Eşq dənizləri qovuşanda
69
rafında dolaşdı, onun hikmət ümmanından incilər çıxarma-
ğa çalışdı, bir qədər sonra isə öz keçmişinə qayıtdı. Bu za-
man Bahaəddin Vələd əvvəlcə anasını xatırladı. Anası –
Gövhər Xatun ikinci oğlu Əlaəddini dünyaya gətirdikdən
bir qədər sonra Haqq dünyasına qovuşdu. Qardaşlar kiçik
yaşlarından anasız qaldılar, lakin atasının ikinci evliliyin-
dən sonra bu ağrıdan qismən uzaqlaşa bildilər. Belə ki, on-
lar ögey anaları Kərra Xatundan bir ögeylik görmədilər. Tə-
bii ki, üləma ailəsinin nizam-intizamı, ədəb və tərbiyəsi elə
bu cür olmalıydı...
Sultan Vələd bu dəfə atası ilə aralarında olanları xatırla-
mağa başladı. İlk yadına düşən, günlərin birində atasının
onu yanına çağırtdırması oldu. Əmrə tabe olarkən Mövlana
onu başdan-ayağa elə bir sehirli rəğbət hissi ilə süzdü ki,
Bahaəddin özündən getdi, huşunu itirmədi, məhz özündən
getdi. Az sonra o, ayıldı, lakin atasının sevgiylə sehirlənib
ona yönəlmiş nəzərlərini görüb yenə də özündən getdi. Bir
azdan yenə də özünə gələn Sultan Vələd atasının eyni ba-
xışlarını təkrar görərkən bir daha özündən getdi. O, bu dəfə
özünə gələndə isə atası ona belə dedi:
– Oğlum, əvvəlki təvəccöhümdə
1
səndə elə bir gözəllik,
elə bir yüksək məqam gördüm ki, onu başqasında tapmaq
mümkün deyil. İkinci baxışımda, başında gözəl Süleymani
tac gördüm. Üçüncü dəfə isə qulağında sırğa asılmışdı ki,
gün kimi ətrafa işıq saçırdı, – Mövlana oğluna belə demişdi.
Lakin Sultan Vələd bu hikmətləri xatırlasa da, onları yoza
bilmirdi. O, bütün bunları lap sonralar, Hüsaməddin Çələ-
bidən sonra Mövləvi təriqətinə xəlifəlik edəndə çözəcəkdi.
O, atasının birinci baxışını, ona təsəvvüf yolunda ehsan et-
diyi yüksək qat, ikinci baxışını, atasının müridlərinin başın-
da bir zaman özünün duracağı, üçüncü baxışını isə oğlu
Arif Çələbinin böyük alim və vəli olacağına işarə kimi yoza-
caqdı. Sultan Vələd bütün bunları həyatda müşahidə edə-
cəkdi. Atasının ölümündən sonra isə qayınatası Hüsaməd-
1
Təvəccöh – rəğbət, meyl, üz çevirib baxma
Elbəyi CƏLALOĞLU
70
din Çələbi ona xəlifəlik etməsini təkid etsə də, Sultan Vələd
bundan imtina edəcək, ilk xəlifəliyin Hüsaməddinin özünə
məxsus olduğunu deyəcəkdi...
Şəms Təbrizinin Konyanı tərk etəməsindən bir qədər
sonra Sultan Vələd xəlvətə çəkilib riyazətlə məşğul olmaq
üçün, yəni çilə çıxarmaq üçün atasından icazə istədi. Mövla-
na bu halın dərvişlikdə qəbahət sayılmadığını bilirdi, lakin
oğlunun qətiyyətini yoxlamaq məqsədilə ona, – Bahaəddin,
xəlvətə çəkilmək Məhəmməd ümməti üçün deyil, bu hal İsa
və Musa şəriətində nəzərdə tutulur, – dedi. Amma Mövlana
oğlunun fikrində israrlı olduğunu görüb ona icazə verdi.
Qırx gün tamam olduqdan sonra Bahaəddin otaqdan çıxdı.
Mövlana oğlunun üzünün nur saçdığını gördü və ondan
xəlvətdə olarkən hansı sirlərdən agah olduğunu soruşdu.
Sultan Vələd isə əvvəlcə yerə yıxılıb özündən getdi, bir az
sonra isə özünə gələrək belə söylədi:
– Xəlvətin qırxınncı günü yüksək dağlar kimi rəngarəng
nurların bir-birinin ardınca gözlərimin önündən keçdiyini
gördüm. Bu nurların ortasında isə belə bir yazı göründü:
“Sənin məndən üz çevirməndən başqa bütün günahların
bağışlandı”. Oğlundan bunları eşitdikdən sonra Mövlana, –
oğlum, sənin bu eşitdiklərin doğrudur, unutma ki, Allah
eşqi bütün hiss və sevgilərin yeddi qat fövqündədir. Bunları
bizə öyrədən şəriətin qorunması isə namus qorumaq qədə-
rindədir. Hələ bir fikir ver, hindcə (farsca) “namaz”, yunan-
ca “nomos”, ərəbcə “namus”, uyğurca “nom” qanun və
qayda anlamındadır, – deyərək, bu sözlərlə Bahaəddinin
dediklərinə qüvvət verdi. O, elə həmin gün bu münasibətlə
məclis qurdurdu və ritualda mövləvi dərvişlərinin Səma rə-
qsləri başlandı...
Sultan Vələd azan səsinə oyananda onu nə vaxt yuxu
apardığını heç özü də dəqiqləşdirə bilmədi. Onlar “Sübh
namazı”ndan sonra yolçuluğa başladılar. Sultan Vələd Mür-
şidi-kamili öz atına mindirib, özü isə piyada getməyə başla-
dı. Yolun müqəddəsliyi bu dəfə də özünü göstərdi və yol-
boyu olan söhbətlər Sultan Bahaəddin Vələdə dunyanın ən
Eşq dənizləri qovuşanda
71
qiymətli mükafatını bəxş etdi. Söhbət əsnasında Mürşidi-ka-
milin söz xəzinəsinin qapıları Sultan Vələdin üzünə tayba-
tay açılmışdı. Şəms Təbrizi buyururdu:
– Yaradılmış nə varsa, hamısı insana fədadır. İnsansa ər-
şə də getsə, yerin yeddi qat dərinliyinə də girsə heç bir fay-
da görməz, bunun üçün könülə və könül sahibinə yar ol-
maq gərəkdir. Bütün peyğəmbərlərin, gerçək ərənlərin, övli-
yaların aradığı bax, bu hikmət idi, onların çalışıb, bu yolda
can qoymaları da elə buna xidmət edirdi. Bütün aləm tək bir
nəfərdədir. İnsanın özünü dərk etməsi, onun Haqqa gəlməsi
və insanı insan olduğu üçün sevməsi deməkdir. Kəbə dün-
yanın ortasındadır və bütün mömin insanlar ibadət zamanı
yönünü ona çevirirlər. Lakin Bəyazid Bəstami ilə bağlı
hədisdə deyildiyi kimi, Kəbəni ortadan qaldırsaq, insanların
bir-birinin könüllərinə səcdə etdikləri meydana çıxar. Onun
səcdəsi bunun, bunun səcdəsi də onun könlünədir. Kəbə də,
ənbiyaların, övliyaların, Haqqa gəlmişlərin könlü də
Allahın evidir, lakin onların arasında bir fərq var. Belə ki,
Kəbə evi qurulalı Allah bir dəfə də olsun onun içinə girmə-
yib, könül evi tikiləndən bəri isə əksinə, O, heç oradan çıx-
mayıb. Demək, Allah doğru könüldədir. Doğru könül –
içində Allahın kölgəsi olandır. Bu hal həm də böyük inam
tələb edir. İnsan Allahdan başqa bir kimsəyə ehtiyacı olma-
dığına inanmalıdır. Bu zaman Allah onu başqasına möhtac
etməz! Böyük inamın sonu imandır.
Yolboyu onların arasında gedən mükamilələrdən Sultan
Vələd əməlli-başlı dəyişmiş, daha çox kamilləşmiş və müd-
rikləşmişdi. Yolda Şəms Təbrizi ona ata minməyi təkid
edəndə isə o, belə cavab vermişdi:
– Şah da atlı, kölə də, belə şey olarmı?! – Şəms Təbrizi
bu cavabdan razı qalsa da, üzünü Bahaəddinə tutaraq, – nə
mən şah deyiləm, nə də sən mənim köləm, hər ikimiz rəhm
və mərhəmət sahibi olan uca Allahın sədaqətli qullarıyıq, –
demişdi. Bu minvalla Sultan Vələd Konyaya qədər piyada,
Şəms Təbrizi isə atın belində gəldi...
Dostları ilə paylaş: |