Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə28/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

Baş keşiş Dosifey Ata mənim tanışım idi. Onun yanına gedib
xahiş etdim ki, ziyarətçilərin sayı azalanda mağaraya girməyə
bizə icazə versin. Dosifey Ata mənim xahişimi hörmətlə qəbul
etdi və İokim Atanı təhkim etdi ki, bizi mağaraya aparsın.
Peçyora müqəddəslərini ziyarət edəndən sonra biz onların
qaldığı mənzilə getdik, məktubu götürüb evə yollandım. Adətim
üzrə bağa girib öz sevimli skamyamda əyləşib məktubu açdım
və oxumağa başladım:
“Atamın çox dəyərli dostu, mənim daimi qayğıkeşim və
himayədarıma!
Tənbəl naturam üzündən uzun müddət susduğuma görə Sizin
geniş ürəyiniz, yəqin ki, məni bağışlayar. O da doğrudur ki,
əhəmiyyətsiz mövzuda məktub yazmaq çərənçilikdən başqa bir
şey deyil. Olub ki, bəzi hadisələr barədə, bəlkə də, yazmaq olardı,
lakin Sizə kədər gətirə biləcək sözləri yazmaq üçün əlimə qələm
ala bilmədim. Qüssə, kədər dolu ağır buludlar artıq ötüb keçdi,
indi üfüqdə parıldayan Avrora görünməkdədir... 
Qoy sadə şəkildə deyim, mən evlənirəm. Mənim nişanlım
hazırda anasıyla birgə, gələcəkdə mənə ata əvəzi ola biləcək
hörmətli Stepan Martınoviçin məktəbində yerləşib Sizin xeyir-
duanızı gözləyir.
Mənim xeyirxahım, gəlin və bu yetim qızı böyük, yeni, xoş
bir həyata yola salın. Onun da mənim kimi atası yoxdur. Anala -
rımızın razılığı ilə qərara gəlmişik ki, ona xeyir-duanı Siz, mənə
isə yeganə dostum və müəllimim Stepan Martınoviç versin. Heç
olmasa mənim gözəl nişanlımı görmək xatirinə gəlin!
İşimlə əlaqədar olaraq mən tez-tez xutordan gedirəm. Xutoru
Stepan Martınoviçə tapşırmalı oluram. Görünür, belə getsə
tezliklə xutoru onun ixtiyarına verəcəm.
Günlərin bir günü işimlə bağlı başqa xutorun kənd yolu ilə
getməli oldum. Yol elə bataqlıq idi ki, at ayağını zorla çəkirdi.
Qa ran lıq çökürdü, yağış getdikcə güclənirdi. Bir sözlə, vəziyyət
ürəkaçan deyildi. Mənim faytonçum vəziyyətin yaxşı olmadığını
görüb təklif etdi ki, haradasa gecələyək.
93
Əkizlər


– Harada, – deyə ondan soruşdum, – zadəganların evində
gecələyək?
– Zadəganları da allah yaradıb! Nə olsun ki, zadəgandılar,
hətta pis hava olanda tatarlar da zadəganlar arasında gecələyirlər.
Biz heyvan-zad deyilik ki... Nə deyirsiz, razısız?
– Razıyam, – dedim.
– Meşənin o biri tərəfində Pan Kalıtıxının xutorudur. O bizi
gecələmək üçün qəbul edər.
– Yaxşı, zadəganların olduğu yerə sür.
Yarım verst gedəndən sonra deyilən xutora aparan yola
çıxdıq. Çətinliklə görünən yol bizi meşəyə aparıb çıxardı. Mənim
sürücüm hansısa mahnını fitlə çalmağa başladı, mənsə, allah bilir,
nə barədəsə fikirləşirdim.
Mənim sürücüm dedi:
– Panlar bu adamı “Pəncə” adlandırırlar. Allah bilir, niyə görə
belə çağırırlar. Yaşlı adamlar söyləyir ki, nə vaxtsa burada Lapa
adlı quldur yaşayıb. Onun çoxlu varidatı olub və hamısını gölün
yanında basdırıb. Deyirlər ki, nə vaxtsa bu göl, bataqlıq quruya-
caq, o zaman buradan kisələrlə qızıl daşıyacaqlar. Allah bilir, nə
qədər düz deyirlər. Bu da xutor.
Doğrudan da, ağacların arasından işıq göründü və biz açılan
darvazalara yaxınlaşdıq. Zəhmli it hürüşləri bizi qarşıladı və
kifayət qədər kobud olan qadın səsi eşidildi:
– Kimdir?
Mənim faytonçum cavab verdi:
– Anacan, Allah xatirinə, bizə sizin xutorda gecələmək
lazımdır...
– Allah xatirinə, ancaq darvazanı özünüz bağlayın, mənim
adamlarım yatıblar, öz imkanım da yoxdur.
Mənim faytonçum düşüb darvazanı açdı, faytonu həyətə sa-
landan sonra yenidən darvazanı bağlayıb sahibəyə müraciətlə:
– Axşamınız xeyir olsun, anacan!
– Axşamınız xeyir, haradan gəlirsiz?
94
Taras Şevçenko


– Panı Qlemyazovdan gətirirəm, hava da birdən pisləşdi.
Mən də sahibəyə yaxınlaşıb dedim:
– İcazə versəydiniz, sizdə gecələyərdik.
Böyük məmnuniyyətlə, buyurun otağa, zəhmət olmasa, –
deyə malorus ləhcəsində bizi otağa dəvət etdi.
Mən artırmaya çıxdım. Astanada məni əlində çıraq tutmuş bir
qız qarşıladı. Qız kəndçisayaq, lakin çox səliqəli, deyərdim ki,
zövqlə geyinmişdi. Geriyə, otağa qayıdıb təmiz rus dilində dedi:
– Xahiş edirəm, buyurun.
Danışığından qərara gəldim ki, bu qız qulluqçu deyil.
Otağa daxil olandan sonra biz xutorun sahibəsi gələnə qədər
üz-üzə dayandıq.
– Nataşa, niyə qonağı dəvət etmirsən ki, əyləşsin? Əlində şam
tutan rahibə kimi dayanmısan. Sizə təqdim edim, bu, Poltava ins -
titutunun tələbəsidir. Xahiş edirəm, əyləşin! Allah bilir, bunlara
institutda nəyi öyrədirlər!
Sonra qıza pıçıltıyla nə dedisə, qız o biri otağa getdi. Sahibə
də onun ardınca gedərək dedi: “Bizi bağışlayın!” Bu arada mən
otağa nəzər saldım. Otaq geniş və səliqəli idi. Mebel qədimi və
müxtəlif görkəmdəydi. Divardan Boqdan Xmelnitskinin portreti
asılmışdı. Dairəvi stolun üstündə “Vətən qeydləri” kitabı vardı...
Bu zaman sahibə otağa daxil oldu. Mən yalnız indi ona diqqət
yetirdim. O, ucaboylu, o qədər də əndazəni aşmayan dolubədən -
li, siması hələ cavanlığını itirməmiş açıqürəkli qadın idi. Varlı
meşşan qadınlar, ya da keşiş arvadları kimi geyinmişdi. Əgər
başına yaylıq əvəzinə korablik (gəmiyə oxşar şlyapa) qoy saydı,
düşünərdim ki, ya yüzbaşı, ya da polkovnik arvadıdır.
– Yəqin, siz mənim Nataşamın nə oxuduğuyla maraqlanırsız?
Allaha şükür, oxumaq həvəskarıdır. Bu qoca yaşımda mənə də
oxumaq öyrədib. İndi kitab oxumayanda darıxıram. Düşünürəm
ki, gələn il “Sovremennik”ə abunə olmaq lazımdır, yoxsa ayda
bir kitab oxumaq azdır. Biz onu əzbər öyrənirik.
Tezliklə süfrəyə çay gəldi, daha doğrusu, samovar gətirdilər.
Samovarın ardınca otağa artıq xanım kimi geyinmiş Nataşa daxil
oldu.
95
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə