Еlcan həbibzadə


ÇİN TARİXİNIN XARAKTERİK   XÜSUSİYYƏTLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

 
39 
2. ÇİN TARİXİNIN XARAKTERİK   XÜSUSİYYƏTLƏRİ 
 
 
     ÇİN TARİXİNİN ƏFSANƏVİ DÖVRÜ 
 
 
 Arxeoloji məlumatlar göstərir ki, Çin bəşəriyyətin əcdadlarının 
ilk beşiklərindəndir. 1923-cü ildə Pekin yaxınlığında tapılan “pekin 
insanı”nın (Sinanthropus pekinensis) qalıqlarının tarixi 400-300 min il 
əvvələ gedib çıxır. “Müasir insan”ın (Homo sapiens) ilkin forması 
Çində təxminən 40 min əvvəl yaranıb.  
 E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-
qərb vilayətlərində (Xenan əyaləti), naxışlı keramika hazırlanması 
sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti meydana gəlir. 
Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və 
donuz saxlamağı bacarırdılar. Onlar qamış  və torpaqla örtülmüş 
yarımdəyələrdə yaşayırdılar. 
 E.ə. 3-cü minilliikdə şimal-şərq vilayətlərində (Şandun əyaləti) 
Lunşan son neolit mədəniyyəti meydana gəlir.  Şan-İn sülaləsində 
olduğu kimi Lanşon mədəniyyətində  də gümüş ox ilə heyvanların 
sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi.  
 Lunşan mədəniyyətinin ardınca mərkəzdə  və Xenaninin 
qərbində  və  Şansinin cənubunda kifayət qədər oxşar mədəniyyətlər – 
Taosı (e.ə. XXV-XIX əsrlər) və Erlitou (e.ə. XXI-XVII əsrlər) mövcud 
idi, bunlar da mis və gümüşün işlənməsinin meydana gəlməsi ilə 
xarakterizə olunurlar.  
 Çinlilər qədim və çoxəsrlik tarixə malik olmaları ilə  fəxr 
edirlər. Lakin başqa nöqteyi-nəzər də mövcuddur. Çin tarixini öyrənən 
bir çox tədqiqatçılar onun böyük bir hissəsini mifik və əfsanəvi hesab 
edirlər. Çinin ənənəvi tarixşünaslığında ölkənin tarixi sülalələr 
mərhələsinə - eyni hökmran ailənin nümayəndələrinin hakimiyyət 
dövrlərinə bölünür. Hər bir sülalənin öz xüsusi adı var. Hər  şeydən 
əvvəl sülalənin banisinin mənsub olduğu xalq və ya xanədanlığın 
adlarından istifadə olunurdu. Sülalələrin dünyagörüş  təyinatını ifadə 
edən adlar da mövcud idi. Öz növbəsində sülalə dövrləri hökmdarların 
“hakimiyyət dövrünə” bölünür. Əvvəllər bu dövrlər ancaq 
hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 
163-cü ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş 


 
40 
devizlərindən istifadə etmək praktikası həyata keçirilirdi. İmperator öz 
hakimiyyəti dövründə ardıcıl olaraq bir neçə müxtəlif devizə malik ola 
bilərdi.  
 Çin tarixşünaslıq  ənənəsində ilk sülalə  Sya  adlanır (e.ə. 2205-
1766-cı illər). Lakin əsaslı arxeoloji məlumatların olmaması  hələ ki, 
onu tarixi reallıq kimi qəbul etməyə imkan vermir. XX əsrin 20-ci 
illərinin sonuna qədər  Şan sülaləsinə  də  əfsanə kimi baxılırdı. Lakin 
Xenan  əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu 
sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-
qen hökmdarının hakimiyyəti zamanı (e.ə. 1401-1374-cü illər) 
Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan 
rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun 
gəlirdi. O dövrlər paytaxtın yeni ərazisi  İn adlanırdı. Bu səbəbdən də 
Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı.  
 Paytaxtın Anyana köçürülməsi  İn mədəniyyətində bir sıra 
inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının və 
kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin 
inkişafı,  şum təmizləmə  əkinçiliyinə keçid və at qoşqulu arabadan 
istifadənin başlanmasıdır.  
  Şan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, 
ipəkçiliyin və ipək toxuculuğun inkişafı isə yüksək səviyyəyə çatdı. Bu 
dövr haqqında məlumatlar tısbağa qınından və  gələcəkdən xəbər 
vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan 
lövhələrdəki yazılarda qalmışdır.  Şan dövründə istehsal olunmuş bir 
neçə üstü yazılı gümüş qab aşkara çıxarılmışdır. O, hər kəsin məhdud 
hüquq və  vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar cəmiyyət idi. 
Məsələn, əgər sən kəndlisənsə, müəyyən ölçüdə olan, həsir damlı evdə 
yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram 
günləri istifadə etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. 
Bu iyerarxiyada ən yüksək mövqeyi hərbçilər, sonra əkinçilər, 
sənətkarlar tutur, ən aşağı  səviyyədə isə ticarətçilər və aktyorlar 
dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə 
məşğul olan insanlara hörmətlə yanaşmırdılar.  Ən nəcib iş  hərbçi 
peşəsi, sülh dövründə isə  əkinçilik sayılırdı. Hətta imperator da öz 
tarlasının becərir və məhsul toplayırdı.  
   


 
41 
Cədvəl 3 
Çin hökmdarlarının hakimiyyət xronologiyası 
Sülalə Hakimiyyət illəri 
Beş Hökmdarlar dövrü.  Əfsanəvi 
dövr və ya əfsanələr dövrü. Onun 
devrilməsi ilə Sya sülaləsinin 
hakimiyyəti  ələ almasından başqa 
demək olar ki, heç bir şey 
qalmamışdır. 
e.ə. XXIX əsrdən XXI əsrədək 
Sya dövrü. Tarixi sənədlərlə 
təsdiqlən-məyən yarıməfsanə hadisə 
e.ə. XXI -XVI  
Şan dövrü 
e.ə. XVI - XI  
Qərbi Çjou dövrü 
e.ə. XI - 770-ci ilədək 
Şərqi Çjou dövrü 
e.ə. 770- 221-ci ilədək 
Tsin sülaləsi e.ə. 221- 207-ci ilədək 
Qərbi Xan sülaləsi e.ə. 207- b.e.24-cü ilinədək 
Şərqi Xan sülaləsi 25-220-ci 
ilər 
Üçhökmranlıq dövrü: (Vey, Şu və 
U hökmdarlıqları) 
220-265-ci illər 
Qərbi Tszin sülaləsi 265-316-cı illər 
Şərqi Tszin sülaləsi 317-420-ci 
illər 
Cənub və Şimal sülalələri dövrü 
420-589-cu illər 
Suy sülaləsi 581-618-ci 
illər 
Tan sülaləsi 618-907-ci 
illər 
Beş sülalələr dövrü 
907-960-cı illər 
Şimali Sun sülaləsi 960-1127-ci 
illər 
Cənubi Sun sülaləsi 1127-1279-cu 
illər 
Yuan sülaləsi 1279-1368-ci 
illər 
Min sülaləsi 1368-1644-cü 
illər 
Tsin sülaləsi 1644-1911-ci 
illər 
 
  Şan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da 
böyük olmayan hissəsini  əhatə edirdi. Şərqdən o, Sarı  dənizə  qədər, 
qərbdə - Vey çayının mənşəyinə,  şimaldan demək olar ki, sonralar 
Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər 
çatırdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə