Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

Eşq dənizləri qovuşanda 
 
31 
çəkilməli idi. Bu hal həm də onun böyük səbir nümayiş et-
dirməsi üçün bir sınaq idi. Qırxıncı gün isə hücrədən çıxan 
mürid  şeyxinin  fikirlərini  oxumalı  idi.  Ona  görə  də,  Şeyx 
Bürhanəddin  Termizi həmin  gün,  Cəlaləddin  otaqdan  çı-
xanda  onunla üzbəüz  dayandı.  Müridinin  davranışını,  üz 
cizgilərini, gözündəki ifadələri müşahidə edərək nəzərlərini 
bütünlüklə  ona  yönəltdi və  dinmədən  onun  nə  deyəcəyini 
gözlədi. Birdən Cəlaləddinin dodaqlarında xəfif, kədərə bü-
rünmüş təbəssüm sezildi və o, yavaş səslə, – dünyada biz-
dən kənarda olan heç nə yoxdur, nə axtarsaq, hər şeyi özü-
müzdə  taparıq!  –  söylədi.  Seyid  Bürhanəddin  Termizi bu 
sözləri müridinin dilindən eşitdikdən sonra gülümsünərək, 
– sən daha mürşidsən! – deyib, onu bağrına basdı... 
Bütün  bunlarla kifayətlənməyən  Cəlaləddin  ara-sıra o 
vaxtın ən iri dini təhsil mərkəzləri olan Hələbə, Şama və di-
gər  şəhərlərə  gedərək  məşhurların  söhbətlərinə  qulaq  asır, 
bilim adamları ilə fikir mübadiləsi aparırdı. Əndəluslu sufi 
Mühyiddin İbn Ərəbinin mülahizə və hikmətləri onu daha 
çox cəlb edirdi. Bu məqsədlə Cəlaləddin Şamda olarkən ora-
da  İbn  Ərəbinin  söhbətlərində  dəfələrlə  iştirak etmişdir. 
Bundan  başqa,  qalan  vaxtını  da  boş  keçirməyərək səmavi 
kitablarla yanaşı xristian klassiklərini, çin mütəfəkkirlərini, 
hind  hikemiyatının  özəlliklərini  dərindən  öyrənirdi.  Eləcə 
də, o dövrdə məşhur olan bütün elm adamlarının, xüsusilə 
də hikemiyat bilginlərinin fikirlərinə onların əsərlərini oxu-
yaraq bələd  olur,  çağdaşı  olduğu  məşhurlarla  da  imkan 
düşdükcə görüşür, düşüncələrini bölüşürdü. O, Sokrat, Əf-
latun, Ərəstun, Əbu Nəsr Əl-Fərabi, Abdullah İbn Sina, Bə-
yazid Bəstami, Məhəmməd Qəzzali, Cüneyd Bağdadi, Mən-
sur Həllaci, Əbdülqadir Gilani, Ziyaəddin əs-Sührəvərdi, Şi-
habəddin Ömər Sührəvərdi, Ənsari, özünə ustad hesab etdi-
yi Fəridəddin Əttar, Sənayi, çağdaşı olduğu Mühyiddin İbn 
Ərəbi kimi mütəfəkkirlərin əksəriyyətinin əsərlərini və atası 
Bahaəddin  Vələdin  “Kamüsül-Aləm”,  “Maarif”  kitablarını 
dönə-dönə mütaliə etmiş, onların mahiyyətini öyrənmişdi. 
Beləliklə, “Sultani-üləma”nın müridləri onun varisinin – 


Elbəyi CƏLALOĞLU 
32 
oğlu Cəlaləddinin başına yığışdılar. Böyük elmə və dini bil-
gilərə kifayət qədər yiyələnmiş Cəlaləddin, atasının tək va-
risi kimi bu etimadı qazanmışdı. O, ədəb-ərkanı, yüksək əx-
laqi keyfiyyətləri, maraqlı dini söhbətləri və savadı ilə Altın-
paşa  mədrəsəsini  daha  da  şöhrətləndirməklə  yanaşı,  həm 
də vəəz verir, cümə günləri məsciddə xütbə oxuyurdu. 
Bütün  bu  keyfiyyətlərinə  görə  nəinki  şərqdən,  hətta 
qərbdən də Cəlaləddin Ruminin elminə yiyələnmək istəyən 
xeyli adam Konyaya axışıb gəlirdi. Elə həmin vaxtlarda da 
müridləri  ona  “Mövlana”,  yəni  bizim mürşidimiz,  bizim 
ağamız deyə müraciət etməyə başladılar. 
Mövlana Cəlaləddinin müridləri o qədər çoxalmışdı ki, 
böyük zalı və səkkiz hücrəsi olan mədrəsədə ailəsi ilə birlik-
də  qalması  çətinləşmişdi.  Bu  vəziyyəti gözdən  qaçırmayan 
Səlcuqlu dövlət idarəçiliyində çalışan şəxslərdən biri  –  Gü-
hərtaş  1230-cu ildə  inşa  etdirdiyi mədrəsəni  və  ona  bitişik 
olmaqla gil kərpicdən tikilmiş evini Mövlanaya bağışladı... 
Mövlana Cəlaləddin canında üşümə hiss edti və bu za-
man düşüncələrdən ayrıldı. Elə bil ki, üstündə oturduğu pa-
lıd  kötüyünün  soyuğunu  bütünlüklə  canına  çəkmişdi. 
Yançaqlarının keyikdiyini hiss etdiyindən, yerindən cəldlik-
lə ayağa durdu və əlləri ilə arxasını çırpdı. Sonra da dikəlib 
yenidən  səmanı  seyr etməyə  başladı.  Günəş  xeyli 
yüksəlmişdi,  amma  payız  son  günlərini  yaşadığından 
ətrafda  qırov  ərimək  bilmirdi.  Mövlana  bunları  nəzərdən 
keçirdikdən  sonra  mədrəsəyə  gecikməməsi  üçün,  hazırlaş-
maq məqsədilə evə yollandı. Lakin otuz yeddi yaşlı Mövla-
na heç ağılına da gətirməzdi ki, bir gün sonra  –  1244-cü il 
noyabrın 26-da, həftənin şənbə günü əlli doqquz yaşlı islam 
piri, Mürşidi-kamil Şəms Təbrizi ilə görüşəcək. İlahi möcü-
zələrlə qarşılaşacağından onun mürşidlik fəaliyyəti müvəq-
qəti olaraq dayanacaq. Bu dayanmaya səbəb isə ilahi bir gö-
rüş – iki eşq dənizinin birləşərək bir eşq ümmanı yaratması 
üçün etdiyi təsvirəgəlməz mücadilələri olacaq... 


Eşq dənizləri qovuşanda 
 
33 
I I I   F Ə S İ L  
Hikmət “sövdəgəri” 
Şəms Təbrizi Konyaya çatanda Günəş bu günün hikmə-
tinə  təzim edirmiş  kimi göyün  ən  uca məqamından  batıya 
sarı əyilməyə başlamışdı. Şəhər təmənnasız günəşin şüaları 
altında  bərq vururdu.  Şəms Təbrizi  Konyanın  girişindəki 
darvaza tağının yanında dayandı. O, buradakı tikilinin mə-
tərisində heybəsini açıb içərisindən bir dəst sövdəgər qiya-
fəsi çıxartdı. Şəms Təbrizi adəti üzrə həmin libası geyindik-
dən sonra tağın altından keçib şəhərə doğru irəlilədi. Kon-
yanın gözəllikləri göz oxşayırdı. Şəhərdəki Axınçı və Şəkər-
furuş məscidlərinin minarələri uzaqdan diqqəti çəkirdi. Pa-
paqlı,  saqqallı,  əli təsbehli kişilər,  qoltuğu  kitablı  gənclər, 
çadralı qadınlar küçələrdə o yan-bu yana axışırdılar. Yolun 
kənarında yerləşmiş aşxanaların xörək qoxulu tüstüsü ətra-
fa yayılırdı. Hardansa zindan üzərində döyəclənən dəmirin 
cingiltisi eşidilirdi. Ara-sıra uzunqulaq qoşulmuş arabayla, 
atla,  dəvəylə  yük  daşıyan  alverçilərlə  rastlaşılırdı.  Bir  az 
aralıda  isə  hansısa bir sövdəgərin  yeddi  qafilədən  ibarət 
yük karvanı dayanmışdı. Həmin karvandan ayrılmış bir qa-
filəni sarvan karvansaraya doğru istiqamətləndirirdi. Qafilə 
hərəsində  yeddi  dəvə  olmaqla  yeddi  qatardan  ibarət  idi. 
Qatardakı  yüklü  dəvələr bir-birinə  iplə  bağlanmışdı.  Hər 
qatardakı sonuncu dəvənin sinəsi altında aramla yırğalanan 
zınqırovun  səsi  ətrafa yayılırdı.  Bu  zınqırov,  dəvələrarası 
ipin qırılıb qatarın bir hissəsinin arxada qaldığı zaman pe-
şəkçinin bundan xəbərdar olması üçün asılırdı. Yəqin ki, bir 
azdan  karvansarada  daimi  müştəriləri sövdəgəri  dövrəyə 
alacaqdılar.  Bundan  başqa,  şəhərin  müxtəlif yerlərində  ti-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə