Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə33/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

mə sini xahiş etdim. Bu cür işlərdən başı çıxan adam kimi nə ümid -
verici bir söz, nə də yaxşı bir məsləhət ala bildim. Yalnız onu
dedi ki, oğlanın sahibi ilə tanış olum və nə qədər mümkünsə, in-
diki vəziyyətini bir qədər asanlaşdırmağa çalışım.
Elə də etdim. Bazar gününü gözləmədən, ertəsi gün səhər tez -
dən yay bağına getdim. Əfsus ki, mən orada nə həmən gün, nə
ikinci, nə də üçüncü gün dostumu görə bildim. Qərara gəldim ki,
bazar gününü gözləyim.
Bazar günü səhərçağı dostum peyda oldu. Ondan yay bağına
gəlməməyinin səbəbini soruşanda, dedi ki, Bolşoy Teatrda yeni
işə başlayıblar. (O vaxtlar Bolşoy Teatrın içərisində yenidən qur -
ma işləri gedirdi.) Bu səbəbdən daha onun yay bağına gəlmək
imkanı olmayacaq. Əvvəlki kimi, bu bazar gününü də birlikdə
keçirtdik. Axşam ayrılarkən ondan sahibinin adını və işdə hansı
saatlarda olduğunu öyrəndim.
Növbəti gün mən Bolşoy Teatra getdim və onun sahibi ilə
görüşüb tanış oldum.
Onun müəllifi olduğu trafaret işləmələrini və tavan layihələ -
ri ni xeyli təriflədim. Bununla da tanışlığımıza möhkəm təməl
qoymuş oldum.
O, rəssamlıq və boyaq sexinin ustası idi. Daimi olaraq əlinin
altında üç, bəzən də daha çox çirkli tik xalatda olan adamları şa -
gird adı ilə saxlayırdı. Lazım olanda on nəfərə qədər Kostromalı
fəhlələri, suvaqçı və şüşəsalanları muzdla işlədirdi. O öz sexində
həm incəsənət, həm də maliyyə məsələlərində həlledici rol oyna -
yırdı. Görünür, burada ona usta kimi istərsə maliyyə, istərsə də
sənət baxımından kömək edənlər var idi.
Xatırlatdığım bir sıra keyfiyyətlərdən başqa, divarlarda Odra -
nın və Volnatonun qravüraları, kamodun üstündə bir neçə ki tab,
o cümlədən “Kiçik Anaxarsisin səyahəti” gözümə dəydi. Bu məni
ürəkləndirdi. 
Ancaq ona tik geyimdə olan şagirdlərin vəziyyətini yaxşılaş -
dır maq barədə işarə vuranda bu qəribə fikirdən təəccübləndi.
Mənə isbat etməyə çalışdı ki, bu məsələ heç də yaxşı nəticə lən -
məz və təhkimçi insanların məhvinə gətirib çıxarar.
111
Rəssam


İlk dəfə mən etirazımı bildirmək istəmədim. Fikirlərinin səhv
olduğunu ona anlatmaq indi əbəs bir cəhd olardı. Varlı, lakin
şüuru inkişaf etməmiş insanlar cavanlıqda korluq və çirkab için -
də, çətinliklə yaşadıqları halda, ağ günə çıxandan sonra heç bir
nə zə riy yəyə inanmırlar. Firavan həyata çatmaq üçün onlar yalnız
öz keçdikləri yolu düzgün sayırlar. Çox vaxt bu təzadlı fikirlərə
kobud yanaşmalar da əlavə olunur: mənim başıma sığal çəkmə -
yib lər, mən niyə bunları tumarlamalıyam. 
Yəqin ki, rəssam sexinin ustası da bu qeyri-insani hisdən uzaq
deyildi.
Hər halda, mən onu yola gətirməyə çalışdım. Heç olmasa,
bayram günlərində, iş olmayan vaxtlarda, məsələn, qışda dostu-
mun mənim yanıma gəlib-getməsinə icazə versin. O, razılıq versə
də, buna yersiz şıltaqlıq, onu məhvə aparıb çıxaran bir yol kimi
baxırdı.
Yay da, payız da gəlib keçdi. Qış gəldi. Bolşoy Teatrda işlər
sona yetdi. 
Teatrın açılışı keçirildi və cazibədar Talioni öz möcüzəli işinə
başladı. Gənclər özündən çıxır, yaşlılar isə ağıllarını itirirdilər.
Təkcə ciddi matronalar (yaşlı qadınlar) qaş-qabaqlarını sallayıb,
qə zəb lə deyinirdilər. Alqışların ən gur vaxtında nifrətlə qışqırır -
dı lar. “Mauvais genre!” “Əxlaqsızlıq! Çılpaq kütləvi pozğunluq!”
Buna baxmayaraq, bu riyakar və ikiüzlülər Talioninin bir tama -
şa sını da ötürmürdülər. Məşhur aktrisa şahzadə Trubetskoy olma -
ğa razılıq verdiyi zaman, ilk olaraq onlar vay-şüvən qoparmağa
başladılar. Bütün kosmetik vasitələrə malik olmaqlarına baxma-
yaraq, özlərinin bacarmadıqları işə görə bu qadını mühakimə
edirdilər.
Böyük Karl (rəhmətlik Vasili Andreyeviç Jukovski rəhmətlik
Karl Pavloviç Bryulovu belə adlandırırdı) hansı formada özünü
büruzə verməsinə baxmayaraq, bütün incəsənət növlərini sonsuz
dərəcədə sevirdi. Lakin müasir baletə qarşı, demək olar ki, soyuq -
qanlı idi. O, bəzən balet haqqında danışanda elə bil şəkər tozun-
dan düzəldilmiş oyuncaq barədə söhbət edirdi. 
112
Taras Şevçenko


Talioni özünün zəfər çıxışının sonunda “Xitana” baletindəki
ispan rəqsini ifa etdi. Elə həmin gecə ispan rəqsi bizim Palmirada
yayıldı. Növbəti gün aristokratların palatasında və Kolomen mə -
mur larının xudmani guşələrində hökmran idi. Hər yerdə ispan
rəq sini oynayırdılar. Evlərdə, küçələrdə, iş stolunun arxasında,
mey xanalarda, nahar, şam yeməyi zamanı – bir sözlə, hər zaman,
hər yerdə ispan rəqsi oynanılırdı. Hələ mən gecə mərasimlərini
demirəm. Orada ispan rəqsi oynamaq məcburi idi. Hələ bu ha ra -
sı dır, deyək ki, ispan rəqsləri gəncliyə, gözəlliyə yaraşır, bəs ailəli,
yaşı xeyli ötmüş ata-analara nə deyəsən. Bu, sadəcə olaraq, ispan
rəqsi (kaçuça) görkəmində Bitta yoluxucu xəstəliyi idi. Ata-ana -
lar tez ayılıb yenicə gəzməyə başlayan körpələrinə uzun paltarlar
geyindirdilər. Zavallı körpələr bu zəhrimar kaçuçaya görə necə
də göz yaşları tökürdülər. Buna baxmayaraq, səmərə çox böyük
idi, hətta məsələ alver səviyyəsinə qalxmışdı. Məsələn, əgər təd -
bir lərdə özünün koppuş geyimləri yox idisə də, ziyafətlər zamanı
kop puş geyimləri icarəyə götürüb bəzənirdilər.
İsinişmək çətin olsa da, yenə də cehizin təzəsi! 
Kaçuçemaniyanın ən qızğın dövründə Böyük Karl mənə
qonaq gəldi (o öz şagirdlərini başa çıxmağı xoşlayırdı). Taxtda
əyləşib fikrə getdi. Mən onun qıvrımsaçlı ağıllı başına baxmaq-
dan həzz alırdım. Bir dəqiqədən sonra cəld başını qaldırıb,
gülümsəyərək soruşdu:
– Bilirsən nə var?
– Bilmirəm, – deyə cavab verdim.
– Bu gün Quber (“Faustun” tərcüməçisi) söz verdi ki, mənə
“Xitana” baletinə bilet əldə edəcək, gedərik.
– Onda öz Lukyanını Quberin yanına göndər ki, iki bilet alsın.
O mənim dostuma işarə edərək dedi:
– Sənin bu balaca dostun gedə bilməz?
– Lap yaxşı olar, kağız yazın.
İtalyan karandaşıyla boz kağız parçasına “İki bilet al.
K.Bryulov.” yazdı.
113
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə