Eşq dənizləri qovuşanda
81
sa, sonunda zənginliyə çatar. Burada da belədir, əgər vicda-
nın, istedadın varsa, elmin yoxsa və ya bunun əksi olarsa,
vaxtını boşa sərf etmiş olarsan, – Şəms Təbrizi bunları de-
dikdən sonra söhbətini müvəqqəti olaraq dayandırdı, ətrafı-
na baxdı, bir qurtum çay aldı. Sonra isə bir azca alnını ovuş-
duraraq yenidən sözünə davam etdi:
– Sirri gizli saxlamaq vacib şərtlərdəndir. Hər bir insan
özlüyündə bir kainatdır, əgər kainat öz sirrini bizlərə ver-
səydi, artıq o, kainat olmazdı, çünki nə çoxdu naqislər, özü-
nü Allah kimi görmək istəyən quldurlar, ona görə də, bütün
bəşəriyyət sirrimi bilmək üçün saqqalımdan asılsa belə, ağ-
zımı açmaram, – o, bu sözləri deyib Mövlanaya baxdı və bu
barədə onun da fikir söyləməsini istədi. Mövlana ayağa
durdu, boğazını arıtladı, bu zaman Şəms Təbrizi ona dedi
ki, oturub da danışa bilər. Mövlana ustadına təşəkkür etdik-
dən sonra fikir söyləməyə başladi:
– Toxumun torpaq içində gizlənməsi baxçanın yaşıllaş-
masıyla nəticələnir. Sirr də belədir. Əgər sirlərin könlündə
gizli qalarsa, muradın tez hasil olar. Peyğəmbər əfəndimiz
bu dediklərimizi belə təsdiqləmişdir: “Hər kim sirrini sax-
larsa, tezcə muradına yetişər”, – Mövlana Cəlaləddin Rumi
bunları deyib dayandı. Şəms Təbrizi ona təşəkkür etdikdən
sonra əlavə etdi:
– Bütün varlıqlar sirli olaraq qalmaqdadır, sirri çözül-
müşlər artıq varlıq deyil, bu mənada Allah da öz sirrini ya-
ratdıqlarına vermədi. Çözülmüş sirlər isə ancaq Haqqın ira-
dəsi ilə bizə əyan olanlardır. Allah öz hikmətini bəndəyə
damla-damla verər, hərçənd bu damlaların qopub gəldiyi
ümman sonsuzdur. Bizim məqsədimiz “Bir olan”ın sirlərini
aramaq deyil, bu, heç mümkün də deyil, bizim amalımız
“Bir olan”la bütövləşmək, Onunla vəhdətdə olmaqdır, – Şə-
ms Təbrizi sözünü bitirib qısa fasilə vermək üçün dayan-
mışdı. O, yenidən sözə başlamaq niyyətində idi, lakin bu
zaman azan səsi eşidildi. Onlar durub namaza getməyə ha-
zırlaşdılar...
Elbəyi CƏLALOĞLU
82
X F Ə S İ L
Ürək birliyi, ruh dili
Mövlana Cəlaləddin Rumi səhər tezdən mədrəsəyə mü-
ridlərinə dərs deməyə getmişdi. Şəms Təbrizi isə hələ evdə
idi. O, Mövlana Cəlaləddinin arvadı Kərra xatun və onun
kiçik oğlu Əlaəddinlə şirin söhbət edirdi. Kimya çay süzüb
onların qabağına qoyduqdan sonra bir az aralıda düz Şəms
Təbrizinin allancında oturub onların söhbətinə qulaq asmğa
başladı. Kərra xatun rəhmətlik qayınatası Sultan Bahaəddin
Vələdlə bağlı xatirələrini Şəms Təbriziyə nağıl edirdi. Lakin
Şəms Təbrizinin ara-sıra çox ehtiyatla Kimyaya baxması bu
təcrübəli xanımın gözündən yayınmadı. Bu hal bir neçə də-
fə təkrarlanandan sonra Kərra xatun ehmalca başını sağ çiy-
ninin üstündən çevirib mənalı-mənalı kənizinə baxdı.
