Еlcan həbibzadə


partiyası Kominternin dəstəyini, o cümlədən maliyyə  və



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

 
63 
kommunist partiyası Kominternin dəstəyini, o cümlədən maliyyə  və 
kadr dəstəyini itirməkdən qorxurdu.  
1925-ci ildə Sun Yatsen vəfat edir və Qomindanın rəhbərliyində 
böyük dəyişikliklər başlayır. Çin Orduları komandanı – general Çan 
Kayşi daha çox üzə çıxır və özünü SunYatsenin varisi kimi təqdim edir. 
Onun həyat yoldaşı - Sun Meyin və Sun Yatsenin həyat yoldaşı – Sun 
Tsinmin bacı idilər, onların atası varlı kapitalist olmuşdu.  
Bu dövrdə Kantonda kommunistlərin qomindançılarla birgə 
yaratdığı  Kəndli Hərəkatı  Məktəbi fəaliyyət göstərirdi, burada Mao 
Tszedun dərs keçirdi. Kommunistlər torpağa görə icarə haqqının 
məhsulun 25%-dən çox olmamasını səsləndirən şüar təbliğ edirdilər ki, 
bu da o vaxtkı Çin şərtləri üçün böyük təkamül idi, çünki adətən 
kəndlilərdən bütün məhsulun 80%-ini alırdılar. Çin kommunistləri belə 
hesab edirdilər ki, klassik Komintern ölkələrindən fərqli olaraq Çində 
əsas kənd və  kəndlilərdir, bu səbəbdən Çin inqilabı  sənaye 
mərkəzlərindən başlamaqla və proletariata istinad etməklə  qələbə çala 
bilməz, buna görə  də o, ağırlıq mərkəzini kəndlərə yönəltməli, orada 
inqilabi baza, silahlı qüvvələr yaratmalı  və sonda aqrar inqilabla ölkə 
miqyasında qalib gəlməlidir.  
1926-cı ildə sovet təlimatçıları sayəsində özünü daha inamlı hiss 
edən Çan Kayşi Şimal yürüşünə başladı. Öncə o, Uxanı zəbt etdi və öz 
paytaxtını oraya köçürdü, sonra isə Şanxaya hücuma başladı. O zaman 
Şanxayda güclü və gizli kommunist fəaliyyəti mövcud idi. Çjou Enlay, 
professor Li Daçjao və digər kommunistlər orada ümumi tətil təşkil 
etməyə müvəffəq oldular və elə bu vaxt Çan Kayşinin qoşunları şəhərə 
yaxınlaşdılar. Beləliklə, kommunistlərin və qomindançıların uğurlu 
birgə fəaiyyəti nətiəsində 1927-ci ilin martında Şanxay alındı. Bu şimal 
hərbçilərinə qarşı mübarizədə çox böyük qələbə idi, lakin Çan Kayşi 
başa düşürdü ki, Şanxayın alınmasında kommunistlərin böyük əməyi 
onların reytinqini xeyli artırmişdır. 12 aprel 1927-ci ildə Çan Kayşi və 
Qomindanın sağ qanadı  əksinqilabi çevriliş etdilər. Həmin gün 
Şanxayın libasını  dəyişmiş qanqsterlərinin köməyilə Çin Kommunist 
Partiyasının  əsasını qoyan professor Li Daçjao da daxil olmaqla çox 
sayda kommunist öldürüldü. 1928-ci ildə Çan Kayşi Pekinə  tərəf 
hərəkət edir, ancaq Qomindanın paytaxtı 1949-cu ilə  qədər Nankin 
olaraq qalır. Qeyd etmək lazımdır ki, hətta uğurlu  şimal yürüşündən 
sonra Çin ərazisinin və  əhalisinin yarısından azı Çan Kayşinin 
hakimiyyəti altında qalır. Belə ki, Çinin şimalında və  şimal-şərqində 


