- 203 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi imkanını nəzərdən
keçirəsiniz. Bundan öncə isə, Qars vilayəti əhalisini daşnak qırğınlarından
qorumaq üçün bütün mümkün tədbirləri görəsiniz”.
345
1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni
silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə az sayda rus əhalisi
qalmışdı. 1918-ci ilin mayında keçmiş İrəvan xanlığı ərazisində daşnak
hakimiyyəti qurulduqdan sonra da bir çox rus zabitləri Ermənistan ordusuna
qatılaraq qulluqlarını davam etdirmişdilər. Lakin onları “etibarsız ünsür” hesab
edir və yüksək rütbəli erməni zabitlərinin tabeliyində saxlayırdılar. Rus zabitləri
hər cür repressiyalara məruz qalırdılar. 1920-ci ilin mayında Ermənistanda 5
rus zabitini öldürmüşdülər. Aleksandropolda (
Gümrüdə) isə ermənilər Rus
Milli Şurasının sədri Ressleri qətlə yetirmişdilər.
346
1918-1920-ci illərdə Ermənistanda rusların öz yaşadıqları kəndləri tərk
edərək Cənubi Azərbaycana qaçmalarını müşahidə edən gürcü müəllifi Karibi
(əsl soyadı Qoleşvili, Gürcüstanın kənd təsərrüfatı naziri olmuşdur – N.M.) 1920-
ci ildə Tiflisdə nəşr etdirdiyi “Qırmızı kitab”da yazırdı: “
Daşnak yazıçıları
dünyaya sübut etmək istəyirlər ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus
kəndliləri qorxu içərisində Ermənistanı tərk edərək öz vətənlərinə deyil,
Məhəmməd hümməti İrana qaçırlar. Onlar yaxşıdan yaxşısını axtarmırlar.
Hesab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yaşamış
olsaydılar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan İranda
özlərinə sığınacaq axtarmazdılar”.
347
Erməni müəllifi Marietta Şahinyanın verdiyi məlumata görə, daşnakların
hakimiyyəti dövründə Zəngəzurda mövcud olan Bazarçay və Borisovka rus
kəndləri də dağıdılmış, əhali Şimali Qafqaza qaçmağa məcbur olmuşdu.
348
Amerika tədqiqatçısı Səmyuel Uimz “Ermənistan - terrorçu “xristian” ölkənin
gizlinləri” əsərində yazır ki, XX əsrin lap əvvəllərindən başlayan erməni kilsəsi ilə
terrorçu siyasi hərəkatın
(yəni “Daşnaksutyun” Partiyasının – N.M.) birləşməsi
bu gün də davam edir. Müəllif erməni kilsəsinin üsyanları planlaşdıran və həyata
keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərdiyini, terrorçuların üsyan
əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözlədiklərini yazır.
349
Sovet hakimiyyəti illərində də gizli erməni təşkilatları öz istəklərinə nail olmaq
345
ARDA, fond 28, siyahı 1, iş 174, vərəq 14-15.
346
ARDA, fond 28, siyahı 1, iş 210, vərəq 74.
347
Кариби. Красная книга. Баку: Азернешр, 2013
348
Шагинян М. Советское Закавказье. Очерки 1922-1930 гг. Государственное издательство художествен-
ной литературы. Москва-Ленинград, 1931
349
Uimz Səmyuel. Ermənistan - terrorçu “xristian” ölkənin gizlinləri. Bakı: OKA Ofset, 2004
- 204 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Moskvada dəfələrlə terror
aksiyaları həyata keçirmişlər. 8 yanvar 1977-ci ildə Moskva şəhərində erməni
terrorçuları tərəfindən bir-birinin ardınca üç terror aktı həyata keçirilmişdi.
Əvvəlcə metronun “İzmayılovsk” və “Pervomaysk” stansiyaları arasında hərəkət
edən vaqona qoyulan bomba partladılmış, sonra “Lubyanka” küçəsindəki ərzaq
mağazasına, bir qədər sonra isə “Nikolskaya” (
keçmiş “Oktyabr”) küçəsinin
yaxınlığındakı zibil qutusuna qoyulmuş bomba partladılmışdı. Partlayışlar
zamanı 7 nəfər ölmüş, 37 nəfər yaralanmışdı.
