Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
316
SƏADƏT MƏMMƏDOVA
Bakı Dövlət Universitetinin Tarix Fakültəsi
Mənbəşünaslıq, tarixşünaslıq və metodika
kafedrasının dissertantı
E-mail: arkeolok@mail.ru
AZƏRBAYCANIN MADDİ-MƏDƏNİYYƏT OCAĞI - QOBUSTAN
Açar sözlər: Mezolit, sivilizasiya, mağara, kurqan, maddi-mədəniyyət
Ключевые слова: Мезолит, цивилизация, пещера, курган, материально-культурно
Key words: Mesolithic, civilizing, the cave, borrow, material-cultural
Azərbaycanın maddi-mədəniyyət ocağı olan Qobustanda qayaüstü təsvirlər ilk dəfə
1939-cu ilin yazında aşkar edilmişdir. Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cə-
fərzadə 1947-ci ildən başlayaraq bu təsvirlərin sistematik tədqiqinə başlamışdır. Qobustanda
Böyükdaş, Kiçikdaş dağları, Cingirdağ və Yazılıtəpə sahəsində 6000-ə qədər qədim şəkil, 10-
dan çox daş dövrü düşərgəsi, sonrakı dövrlərin yaşayış yerləri, çoxlu qəbirlər və başqa
arxeoloji abidələr aşkar edilmişdir. Qobustan abidələri sahəsi dövlətin qərarı ilə Qobustan
dövlət tarixi-bədii qoruğu elan edilmiş, açıq səma altında muzeyə çevrilmişdir.
Qədim mədəniyyətə malik olan Azərbaycan xalqı zəngin maddi və mənəvi sərvətlə-
rə malikdir. Bu mədəniyyətin izləri tarixin dərinliklərinə gedib çıxır və Azərbaycan xalqının
dünyanın ən qədim sivilizasiyalarından birinin yaradıcısı oldugunu sübut edir. Bu mənada
Azərbaycan xalqı minilliklər ərzində yaranmış zəngin mədəni irs qoyub getmişlər. Tarixin
qədim çağlarında yaradılmış bu irs məhz müxtəlif tarixi qaynaqlar, yəni maddi və yazılı
abidələr əsasında öyrənilir. Axtarışlar zamanı aşkara çıxarılan arxeoloji abidələr, kitabələr,
qayaüstü təsvirlər qədim dövrlərdən başlamış orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı
şəkildə və daha dərindən öyrənməyə imkan verir. Bu cəhətdən Qobustan daş dövründən tut-
muş orta əsrlərədək uzun bir dövrü əhatə edən bir mədəniyyət abidələri ilə çox zəngin tarixi-
arxeoloji kompleksdir. Burada minlərlə qayaüstü təsvir, ibtidai insan məskənləri və digər
tarixi abidələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq
ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40
kurqan aşkar edilmiş və öyrənilmişdir. XX əsrin ortalarından başlayaraq Azərbaycan arxeo-
loqları tərəfindən öyrənilən Qobustan qayaüstü təsvirləri tədqiqatçılara tariximizi öyrənmək
üçün bol material vermişdir. Böyükdaş və Kiçikdaş, Cingirdağ, Yazılıtəpə dağlarında 3500-
dək qayaüstü təsvir, yalaqlar, yazılar və insan əllərinin yaratdığı digər abidələr arxeoloq İshaq
Cəfərzadə tərəfindən kəşf edilmişdir (1). Qobustanda qayalar üzərində qeydə alınmış 6000-
dən çox qədim təsvir və başqa abidələrlə yanaşı “Ana zağa”, “Ovçular zağası”, “Çardaq zağa”,
“Kənizə”, “Öküzlər”, “Öküzlər-2”, “Maral”, “IV sığınacaq”, Daşaltı”, “Ceyranlar”, “Qaya-
arası”, “Firuz”, “Firuz-2” və bu kimi ondan çox Daş dövrü düşərgəsi, “Böyükdaş”, “Dairə”,
“Çapmalı” kimi Tunc dövrü yaşayış yerləri və 30-dan çox o dövrün kurqan tipli qəbir abidəsi,
antik və orta əsrlərə aid bir sıra tikili və həyat qalıqları aşkar edilib arxeoloji qazıntılarla
öyrənilmişdir.
Qobustan abidələri kompleksi uzunu 15-20 km, eni 2 km olan zolaqvari kiçik bir sahədə
yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdağ ərazisindəki qayalıqlar arasındadır (2, s. 59). XX
əsrin 40-cı illərinin sonlarında Qobustan qayaüstü rəsmlərinin öyrənilməsinə başlanmış, bura-
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
317
da imperator Domisian dövrünün latın kitabəsi də aşkar edilmişdir. Qobustanın ilk tədqiqatçısı
İ.M.Cəfərzadə olmuşdur. Qobustan qayaüstü təsvirləri arxeoloq İ.M.Cəfərzadə tərəfindən
1939-1940-cı illərdə Bakının 60-70-km-də, Səngəçal-Duvannı dəmiryol stansiyaları rayonun-
da, Böyükdaş, Kiçikdaş, Cingirdağ-Yazılıtəpədə aşkar edilmişdir. Onun müntəzəm tədqiqinə
isə 1947-ci ildən başlamışdır. İ.M.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda bir neçə min qaya
və daş gözdən keçirilmiş, onlardan 725 daş üstündə döymə, qazma və sürtmə üsulu ilə çəkil-
miş 3000-dən çox insan və heyvan rəsmi, 20 qayaaltı sığınacaq qeydə alınmışdır (3, s.18).
İ.M.Cəfərzadə qayaüstü təsvirlər barəsində hələ 1965-ci ildə çap etdirdiyi məqaləsində
arxeoloji qazıntıların nəticələrinə və qayaüstü təsvirlərin müqayisəli təhlilinə əsasən Qobustan
qayaüstü rəsmlərinin e.ə. VIII minillikdən son orta əsrlərə qədərki dövrü əhatə etdiyini göstər-
mişdi (4, s.27). Bu barədə öz fikir və mülahizələrini əsaslandırmaq üçün tədqiqatçı İ.M.Cəfər-
zadə qayaaltı sığınacaqlarda aşkar edilmiş dəvəgözü daşı qəlpələrinə, qara, qırmızı və şirli qab
qırıntılarına diqqət yönəldir (5, s.100).
İ.M.Cəfərzadənin “Qobustan. Qayaüstü rəsmlər” adlı monoqrafiyasında Qobustanın qaya
rəsmlərinin mövzu cəhətdən müxtəlifliyi qeyd olunur. Bu təsvirlərin içərisində natural böyük-
lükdə kişi və qadın cinsli adamların, vəhşi öküz, dağ keçisi, maral, şir və s. böyük miqdarda
təsvirləri üstün yer tutur. Tədqiqatçı ciddi axtarışlar nəticəsində Böyükdaş dağında daha qədim
dövrə aid çiyinlərindən çəpəki ox asılmış, silahlı geyimli və yarımçılpaq qadın və kişi
təsvirləri, tək, qrup (“Yallı” tipli) rəqs səhnələri və əllərini yuxarı qaldırmış halda hoppanma
vəziyyətində tək rəqs rəsmlərini də aşkara çıxarmışdır (6, s.19). 1960-1961-ci illərdə İ.M.Cə-
fərzadə tərəfindən “Ovçular zağası” nda aparılmış arxeoloji qazıntı işləri nəticəsində aşkar
olunmuşdu ki, düşərgə sakinləri qayalarda şəkil döymək və zərb aləti kimi əsas çaydaşı və
çaxmaqdaşından istifadə etmişlər. Qazıntıdan tapılmış bazalt tipli çaydaşından döymə alətləri
çoxluq təşkil edir. Onların sayı 19 ədəd olmuşdur (4, s.19). Bütün bunlar həm də tədqiqatçının
axtarışlarında təkcə qayaüstü təsvirlərin məzmununun açılması deyil, həm də həmin təsvirlərin
qazılması, yaranması üsulunun tədqiqinin də mühüm yer tutduğunu göstərir. Tədqiqatçı
İ.M.Cəfərzadə qazıntı nəticəsində iki ədəd kiçik ölçülü rəsmli daş qeydə almışdır. Birinci
daşın bir üzündə öküz, o biri üzündə insan və öküz təsviri, ikinci daşın üstündə ortadakı
yalağın (daş qabın) ətrafında yalaqdan su içməyə gəlmiş 6 öküz şəkli çəkilmişdir. Belə bir
qənaətə gələn İ.M.Cəfərzadə həm də heyvanların əhliləşdirilməsinə də diqqət çəkir. Onun
tədqiq etdiyi 45 saylı qayanın cənub-qərb küncündəki öküz təsvirlərindən birinin boynunda ip
vardır. Bu sığınacaq sakinlərinin artıq iribuynuzlu heyvanı əhliləşdirdiyini göstərir. Güman
etmək olar ki, Qobustanda heyvanların əhliləşdirilməsi öküzün əhliləşdirilməsindən başlan-
mışdır (3, s. 47).
Görkəmli arxeoloq Q. İsmayılzadə qeyd etmişdir ki, «İshaq müəllimin qayaüstü rəsmlər
üzərində iş təcrübəsi alimlər üçün gözəl məktəb olmuşdur» (7).
İ.Cəfərzadəyə görə, Qobustanda qayaüstü rəsmlərin ən qədim nümunələri çiyinlərindən
kaman asılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş kişi və qadın təsvir-
ləridir və onlar bilavasitə qadınların ibtidai cəmiyyətdə hakim olduğu madərşahlıq dövründə
çəkilmişdir. İ.Cəfərzadənin dərin və geniş axtarışları ona sonrakı dövrlərin təsvirlərini də
müəyyən etməyə, onların fərqləndirici xüsusiyyətlərini aydınlaşdırmağa imkan vermişdir.
Yorulmaz tədqiqatçı müəyyən bir dövrün təsvirlərini tədqiq edərkən çox düzgün olaraq onları
həmin dövrün təsərrüfatı, dini təsəvvürləri və mədəni nailiyyətləri ilə əlaqələndirmişdir. Qo-
bustan təsvirlərini öyrənərkən istedadlı alim onların meydana gəlmə tarixinə xüsusi fikir ver-
mişdir. Maraqlı haldır ki, Qobustanı tədqiq edən alimlərin demək olar ki, əksəriyyəti belə bir
məsələdə yekdil mövqedən çıxış edirlər ki, qayaüstü təsvirləri həyata keçirənlər böyük incə-
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
318
sənət duyumuna malik olmuşlar. Aparılan tədqiqatlar zamanı aşkar olunmuş maddi sübutlar da
bu fikri təsdiq edir. Belə ki, qazıntıdan tapılmış xalsedon, dağ bülluru, daş asmalar, balıqqu-
lağından asmalar, qayalarda yüksək zövqlə çəkilmiş qayaüstü təsvirlər “Ovçular zağası”
sakinlərinin, təsvirləri çəkən rəssamın incəsənət baxımından yüksək zövqə malik olduğunu
göstərir. Qədim rəssamın həyatda gördüklərini olduğu kimi qayada təbii, real əks etdirmək
bacarığı adamı heyran edir. Qazıntıdan daha çox oxranın tapılması, bəlkə də ondan təsvirlərin
boyanmasında istifadə olunduğunu düşünməyə əsas verir. Qobustanı tədqiq edən alimlər
məntiqi olaraq qayaüstü təsvirlərin məzmununa və formasına, sayına görə həmin ərazidə
yerləşən düşərgəyə müəyyən adlar vermişlər. Məsələn,”Ana zağa” dan 50-55 metr şimalda,
“Ovçular zağası” ndan 25 metr cənubda, Böyükdaş dağı yuxarı səki sahəsində üzərində qədim
təsvirlər olan 41 və 42 saylı daşların arasında aşkar edilmiş düşərgə haqlı olaraq “Öküzlər”
düşərgəsi adlandırılmışdı. Çünki, 41 və 42 saylı qayaların üzərində öküz təsvirləri vardı.
Azərbaycanın görkəmli tədqiqatçılarından C.Rüstəmov və F.Muradova 1974-cü ildə bura-
da arxeoloji qazıntı işləri aparmışdılar (8, s.6). Düşərgədə qazıntı işləri zamanı 41a saylı daşın
şimal üzündə qədim şəkillərin yerləşdiyi səviyyədən bir qədər aşağı getməsi də aydınlaşdırıl-
mışdır. Daşın şərq ucuna yaxın başı və bədəni 42 saylı qayanın cənub üzündəki döymə üsulu
ilə çəkilmiş iki insan xətlərlə bəzədilmişdir. Ayaq hissəsi daralır. Onun yanında qədim qadın
təsvirləri var. Qazıntının gedişində açılmış daşın alt səviyyəsində də qədim qadın təsvirlərinin
olduğu müəyyənləşdirilmişdi. Bu barədə C.Rüstəmovun və F.Muradovanın rəhbərliyilə Qo-
bustan arxeoloji ekspedisiyasının 1974-cü il hesabatında ətraflı məlumat verilmişdi (9). Bir
maraqlı cəhəti qeyd etmək lazımdır ki, arxeoloqlar qazıntı işləri nəticəsində əldə edilmiş mad-
di-mədəniyyət nümunələrini qayaüstü təsvirlərlə müqayisəli surətdə öyrənməyə də üstünlük
vermişlər. Məsələn, “Öküzlər” düşərgəsindən aşkar edilmiş daş məmulatların bir qisminin,
iskənə tipli üst paleolit üçün səciyyəvi alətlərin çoxluğu, həndəsi formalı alətlərin azlığı (3
trapes, 4 seqment), qayalardakı təsvirlər arasında qədim insan kişi və qadın, öküz təsvirlərinin
olması buradan əsasən Üst Paleolitin sonundan Mezolitə keçən tarixi dövrdə istifadə olundu-
ğunu göstərir. Qazıntılar düşərgədən çox qısa müddətdə ilk və son dövründə də istifadə olun-
duğunu söyləməyə əsas verir. Arxeoloqlardan C.Rüstəmov və F.Muradovanın tədqiqat
obyektlərindən biri də “Öküzlər-2” düşərgəsidir. Bu düşərgədə Böyükdaş dağı yuxarı səki
sahəsində “Öküzlər” düşərgəsi ilə “Ovçular zağası” arasında, üzərində qədim qadın, sxematik
insan, öküz, keçi və s. şəkillər saxlanmış 43 və 44 saylı qayaların arasında yerləşmişdir.
Arxeoloqlar burada 1983, 1984, 1986-cı illərdə tədqiqat işləri aparmışlar. Arxeoloqlar burada
çox maraqlı bir nəticəyə gəlirlər. Onlar qeyd edirlər ki, “Öküzlər-2” düşərgəsində mədəni tə-
bəqənin kiçik bir sahədə, linza şəklində olması, ocaq qalığının olmaması göstərir ki, buradan
yaşamaq üçün yox, yaxınlıqdakı düşərgələrin (“Ana zağa”, “Ovçular”, “Öküzlər” və s.) sakin-
ləri boş vaxtlarında oturub dincəlmək və qayalarda şəkil çəkmək üçün istifadə etmişlər.
Qobustanda mağara tipli abidələrin diqqət cəlb etməsi, zəngin təsvirlərə və maddi-mədəniyyət
nümunələrinə malik olması bu istiqamətdə qazıntı və tədqiqat işlərinin gücləndirilməsinə ciddi
təsir göstərdi. Belə tədqiqat obyektlərindən biri Daşaltı düşərgəsi olmuşdur.
Böyükdaş dağının aşağı səki sahəsinin şərq ətəyində, şəkilli daşlar kolleksiyasının 277 və
277 a saylı daşları arasında üstü çox iri və yastı qaya layı ilə örtülmüş, ağzı şərqə baxan, ya-
şamaq üçün əlverişli olan mağara tipli abidədir. Arxeoloq İ.Cəfərzadə 1966-cı ildə düşərgədə
arxeoloji qazıntı işləri aparmışdır. Məlum olmuşdur ki, düşərgədən iki tarixi mərhələdə - Daş
dövrü və orta əsrlərdə istifadə olunmuşdur. Düşərgənin içərisində divarlarda kiçik ölçülü kişi
təsvirlərinin olmasına baxmayaraq, qum təbəqəsinə qədər əsas orta əsrlərə aid maddi-mədə-
niyyət nümunələri tapılmış, düşərgənin çölündən isə xeyli Daş dövrü materialı yığılmışdır.
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
319
Qobustanda bir sıra uzunmüddətli və davamlı yaşayış prosesinə malik olmuş düşərgələrlə
yanaşı qısa müddətdə istifadə olunmuş məskənlər də aşkar edilmişdir. Belə məskənlərdən biri
“Maral” düşərgəsidir. Bu düşərgə Böyükdaş dağı yuxarı səki sahəsinin şimal hissəsində, dağın
üstündə qalxan yolda 40-50 m qərbdə, 137 və 138 saylı qayadakı çox real çəkilmiş maral
təsvirinin şərəfinə “Maral” düşərgəsi adlandırılmışdır. Burada 1990 və 1993-cü illərdə 60 m
2
sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Burada daş dövrünə aid material əsas 137 saylı şə-
killi daşın şimali-qərb tərəfində və 138 saylı (maral şəkilli) daşın cənub tərəfi dibində yerləşir.
Arxeoloq C.Rüstəmov Qobustana həsr etdiyi tədqiqat işlərində müxtəlif mövzulara dair
çoxlu faktlar aşkar etmişdir. Belə ki, Qobustanda qədim qadın təsvirləri xüsusi diqqət cəlb
edən mövzulardandır. O, qeyd edir ki, ən qədim qadın təsvirləri Kiçikdaş dağında - “Qaya-
arası” və “Ceyranlar”, Böyükdaş dağında - “Ana zağa” və “Kənizə” kimi daş dövrü düşərgə-
lərinin divarlarında çəkilmişdir. Buradakı oyma qadın təsvirləri, ümumiyyətlə yuxarı paleolit
dövrü qadın təsvirləri və qadın heykəlcikləriilə oxşardır (10, s.18). “Kənizə” düşərgəsindən
tapılmış yerli əhəngdaşından qadın fiqurunun oturaq hissəsinin Ana zağada 29 saylı daşda, sağ
tərəfin aşağı hissəsindəki və bu kimi qadın təsvirlərini təkrar etdiyini bildirən tədqiqatçının
fikrincə, göstərilən düşərgələrdən və göstərilən tip qadın təsvirlərinin dövründən uzaqlaşdıqca,
dövrü dəyişməyə uyğun qadın təsvirləri yeni-yeni forma alır, bəzi o dövrün mənzərəsini
yaratmaq üçün geniş material verir. Tədqiqatçılardan C.Rüstəmov və F.Muradovanın qayaüstü
təsvirləri tədqiq edərkən insani yaşayış düşərgələrinin olduğu yerləri də aşkar etmişlər ki,
bunlar da yeni və daha dəqiq elmi nəticələr çıxarmaq üçün alimlərə gərəkli olmuşdur. Onların
1974, 1975 və 1976-cı illərdə apardıqları tədqiqat işləri öz bəhrəsini vermiş və Böyükdaş
dağının yuxarı səki sahəsində “Ana zağa”-dan, 40-50 m cənub-şərqdə, yuxarı səki üzrə 115,
116, 117 a saylı, üzərində qədim təsvirlər saxlanmış qayalar arasında, onların bir-birinə söy-
kənməsi nəticəsində alınmış sığınacaqlarda aşkar edilmişdir. Məlum olmuşdur ki, sığınacağın
divarlarını təşkil etmiş qayaların hələ qədimdə uçması, yerdəyişməsi nəticəsində burada bir
neçə gözdən ibarət insanın yaşaması üçün yararlı sahələr əmələ gəlmişdir (8, s. 6-7). Belə bir
maraqlı cəhətə də diqqət yetirmək lazımdır ki, ayrı-ayrı dövrlərdə tədqiqat işləri aparmış
alimlərin tapıntıları və ya kəşfləri məntiqi olaraq bir-birini tamamlamışdır. Məsələn, “Kənizə”
düşərgəsindən tapılmış Mezolit dövrünə aid əhəngdaşından hazırlanmış qadın fiqurları (11,
s.93) xüsusi elmi əhəmiyyət kəsb etmişdir. Onlardan ikisi formasına görə Qobustan qaya-
larında təsviri olan iri sinəli, baldırları xüsusi qabarıq və yoğun verilmiş qadın təsvirlərinin
oxşarıdır (4,s.19). С. Rüstəmovun fikrincə, Qobustanda, eləcə də başqa daş dövrü abidələrində
də, qadın bir növ simvolik təsvir edilmişdir. Belə ki, onlar həm öndən, həm yandan görünüşdə,
sinələri və ombaları çox qabarıq, başı çıxıntıvari və qolsuz təsvir edilmişdir. Məlum həqiqətdir
ki, qadın anadır, nəslin davametdiricisidir. Tədqiqatçının mülahizəsinə görə, onun bu cür
verilməsi qadının analıq əlamətlərinin xüsusi qeyd edilməsi ilə əlaqədardır. Ona görə də qadın
təsvirlərində sinə və omba qabarıq verilir (10, s.20). C.Rüstəmovun adı çəkilən monoqrafiya-
sında qadın təsvirləri və heykəlcikləri haqqında da ətraflı məlumat verilir. Qeyd etmək lazım-
dır ki, Qobustanın qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjetlərin orijinallığı və sənətkarlıq
baxımından fərqlənir. Qayaların üstündə kişi və qadın, vəhşi öküz, maral, şir, at, it və canavar
təsvirlərinə təsadüf olunur. “Ana zağa”, “Ovçular zağası”, “Kənizə”, “Yeddi gözəl” düşərgələ-
rində, Böyükdaş yaşayış məskənində və başqa yerlərdə torpağın altından çoxlu sayda qayaüstü
təsvir, əmək aləti, heyvan sümükləri, istehsal tullantıları, bizlər, nizə ucu, balta, bəzək, məişət
əşyaları və sairə tapılmışdır. Bütün bunlar tədqiqatçılar üçün zəngin material və mövzular
vermiş yeni-yeni elmi-tədqiqat əsərlərinin yaranmasına gətirib çıxarmışdır.
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
320
Qədim mədəniyyət ocağı olan Qobustan ulu əcdadlarımız tərəfindən Azərbaycan tarixi və
mədəniyyətinə verilən mənəvi töhfədir. Bu mədəniyyət abidəsinin görkəmli alimlərimiz
tərəfindən araştırılmasına baxmayaraq daima tədqiqat obyekti olması vacibdir.
ƏDƏBİYYAT
1. Vəliyeva Samirə. Qobustan qayalar üzərində salnamədir// Azərbaycan qəzeti, № 156, 09
iyul
2. Rüstəmov C. Qobustan dünyası. Bakı ; “Azərnəşr”, 1994, - 176 s.
3. Джафарзаде И.М. Гобустан. Наскальные изображения. Баку; 1973, 198 с.
4. Джафарзаде И.М. Наскальные изображения Кобыстана (Азерб.ССР) //
Археологические исследования в Азербайджане (Сборник статей), Бакы; 1965, с. 18-29.
5. Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı; “Azərnəşr”, 1960, -238 səh.
6. Cəfərzadə İ.M. Qobustan. Qayaüstü rəsmlər. Bakı ; YNE – XXI, 1999, -259 s.
7. Məmmədov Ş. Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı // «Azərbaycan müəllimi»
qəzeti, 21 oktyabr 2011-ci il, № 41.
8. Рустамов Д.Н., Мурадова Ф.М. Полевые работы в Гобустане //Археологические и
этнографические изыскания в Азербайджане (1974 г.) Баку; “Элм”, 1975, с. 6-10.
9. Fərəcova M. Azərbaycan qayaüstü incəsənəti. Bakı ; “Aspoliqraf”, 2009, - 384 s.
10. Rüstəmov C. Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı. Bakı; “Nurlan”, 2006, -
96 s.
11. Рустамов Дж., Мурадова Ф. О результатах археологических исследований 1981 года
в Гобустане//Археологические и этнографические изыскания в Азербайджане (1980-
1981гг.), Баку ; “Элм”, 1986, с. 92-94.
СААДАТ МАМЕДОВА
ДРЕВНИЙ МАТЕРИАЛЬНЫЙ-КУЛЬТУРНЫЙ ОЧАК АЗЕРБАЙДЖАНА -
ГОБУСТАН
Древний материальный-культурный очак находиться в Гобустане. Первые наскаль-
ные изображения были обнаружены впервые видными археологам И.М.Джафарзаде в
1939 года. В результате его долголетних, систематических исследований, начавшихся с
1947 г., в Гобустане обнаружено, регистрировано и изучено тысячи наскальных изобра-
жений, относящихся к периодам мезолита, неолита, энеолита, бронзы, раннего железа,
античности и средневековья. Наряду с пещерами, на скалах Гобустане обнаружено
более 6000 наскальных изображений на территория Беюкдаш, Кючюкдаш, Джингирдаг,
отражающих материальную и духовную культуру, древние поселения предков азер-
байджанского народа.
SAADAT MAMMADOVA
THE ANCIENT MATERIAL-CULTURAL HOTBED
OF AZERBAIJAN-GOBUSTAN
The article is devoted to rock drawings in Azerbaijan. Notes that the petroqlyps are found in
Azerbaijan for the first time in 1939, also notes that the region in which is Gobustan historical
Arxeologiya və Etnoqrafiya
Tarix və onun problemləri, № 4 2014
321
monuments are protected are a national park. About 6 thousands inscriptions on rocks. More
than 10 thousands of settlement camps of the Stone Age and subsequent ages, many
sepulchral and other archeological monuments have been revealed in the territory of
Beyukdash, Kichikdash, Jingirdag .
Rəyçilər: t.ü.f.d. M.Məmmədova, t.e.d. A.İskəndərov
BDU-nun “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının 13 oktyabr
2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3).
Dostları ilə paylaş: |