 
64 
hakimiyyət  əsasən yerli hərbçilərin  əlində idi, Çan Kayşi onlarla da 
mübarizə aparmasına baxmayaraq, əsas qüvvələr kommunistlərə qarşı 
idi. Şanxaydan qaçan Çjou Enlay və sonradan kommunist olan keçmiş 
Qomindan generalı Cu Qe 1 avqust 1927-ci ildə Nançanda 
Qomindanlara qarşı üsyan qaldırdı, bu tarix çinlilər tərəfindən milli-
azadlıq ordusunun yaranması kimi qəbul edilir. Mao Tszedun isə 
Çanşada üsyan qaldırdı  və Din Qan Şan dağlarında Cu Qenin 
partizanları ilə görüşdü. Beləliklə, birinci vətəndaş müharibəsi – 
Nançan üsyanı başlandı. O zaman Kommunist Partiyasının başında 
Tsin Jişun dururdu. Qeyd etmək lazımdır ki, Komintern direktivləri 
Çinin gənc Kommunist Partiyası üçün dağıdıcı idi, çünki Komintern 
təkid edirdi ki, Nançanda, Çanşıdə,  Şanxayda hakimiyyəti özlərinə 
qaytarsınlar, yəni sənaye proletariatı  uğrunda mübarizə aparsınlar. 
Bütün bu göstərişlər nəinki müvəffəqiyyətsizliyə uğradı, eyni zamanda 
kommunistlər üçün böyük itkilərə səbəb oldu, bu da Mao Tszedunu bir 
daha əmin etdi ki, Kominterni eşitməyə dəyməz və onda o, Kommunist 
Partiyasının rəhbərliyinə qarşı  çıxmağa başladı. Kominternin səhv 
göstərişlərinin iflası ilə  əlaqədar Çan Kayşi kommunistlərin kiçik və 
səpələnmiş bazaları ətrafında cəza yürüşləri dairəsini sıxmağa başladı.  
Bu situasiyada kommunistlər strateji köçmə  həyata keçirmək 
qərarına gəldilər – onlar Yantszı çayı rayonundan şimala, Şansi, Qansu 
və Ninsya əyalətləri qovuşuğuna getməyi qərara aldılar. Bununla da 20 
min adamın 10 min li (5.000 km.) tarixi yürüşü başlandı, onlardan 
yalnız 2 mini – əsas kommunistlər son məntəqəyə çatdılar. 1935-ci ildə 
onlar Tszunyidə tarixi məşvərət keçirərək Komintern direktivlərini 
yenidən müzakirə etdilər və yürüşə  rəhbərlik edən Mao Tszedunu 
Mərkəzi Hərbi Şuranın başçısı təyin etdilər. Bu dövrdən etibarən, 1945-
ci ildə Partiyanın VII Qurultayında Baş Katib olmasına baxmayaraq 
partiyanın bütün işlərini faktiki olaraq o, idarə edirdi.  
Bu yürüş zamanı daha bir hadisə baş vermişdi. 18 sentyabr 1931-
ci ildə yapon qoşunları Mancuriyaya, Çinin üç şimal-şərq  əyalətinə 
çıxardıldı və imperator Pu İnin taxt-tacına ikiyaşlı uşağı oturtdular. Bu 
Yaponiyanın Çinə qarşı  təcavüzünün başlanğıc mərhələsi idi. 1937-ci 
ilin 7 iyulunda Uluntsyao körpüsü yaxınlığında Yaponiya Çinə qarşı 
artıq irimiqyaslı  hərbi  əməliyyatlara başladı. Bu mərhələdə Sovet 
İttifaqı birinci növbədə Çin inqilabının qələbəsi naminə, ikincisi isə öz 
təhlükəsizliyi üçün Mao Tszedun və Çan Kayşinin birləşib yapon 
təcavüzünü dəf etməsində maraqlı idi. Atasına təzyiq göstərmək 


 
65 
məqsədilə Sovet İttifaqı Çan Kayşinin bu dövrdə Uralmaş zavodunda 
işləyən oğlundan istifadə edirdi. Lakin bütün bunlar nəzərə carpacaq 
nəticələr vermirdi. Bu zaman Çan Kayşi Sianda general Çtan 
Syuelyanın başçılığı ilə  şimal hərbçiləri tərəfindən  ələ keçirilmişdi və 
şimal hərbçiləri ilə danışıqlara gələn Çjou Enlay faktiki olaraq onun 
həyatını xilas edir. Bir kommunist tərəfindən xilas edilməsi Çan 
Kayşidə böyük təəssürat döğurur və bu hadisə bütün sonrakı proseslərə 
təsir göstərir. Beləliklə, 1937-ci ilin sentyabrında Çan Kayşi və Mao 
Tszedun birgə  cəbhə haqqında, Qomindan və Kommunist Partiyası 
arasında hər hansı silahlı mübarizənin dayandırılması barədə razılığa 
gəldilər. Çin Qırmızı Ordusunun adı səkkizinci inqilab ordusu ilə əvəz 
olundu və o, Qomindan xalq-inqilabi ordusunun hissəsi oldu. Çan 
Kayşi Ali baş komandan təyin edildi, sonralar isə partizan dəstələrində 
yeni dördüncü ordu yaradıldı ki, bu da Çan Kayşinin komandanlığında 
idi. 9 may 1945-ci ildə Almaniya məğlub edilsə  də, Çin cəbhəsində 
dönüş nöqtəsi yalnız 8 avqust 1945-ci ildə Sovet Ordusunun 
Mancuriyada Kvantun ordusunu darmadağın etməsindən sonra 
başlanmışdır. Təslim edilmiş yaponların bütün silahları Çin Kommunist 
Partiyasına verildiyindən o, öz qoşunlarını yenidən silahlandıra bildi. 
Artıq Amerika linkornu Missuridə Yaponiyanın kapitulyasiya aktı 
imzalananda kommunistlərin milyonluq yaxşı silahlanmış ordusu var 
idi.  
Tezliklə Kommunist Partiyası ilə Çan Kayşi arasında münaqişə 
yarandı  və o, özünün təqribən iki milyonluq tərəfdarı ilə Tayvana 
qaçmalı oldu, və bu zaman özü ilə ölkənin bütün qızıl ehtiyatını  və 
böyük miqdarda daş-qaş götürdü.  
Beləliklə, Çində  vətəndaş müharibəsi başa çatdı, belə ki, 7-ci 
Amerika donanmasının ucbatından Çin Tayvan boğazını keçə bilmədi. 
Öz növbəsində Çan Kayşi qısa müddət  ərzində yerli hakimiyyətin 
müqavimətini qırıb Tayvanda möhkəm Qomindan hakimiyyəti yaratdı. 
Yapon kapitulyasiyasının  şərtlərinə  əsasən Çinə yenicə qaytarılmış 
Tayvan təzədən itirildi.  
1949-ci il sentyabrın 21-dən 30-dək Pekində Çin Xalq Siyasi 
Məşvərət Şurasının (ÇXSMŞ) sessiyası keçirildi, onun işində müxtəlif 
partiyaların, xalq təşkilatlarının və əhali təbəqələrinin nümayəndələri, o 
cümlədən bitərəf demokratik xadimlər iştirak edirdi. Sessiya müvəqqəti 
Konstitusiya rolunu oynayan “Ümumi proqram” qəbul etdi, Mərkəzi 
xalq höküməti  şurasına seçkilər keçirdi, bunun da sədri Mao Tszedun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə