Quber bizimlə dəhlizə çıxdı. Lukyan
qapını bağlaya-bağlaya mızıldandı:
– Bu da sənə rostbif!
Makaronlu biyan kökü və “stofatto lakrima-kristi” (çərəz adı)
ziyafətindən sonra dəstə “birjaya”, biz isə yəni mən, Quber və
Böyük Karl teatra yollandıq. Uvertüranı gözləyənə qədər mən
protejemin (dostumun) əsərləriylə maraqlandım. (Bolşoy Teatrın
plafonunu bəzəyən bütün şəbəkə və naxışlar üçün çəkilən rəsmlər
memar Kavosun göstərişi ilə edilmişdi. Bunu mənə özündən razı
sahib deyil, maşinist Kartaşov demişdi. Bu həmin Kartaşovdur
ki, iş gedən zaman daim burada olur və səhərlər mənim protejemi
çaya qonaq edirdi.) İstədim ki, Bryulova şagirdimin çəkdiyi
şəbəkələri göstərim. Ancaq uvertüra səsləndirildi. Hamının, o
cümlədən mənim də gözlərim pərdəyə zilləndi. Uvertüra sona
çatdı, pərdə titrəyərək qalxdı və balet başlandı. Kaçuçaya (rəqsə)
qədər hər şey yaxşı gedirdi. Publika özünü saxlaya bilirdi. Kas-
tanietin (barmaqlara taxılan şax-şax) ilk zərbəsi ilə hər şey
lərzəyə gəldi. Əvvəlcə alqışlar sakit başladı. Elə bil uzaqlarda
ildırım çaxırdı. Sonra bu ildırımın səsi zala doldu. Getdikcə
güclənməyə başladı və rəqs sona çatsa da, zalda ildırım çax-
maqda davam edirdi. Bayaqkı tərbiyəli publika, o cümlədən mən
də özümü saxlaya bilmədim. Qışqırıq, heyrət zalı bürümüşdü.
Kimsə “Bravo”, kimsə “Da cano” qışqırır, kimsə hıçqırır, kimsə
ayaqları və əlləri ilə döşəməni döyəcləyirdi.
Birinci hay-küydən sonra mən Böyük Karla baxdım. O yazıq
da tər içində əlləri, ayaqları ilə döyəcləyir, var gücü ilə qışqırırdı
“Da cano!”. Quber də onun kimi. Mən də istədim ki, ruhlanıb
müəllimim kimi edim, amma nədənsə məndə alınmırdı.Yavaş-
yavaş tufan sakitləşməyə başladı. Onuncu dəfə səhnəyə çağrılan
rəqqasə xanım bir neçə dəfə reverans etdikdən sonra yoxa çıxdı.
117
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə