Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə40/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

Təmkinli addımlarla evə tərəf yollanıb, buraxmadığına görə
ürəyimdə qapıçıya minnətdarlıqla uzaqlaşdım.
Əvvəllər, lap əvvəllər hələ kilsə məktəbində müəllimdən gizli
Kotl yarskinin dəfələrlə vərəqlədiyim məşhur “Eneida”sını oxudum.
“Əlində olmayan şeyə,
Demə ki, o sənindir”.
Bu iki misra mənim yaddaşıma elə həkk olunub ki, indi də
onlar çox vaxt işimə yarayır. Bu misralar evə qayıdanda yadıma
düş dü. Həqiqətən də, mən bu müqəddəs məktubun onun işi ilə
əlaqəli olduğunu təxmin edirdim. Bilmirdim, sadəcə zənn edir -
dim, zənn isə çox vaxt insanı aldadır. Bəs o, indi aldadarsa necə?
Qorxulu səhv etmiş olardım. Özü də kimə, ən əziz insanıma qarşı.
Bu fikirlərdən özüm-özümdən qorxdum.
Keçən uzun günlər ərzində mən iyirmi dəfə Karl Pavloviçin
qapısına kimi gedib, anlaşılmaz vahimə ilə geri qayıdırdım.
Nədən qorxduğumu heç özüm də bilmirdim. İyirmi birinci dəfə
qərara gəldim ki, zəng edim. Pəncərədən baxan Lukyanin dedi:
– Onlar evdə yoxdur.
Elə bil çiyinlərimdən dağ götürüldü, elə bil böyük hünər gös -
tər mişdim. Rahat nəfəs aldim.
Sevinc içində Akademiyadan Üçüncü döngəyə çıxanda bir -
dən Karl Pavloviçlə üz-üzə gəldim. Tamamilə özümü itirdim,
qaçmaq istəyəndə isə məni belə bir sualla dayandırdı:
– Siz Jukovskinin məktubunu almısız?
– Almışam, – güc-bəla ilə cavab verdim.
– Sabah saat on birdə bizə gəlin. Görüşənədək! Hə...əgər gələ
bilirsə, onu da özünüzlə gətirin, – gülümsünərək əlavə etdi.
Balaca da olsa şübhə yeri qalmayıb, amma yenə də:
“Əlində olmayan şeyə,
Demə ki, o sənindir”.
Bir neçə dəqiqə keçdi, bu müdrik kəlam küt başımdan buxar -
landı. Onu sabah Karl Pavloviçin yanına aparmaq fikri məndən əl
çəkmədi.
134
Taras Şevçenko


Görəsən, həkim icazə verəcəkmi? Məsələni həll etmək üçün
hə ki min yaşadığı evə getdim. Belə qəfil gəlişimin səbəbini ona
izah etdim.
Həkim mənə qəfil sevincli və ya qəfil bəd xəbərlərin insana
necə təsir etməsi barədə bir neçə fakt gətirdi. O dedi:
– Xüsusən ona görə ki, sizin himayə etdiyiniz adam qız dır -
ma dan sonra tam sağalmayıb.
Belə arqumentlərə heç nə ilə cavab vermək olmaz. Həkimə
dəyərli məsləhətə görə minnətdarlığımı bildirdim, xudahafiz ləşə -
rək küçəyə çıxdım. Heç bir məqsəd olmadan körpünün yanını
ələk-vələk elədim. Qoca Venetsianovun yanına gedib ondan
müəy  yən məsləhətlər almaq istədim, lakin subay yoldaşımız de -
yil ki, gecəyarısı onu narahat edim, deməli, bu barədə düşünməyə
dəy məz. Bəlkə, Troitski körpüsünə gedib günəşin çıxmasını seyr
edim. Lakin Troitski körpüsü elə də yaxın deyildi, həm də artıq
yo rul muşdum. Bəlkə, böyük sfinkslərin yanında sakitcə otur-
maqla kifayətlənim? Onsuz da həmin Nevadır. Elə lap həminki.
Fikirləşib sfinkslərə tərəf getdim. Qranit skamyaya əyləşib, sakit
axan gözəl Nevaya tamaşa edirdim.
Günəş çıxarkən Akademiyanın qapıçısı Neva çayına su dalın -
ca gələndə məni oyadıb sanki öyüd verirmiş kimi dedi:
– Xoşbəxtlikdən hələ adamlar gəlib-getmir, görsəydilər
düşünəcəklər ki, necə də kefcil adamdır.
Qapıçıya xidmətinə görə on qəpiklə minnətdarlığımı bildirib,
mənzilimə getdim ki, necə deyərlər, həqiqi şah yuxusuna gedim.
Sübh tezdən, saat on birdə mən Karl Pavloviçin mənzilində
idim və Lukyan mənə qapını açıb dedi: “Xahiş etdilər ki,
gözləyəsiniz”. Emalatxanada gözümə Millierin estampı əsasında
Çampierin çəkdiyi məşhur və şərəfli “İohan Boqaslov” əsəri
dəydi. Yenə də anlaşılmazlıq! Bəlkə, bu şəklə görə Vasili An-
dreyeviç mənə yazırdı? Nə üçün “Onu özünüzlə gətirin” yazır?
Məktub üstümdə idi, onu götürüb bir neçə dəfə oxuyandan sonra
azacıq da olsa sakitləşdim və şəklə yaxınlaşdım, lakin lənətə gəl -
135
Rəssam


miş şübhə mənə mükəmməl dərəcədə zərif yaradılmış əsərdən tam
şəkildə həzz almağa imkan vermirdi.
Şübhə mənə necə mane oldusa, Dahi Karlın qraf Vielqorski
və V.A.Jukovskinin müşayiəti ilə otağa girdiklərini hiss etmədim.
Mən onlara təzimlə öz yerimi verib, Jukovskinin portretinə tərəf
çəkildim. Onlar uzun müddət dinməzcə çoxlu əzablar çəkmiş
yazıq Çampierin dahi əsərinə baxdılar. Mən isə gözləməkdən
donmuşdum.
– Bunu öz tələbənizə verin.
Kağızı qatladım. Bu onun qraf Vielqorski, Jukovski və
K.Bryul ovun şahidliyi ilə verilmiş məzuniyyət kağızı idi. Mən
xaç çəkdim və üç dəfə bu dahilərin əllərindən öpdüm. 
Mən dahi, insanpərvər üçlüyə bacardığım kimi minnətdar lı -
ğı mı bildirərək, necə gəldi vidalaşıb dəhlizə çıxdım və Venet-
sianovun yanına qaçdım.
Qoca məni şadyanalıqla qarşıladı:
– Təzə nə xəbər var?
Mən sakitcə cibimdən qiymətli sənədi çıxarıb ona verdim.
– Mən ki heç nə bilmirəm! Allah xatirinə, deyin görüm, bü -
tün bunlar necə baş verdi.
– Şükür Allaha ki, alındı, gəlin əvvəlcə nahar edək, sonra
danışarıq. Uzun hekayədir, əsas budur ki, xeyirxah işdir. Jukovski
səsinin tonunu qaldıraraq ucadan oxudu: – Uşaqlar, yulaf kiselini
masanın üzərinə qoyun, dua edin!
– Oxuyuruq, atacan, – səs eşidildi və A.N.Mokritskinin müşa -
yiəti ilə Venetsianovun qızının qonaq otağından çıxıb masa arxa -
sına əyləşdik.
Həmişəkindən fərqli olaraq nahar zamanı səs-küy və şadya -
na lıq var idi. Qoca ruhlandı və V.A.Jukovskinin portretinin ta -
rixini danışmağa başladı. Demək olar ki, bu nəcib işdə öz
iştirakını yada salmadı.Yalnız yekunda əlavə etdi:
– Bu xeyirxah işdə mən yalnız sadə dəllal idim.
Əslində, iş belə idi.
136
Taras Şevçenko


Karl Bryulov Jukovskinin portretini çəkib. Jukovski və qraf
Vielqorski isə bu portreti əlahəzrətin ailəsinə 2500 kağız rubla
təklif ediblər. Bu pullar hesabına mənim tələbəmi azad ediblər.
Qoca Venetsianov isə özü ifadə etdiyi kimi, bu xeyirxah işdə ça -
lış qan və mərd dəllal rolunu oynayıb.
İndi nə etməliyəm? Bu şad xəbəri ona nə vaxt və necə çat dı -
rım? Venetsianov mənə həkimin dediyini təkrar etdi və mən də
eh ti yatın zəruriliyi ilə tamamilə razılaşdım. Bəs necə dözə cəm!
Bəlkə, yoluxmalarımı müəyyən bir vaxta qədər dayandırım? Ol -
maz, o elə fikirləşəcək ki, ya mən xəstələnmişəm, ya da onu tərk
et mi şəm. Sonra da əzab çəkəcək. Fikirləşib, iradəmin bütün gü -
cü nü səfərbər edərək Mariya Maqdalina xəstəxanasına getdim.
İlk seansa lazımınca tab gətirdim. İkinci və üçüncü dəfə onu bu
xəbərə yavaş-yavaş hazırlaşdırmağa başladım. Xəstəxanadan nə
vaxt buraxılacağını həkimdən soruşanda tələsməməyi məsləhət
gördü. Mən yenə səbirsizlikdən əziyyət çəkməyə başladım.
Bir gün səhərə yaxın yanıma əvvəlki sahibi gəldi və heç bir
izahat vermədən məni danlamağa başladı. Belə çıxdı ki, mən onu
vəhşicəsinə qarət etmişəm. Guya, mən onun ən yaxşı işçisini
oğur lamışam və mənə görə bir neçə min rubl itirib. Uzun müddət
başa düşə bilmədim ki, söhbət nədən gedir və necə oldu ki, mən
oğru oldum. Nəhayət, mənə dedi ki, dünən mülkədar onu çağırıb,
işin bütün təfsilatını danışıb və ondan kontraktı ləğv etməyini
istəyib. O, dünən xəstəxanada olduğu halda, necə olur ki, bu barə -
də heç nə bilmir. “Bu da sənə ehtiyat!” – öz-özümə fikirləşdim.
– İndi siz məndən nə istəyirsiniz? – deyə mən ondan soruş dum.
– Heç nə, bütün bunlar həqiqətdirmi?
Mən cavab verdim: “Düzdür” və biz ayrıldıq.
İşin bu məcraya yönəlməsindən razıydım:o, indi hazırdır və
bu xəbəri əvvəlkinə nisbətən daha sakit şəkildə qarşılaya bilər.
– Düzdürmü? Eşitdiyimə inana bilərəm? – palatanın qapısı
ağzında məni bu suallarla qarşıladı.
– Sənin nə eşitdiyini mən bilmirəm.
– Dünən ağa mənə deyirdi ki,... – O susdu, elə bil sözünü
qurtarmağa qorxurdu. Bir qədər sükutdan sonra yavaşca dedi: –
137
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə