Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

 
60 
qoşunları bu üsyanı tez yatırdı. Hökumət adminstrasiyası  qərb 
ölkələrini öz loyallığına inandırmaq üçün var gücü ilə çalışırdı. 1911-ci 
il müqaviləsinə  əsasən Çin 450 milyon kompensasiya ödəməli və öz 
ərazisində xarici qarnizonların yerləşməsinə icazə verməli idi.  
1901-ci ildən sonra bir sıra islahatlar keçirməyə  səy 
göstərildi.Mancurlar dövlət qulluğuna qəbul üçün konfutsiçi 
ekspertizanı  ləğv etdilər, müasir məktəblər yaratdılar və  tələbələri 
xaricə  təhsil almağa göndərdilər. Onlar həmçinin ordunu qərb 
nümunəsi ilə yenidən təşkil etdilər. Bundan başqa, Tsin sarayı mərkəzi 
hökuməti yenidən təşkil etdi, konstitusiya qəbul etməyi vəd etdi və 
vilayətlərə öz qanunvericilik orqanını seçməyə icazə verdi. Lakin 
mancur islahatları Tsin sülaləsini xilas etmək üçün çox gec idi. Çinin 
1895-ci ildə Yaponiyaya məğlub olmasından sonra burada respublika 
qurulmasına yönləldilmiş hərəkat vüsət almağa başlamışdı. Daha əvvəl, 
1894-cü ildə, Qavayyada ixtisasca həkim Sun Yatsen (1866-1925-ci 
illər) tərəfindən “Çin intibah birliyi” ilk Çin inqilabi təşkilatı 
yaradılmışdı. Təşkilat Quançjouda üsyan qaldırmağı planlaşdırırdı. 
Lakin plan müvəffəqiyyətsizliyə uğradı. Sun Yatsen güclə gizlənə bildi. 
1905-ci ildə Yaponiyada olan Sun Yatsen bir neçə inqilabi qrupalrı 
birləşdirdi və “Çin birləşmiş inqilab ittifaqı”nı formalaşdırdı. Onun 
prinsipləri üç “Xalq prinsipləri”: müstəqillik, demokratiya və xalq 
hakimiyyətindən ibarət idi.  
Sun Yatsen millətçilik dedikdə mancur hakimiyyətinin 
devrilməsi, xalq hakimiyyəti dedikdə - monarxiya əvəzinə respublika, 
xalqın rifahı dedikdə isə - hər əkinçinin öz tarlası başa düşürdü.  
1905-ci ildən 1911-ci ilədək “Birləşmiş ittifaqın” üzvləri 
mancurlara qarşı bir sıra uğursuz silahlı üsyan təşkil etdilər. Nəhayət, 
Çin təqvimi ilə Sinxay ili sayılan 1911-ci ilin 10 oktyabrında sənaye 
şəhəri olan Uçanda bir qrup əsgər uğurla nəticələnən üsyan qaldırdı və 
bunula da “Sinxay üsyanının”  əsasını qoydu. Dekabrın  əvvəllərində 
bütün mərkəzi, cənubi və  şimal-qərbi vilayətlər müstəqilliklərini elan 
etdilər. Birləşmiş Ştatlarda olan Sun Yatsen Çinə qayıtdı. İmperator Pu 
İ taxtdan salındı. 19 dekabr 1911-ci ildə Sun Yatsen Nankində Çin 
respublikasının müvəqqəti prezidenti postuna seçildi. Lakin onun hərbi 
dəstəyi yox idi və hakimiyyət faktiki olaraq elə  həmin mancur 
sülaləsinin hərbi qüvvələri komandanı Yuan Şi Kayın  əlinə keçdi. O, 
Sun Yatsenə ultimatum verdi: ya o, Yuan Şi Kayın xeyrinə 
hakimiyyətdən imtina edir və bu halda xarici dövlətlər inqilabı tanıyır, 


 
61 
ya da xarici müdaxilə  və digər çətinliklər baş verəcək. Sun Yatsen 
inqilabın rifahı naminə öz postundan əl çəkir və Pekində hakimiyyətə 
hərbçilərin “Beyyan” adlandırılan  şimal güruhu gəlir. Bu vaxtdan 
etibarən Çin yeni fəlakətə – regionçuluğa qərq olur və ölkədə bir neçə 
hakimiyyət mərkəzləri yaranır. Hər bir hərbçi öz ordusuna malik idi, 
onlar orduya məcburən yeni əsgərlər yığır, öz vergi və maliyyə 
mənbələrini təyin edir, kəndliləri talan edirdilər. Çin faktiki olaraq bir 
neçə mahal knyazlıqlarına parçalanmışdı. Onlardan ən güclüsü Yuan Şi 
Kayın başçılıq etdiyi dəstə idi. Lakin Sun Yatsen ölkənin cənubunda 
demokratik qüvvələri bir yerə cəmləşdirməyə və Qomindan partiyasını 
(Qo – dövlət, Min – xalq, Dan - partiya), yəni Xalq və dövlət 
partiyasını yaratmağa müvəffəq oldu. Partiyanın  əsas bazası ölkənin 
cənubunda Kantonda (Quançjou) yerləşirdi. Nəticədə Çində iki başlıca 
hakimiyyət mərkəzi  əmələ  gəldi: Yuan Şi Kayın başçılığı ilə  şimal 
hərbçilərinin yerləşdiyi Pekin və Sun Yatsenin inqilabi demokratik 
hökumətinin olduğu Quançjou.  
Qısa bir zaman kəsiyində Yuan Şi Kayın imperatorun 
devrilməsindən sonra yaradılmış parlamenti buraxdı  və 1913-cü ildə 
Qomindana qadağa qoydu, baxmayaraq ki, o, faktiki olaraq fəaliyyətini 
cənubda davam etdirirdi.  
Bu dövrdə Yaponiya Çinin başlıca xarici düşməninə çevrilmişdi. 
Artıq II Dünya müharibəsi başladıqda, 1915-ci ildə, Yaponiya Çinə 21 
alçaldıcı  tələb irəli sürdü və Yuan Şi Kay onları  qəbul etməli oldu. 
1916-cı ildə o, öldü və varisi yapon hökmranlığından azad olmaq 
məqsədilə 1917-ci ildə Almaniya və Avstriya-Macarıstana müharibə 
elan etdi.  
Çinin Avstriya-Macarıstana qarşı müharibədə  iştirakı Avropaya, 
orada hərbi yollar tikmək üçün, 130 min yük daşıyan fəhlə 
göndərməyində ifadə olunurdu. Lakin çinlilərin ümidləri doğrulmadı. 
Belə ki, 4 may 1919-cu ildə Versal müqaviləsi imzalandı, buna da 
müvafiq olaraq Almaniya İmperiyasının Çin torpağında olan 
koloniyaları Yaponiyanın protektoratına keçdi. Bu rüsvayçı  şərtlər 
Çində 4 may hərəkatı ilə  nəticələnən güclü vətənpərvərlik hisslərinin 
artmasına səbəb oldu.  
 
 
 
 


 
62 
  ÇİNİIN ƏN YENİ TARİXİ 
 
Bu dövr Çin tarixinə  ən yeni mərhələ kimi daxil olmuşdur. “4 
may” hərəkatı Çin inqilabının köhnə demokratik mərhələdən yeni 
demokratik mərhələyə keçidini göstərirdi. O, Çində marksizm-
leninizmin yayılmasına və bu təlimin ölkənin inqilabi praktikası ilə 
birləşməsinə səbəb oldu. Hərəkat Çin Kommunist partiyasının təşəkkül 
tapması üçün ideoloji və kadr bazası yaratdı. Bu hərəkatın  əsas 
hərəkətverici qüvvəsi Pekin tələbələri, professorları  və ümumilikdə 
bütün intelegensiya idi. Bu qərarlara qarşı etirazlar dalğasında ilk dəfə 
olaraq siyasi səhnəyə Çin fəhlə sinfi çıxdı. Sun Yatsen inqilabi mərkəzi 
ilə yanaşı, 4 may 1919-cu ildə Kantonda Pekin universitetinin sosioloq-
professoru və Çinin ilk marksistlərindən biri Li Daçjao öz yanında işə 
götürdüyü Xunan əyalətindən olan kitabxanaçı Mao Tszedun və Pekin 
universitetinin rektoru, İntelegensiyanın böyük nümayəndəsi Çen 
Dusyu ilə birlikdə Çində ilk marksist dərnək yaratdılar. Analoji dərnək 
həmçinin Fransada təhsil almaqdan qayıtmış Çjou Enlay tərəfindən 
yaradılmışdı. Bu situasiyada Komintern başa düşürdü ki, Çində inqilabi 
vəziyyət meydana gəlir, partiyanın yaranması üçün şərtlər yetişir və 
tezliklə oraya öz nümayəndələrini göndərir. Lakin bu nümayəndə 
heyətinin qarşısında mürəkkəb problem dururdu: Çində kimə ümid 
etməli. Bir tərəfdən Sun Yatsen artıq yetkinləşmiş Qomindan partiyası 
ilə real güc təşkil edirdi, digər tərəfdən isə ölkədə yaranan marksist 
dərnəklər onların əsasında əsl marksist partiya formalaşdırmağa imkan 
verirdi. Çox mürəkkəb danışıqlar  əsasında kompromis qərara gəlmək 
qəbul olundu: 1 iyul 1921-ci ildə təsis edilmiş Çin Kommunist Partiyası 
Kominternə və Qomindana kollektiv üzv kimi daxil olur.  
Həyatının son illərində Sun Yatsen daha solçu istiqamət almışdı. 
Öz üç başlıca prinsipləri: millətçilik, xalq hakimiyyəti və xalq rifahını 
sonralar o, üç digər prinsipdə ifadə edirdi: SSRİ ilə ittifaq, Kommunist 
Partiyası ilə ittifaq və  fəhlə  və  kəndlilərə istinad. Çin Kommunist 
Partiyası Kominternin Qomindana kollektiv üzvlük haqqında tövsiyəsi 
üzərində çox düşündü, belə ki, o, başa düşürdü ki, onların məqsədi - 
kapitalist cəmiyyətinin yenidən forfmalaşdırılması – Qomindanın Milli-
Demokratik inqilabdan, yəni yadelli müstəmləkəçilərin ölkədən 
qovulması  və milli dövlətin yaradılmasından ibarət olan məqsədi ilə 
üst-üstə düşmürdü. Lakin 1921-ci ildə dünyaya gəlmiş Çinin gənc 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə