Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə37/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

– Vəzifəmi yerinə yetirdim, indi iş sizlikdir. O ki qaldı
uğursuzluğa, yenə də Aqliçki klubuna müraciət edəcəyəm.
Hələlik, sağ olun!
Onu saxlayıb dedim:
– Gəlin, birlikdə Karl Pavloviçin yanına gedək.
– Getmərəm, heç sizə də məsləhət görmürəm. Atalar sözünü
yadınıza salın: “Vaxtsız qonaq tatardan pisdi”, xüsusən rəssamın
evində, özü də səhərə yaxın.
– Bu gün səhər baş verənlərə görə siz məni utandırırsınız.
– Heç də yox...
– Siz əsl xristian kimi hərəkət etdiniz. İş və istirahət üçün biz
müəyyən vaxt təyin etmişik, xeyriyyə işləri üçün isə bunu
etməmişik. Bir daha sizə bugünkü gəlişinizə görə təşəkkür
edirəm. Görüşənədək! Biz bu gün evdə nahar edəcəyik, buyura
bilərsiniz. Belviderskini də görsəniz özünüzlə gətirin, –gedərkən
o əlavə etdi. O, Bryulovun tələbəsi, Şillerin coşqun azarkeşi olan
Apallon Nikolayeviç Mokriçkonu “Belvederski” adlandırırdı.
Venetsianovla küçədə ayrılıb Karl Pavloviçin yanına getdim
ki, xüsusi diplomatiyamın nəticəsini xəbər verim, lakin heç
Lukyanı da tapmadım. Lipin sağ olsun, mətbəxdən boylanaraq
dedi ki, onlar porta gediblər. Mən də porta getdim. Bağlı idi. (Port
deyilən yer, Bryulovun, baron Klodun, Zaurveydin və Basinin
emalatxanaları olan yerdə, indiki Akademiya bağının arxasındakı
binanı adlandırırdılar.) Liteyninin həyətindən keçərək küçəyə
çıxdım. Doviçielinin dükanının yanından keçərkən pəncərədə
Böyük Karlın buruqsaç başını profildən gördüm. Məni görən
kimi küçəyə çıxıb soruşdu:
– Necə oldu?
– Bu gün siz harada nahar edəcəksiniz?
– Bilmirəm, necə bəyəm?
– Gəlin, nahar etməyə Venetsianovun yanına gedək. O sizə
amfibiya barəsində heç vaxt eşitmədiyiniz elə möcüzələr
danışacaq ki... 
– Yaxşı, gedək.
124
Taras Şevçenko


Biz Venetsianovun yanına getdik. Nahar zamanı qoca bizə
bugünkü görüşün səbəbini açıqladı. Söhbət “amerika vəhşisinə”
gələndə biz qəhqəhə çəkib güldük. Nahar isterik gülüşlə tamam -
landı.
O, Yeddinci xətdə, Böyük və Orta prospektlərin arasında
yerləşən Kastyurinin evində böyük bir otağı özünün beş pan sio -
nerindən ibarət Rəssamları Həvəsləndirmə Cəmiyyəti üçün kira -
yələmişdi. Pansionerlərin qaldıqları otaqlardan başqa, orada antik
dövrə aid olan heykəllərlə (Venera Madiçeysku, Apollon, Ger-
manik və qladiator dəstəsi) bəzədilmiş iki tədris zalı da var idi.
Mən bu sığınacağı (naturaçıTarasın himayədarlığı ilə gipsdən
hazırlanmış otaq əvəzinə) öz tələbəm üçün nəzərdə tutdum.
Sadalanan heykəllərdən başqa orada insan skeleti də var idi.
Skeleti öyrənmək tələbəmə çox lazım idi. Fişerin anatomiya hey -
kəlini əzbərdən yaratmasına baxmayaraq, onun skelet haq qında
heç bir anlayışı yox idi. Səhəri gün mən nahardan sonra Vyunt -
sovla birgə xeyirxah iş üçün Cəmiyyətin o vaxtkı katibi V.İ.Qri -
qoreviçin yanına getdik ki, tələbəmin pansionatın tədris zalına
gəlməsinə icazə alaq.
Xeyirxah Vasili İvanoviç mənə bilet şəklində pansionerlərlə
birgə yaşayan, həmçinin onların nəzarətçisi olan rəssam Qalovi -
nin yanına giriş üçün kağız verdi.
Rəssam Qalovin kimi zavallı məxluqun üzərində elə də çox
dayanmaq istəməzdim. Gəl ki, rəssamlar arasında çox nadir adam
olduğu üçün onun barəsində bir neçə söz deməliyəm.
Plyuşkinin kəskin formada çəkdiyi fiqur antirəssam Qalovi -
nin qarşısında saralıb-solurdu. Heç olmasa, Plyuşkində ən azı ca-
vanlara yaraşan şadyanalıq, natamam da olsa xoşbəxtlik vardısa,
bu bədbəxtdə buna bənzər heç nə yox idi.
O, Rəssamları Həvəsləndirmə Cəmiyyətinin pansioneri idi.
Rəssamlar Akademiyasının müsabiqəsində ikinci qızıl medal
uğrunda yerinə yetirməli olduğu proqramını (Süjet xətti belə
idi:Adəm və Həvva ölmüş oğulları Avelin cənazəsi üzərində)
tamamlamaq üçün ona qadın model lazım idi. Lakin Peterburqda
125
Rəssam


beləsini tapmaq nə asan, nə də ucuz başa gəlirdi. Oğlan işin nə
yerdə olduğunu anlayıb, rəssamların himayədarı, Cəmiyyətin o
vaxtkı prezidenti, səxavətli Kikinin yanına gedib maddi yardım
istədi. Pulu model qızı icarəyə götürmək üçün alırdı. Lakin yüz
rublu alan kimi pulu döşəyə tikdi. Rəsmə lazım olan gözəlçənin
surətini rəssamların üz çəkmək üçün istifadə etdiyi kukladan kö -
çürtdü.
Kim ki, cavan rəssam üçün qızıl medalın necə əhəmiyyətli
olduğunu bilir, yəqin ki, bu acgöz cavanın iyrənc mənəviyyatını
duyar. Müqayisədə Plyuşkin onun yanında toya getməlidi. Mək -
tubda mən bu mənəviyyatsız idbara əxlaqlı dostumu təqdim etmi şəm.
İlk dəfə skeleti şkafdan mən özüm çıxartdım. Onu ümidsiz
əyyaş vəziyyətində stola əyləşdirib, tələbəmə skeletin görünü -
şünü cizgilərlə çəkməyi tapşırdım. İki gündən sonra mən böyük
məmnuniyyətlə onun rəsmini Basinin anatomik litoqrafiyası ilə
müqayisə etdim və çox aydın və düzgün təfsilat tapdım.
Bəlkə də, böyüdücü şüşənin günahı idi ki, mən öz tapıntıma
onun vasitəsiylə baxırdım. Nə olursa olsun, onun rəsmini bəyəni -
rəm. Naturaçı Tarasın himayəsi altında o, Apollon Midasın dara
çə kil miş heykəlini və skeleti müxtəlif vəziyyətlərdə çəkməyi
davam etdirdi.
Bütün bunlar öz ardıcıllığı ilə gedir, qış da öz növbəsində ye -
ri ni bahara verirdi. Mənim tələbəm hiss olunacaq dərəcədə arıq -
layır, saralır və daima fikir çəkirdi.
– Sənə nə olub? – mən ondan soruşdum. – Xəstə deyilsən ki?
– Sağlamam, – o, kədərli halda cavab verdi.
– Nə üçün ağlayırsan?
– Ağlamıram, sadəcə...
Və göz yaşları onun mənalı gözlərindən sel kimi axmağa baş -
ladı. Mən bütün bunların mənasını anlamadım və artıq düşün -
məyə başlamışdım ki, yəqin, zalım Amorun (Roma əsatirində eşq
allahı) oxu onun günahsız cavan qəlbinə dəyib.Yadıma düşdü ki,
bir yaz səhərində o mənə demişdi ki, hər gün mənim yanıma gələ
bilməyəcək. Buna səbəb bazar ertəsindən etibarən işlər başlayır
və o, yenidən hasarları rəngləməli olacaq.
126
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə