Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə39/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

Mən onun məsləhətinə əməl edib elə həmin gecə yazıq tələ -
bəmi Tuçkov körpüsünün yanındakı müqəddəs Mariya Maq-
dalina  xəs tə xanasına  apardım.
Jadovtsovun nüfuzu sahəsində mənim xəstəmi qanuniləş dir -
mə kağızı olmadan qəbul etdilər. Ertəsi gün mən onun ağasına
baş verənləri çatdırdım və kağız lazımınca dolduruldu.
Hər gün bir neçə dəfə ona baş çəkirdim, hər dəfə də xəstə xa -
na dan çıxanda kədər məni bürüyürdü. Ona elə öyrəşib, elə doğ -
ma laşmışdım ki, onsuz nə edəcəyimi bilmirdim... Mən Peterburq
tə rə fə getdim, sonra Petrovski parkına (o vaxt hələ tikintisinə baş -
lan mamışdı) tərəf döndüm, Sobolevski bağ evlərinin yanından
ge riyə, yenidən xəstəxanaya qayıtdım. O, hələ də qızdırmadan
yanır dı. Nəzarətçi qadından soruşdum:
– Hələ özünə gəlməyib?
– Yox, əzizim.
– Sayıqlamır?
– Yalnız bir söz deyir: qırmızı, yenə də qırmızı!
– Başqa heç nə?
– Heç nə, əzizim.
Və yenə də küçəyə çıxıram, yenə də Tuçkov körpüsündən ke -
çib Sobolevski bağ evlərinin yanından geriyə, xəstəxanaya qayı -
dıram.
Beləcə səkkiz gün keçdi. Doqquzuncu gün o özünə gəldi.
Onun yanına gələndə məni elə diqqətlə, mehribanlıqla süzdü ki,
bu baxışları heç vaxt unutmayacağam. Nə isə demək istədi, lakin
deyə bilmədi. Əlini mənə uzatdı və ağladı... Mən getdim.
Dəhlizdə mənimlə qarşılaşan növbətçi həkim dedi ki, təhlükə
artıq sovuşub, cavan orqanizm xəstəliyə qalib gəldi. Təmkinli,
mehriban həkimlə öz mənzilimə gəldim. Siqar yandırdım,
nədənsə çəkə bilmədim, tullayıb bulvara çıxdım. Nəsə yenə də
düz deyildi, mənə sevinməyə imkan vermirdi.
Akademiyaya gedib Karl Pavloviçə baş çəkmək istədim. O,
evdə yox idi. Dəniz kənarına çıxanda gördüm ki, o, böyük
sfinksin yanında durub, bəxtəvər sərnişinlərlə dolu qayığın Ne-
130
Taras Şevçenko


vada necə üzdüyünə, arxasınca buraxdığı uzun, nazik, gümüşü
şırnağa baxırdı.
– Siz mənim emalatxanamda olmusuz? – hal-əhval tutmamış
o soruşdu:
– Yox, olmamışam.
– Gedək.
Biz sakitcə onun emalatxanasına getdik. Emalatxanada Lipini
gördük. O, hələ rəngi qurumamış palitranı gətirib, kresloda rahat
əyləşərək Vasili Andreyeviç Jukovskinin natamam portretinə
baxırdı. Biz gələndə yazıq Lipin cinayət törətmiş şagird kimi bir -
dən pərt halda diksindi.
– Palitranı aparın, mən bu gün işləməyəcəm, – Karl Pavloviç
Lipinə tapşırıq verərək onun yerində əyləşdi. Ən azından yarım
saat öz əsərinə baxandan sonra mənə dedi:
– Baxışlar yumşaq olmalıdır: onun şeirləri elə yumşaq, elə
şirindir ki...Düzdürmü?
Mənim cavabımı gözləmədən davam etdi:
– Siz bu rəsmin nə məna kəsb etdiyini bilirsiz?
– Bilmirəm.
Daha on dəqiqəlik sükut. Sonra durdu, şlyapasını götürüb
dedi:
– Gəlin küçəyə çıxaq, mən sizə şəklin mənasını deyəcəm.
Küçəyə çıxarkən o dedi:
– Fikrimi dəyişdim. Belə şeylər barəsində vaxtından əvvəl
danışmazlar. Bundan başqa, əminəm ki, siz bunu bilməkdə
maraqlı deyilsiniz, zarafatyana əlavə etdi.
– Əgər siz belə istəyirsinizsə, qoy bu mənim üçün sirr olaraq
qalsın.
– Yalnız gələn seansa qədər... Hə, sizin tələbənizin vəziyyəti
necədir?
– Özünə gəlməyə başlayıb.
– Deyəsən, təhlükə sovuşub?
– Ən azından həkim belə dedi.
– Görüşənədək – deyə əlini uzadıb əlavə etdi, – Qalberqin ya -
131
Rəssam


nına gedirəm. Çətin ki, o yazıq da ayağa qalxa bilsin – deyib, kə -
dərli halda biz ayrıldıq.
Bu əsrarəngiz portret məni son dərəcə maraqlandırdı. Az da
olsa, şəklin mənasını duyurdum. Fikrimin doğru olmağını son
dərəcə istəyirdim. Hər halda, məndə cəsarətə bax ha... Bu barədə,
hətta Dahi Karla heç işarə də vurmamışdım. Düzdür, günlərin bir
günü səhər V.A.Jukovskiyə Kornelius və Pyotr Qessenin kon tur -
la rına baxmaq bəhanəsi ilə baş çəkməyə getdim, əslində isə get -
mə yimin səbəbi həmən müəmmalı şəklə baxmaq idi. Hər halda,
mən səhv etmişdim.
Klenç, Valqalla, Pinakoteka və Münhen bütün gecəni bizi
məşğul etsə də, Düsseldorf barəsində heç nə xatırlamadıq. Bizim
portret elə bil heç mövcud deyilmiş.
Unudulmaz Vasili Andreyeviçin alman yaradıcılığını fərəhlə
tə rif ləməsi qraf M.U.Vielqorskinin gəlişi ilə dayandı.
– Sizin hazırkı günahlarınızın və əziyyətinizin səbəbkarı bu -
dur, – Vasiliy Andreyeviç qrafa məni göstərərək dedi.
Qraf qəribə hislə mənim əlimi sıxdı. Qulluqçu gəlib mənə
tanış olmayan soyadı deyəndə özüm üçün sualın layihəsini cız -
dım. Mən öz layihəmi qeyri-mümkün hesab edərək, vidalaşdım
və necə deyərlər, aradan çıxdım.
Artıq cavan orqanizm xəstəliyə qalib gəlirdi. Tələbəm əfsa -
nəvi, məşhur pəhləvanlar kimi günbəgün deyil, saatbasaat sağa -
lır dı. O, iki həftəlik qızdırmadan sonra ayağa qalxıb öz çar pa -
yısından tutaraq gəzə bilirdi. Onun qəmli və qüssəli gəzişi, həki -
min onunla mücərrəd şeylər barəsində danışmamaq tapşırığına
əhə miy yət verməyərək bir dəfə soruşdum:
– Sən sağalırsan, sevinirsən, daha niyə darıxırsan?
– Mən darıxmıram, şadam, amma nə istədiyimi bilmirəm.
Oxu maq  istəyərdim.
Həkimdən soruşdum ki, ona oxumağa nə isə vermək olar.
– Olmaz, xüsusən də ciddi əsərləri oxumaq olmaz.
– Bəs onunla neyləyim? Mən onun qulluqçusu ola bilmərəm
ki... Daha mən ona nə kömək edə bilərəm.
132
Taras Şevçenko


Belə ağır düşüncələr zamanı mənim yadıma vaxtilə oxuyub
mənasını başa düşmədiyim və kənara atdığım Albert Dürerin rus
dilində izahlı “Perspektiv”i düşdü. Qəribədir, belə anda Albert
Dürerin qarışıq əsəri yadıma düşür, amma bizim professor
Vorobyovun mükəmməl izahlı “xətli perspektiv” kursunu unudu-
ram. Bu perspektiv kursunun çertyojları mənim portfelimdə idi
(düzü, dağınıq halda olsa da). Onları yığdım, öncə həkimlə məs -
lə hətləşib çirkul və xətkeşlə birgə tələbəmə verdim. Elə buradaca
ona xətli perspektivin ilk dərsini izah etdim. Perspektivin ikinci
və üçüncü dərslərində artıq mənim ona deyəcəyim bir şey qalma -
mış dı. O elə tez sağalırdı ki... Bu riyazi elmi dörd hesablı qanunu
bilmə dən çox yaxşı qavrayırdı.
Perspektiv dərslər qurtardı. Baş həkimdən onu xəstəxanadan
buraxmasını xahiş edəndə mənə gigiyenik cəhətdən izah etdi ki,
bütünlüklə müalicəni tamamlamaq üçün o, həkim nəzarəti altında
ən azı bir ay da qalmalıdır. Özümə toxtaqlıq verib razılaşdım.
Bu müddət ərzində Karl Pavloviçlə tez-tez görüşürdüm. İkin ci
seansdan sonra mən iki, ya da üç dəfə Vasili Andreyeviç Jukovs -
kinin portretini gördüm. Karl Pavloviçlə söhbətdə hansısa bir sirrin
qeyri-ixtiyari işarələrini sezdim. Bilmirəm nəyə görə sirrin açıq -
lama sını özlüyümdə rədd edirdim. Elə bil nədənsə qorxurdum. Yeri
gəlmişkən, demək olar ki, sirri təxmin etmişdim.
Bu sirr tezliklə açıldı. 22 aprel 1838 il tarixdə sübh tezdən
V.A.Jukovski tərəfindən şəxsən belə məzmunda məktub aldım:
“Mərhəmətli cənab N.N.!
Sabah saat on birdə Karl Pavloviçin evinə gəlin və məni orada
göz lə yin. Gec gələsi olsam da belə, mütləq gözləyin.
V.Jukovski
P.S. Onu da özünüzlə bərabər gətirin”.
Göz yaşlarımla bu məktubu islatdım, ovcumda sıxaraq
xəstəxanaya qaçdım. Qapıçı günün bütün saatlarında məni bu-
raxmaq tapşırığını alsa da, bu dəfə buraxmayıb dedi:
– Tezdir, cənab, xəstələr hələ yatır.
Bu məni bir az arxayınlaşdırdı. Məktubu açdım, onu bir az
hecala yaraq oxuduqdan sonra ehtiyatla qatlayıb cibimə qoydum.
133
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə