Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə30/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

Anam dostlarına elə məftun olmuşdu ki, iki gün ərzində çox
şad görünürdü. Amma rəhmətlik Zosyanın hələ də soyumayan
xatirələri ona gecə-gündüz rahatlıq vermir.
Bizim bir-birimizə qarşılıqlı gediş-gəlişimiz düz bir il davam
etdi. Sonu onunla nəticələndi ki, mən artıq bir aydır ki, nişanlı
rolundayam və olduqca xoşbəxtəm. Gəlin və mənim xoşbəxt -
liyimə xeyir-dua verin. Gəlişiniz gec olmasın deyə, təcili yığışıb
anamla və mənim xeyirxah dostum Stepan Martınoviçlə bir yerdə
gəlin.
Mənim səmimi və unudulmaz dostum, təkidlə xahiş edirəm,
tez gəlin. Uzun-uzadı ona görə yazmıram ki, gələndə sizi gözlə -
nilməz gözəlliklə sevindirə bilim. Görüşənə qədər. Sizə böyük
ehtiram bəsləyən oğlunuz və səmimi dostunuz S.Sokira”.
Subay qocanın yola yığışmağı heç də çətin iş deyil. Mənim
Yaremim hər şeyi hazırlamışdı. Mənə yalnız arabaya əyləşib yola
düşmək qalırdı. Xutora məndən sonra Praskoviya Tarasovna, öz
siseronu Stepan Martınoviçlə gəldi. 
Toy üçün hər şey hazır idi. Biz ilk bazar günü səhər və günor -
ta ibadətinə Pokrovadakı kilsəyə getdik. Günortadan sonra ca-
vanlara Allahın xeyir-duasını dilədik və bütün Pereyaslava
camaatına böyük ziyafət verildi. Qonaqlıq elə keçdi ki, hətta
bizim Stepan Martınoviç yaşına, mənsəbinə məhəl qoymayıb
“Durnalar” rəqsini oynamağa girişdi.
Toydan sonra iki həftə Stepan Martınoviçin məktəbində
yaşadım və mənəvi övladlarımın xoşbəxtliyini öz gözlərimlə
gördüm.
Praskoviya Tarasovna bütünlüklə mənim sevincimi bölüşür -
dü, ancaq bəzən öz Savvatiyasının qəşəng adaxlısına baxanda
göz yaşları içində pıçıldayırdı:
– Zosyam mənim! Zosyam mənim! Mənim yeganə oğlum!.. 
10 iyun – 20 iyul 1855 
100
Taras Şevçenko




RƏSSAM
Dahi Torvaldsen öz sənətinə şəbəkə oymalarıyla və kütburun
Kopenhagen gəmiləri üçün balıqquyruq allahlar, bütlər düzəlt -
mək lə başlamışdı. Mənim qəhrəmanım çox da gözəgəlimli olma -
yan artistlik məharətiylə dəyirman daşında oxra və mumiyaları
üyüt məklə, döşəmə, dam və hasarları rəngləməklə başlamışdır.
Bu, cansıxıcı və ümidsiz bir başlanğıc idi. Sənətə başqa cür gələn
sizin kimi bəxtəvər dahi rəssamlar çoxdurmu? Yox! Çox azdır!
Məsələn, Hollandiyanın ən parlaq qızıl dövründə Ostade, Ber-
gem, Tenyer və bir çox tanınmış rəssamlar (Rubens və Van-
Deykdən başqa) öz sənətlərinə cır-cındır içərisində başlamış və
beləcə də sona çatdırmışlar. Bunu yalnız mənfəət ardınca sürünən
Hollandiyaya şamil etmək ədalətsizlik olardı. Götürüb Vazarini
vərəqləyin, eyni vəziyyəti, bəlkə də, ondan da pisini orada görə -
cəksiz. Mən ona görə belə deyirəm ki, elə o zaman müqəddəs
Pyotrun canişinlərinin siyasətində artıq qorxmaz dominikanlı
Lyu terin tərbiyəsinə başlamış Viklefin və Qusun “kafiranə erotik”
təliminə kölgə salmaq və kütləni kor etmək məqsədilə düşünül -
müş cəlbedici dekorasiyalar tələb olunurdu. Belə ki, elə o vaxtlar
da X Lev və II Leon qəflətən ayılıb hər yoldan ötən rəngsaz və
daşyonanın başına qızıl səpirdi. Həmin o qızıl dövrdə Korrecio
və Tsampieri kimi dahi rəssamlar acından ölürdülər.
Heyhat, həyatverici qüvvəyə malik olan incəsənətin nüfuz et-
diyi hər yerdə və hər zaman (təəssüf ki, tez-tez) belə hallar baş
verir. Elə bizim bu müdrik, bir qədər maariflənmiş filantrop kimi,
hər şeyin bəşəriyyət qarşısında baş əydiyi on doqquzuncu əsrdə
də ilahi cəzaya məhkum edilmiş qurbanları gizlətməyə, bütün
103
Rəssam


vasitələrdən istifadə edərək onları uzaqlaşdırmağa çalışırlar.
Sual olunur, yer üzünün bu təcəssüm mələklərinə, canlı xeyir -
xah lıq nümunələrinə həmişə və hər yerdə niyə bu cür kədərli, acı
tale qismət olur? Görünür, ona görə ki, bu ilahi şəxsiyyətlər canlı
mələk lərdir. 
Mənim bu cür mülahizələrim sonda oxucunu təqdim etmək
istədiyim hadisənin mahiyyətindən uzaqlaşdıra bilər. 
Mən Peterburqun yay gecələrini, demək olar ki, həmişə küçə -
də, ya da hər hansı bir adada, çox vaxt isə sahildə keçirirdim.
Neva sakit olanda çay nəhəng güzgüyə bənzəyir və Rumyantsev
muzeyinin əzəmətli eyvanını, senat binasının küncünü, qrafinya
Lavalın evindəki qırmızı pərdələri bütün təfərrüatı ilə əks etdi -
rəndə daha çox xoşlayırdım. Uzun qış gecələrində bu evin pən -
cərələrindən işıq düşər, qırmızı pərdələr qaranlıqda alov saçardı.
Bu zaman mən təəssüflənərdim ki, heyif, Nevanın sularını buz,
qar örtüb, dekorasiya əsl effektini itirib.
Mən həm də Troitski körpüsü üstündə dayanıb günəşin
çıxmasını seyr etməyi xoşlayırdım. Möcüzəli, möhtəşəm mənzə -
rədir! Həqiqi bədii əsərdə təbiətin gözəlliyindən də cazibədar
olan nəsə var – bu, rəssamın yüksək ruhu və ilahi yaradıcılıq his-
sidir. Lakin təbiətdə də elə möcüzələr olur ki, şair-rəssam onun
qarşısında səcdə edərək şirin, qəlbi riqqətə gətirən anlara görə
Uca Yaradana minnətdarlığını bildirir. 
Çox vaxt o həzzi Şedrinin mənzərələrindən almışam, xüsusilə
onun kiçik “Portiçi – günəş qürub edəndə” tablosu məni valeh
edirdi. Çox füsunkar əsərdir. Lakin hətta bu əsər də məni Troitski
körpüsünün Vıborski tərəfindən günəşin çıxmasını seyr etdiyim
zaman görünən mənzərə qədər heyran etməyib.
Günlərin bir günü, bu ilahi mənzərədən doyunca həzz aldıq -
dan sonra istirahət etmək üçün yay bağına gəldim. Mən yay ba -
ğın da gəzərkən heç vaxt xiyabanı bəzəyən mərmər heykəllər
qar şı sında dayanmazdım. Bu heykəllər məndə çox pis əhvali-ru -
hiy yə yaradırdı, xüsusilə özü kimi eybəcər balalarını yeyən Sa -
turn. Mən bu yöndəmsiz ilahələrin və tanrıların yanından ötüb
104
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə