- 124 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
öldürmüş, 27 nəfəri isə yaralamışdılar.
194
Zəngəzur qəzasında ilk qırğınları ermənilər 1905-ci ilin iyun ayında
Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törətmişdilər. Ermənilər 1905-
ci il avqustun 16-da Gorusdan Qarakilsəyə qayıdan dörd ermənini Ağudi və
Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə
yıxmışdılar.
195
1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən
gələn silahlı dəstələrin köməyi ilə azərbaycanlı kəndlərinə hücum edərək
Bayandur, Hələk, Kosalar, Malıbəyli, Cağacur, Çaylı, Kalavalax və Novruzlu
kəndlərini dağıdırlar. Birinci üç kənd isə tamamilə qarət edilir.
196
1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlıları
qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum etmişdilər, 75 nəfər
öldürülmüş və yaralanmışdı.
1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri Böyük Cicimli və Kiçik
Cicimli kəndlərinə hücum etmişdilər. Kiçik Cicimli tamamilə darmadağın
edilmiş, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət
edilmişdi. Erməni müəllifi A-Do ermənilərin bu hərəkətini vəhşilik adlandırır
və acı olsa da bunu qeyd etməyə bilmədiyini yazır.
197
1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları
Kürdlər adlanan kəndə hücum etmiş, azərbaycanlılar müqavimət göstərə
bilmədiyindən çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində
qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi.
A-Do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilməmiş, bu hücumu
barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdi.
198
Erməni siyasi partiyalarının silahlı dəstələri azərbaycanlıları Şuşa
qəzasından çıxarmaq üçün uzun müddət hazırlıq görmüş, müasir silahlarla
təchiz olunmuşdular. “Daşnaksutyun” Partiyası Şuşanı ələ keçirmək məqsədilə
bütün hazırlıq işlərini əvvəlcədən görmüşdü. Erməni silahlı dəstələrinə
Hamazasp Srvandzyan komandanlıq edirdi. Ermənilər bəhanə axtarırdılar ki,
qırğınlara başlasınlar. 1905-ci il avqustun 16-da kazaklar Şuşada bir ermənini
tərk-silah etmək istəyərkən o, müqavimət göstərmiş və öldürülmüşdü. Bu
194
Qasımlı M.C. “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920). Bakı:
Mütərcim, 2014
195
A-Do. Hay-turkakan ındharumı Kovkasum (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan lusabanutyun-
nerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla).
İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907
196
Yenə orada
197
Yenə orada
198
Yenə orada
- 125 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
fürsətdən istifadə edən ermənilər qətlin günahını azərbaycanlıların üstünə
ataraq qırğınlara başlamışdılar. Qırğınların 4-cü günü ermənilər məğlub
olduqlarını görüb “ağ bayraq” qaldırmışdılar. Avqustun 21-də tərəflər arasında
sülh imzalanmışdı. Hökumət qüvvələri iğtişaşların davam etdiyi müddətdə
hadisələrə seyrçi qalmışdı. Erməni müəllifi A-Donun verdiyi məlumata görə,
Şuşadakı birinci qırğınlar zamanı ermənilər 100 nəfər, türklər isə bundan 2-3
dəfə çox itki vermişdilər.
199
Ermənilər 12-22 iyul 1906-cı ildə Şuşa şəhərində ikinci dəfə qırğınlara
başlamışdılar. Ermənilər bir neçə gün əvvəl ölmüş bir erməninin meyitini
Şuşanın ermənipərəst general-qubernatoru Qoloşşapova göstərərək, guya
onun azərbaycanlılar tərəfindən yenicə qətlə yetirildiyini söyləmişdilər.
Qoloşşapovun əmri ilə hökumət Qumluq və Köçərli məhəllələrini top atəşinə
tutur. Beş gün ərzində
Şuşanın ermənilər
yaşayan hissəsində
bütün azərbaycanlı
evləri yandırılır və top
zərbələri ilə dağıdılır.
A-Do yazır ki, Şuşada
baş verən ikinci
qırğınlar zamanı 24
erməni öldürülmüş,
102 nəfər yaralanmışdı,
türklərinsə itkiləri yenə
də qat-qat çox olmuş,
böyük əksəriyyəti
türklərə məxsus olmaqla, 200-dən artıq ev yandırılmışdı.
Əslən Şuşa ermənisi olan, əsərlərini “Leo” imzası ilə çap etdirən Arakel
Babaxanyan yazır ki, “Daşnaksutyun”un Tiflisdə keçirilən yığıncağının
sənədlərindən aydın olur ki, daşnaklar Qarabağda “ermənistanlılar” yaratmaqla
məşğul idilər və bunun üçün türklərə qarşı “sil-süpür” siyasəti həyata keçirirdilər.
200
1905-ci il avqustun 23-də erməni silahlı dəstələri Xocalıya hücum edirlər.
Kənd əhalisinin bir qismi qaçaraq canlarını qurtarmış, bir qismini isə ermənilər
öldürmüşdülər. A-Do yazır ki, kəndi ələ keçirən ermənilər əvvəlcə evləri talamış,
199
Yenə orada
200
Leo. Ançyaliç (“Keçmişdən”, ermənicə). Tiflis, 1925
Şuşa. Ermənilərin törətdikləri yanğınlardan sonra
- 126 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sonra isə od vurub yandırmışdılar ki, əhali bir daha geri qayıda bilməsin.
201
Ümumiyyətlə, Şuşa qəzasının Quşçular, Xankəndi, Xocalı, Qacar, Qaradağlı,
Vərəndəli, Hacuğ, Divanallar, Veysəlli, Ağbaş, Abdal Gülablı kəndlərinin
azərbaycanlı əhalisi erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qalmışdı.
Azərbaycanlı kəndlərinin gülləbaran və dinc əhalinin məhv edilməsində
təqsirkar bilinən Şuşa qəzasının 15 erməni kəndinə qarşı hakimiyyət orqanları
ekzekusiya (
cərimə) tətbiq etmişdi.
202
Erməni silahlı dəstələri 1905-ci ilin avqust ayından 1906-cı ilin iyun ayınadək
müəyyən fasilələrlə Cavanşir qəzasının Xaçın və Tərtər çayları hövzəsində,
habelə Ağdərə bölgəsində kütləvi qırğınlar törətmişdilər. Cavanşir qəzasındakı
azərbaycanlı kəndlərini aradan götürməklə, ermənilər İrəvan, Zəngəzur, Şuşa
və Gəncə ermənilərinin birbaşa əlaqəsinə nail olmaq istəyirdilər. Erməni
kəndlərindəki silahlı dəstələr azərbaycanlıları bütün Cavanşir qəzasından
çıxarmaq üçün Hamazaspın komandanlığı altında hərbi əməliyyatlar həyata
keçirmişdilər. 1905-ci il oktyabrın 3-də erməni silahlıları Sırxavənd və Əliağalı
kəndlərini darmadağın edirlər. M.S.Ordubadi bu iki kənddə ermənilərin
törətdikləri qırğınları belə təsvir edir:
“Vəhşi yırtıcılar südəmər körpələri
beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla
para-para edir, süngülərə keçirirdilər”.
Erməni quldurları 27-31 noyabr tarixlərində Dəmirli, Çıraqlı, Hacıqərvənd
və Pürxud kəndlərini işğal etdikdən sonra talamış və yandırmışdılar. Tərtər
dərəsində salamat qalan yeganə azərbaycanlı kəndi Umudlu kəndi idi ki,
orada da müasir ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımına
bənzər qırğınlar törədilmişdi. Erməni müəllifi A-Do yazır:
“Dekabrın 23-
də ermənilər Umudlu və İmarət Qərvənd kəndlərinin üzərinə hücuma
keçdilər. Bir neçə saatlıq müqavimət türkləri qırğınlardan qurtarmadı.
Ermənilər bu iki kəndə daxil olub barbarlıqlar törətdilər... Umudluda
heç kimə aman vermədən qarşılarına çıxanı öldürdülər. Burada bir
türk qadınının qəhrəmanlıq nümunəsi göstərdiyi söylənilir. Onlardan
biri odur ki, bir qadın ərini öldürən erməninin qılıncını əlindən alıb,
öz sinəsinə soxmuşdu. Bu iki kənddən onlarca qadın və kişi öldürüldü.
Lakin bu qırğınlardan sonra daha dəhşətli hadisələr baş verdi. Şahidlərin
söylədiklərinə görə, sağ qalanlardan bəziləri uzun yol gedə bilməyib,
meşələrdə qalmış və donmuşdular... ”.
203
201
A-Do. Hay-turkakan ındharumı Kovkasum (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan lusabanutyun-
nerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla).
İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907
202
Yenə orada
203
Yenə orada
Dostları ilə paylaş: |