Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

Eşq dənizləri qovuşanda 
 
75 
dan və ya quru üzümdən çəkilmiş şirəni uzun müddət sax-
lamaqla  alınan  nəbiz meyini  xoşladığından,  bu  axşam  da 
ondan bir az istifadə etdi, amma az, yeməkdən də az, şərab-
dan da. Bunu diqqətindən qaçırmayan, onlarla bir süfrə ar-
xasında əyləşmiş Hüsaməddin Çələbi Mürşidi-kamildən nə-
dən çox az təam etdiyini soruşdu. O, isə, – pəhrizi olmayan 
bədən, meyvəsiz bir ağacdır, – deyə onun sualını cavablan-
dırdı, sonra da, – su ağac üçün zəruri olsa da, artıqlığı kökü 
və gövdəni çürütdüyü kimi, yeməyin və içməyin də artıqlı-
ğı həzz, süstlük gətirərək ruhumuza kəsabət pərdəsi çəkir, 
onu çürüdür, – deyə əlavə etdi. Elə bu zaman Kimya süfrə 
arxasında  əyləşənlərə  çay süzməyə  başladı. Birinci stəkanı 
doldurub  ədəb qaydalarına  uyğun  olaraq  Şəms Təbriziyə 
tərəf gəldi.  Onun  bu  gəlişini  sanki bir həyəcan  müşayiət 
edirdi. Stəkan əlində əsməyə başladığından o, digər əlini də 
stəkana  yaxınlaşdırdı.  Lakin  Şəms Təbrizinin  həndəvarına 
yaxınlaşdıqda  stəkan  onun  əlindən  düşdü,  isti çay az qala 
Kimyanın ayağını yandıracaqdı. Hamının gözü bu səhnəyə 
dikildi.  Özünü  itirmiş  qız  əyləşənlərdən  üsr  istəyib  dərhal 
iri addımlarla otaqdan çıxdı. Bundan sonra isə Kərra xatun 
süfrə  arxasında  əyləşənlər  üçün  çay  süzməyə  başladı.  Bu 
hadisəni  beynində  öz  ağlının  kəsəri ilə  döyüşdürən  Şəms 
Təbrizinin gözü yanan şamlara və onun ətrafında dövrə vu-
ran pərvanələrə sataşdı. Pərvanələr bir neçə dövrədən sonra 
şamın yanan hissəsinə toxunaraq özlərini fəda edirdilər. Şə-
ms Təbrizi nədənsə özlüyündə Kimyanı pərvanələrlə müqa-
yisə  edirdi.  O,  bir  qədər  düşündükdən  sonra üzünü  əylə-
şənlərə tutaraq dedi: 
– Şam ilahi nurların mənbəyi olan baqi günəşi, pərvanə-
lər isə Haqq aşiqlərini xatırladırlar. Baqi günəş Haqq aşiqlə-
rinin  məşuqu olduğu  kimi,  şam  da  pərvanələrin  məşuqu-
dur. Pərvanələr əvvəlcə şamın ətrafında ilahi eşqdən sərxoş 
olmuş  kimi rəqs  edirlər,  sonra  da  ona  toxunmaqla,  onun 
oduna  yanmaqla bədənlərini  tərk  edib  məşuqlarına  qovu-
şurlar. Bax, bu hal Allah aşiqinin öz məşuquna qovuşmasını 
təsvir edən gözəl bir nümunədir, – Mürşidi-kamil fikir bil-


Elbəyi CƏLALOĞLU 
76 
dirdikdən sonra susaraq əlini çaya uzatdı, lakin onun aydın 
və dolğun izah etdiyi mövzuya şərh verən olmadı... 
Şam  yeməyindən  sonra Mövlana  Cəlaləddin  özü  ilə 
Şəms Təbrizi arasında olan münasibətin əvəzsiz bir dostlu-
ğa çevrildiyindən bəhs etdi. O, həm də, bu dostluğun özəlli-
yindən, tarixi əhəmiyyətindən, eyni zamanda öz həyatında 
unudulmaz iz saldığından və təfəkkürünü kökündən dəyiş-
diyindən geniş söhbət açdı. Bu zaman Şəms Təbrizi dostlu-
ğa aid olan fikirlərini söyləməyə başladı: 
– Gerçək dost Allah kimi məhrəm olmalıdır. Dostun çir-
kinliklərinə və xoşa gəlməyən cəhətlərinə dözmək, onun xə-
talarından  inciməmək lazımdır.  Dost  dostdan  üz  çevirmə-
məli,  onun  sözünü  yerə  salmamalıdır.  Mərhəməti  bol  olan 
Allah bəndələrindən  eyiblərinə,  günahlarına,  nöqsanlarına 
görə  üz  döndərmədiyi,  şahanə  bir  şəfqətlə  onların  nazını 
çəkdiyi kimi,  dost  da  dosta eyni  münasibəti bəsləməlidir. 
Əvəz gözləmədən, heç bir təmənna güdmədən edilən dost-
luq belə olur, – Şəms Təbrizi bu sözləri dedikdən sonra üzü-
nü Sultan Vələdə tutaraq, – görək bu gənc oğlanın fikri nə-
dir?  –  dedi.  Bu,  həm  də  Bahaəddinin  əxlaqı  və  düşüncəsi 
üçün növbəti bir sınaq idi. Sultan Vələd çox az düşündü və 
bir qədər də narahat halda sözə başladı: 
– Mən sizin hüzurunuzda söz deməkdə çox acizəm, la-
kin  izin  versəniz,  bir  dəfə  atamın  mənə  tövsiyə  etdiklərini 
diqqətinizə  çatdıra bilərəm,  –  o,  bu  sözləri  deyib  dayandı, 
daha doğrusu atasının nəsihətini demək üçün izin gözlədi. 
Şəms Təbrizi “buyur” dedikdən sonra o, təşəkkür edib sö-
zünə davam etdi: 
– Atam mənə demişdi ki, əgər istəyirsənsə düşmənin də 
səni sevsin, qırx gün onun xeyrinə danış, onun yaxşı olma-
sından  bəhs  et.  Onda  düşmən  dönüb  sənin  dostun  olar, 
çünki könüldən dilə yol olduğu kimi, dildən də könülə yol 
var, – Bahaəddin sözünü bitirib dayandı. Şəms Təbrizi razı-
lığını bildirdikdən sonra Mövlana Cəlaləddinə baxdı, ondan 
da bir hikmət gözlədi. Mövlana Cəlaləddin sözü deyərkən 
üzünü oğluna tutdu: 


Eşq dənizləri qovuşanda 
 
77 
– Dost sənin gözündür, onu çör-çöpdən uzaq tut, ona dil 
süpürgəsiylə  toz  qondurma.  Dost  can  aynasıdır,  aynanın 
üzünü nəfəsinlə buğlandırma! 
Bundan sonra Şəms Təbrizi deyilənlərə öz əlavəsini etdi: 
– Dostuna sevgidə əndazəni aşma, çünki həddini keçən 
hər  şey  dəyərini  də  itirir.  Bundan  başqa,  bir  gün  dostuna 
kin bəsləmək məqamının gələ biləcəyini də hesaba al, insan-
lıqda  bu  da  mümkündür.  Düşməninlə  də  çox  ağır  və  sərt 
davranma. Ola bilər  ki,  günlərin  birində  dostlaşarsınız,  – 
sanki Şəms Təbrizinin ilham pərisi çiyninə qonmuşdu, odur 
ki, sözünü davam elədi: 
– Bir nəfər haqqımızda bircə dəfə vəfa göstərərsə, sonra 
ondan min cəfa gəlsə belə biz həmin bircə vəfanın xatirinə 
onun yetirmiş olduğu digər cəfalara bənd olmarıq. Vəfanın 
haqqını bilən cəfaya baxmaz, – Şəms Təbrizi bu sözləri de-
yib yenə də Mövlana Cəlaləddinə baxdı. Mövlana Cəlaləd-
din isə ustadının ondan bir daha hikmətli kəlmə gözlədiyini 
anladı,  və  –  mənim  bütün  dediklərim sənin  səsindir,  ona 
görə  də,  hikməti səndən  eşitmək  daha  xoşdur,  –  deyərkən 
nəzərlərini Şəms Təbrizinin üzünə yönəltmişdi.  
Şəms Təbrizi ona təşəkkür edib yenidən dilləndi: 
– Hər kim sənə “filankəs səni tərifləyirdi” desə, söylə ki, 
məni öyən sənsən. Kim sənə “filankəs səni söydü” desə, ona 
da  söylə  ki,  məni  söyən  sənsən,  onu  bəhanə  edirsən.  Düş-
mən  sənə  bir kimyadır,  o,  səni  oyandırır,  səni  sənin  olanı 
mühafizə etməyinə sövq edir, sənin qapanmış gözünü açır. 
Səni  Tanrı  qapısından  uzaqlaşdıran,  mənasızlıqla məşğul 
edən dostun isə həqiqətdə sənin düşmənindir!.. 
Bu axşam onların söhbətləri xeyli uzandı. Mürşidi-kami-
lin yol yorğunu olduğunu nəzərə alaraq ətrafındakılar israr-
la ondan dincəlməsini xahiş etdilər...  
 
 
 
 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə