Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə23/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

Elbəyi CƏLALOĞLU 
72 
V I I I   F Ə S İ L  
Nəbiz 
Şəms Təbrizi ilə Sultan Vələd Konyaya çatanda gün ax-
şam  olurdu.  Baharın  axırıncı  ayı  olduğundan  çəmənlərdə 
otlar dizə çıxırdı. Ara-sıra otların arasından baş qaldıran la-
lələr çəmənliyə  xüsusi gözəllik verirdi.  Günəşin  zərrin  şə-
fəqlərində  parıldaşan  kəpənəklər  sanki güllərlə  gizlənqaç 
oynayırdılar... 
Şəms Təbrizi ilə  Sultan  Vələdi  Mövlana  Cəlaləddin 
Rumi və  onun  sadiq  müridləri qarşıladılar. Mövlana  Cəla-
ləddin “Allahın nuru”nun əlindən öpdü və onlar uzun ayrı-
lıqdan sonra qucaqlaşdılar. Mövlana Cəlaləddin özünü sax-
laya bilmədi və içində Şəms Təbriziyə olan sevgisini tərən-
nüm etməyə başladı: 
– Dəli gözyaşlarıyla dəstəmaz aldım və namazımda qib-
ləm canlar canı olan sevimlinin mübarək üzü oldu. Doğu ol-
sam,  batı  kəsilsəm,  göylərə  çıxsam  da,  səndən  bir  nişanə 
tapmadıqca mənim də dirilikdən bir nişanəm olmaz. Ölkə-
nin  zahidiydim,  minbərə  sahibiydim,  lakin  könül  qəzası 
məni sənə qarşı əllərini çırpan aşiq halına gətirdi. Ey canlar 
canı, səndən başqa başım varsa, yox olsun! Sənsiz yaşasam, 
mənim  varlığımı  yandır,  Kəbədə  də,  kilsədə  də  məbudum 
sənsən. Yuxarıdan da, aşağıdan da maksudum sənsən. Çün-
ki ən gözəl nemətləri səndən aldım, çörəyini gördüm, artıq 
başqasında  gözüm  yox,  suyunu  içdim,  o  biri sudan  usan-
dım, imtina etdim. Bir adam kimə tapındısa, elə onun səviy-
yəsindədir, onun dəyərindədir. Mən xoşbəxtəm ki, sənə ta-
pınmaqdayam. Ey Şəms, eşqin ərşi və fərşi keçə bilən atəş-
lər  içində  sənin  üzünü  gizlədə  bilmirəm,  sənin  mübarək 


Eşq dənizləri qovuşanda 
 
73 
üzün hey gözlərimin önündədir. Ağlın Zülfüqara bənzəyən 
dili eşq dənizini nadir incilərlə doldurdu, lakin incilər incisi 
olduğun səni – Şəms Təbrizini tapmaqda ağlın gözü kor ol-
du, dili tutuldu və o, susdu. 
Mövlana  Cəlaləddinin  dəyərli sözlərindən  sonra araya 
bir qədər sükut  hakim oldu.  Lakin  az  sonra  Şəms Təbrizi 
çox sakit tərzdə və salqarla dilləndi: 
– Canlar can yoluyla Canlar Canına qovuşar! Canlar Ca-
nına qovuşmaq batini hacılığın özüdür. Batini hacılıq, könül 
kəbəsini  ziyarət etməkdir  ki,  bu  da  hər  möminə,  hər  aşiqə 
qismət olmaz. 
Bu  müdrik sözlər yenə  də  ətrafa su ələmiş  kimi oldu, 
dinləyənlərə sadəcə düşünmək yetərli olmadı, onlar əllərini 
gicgahına dayayıb fikirə getdilər. Allah dostları isə bu mən-
zərənin  ağırlığını  götürmək məqsədiylə  söhbəti  yüngülləş-
dirmək qərarına gəldilər və bir-birinin əhvalı ilə maraqlan-
mağa başladılar. Xoş sözlərdən sonra isə Şəms Təbrizi Sul-
tan Bahaəddin Vələdin barəsində söyləyərək, onun xidməti-
ni dəyərləndirməyə başladı: 
– Ulu yaradanın mənə əta etdiyi iki şeyi – başımı və sir-
rimi bağışlaya bilərəm. Sirrimi Bahaəddinə  bağışladım.  O 
sirri ki, əgər Bahaəddinin ömrü Nuh peyğəmbərin ömrü qə-
dər olsa və  o,  mənəvi zənginlik qazanmaq məqsədilə  bu 
ömrün  hamısını  xərcləməyə  girişsə  belə,  bu  yolçuluqda 
məndən  əldə  etdiyi feyzi qazana  bilməzdi.  Mürşidi-kamil 
bundan  sonra üzünü  Mövlana  Cəlaləddinə  tutaraq,  –  əziz 
dostum, çoxmu xiffət çəkdin? – deyə soruşdu. Mövlana ona, 
– biz dünyaya ayrılmaq üçün yox, birlikdə olmaq üçün gəl-
mişik, – söylədi. Şəms Təbrizi onun bu kəlməsinə “bərəkal-
lah!” söyləyərək fikrini belə açıqladı: 
– Tək sənlə mən yox, bəşər övladlarının hamısı bu əqi-
dədə birləşməlidir, əgər bu mümkün olarsa, onda yer üzün-
də  nə  cin  qalar,  nə  də  şeytan.  Mənə  gəlincə  isə  min  ildən 
sonra da mənə ehtiyacı olanlarla bir yerdə olacağam, – Şəms 
Təbrizi bu sözləri  dedikdən  sonra  öz  xüsusiyyətinə  uyğun 
olaraq bir az ara verdi və şəhadət barmağını göyə tuşlaya-


Elbəyi CƏLALOĞLU 
74 
raq yenidən dilləndi: 
–  Ey  Mövlana  Cəlaləddin,  sən  batin  aləmində  irəlisən, 
amma mən  batinin  də  batinisiyəm. Mən  sirlərin  sirriyəm, 
nurların nuruyam. Ərənlər mənim sirlərimə çata bilməzlər. 
Hətta eşq də mənim yolumda pərdədir. Diri sevgi isə ötəri 
hisslərdən  doğduğundan,  əslində  ölüdür.  Ol  xəttat  üç  xətt 
yazar oldu. Birinci xətti özündən başqa kimsə oxuya bilmə-
di, ikinci xətti həm özü oxudu, həm başqası, üçüncü xətti nə 
özü oxuya bildi, nə də başqası. Bax, o üçüncü xətt mənəm! 
Mürşidi-kamilin bu sözlərindən sonra hamı susmuşdu. 
Mövlana  Cəlaləddin  dərin  düşüncələrə  dalmışdı,  –  İlahi, 
Şəmsin varlığına heyrətmi edirsən, axı o da sənin yaratdıq-
larından  deyilmi?!  –  o,  bir  az  duruxub  başı  ilə  təsdiqləyə-
təsdiqləyə özlüyündə düşündü, – bəli, Şəms Təbrizi günəş-
dir, onun verdiyi nurla, ondan güc almaqla Allaha yüksəl-
mək olar, lakin onu oxumaq istəsən gözlərini qamaşdırar, – 
indi belə düşünən Mövlana Cəlaləddin, Şəms Təbrizinin bu 
sözünü sonralar da tez-tez xatırlayacaqdı. Mürşidi-kamil bu 
sözlərdən sonra Mövlananın düşüncələrə qapıldığını gördü 
və onu özünə qaytarmaq üçün, – eşitdim ki, şairlik də edir-
sən, deməli sənin hikmətlərin, dini mövqeyin gələcək nəsilə 
bu yolla da çatacaqdır, bundan çox məmnunam, – dedi və 
bu sözdən sonra onun dodaqlarına təbəssüm qondu. Möv-
lana Cəlaləddin ustadının sözünü cavabsız qoymadı: 
– Xoşbəxtəm ki, dostlarım yanıma gələndə darıxmasın-
lar deyə şeir qoşub oxuyurdum. Bundan başqa mənim şeirlə 
heç bir bağlılığım yoxdur. Mən hara, şeir hara? Fəqət Tanrı 
belə istədisə, mən nə edə bilərəm? Allah adına şeirlə edə bi-
ləcəyim heç bir şey yoxdur. Qonaqlarımın rahatlığı üçün bu 
zövqü yaşamaq, qəlbimin saflığını ifadə etmək mənim mə-
nəvi borcum və vəzifəm idi. Bu hal qonaqların iştahası küs-
məsin deyə ev sahiblərinin əllərini yumaq məcburiyyətində 
olduğuna bənzəyir... 
Hər kəsə  xoş  olan  bu  görüşdən  sonra  onlar yuyunub 
şam  yeməyinə  oturdular.  Şəms Təbrizi heybəsini  açıb  hər-
dənbir istifadə etdiyi nəbizlə dolu şüşəni çıxardı. O, xurma-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə