- 82 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Müqəddəs Qriqorinin III Trdatı vəftiz etməsinə və ona verilən işgəncələrə dair hazırlanmış
qobelen (XVIII əsr, Vyana. Mxitaristlər muzeyi). Qobelendə diqqət çəkən məqam islam dininin
yaranışından əvvəl yaşamış Qriqoriyə əzab verənlərin müsəlmanlar və başı çalmalı olmalarıdır
Belə bəraət xarakterli cəhdlərin birində qeyd edilir ki, “
xristian dininin
təşəkkül tapdığı dövrdə erməni tarixçiləri Qriqorinin və Trdatın parlaq
obrazlarını yaratmaqla ermənilərin təfəkküründə yeni inancın öz yerini
möhkəmləndirməsinə çalışmışlar. Bu isə daxili qarşıdurmaların və xarici
təhlükələrin artdığı şəraitdə xristian ideologiyasının yaradılmasına
yönəldilmişdi”.
125
Salnamələrə görə, Suren-Qriqori 287-ci ildə, otuz yaşının
tamamında İsa Məsih təlimini yaymaq, ermənilərə Rəbbin haqq yolunu
göstərmək niyyəti ilə vətəninə dönmüşdü. Başqa
bir variantda isə Surenin
erməni kimliyinə qayıdışı onun zəngin mənəvi dünyası, xalqına bağlılığı ilə
əlaqəli olmuşdu. O, qatil atasının günahlarını yumaq, Trdata sədaqətlə xidmət
etmək məqsədilə geri dönmüşdü. Burada kilsə tarixçilərinin Sureni İsa Məsihə
bənzətmək, hər ikisinin taleyində paralellər axtarmaq cəhdləri aydın şəkildə
sezilir. İsa da 30 yaşında Yəhudaya qayıtmış və Yəhya peyğəmbər onu İordan
çayında qüsl etmişdi. Lakin III Trdat atasının qatili olan Anakın mömin
oğlunun nəcib duyğularını anlamamışdı. Surenin qayıdışından xəbər tutan kimi
125
Акопян П., Ващева И. “Знаковые персонажи в “Истории Армении” Агатангелоса (Григорий и Трдат)”,
Вестник Нижегородского университета им. Н.И. Лобачевского, 2012, №3
- 83 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
onu həbs etdirib ilanlarla dolu dərin quyuya saldırmışdı. Suren beləcə 15 il ağır
məhbəs həyatı yaşamalı olmuşdu. Lakin məhbəsdə də dinc dayanmır, xeyirxah
missionerlik fəaliyyətini uğurla davam etdirirdi.
Müasir erməni tarixçilərinin “bərpa etdikləri” variantda isə olayın tamamilə
fərqli istiqamətdə cərəyan etdiyi bildirilir. “Pravoslav ensiklopediyası” onların
araşdırmalarına
istinadən bildirir ki, III Trdatın Romada yaşadığını eşidən
Qriqori dərhal oraya yola düşür. Az keçməmiş III Trdatın yanında xidmət etməyə
başlayır və ataları – Xosrov və Anak bir-birinə qənim kəsilsələr də, övladları
möhkəm dostluğun təməlini qoyurlar. Eramızın 287-ci ilində III Trdat vətənə
qayıdır, Roma legionerlərinin köməyi ilə atasının taxtına əyləşir. Sonra Suren-
Qriqoridən xristian dinindən dönməyi, əcdadların inancına qayıtmağı tələb
edir. Qriqori bu təklifdən imtina edəndə Trdat onu
həbs etdirib dərin quyuya
saldırır. Və guya İrəvan şəhərinin 30
kilometrliyində, əvvəllər Qəmərli,
indi isə “Artaşat” adlanan yaşayış
məntəqəsində yerləşən həmin tarixi
quyunun üzərində indi “Xor-Virap”
(erm. “Dərin xəndək”) monastırı
ucaldılmışdır.
126
Lakin III Trdat da cəzasız
qalmadı. Rəbbin qüdrəti ilə şah ağır
xəstəliyə düçar oldu. Salnamələrdə
onun 301-ci ildə qabana çevrilməsi,
bəzən isə ağlını itirib özünün qaban
olduğuna inanması, üst-başını
cırması, çöllərə düşməsi, insanları
dişləməsi qeyd olunur. Təbii ki,
“ssenariyə” uyğun olaraq,
onu bu
bəladan yalnız qan düşməni, Suren
qurtara bilərdi. Hadisələr getdikcə dramatikləşirdi, saray, əyanlar, Ermənistan
əhalisi böyük təşviş içərisində idilər. Ölkənin gələcək taleyi sual altında idi. Və bu
zaman erməni-qriqorian dininin tarixi səhnəsinə növbəti personaj – III Trdatın
bacısı, gözəl və mərhəmətli Xosrovduxt
(fars. “Xosrovun qızı”) daxil olur. Yeri
gəlmişkən, Arşakilərdən olan şahzadə xanıma düşmən sülalənin hökmdarının
adının verilməsi erməni tarixşünaslığının növbəti kazuslarından olsa da, hələ
126
Священномученик Григорий, просветитель Великой Армении, http://www.patriarchia.ru/db/
text/1115591.html
“Erməni xalqının xristianlaşması” (İvan
Ayvazovski, 1817-1900-cü illər)
- 84 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
də aydın izahı verilməmişdir. Xosrovduxt gecələr tez-tez gizli yolla məhbəsə
enər, Surenlə xristianlıq haqqında uzun söhbətlər aparar, dan yeri sökülənədək
birgə ibadət edərdilər. Gün çıxanda isə Xosrovduxt
bəxtəvərlik içində saraya
qayıdardı. Surenin moizələri nəticəsində şahzadədə xristianlığa rəğbət
yaranmış və o, gizli olaraq İsa Məsih dinini qəbul etmişdi. Belə görüşlərdən
birində Xosrovduxt qardaşının xəstəliyi barədə danışır. Suren onu diqqətlə
dinləyir, xəyalında diaqnozu təyin edir. Belə məsləhət görür ki, əgər III Trdat
bütpərəstlikdən, əvvəlki həyatından və insanlara zülm etməkdən əl çəkərsə,
xristianların cərgəsinə qoşularsa,
o zaman
Rəbb onu bədəninə daxil
olmuş əcinnələrdən xilas edəcək,
ruhu rahatlıq tapacaqdır. Elə də olur.
III Trdat İsa Məsih dinini qəbul edir
və dərhal şəfa tapır. Az sonra Suren
yenidən Romaya qayıdır. Burada
onu təntənə ilə qarşılayır, yepiskop
rütbəsinə yüksəldir və “Qriqori” adını
verirlər. Axı, Suren missiyasını uğurla
yerinə yetirmiş, Ermənistan əyalətinin
valisini öz tərəfinə çəkməklə, həmin
ərazinin Sasani İmperiyasından
qopmasının
ideoloji təməlini qoya
bilmişdi.
Beləliklə, Parf dövlətinin
Ermənistan əyalətində xristianlığın
kütləvi şəkildə qəbul edilməsinin
başlıca səbəbində Romanın bu ərazilərə
sahib çıxmaq iddiaları dayanırdı.
Eyni zamanda, İranda Sasanilərin
hakimiyyəti ələ alması, lakin əyalət
rəhbərliyinin hələ də Arşakilərin
(
parfların) əlində olması yaranmış vəziyyəti daha da gərginləşdirirdi.
Sasani
hökmdarının sifarişi ilə Anakın Xosrovu qətlə yetirməsi, əyalət hakimiyyətinə
Sasani nümayəndəsinin gətirilməsi də Ermənistanı Romanın təsirindən
qurtarmaq məqsədi daşıyırdı. Lakin romalılar daha çevik siyasət yürüdürdülər.
Əyalətdə Sasani xanədanına qarşı müqaviməti gücləndirmək, imperiya ilə təkcə
siyasi deyil, həmçinin dini-ideoloji bağlar qurmaq üçün II Trdat Ermənisana
gətirilir. Surenin vəzifəsi isə ərazini əvvəlki inanclarından – zərdüştilikdən,
Erməni-qriqorian kilsəsi III Trdatı, arvadı
Aşxeni (?) və bacısı Xosrovduxtu müqəddəslər
sırasına daxil edərək, hər il dini mərasimlərlə
onları yad edir. Halbuki, xristian mətnlərində
və eləcə də erməni mənbələrində hökmdarın
“Aşxen” (erm. “səmavi”, “mələk”) adlı həyat
yoldaşının olması barədə heç bir məlumat
yoxdur