Moskva metrosunda terror aktının nəticələri
Həmin terrorçu qrupun istintaqı zamanı müəyyən edilmişdi ki, qrup üzvləri
oktyabrın 7-də Moskvanın Kursk vağzalında da silsilə terror aktları törətməyi
planlaşdırırmışlar. Terror aktını İrəvan şəhərinin sakinləri Stepan Zatikyan,
Hakop Stepanyan və Zaven Bağdasaryan törətmişdilər. Bir ildən artıq çəkən
istintaqdan sonra qapalı şəkildə keçirilən məhkəmə iclasında hər üç terrorçuya
ən yüksək cəza – güllələnmə hökmü çıxarılmış və hökm icra edilmişdi.
350
Ermənistanın o zamankı rəhbəri Karen Dəmirçyan istintaq prosesinə mane
olmaq istəsə də, onları xilas edə bilməmişdi. İstintaq müəyyən etmişdi ki,
terrorçular İrəvanda gizli fəaliyyət göstərən və ASALA terrorçu təşkilatı ilə bağlı
olan Milli Birlik Partiyasının üzvləridirlər.
XX əsrin 90-cı illərində ermənilər tərəfindən Şimali Qafqaz ərazisində
sərnişin və dəmiryol nəqliyyatında həyata keçirilən müxtəlif terror aktları
nəticəsində onlarca rus həlak olmuşdu.
8 aprel 1991-ci ildə Rostov şəhərində SSRİ DİN-in podpolkovniki
Vladimir Blaxotin erməni terrorunun qurbanı olmuşdu. Ermənilər 1988-
1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin hərbi komendantı olmuş
350
Как армяне устраивали взрывы в Москве. https://anaga.ru/armianskie-vzryvy-v-moskve.html
- 205 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
general Vladislav Safonovun
maşını ilə Blaxotinin
maşınının nömrəsini dəyişik
salmış, podpolkovnikin
maşınını partladaraq onu
qətlə yetirmişdilər. General
Safonovun isə hələ DQMV-
də hərbi komendant olarkən
qayda-qanun yaratmaq
istəməsi ermənilərə sərf
etmədiyi üçün İrəvanda
keçirilən mitinqlərin birində ona qarşı ölüm hökmü çıxarmışdılar. İstintaqla
müəyyən edilmişdi ki, terror aktını Xankəndi, İrəvan və Rostov şəhərinin
sakinləri olan ermənilər törətmişdilər. Məhkəmə cinayətkarlara müxtəlif
müddətlərə həbs cəzası kəsmişdi.
351
1992-ci il iyun ayının 10-da Gümrü şəhərinin (
keçmiş Leninakan)
mərkəzində, günün günorta çağı, sakinlərin
gözləri önündə Rusiyanın Zaqafqaziya
Hərbi Dairəsinin qərargahında qulluq
edən 5 rus hərbçisi - 1 zabit, bir çavuş və
üç sıravi odlu silahla qətlə yetirilmişdi.
Rus hərbçiləri Rusiyanın Gümrüdəki
hərbi bazasından kosmik rabitə qurğularını
Kutaisidəki desant-hücum briqadasına
daşımaq əmrini yerinə yetirirdilər. Lakin
erməni “boyevikləri” həmin qurğuların
daşınmasına maneçilik törətmiş və rus
hərbçilərini qətlə yetirmişdilər. Bununla
bağlı cinayət işi açılmış, lakin bir müddət
sonra “boyeviklərin” hamısının Qarabağda
ölməsi “səbəbindən” cinayət işinə xitam
verilmişdi. Beləliklə, ruslara qarşı törədilən
bu cinayət də “müttəfiq Ermənistanda” ört-basdır edilmişdi.
352
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
351
Батыев Б. Армяне взрывают Россию. https://haqqin.az/news/67753
352
Ступишин Владимир. Моя миссия в Армении. 1992-1994. Воспоминания первого посла России. Изда-
тельство Academia, Москва, 2001г.; http://armenianhouse.org/stupishin/docs-ru/mission/8.html
Erməni terrorçusu S.Zatikyan
General V.Safonov
Dostları ilə paylaş: |