Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə21/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

Elbəyi CƏLALOĞLU 
66 
V I I   F Ə S İ L  
Şamda bir gecə 
Şəms Təbrizi Şamda iki aydan artıq vaxt keçirmişdi. O, 
da Mövlana Cəlaləddin Rumi ilə olan görüşlərindən sonra 
xeyli təsirlənmişdi.  Onu  heyran  edən  əsasən  Mövlananın 
yüksək elmi və dini biliyinin əlçatmaz üfüqləri idi. Hətta bir 
dəfə  Şəms Təbrizi bu hisslərini  onun  özünə  bəyan  edəndə 
Mövlana, – həqiqətə dair nə söylədimsə, hamısını Əttardan 
öyrəndim, – demişdi və o, Fəridəddin Əttarın müridi oldu-
ğu üçün fəxr etdiyini etiraf etmişdi. Onun bu etirafı, təvazö-
karlığı  və  mənəmçilikdən  uzaq  düşüncəsi  Şəms Təbrizinin 
ona olan rəğbətini bir az da artırmışdı... 
Şəms Təbrizi Şamda da din adamları və alimlərlə görü-
şür, maraqlı söhbətlər aparır, eyni zamanda rituallarda işti-
rak edirdi. O, həm də burada başına bir qrup gəncləri yığıb, 
onlara mədrəsədə təmannasız dərs keçirdi... 
Sultan Vələd Şama çatanda 1246-cı ilin may günləri idi. 
Şəms Təbrizi hər yerdə olduğu kimi burada da məşhur ol-
duğundan  onu  tapmaq elə  də  çətin  olmadı.  Sultan  Vələdə 
Şəms Təbrizinin qaldığı xanəgahı nişan verdilər. O, xanəga-
ha çatanda  üfüq  ayrılıqdan  həsrət çəkibmiş  kimi Günəşi 
qoynuna sıxmaqda idi. Şəms Təbrizi isə hücrəsində bardaş 
qurub  “Quran”ı  oxuyurdu.  Bələdçi Sultan  Vələdi  Mürşidi-
kamillə görüşdürüb otaqdan çıxdı. Şəms Təbrizi özünə doğ-
ma qardaşoğlu hesab etdiyi bu iyirmi yaşlı gənc oğlanı bağ-
rına basdı və bu xoş təsadüfdən məmnun olduğunu bildir-
di. Onlar xeyli söhbətləşdilər, olub-keçənləri müzakirə etdi-
lər,  sonra  da  dini  mükalimələrə  üstünlük verdilər.  Şəms 
Təbrizi onun təhsilinə “afərin” dedi və  –  Mövlananın oğlu-


Eşq dənizləri qovuşanda 
 
67 
nu başqa cür təsəvvürə gətirmək mümkün də deyil, – deyə 
əlavə etdi. O, Konyada qaldığı vaxtlar əsasən Mövlana Cəla-
ləddin ilə məşğul olduğundan, onun oğlu ilə o qədər də ya-
xınlıq  etməmişdi.  İndi  isə  bu gənc  oğlanla söhbətləşdikcə 
Şəms Təbriziyə hər şey aydın olur, eləcə də, ona olan rəğbə-
ti  daha  da  artır,  onun  dərin  ağlına,  iti  zəkasına  və  yüksək 
əxlaqına məftun olurdu... 
Sultan  Bahaəddin  Vələd  1226-cı  ildə  yenicə  doğulmuş 
nəvəsinə öz adını qoymuşdu. Bu səbəbdən, körpə Bahaəd-
dini həm də babasının digər adıyla “Sultan Vələd” deyə ça-
ğırdılar. 
Atası ona lap kiçik yaşlarından dərs deməyə başlamışdı. 
Oğlunda olan iti zəkanı duyduğundan Cəlaləddin ona xü-
susi diqqət yetirir, savadlanması üçün ciddi məşğul olur və 
atasının adını daşıdığına görə ona daha böyük sevgiylə ya-
naşırdı.  Atası  təsəvvüfün  qapılarını  Sultan  Vələdin  üzünə 
açanda  bəlkə  də  onun  tay-tuşları  ilə  qaçdı-tutdu  oynamaq 
vaxtı idi. O, daim atasının yanında olar, dini və elmi biliklə-
ri, ədəb-ərkanı özünə əxz etməklə məşğul olardı. Sultan Və-
ləd eyni zamanda atasının iştirak etdiyi məclislərə və ritual-
lara da qatılırdı... 
Sultan  Vələd  daxilən  olduğu  kimi,  zahirən  də  atasına 
çox bənzəyirdi. Buna görə də atası ona, – sən insanların iç 
və zahiri yaradılışı baxımından mənə ən çox bənzəyənsən, – 
demişdi... 
Şəms Təbrizi ilə Sultan Vələdin söhbəti xeyli çəkdi. Ar-
tıq gecədən keçirdi. Bu dəfə Sultan Vələd atasından söhbət 
açdı və – atam sizdən – əfəndilər əfəndisi Mürşidi-kamildən 
ayrı düşəndən sonra təsəvvürəgəlməz xiffət çəkməyə başla-
dı. Hər nə iş görsə, hər nə danışsa, onun sözünün əvvəlində 
də,  sonunda  da  sizin  adınız  çəkilir,  –  dedi.  Şəms Təbrizi 
Mövlana Cəlaləddin Ruminin yüksək elmindən, əxlaqi-mə-
nəvi keyfiyyətlərindən,  dərin  dərrakəsindən,  iti  qavramın-
dan  bəhs  edərək  ona,  –  mən  Cəlaləddinin  camalında  İlahi 
nurlarını, təfəkküründə isə mütləq kamalın varlığını kəşf et-
dim, – dedi və özünün də Cəlaləddin üçün xiffət çəkdiyini 


Elbəyi CƏLALOĞLU 
68 
etiraf etdikdən sonra sözünə belə davam etdi: 
– Bu saat dünyanın heç bir yerində Mövlana Cəlaləddi-
nin  tayı  olacaq bir kimsə  yoxdur.  O,  bütün  fənnlərdə,  din 
bilgisində,  hikemiyatda,  qrammatikada,  morfologiyada, 
məntiq elmində ən böyük hesab edilən alimlərdən də qüv-
vəlidir. Mən ağıl yönündən bilinməsi gərək olan bu bəhslər-
də yüz il çalışsam da, ondakı elm və hünərin onda birini əl-
də edə bilmərəm. Lakin bununla belə o, özünü bilməyən he-
sab edir, hər an öyrənmək istədiyini deyir. Hüzurumda mə-
ni  dinləyərkən  özünü  atasının  qarşısında  oturmuş  ikiyaşlı 
uşaq  kimi aparır,  bir  mətləbi izah etmək istəyəndə  utana-
utana – “ayıbdır, sizin qarşınızda necə danışım?” – deyir. 
Şəms Təbrizi sözünü bitirəndən sonra Sultan Vələd ata-
sının  şeir  qoşmağa  başladığından  və  “Səma rəqsləri”ndən 
bəhs etdi. Bu zaman Şəms Təbrizi yeni kəşf üçün sevincini 
gizlədə bilmədi, “Səma rəqsləri”nin mahiyyəti onu maraq-
landırdı və bir azca düşündükdən sonra məmnunluqla gü-
lümsəyərək dedi: 
– Oğlum, ruhani təlimlərdə əskidən rəqslərin olduğu sə-
nə də məlumdur, onun kökləri lap qədimlərə, şaman baba-
larımıza gedib  çıxır,  lakin  “Səma rəqsləri”  İslam aləmində 
və  sufilikdə  Allahı  dərk etməyin  və  zikrin  yeni  üsuludur. 
Aşiqin rəqs etməsini həm də, onun məşuquna olan “işvə”si, 
“naz”ı  hesab  etmək  olar.  İşvə-naz  Allahın  öz  aşiqinə,  yəni 
seçkin  insana  bəxş  etdiyi fövqəl gücdür,  sirli qüvvədir. 
Mövlana  Cəlaləddinin  bu  cür  kəşflər etməsinə  təəccüblən-
mək sadəlövhlük  olar,  –  O,  sözünü  tamama yetirdikdən 
sonra Sultan  Vələd,  Şəms Təbrizidən  Konyaya qayıtması 
üçün israrlı xahişlər etdi və ona, – atamı bu dərddən ancaq 
sizin vasitənizlə Allah xilas edə bilər, – dedi. Şəms Təbrizi 
onun  bu  nitqindən  xoşlandığı  üçün  gülümsədi  və  –  yaxşı, 
oğlum, gecə keçir, yatıb dincələk, inşallah sübh tezdən yola 
düşərik, – dedi. Sonra da o, – gecə bütün aləmlərə, o cümlə-
dən bizə də yatmaq şamil olunub, – deyə əlavə etdi... 
Sultan  Vələd  yatağında  uzanmış  olsa  da,  gözünə  yuxu 
getmirdi. O, əvvəlcə “Allahın nuru” ilə elədiyi söhbətlər ət-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə