Eşq dənizləri qovuşanda
53
çıxmışdı. Onun tuba kimi qaməti, yaraşıqlı əndamı, incə
beli, yeridikcə ahənglə yırğalanan yanbızları, ağ və nazik
əlləri az qala Şəmsin ağlını başından çıxardacaqdı. Lakin o,
zorla da olsa bu şeytani hissləri öz içində boğa bildi...
Kimya çayı onların qabağına qoyduqdan sonra dərhal
da hücrədən çıxmağa üz qoydu. Mövlana Cəlaləddin isə
Kimyanın çıxmasını gözləyirmiş kimi, Şəms Təbrizinin ba-
yaqdan söylədiklərini beyninin süzgəcindən keçirərək ya-
vaş və təmkinli səslə, – siz doğrudan da dinin, haqqın və ca-
nın Təbrizdən doğmuş günəşisiniz! – dedi. Şəms Təbrizi
onun sözünü cavabsız qoymayaraq, – mən Təbrizdən çıx-
mış kişilərin ən kiçiyiyəm, – bu sözləri deyib, dayandı və
əlini təzəcə çay süzülmüş stəkana uzatdı. Mövlana Cəlaləd-
din isə mürşidinin müdriklik ümmanından sahilə çıxmaq,
hikmət göylərindən yerə enmək istəmirdi. O, indi “Allahın
nuru”nun ona karvansarada dediyi “deyirsən ki, Allah bir-
dir. Nə olsun, sən ki, fikir ayrılığında, təfriqə içindəsən, bir
deyilsən!” bu kəlmələri xatırlayırdı və ağzını açmadan öz-
özlüyündə danışırdı, müzakirə aparırdı:
– Doğrudan da, bu vaxta qədər bir olmamışammış, lakin
innən belə bütün varlığımı bu bütövlüyə yönəldib, ona xid-
mət eləməyə çalışacağam, – Mövlana Cəlaləddin Rumi belə
düşünürdü. Birdən onun xəyalından keçdi ki, neçə gündür
müridləri ilə məşğul olmayıb, möminlərlə söhbət etməyib.
Lakin o, bu fikrə cəmi bircə an sərf etdi və bir çoxları tərə-
findən ciddiyyətlə qəbul olunan bu hadisə Mövlana Cəla-
ləddin Rumini heç maraqlandırmadı da. Hərçənd bu vaxta
qədər o, müridlərini yetişdirmək, onların biliyini artırmaq
üçün bir an belə məsuliyyətindən qaçmamışdı...
Elbəyi CƏLALOĞLU
54
V F Ə S İ L
Xiffətdən doğan möcüzə
Mövlana Cəlaləddin Rumi bir aya yaxın idi ki, Şəms
Təbrizinin hikmətlərini dinləyir, onun təlimini öyrənirdi,
bir sözlə o, Şəms Təbrizi sehrinə düşmüşdü. Bu səbəbdən
də müridləri ilə görüşmür, onlara dərs keçmirdi. Bu da get-
gedə onun müridlərinin narazılığına, eləcə də onların vali-
deyinlərinin etirazına səbəb olurdu. Onların tələblərini isə
Mövlanaya gah oğlu Sultan Vələd, gah kənizi Kimya, gah
da xanımı Kərra Xatun çatdırırdı. Mövlana onların dediklə-
rini dinləyir, lakin heç bir cavab vermirdi. Bu hadisə günlər-
lə uzansa da, o, tək bircə dəfə oğluna, – hələ mən özüm öy-
rənirəm, – deyə cavab vermiş, sonra da, – hələ ki, mən Mür-
şidi-kamilə talibəm, təfəkkürümün növbəti yüksəliş yatabı-
na keçməkdəyəm, – demişdi.
Bütün bunlara baxmayarq, hər iki dahi bir guşəyə çəki-
lib Həzrəti Musa ilə Xızır peyğəmbərin görüşlərini xatırla-
dan söhbətlərini davam etdirirdilər. Onların bu inzivası, bu
guşənişinliyi nə az, nə də çox, düz üç ay çəkdi. Sonuncu
gün, Şəms Təbrizi üzünü Mövlana Cəlaləddin Rumiyə tuta-
raq, – mən özümdən yorulduğum üçün qəlbimi yaxından
duya bilən bir dost axtarırdım. Nəhayət, dediklərimi anlaya
bilən, onları tam mənasıyla qavraya bilən bir insanı tapdım,
o da sənsən – Mövlana Cəlaləddin Rumi! – dedi...
Mövlana Cəlaləddin Ruminin keçirdiyi hallar oğlu Sul-
tan Vələdin böyük marağına səbəb olmuşdu. Bu səbəbdən
bir gün o, atasından hal-əhval tutmaq məqsədiylə onun ya-
nına gəldi. Sultan Vələd atasından Şəms Təbrizinin ona ne-
cə təsir etdiyini soruşdu. Mövlana isə, – oğlum, Şəms Təbri-
Eşq dənizləri qovuşanda
55
zi özgə bir aləmdir, o, əsl günəşdir, onun fitrətində qeyri-
adi incilər var. O, Allaha daha yaxın bir insandır, mələk ki-
midir, – deyə dostunu bu cür dəyərləndirdi. Atasının bu
sözlərindən heyrətə gələn Sultan Vələd həmin gün, axşam
tərəfi Şəms Təbrizinin hücrəsinə yollandı. O, daxil olarkən
Mürşidi-kamilə təzim edib, bağır basdı. Onunla bir qədər
söhbətləşdikdən sonra Sultan Vələd atasının dediklərini ifa-
də etməyə başladı:
– Atam bu gün Sizin uca xislətləriniz barədə çox yüksək
təriflər söyləyərək, sizdə hələ də aşkara çıxarılmamış dəfi-
nələrin olduğunu vurğuladı, – Sultan Vələdin bu sözlərini
dinləyən Şəms Təbrizi köksünü ötürdü, sağ əlini bir qədər
qıvrım saçlarında gəzdirdi, sonra da salavat çəkirmiş kimi
gözünü, üzünü oxşadı və saqqalını barmaqlariylə sıxışdır-
dıqdan sonra təmkinlə dedi:
– Allaha and olsun ki, haqqımda söylədiyindən min qat
artıq olsam da, mən sənin atanın ucalıq dəryasında bir dam-
la da deyiləm! – Şəms Təbrizinin bu sözlərini eşidən gənc
oğlanı maraq bürüdüyündən orada çox qərar tutub dayana
bilmədi və durub dərhal atasının yanına qayıtdı. Sultan Və-
ləd eşitdiklərini heyrətlə ona danışdı. Mövlana Cəlaləddin
Rumi müdrikcəsinə üzünü oğluna tutub belə cavab verdi:
-Bax, oğlum, Şəms Təbrizi öz nurunu da tərif etdi, bö-
yüklüyünü də göstərdi. O, həqiqətdə söyləmiş olduqların-
dan da yüz kərə artıqdır. Nə qədər böyükdürsə, bir o qədər
də sadədir, nə qədər təvazökardırsa, bir o qədər də ucadır...
Şəms Təbrizi ilə olan üç aylıq təlim sona çatdıqdan son-
ra düşüncə, fikir, davranış, hətta deyim tərzi belə dəyişmiş
Mövlananı görənlər təəccüb edirdilər. Onun müridləri isə
etirazlarını yavaş-yavaş Şəms Təbriziyə yönəltməyə başla-
mışdılar. Müridlər əməlli-başlı özlərinə əl qatmışdılar. On-
lardan biri, – qonaq da bu qədər qalarmı? – deyə səsini
ucaltmışdı, digəri, – o, bizim şeyximizi əlimizdən aldı, – de-
yərək etirazını belə bildirmişdi. Həmin ərəfədə bir başqala-
rı, Şəms Təbrizini sehrbazlıqda, fırıldaqçılıqda suçlandırırdı.
Hətta birisi, – o, şeyximizi ovsunlayaraq özünə məftun etdi,
Dostları ilə paylaş: |