Xanımın baxışlarından vəsvəsəyə düşən Kimya dərhal du-
rub o biri otağa keçdi. İndi Şəmslə Kimyanın bir-birini ov-
sunlamasını ailə üzvlərinin hər biri yəqinləmişdi. Hətta bu-
na görə Əlaəddin yaş hədləri bir-birinə yaxın olduğundan
kiçik vaxtlarında da bir yerdə oynadığı Kimyaya yüngülcə
xəbərdarlıq da etmişdi və ona, – bilirsən, bacı, nəsə bu qoca
Şəmsin baxışları xoşuma gəlmir, sən də özünü yığışdır, –
demişdi. Kimya isə ona, – qısqanclığa bir səbəb yoxdur,
özündən söz çıxartma, – deyə çılğınlıqla cavab vermişdi...
Kərra xatunla söhbətləri bitdikdən sonra Şəms Təbrizi
mədrəsəyə yollandı. O, Mövlananın söhbətinə mane olma-
maq üçün içəriyə daxil olmadı və elə qapının ağzında da
oturdu. Kimyanı gözlərinin qabağına gətirən Şəms Təbrizi,
– deyəsən bu qız mənim lap ürəyimi fəth etdi, – deyə dü-
şündü. Onun fikrindən Kimya ilə ailə qurmaq keçirdi, lakin
Eşq dənizləri qovuşanda
83
bunu əqidə, din və can dostu hesab etdiyi Mövlana Cəlaləd-
dinə necə deyəcəyinin yolunu tapa bilmirdi. Bir ağlına gəldi
ki, bəlkə bunu Səlahəddin Zərkub ilə məsləhətləşsin, çünki
o da Şəms Təbrizinin sevdiyi kəslərdən idi. Səlahəddinin
əxlaqı, tərbiyəsi, davranışı, səmimiyyəti Konyaya gəldiyi
gündən onun xoşuna gəlmişdi, elə o vaxtdan onunla tez-tez
həmsöhbət olurdu. Şəms Təbrizi bu düşüncələrdəykən üç
nəfər gənc mədrəsəyə yaxınlaşdı. Onlar Şəms Təbrizini ke-
şikçi hesab edərək ona Mövlana Cəlaləddin Rumiylə görüş-
mək istədiklərini söylədilər. Şəms Təbrizi üzünü onlardan
birinə tutaraq, – Mövlana Cəlaləddini sənə göstərməyimçün
nə gətirmisən? – dedi. Həmin oğlan bir qədər qeyzlə ona, –
bəs sən özün nə gətirmisən ki, bizdən də bir şey tələb edir-
sən? – deyərək suala sualla cavab verdi.
– Mən özümü gətirdim, başımı onun yolunda fəda et-
dim, – Şəms Təbrizi belə cavab verdi və sözünü bitirən kimi
onlara dinləmə zalının qapısını göstərdi ki, daxil olsunlar.
Gənclər tərəddüdlər içində bir-birinə baxaraq qapıya doğru
getdilər. Bu zaman Şəms Təbrizi də yerindən durub, onların
arxasınca getdi...
Şəms Təbrizi evdən çıxdıqdan sonra Kərra xatun Kim-
yanı bir otağa çəkib, – qız, baxışlarınız yaman tez-tez toqqu-
şurdu, – deyib sual dolu nəzərlərini ona zillədi. Kimya bu
gözlənilməz sözdən özünü itirən kimi oldu, onun yanaqları
və qulaqları sillə vurulmuş kimi qızardı, lakin tez özünü ələ
alıb, başını aşağıya sallayaraq, – təsadüfdür, – deyə cavab
verdi.
– Yox, Kimya, “təsadüf” bir dəfə olana deyirlər. Bu isə
təsadüfə oxşamırdı, Cəlaləddin xəbər tutsa, bu, yaxşı nəticə
verməz. Deyəsən Şəmsin aşiqlik suyundan sənə də sıçradı
və Haqqın nəzərində o qədər ucaldın ki, Şəmsin Ona olan
eşqinə belə qalib gəldin, – Kərra xatun bu sözləri deyib da-
yandı və gözlərini ondan çəkmədi. Kimya başını azca qaldı-
raraq yavaş səslə kəkələyərək, – bunlarla nəyi demək istə-
yirsən, anacan? – deyə sual etdi. Kərra xatun bir az da ciddi-
ləşərək dedi:
Dostları ilə paylaş: |