ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə73/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   69   70   71   72   73   74   75   76   ...   95

- 201 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qətlə yetirmişdilər. İrəvan qubernatoru dərhal hadisə yerinə getsə də, qatili 
tapmaq mümkün olmamışdı.
340
 Boquslavskinin erməni terrorunun qurbanı 
olmasının digər səbəbi onun İqdır qəzasının rəisi olduğu zaman 1903-cü il 
12 iyun qanununun yerinə yetirilməsində - yəni erməni kilsəsinin əmlakının 
müsadirə edilməsində fəallıq göstərməsi olmuşdu. 
Bundan bir müddət sonra erməni terrorçuları Sürməli qəzasının yeni 
təyin edilən rəisinə qarşı da terror aktı həyata keçirmişdilər. Belə ki, qəza rəisi 
kapitan Dudnikov İrəvanda olarkən ermənilər onu qətlə yetirmək üçün iki 
dəfə atəş açsalar da, güllələr xoşbəxtlikdən hədəfə dəyməmişdi.
341
 Ermənilər 
çar məmurlarını qorxu içərisində saxlamaqla, Cənubi Qafqazda türklərə 
qarşı törətdikləri qırğınlara rəsmi hökumət dairələrinin seyrçi münasibət 
bəsləməsinə nail olurdular. “Daşnaksutyun” Partiyasının 1907-ci ildə keçirilən 
IV qurultayında Rusiyanın hökumət məmurlarına qarşı hücum taktikasından əl 
çəkmək haqqında qərar qəbul edilməsindən sonra erməni terroruna bir müddət 
ara verilmişdi. Erməni terrorçuları yenidən öz fəaliyyətlərini Türkiyə ərazisində 
davam etdirmişdilər. 
Qafqaz Canişinliyi Polis Departamentinin 1909-cu ilə aid arxiv sənədində 
“Daşnaksutyun” Partiyasının dövlət məmurlarından general Əlixanov-
Avarskini, qubernator Nakaşidzeni, vitse-qubernator Andreyevi, qəza 
rəislərindən Boquslavskini, Şmerlinqi, Neşanskini, Pavlovu, polismeyster 
Saxarovu, pristavlar Cavaxov və Şumakeviçi, sərhəd mühafizəçisi Bıkovu terror 
yolu ilə qətlə yetirdiyi qeyd edilmişdi.
342
 
Birinci Dünya müharibəsi ərəfəsində Türkiyəni parçalamaq istəyən dövlətlər 
tərəfindən “erməni məsələsi” yenidən gündəliyə gətirilmişdi. Bir-birinə düşmən 
olan Antanta və Üçlər İttifaqı ayrı-ayrılıqda ermənilərin himayədarı rolunda 
çıxış edirdilər. Birinci Dünya müharibəsi başlamazdan bir qədər əvvəl ermənilər 
kütləvi surətdə Qafqazdakı rus ordusunun tərkibinə daxil olur, bununla yanaşı, 
ayrıca erməni könüllü birlikləri (
drujinalar) də təşkil edirdilər. Ermənilərin 
məqsədi “Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin Şərqi Anadolu 
vilayətlərinin işğalına nail olmaqdan ibarət idi. 
1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə bütün ermənilərin katolikosu 
V Gevorqa vəd vermişdi ki, “erməni məsələsi” ermənilərin gözlədiyi kimi, 
müharibənin sonunda, sülh danışıqları zamanı həll ediləcək. Lakin ermənilərin 
gözlədiklərinin əksinə olaraq, ruslar erməni könüllü birlikləri ilə birlikdə 
340 
 Yenə orada 
341 
 Yenə orada
342 
 Дашнаки: из материалов департамента полиции. Баку: Коммунист, 1990


- 202 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
“Qərbi Ermənistan”ı işğal etdikdən sonra ermənilərə vəd etdikləri muxtariyyət 
məsələsini unutdular. Ermənistanda daşnak hökumətinin baş naziri olmuş 
Kaçaznuni bu məsələ ilə əlaqədar yazırdı: “
Ruslar elə hərəkət etdilər ki, 
Ermənistan boşaldılsın, sonra isə oraya kazakları köçürsünlər. Knyaz 
Lobanov-Rostovskinin (Rusiyanın xarici işlər naziri – N.M.) hamıya bəlli 
“ermənisiz Ermənistan” layihəsi həyata keçirilsin
343
. Beləliklə, ermənilərin 
“Böyük Ermənistan” arzuları birdəfəlik puça çıxmışdı.
Erməni şovinizminin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki 
türklər və kürdlər, eyni zamanda, ruslar da təcavüzə məruz qalmışdılar. Qazax 
mahalının Karvansara nahiyəsinin (
indiki İcevan) Nikitino və Mixaylovo 
kəndlərindəki rus icmasının ermənilər tərəfindən soyğunçuluğa məruz qalması 
barədə Cənubi Qafqaz Rus Milli Şurası 15 avqust 1918-ci ildə Azərbaycanın 
Gürcüstandakı daimi nümayəndəliyinə üç protokol təqdim etmişdi. Həmin 
sənədlərdə Rus Milli Şurası erməni silahlı qüvvələrinin azğınlığına son 
qoyulması üçün Azərbaycan hökumətindən tədbir görülməsini xahiş edirdi.
344
1877-1878-ci illər rus-türk müharibəsindən sonra Qars vilayətinin 31 
kənd və şəhərində ruslar (
molokanlar) məskunlaşdırılmışdı. Qars və Batum 
vilayətlərini əhatə edən ərazidə qurulmuş Cənubi-Qərbi Qafqaz Respublikasını 
1919-cu ilin aprelində ingilis qoşunları süquta yetirmiş və Qars vilayətini 
ermənilərin idarəçiliyinə vermişdilər. Fürsətdən istifadə edən ermənilər Qars 
vilayətində türklərlə bərabər, ruslara da divan tutmuşdular. Nəticədə, rus icması 
erməni qırğınlarından və talanlarından qurtulmaq üçün yaşayış məskənlərini 
tərk etmək məcburiyyətində qalmışdı.
1920-ci il iyulun 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusiyanın 
Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdilər ki, 
ermənilər Blaqodarno kəndində bir neçə nəfəri öldürmüş, sağ qalanlar kənddən 
qaçmışdılar. Novo-Selim kəndində ermənilər 15 qadını zorlamış, kəndin 
starşinasını öldürmüşdülər. Novo-Petrovka kəndindən 4 nəfəri öldürmüş, 
Vladikars kəndinin bütün əmlakını talan etmişdilər.
Qars vilayəti Rus Milli Şurasının Rusiyanın Gürcüstandakı daimi 
nümayəndəsinə etdiyi müraciətin sonunda deyilirdi: “
Bax, beləcə yaradılır 
“Böyük Ermənistan”, əhalinin tökülən qanları və göz yaşları Qars 
divarlarını örtmüşdür. 205 min müsəlman əhalidən sərhəd zolağında 
cəmisi 50 min nəfər qalmışdır, yunanlar çəkilib getmişlər, yerdə qalan 
rusların gözləri Şimala (yəni Rusiyaya –N.M.) dikilmişdir. Bütün əhali 
343 
  Качазнуни Ов. Дашнакцутюн больше нечего делать. Тифлис: Заккнига, 1927
344 
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), fond 897, siyahı 1, iş 6, vərəq 18.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə