- 189 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
azərbaycanlı və müsəlman kürd repressiyaya məruz qalmışdı.
317
1939-cu ildə keçirilən üçüncü ümumittifaq siyahıyaalmasının nəticələrinə
görə, Ermənistanda yaşayan 1.282.330 nəfər əhalinin 130.997 nəfərini
azərbaycanlılar (
10,2 faiz), 20.481 nəfərini kürdlər ( 1,6 faiz) təşkil edirdi.
1947-ci il dekabrın 27-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən
kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında” qəbul etdiyi qərara əsasən, 100 min kolxozçu və
digər azərbaycanlı əhalinin üç il ərzində Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi qərarlaşdırılmışdı. Lakin 1948-1953-cü illərdə azərbaycanlı əhali
ilə bərabər, müsəlman kürdlər də Ermənistandan deportasiya edilmişdilər. Ona
görə də 1939-cu ildən 1959-cu ilədək keçən 20 il müddətində Ermənistanda
yaşayan azərbaycanlı əhalinin və müsəlman kürdlərin miqdarı kəskin şəkildə
azalmışdı. 1959-cu ildə keçirilən dördüncü ümumittifaq siyahıyaalmasının
nəticələrinə görə, Ermənistanda yaşayan 1.763.048 nəfər əhalinin 107.748
nəfərini azərbaycanlılar (
6,1 faiz), 25.627 nəfərini kürdlər ( 1,5 faiz) təşkil
etmişdi.
318
1970-ci ildə keçirilən beşinci ümumittifaq siyahıyaalmasının nəticələrinə
görə, Ermənistanda yaşayan 2.491.873 nəfər əhalinin 148.189 nəfərini
azərbaycanlılar (
5,9 faiz), 37.486 nəfərini kürdlər ( 1,5 faiz) təşkil edirdi.
319
1979-cu ildə keçirilən altıncı ümumittifaq siyahıyaalmasının nəticələrinə görə,
Ermənistanda yaşayan 3.037.259 nəfər əhalinin 160.841 nəfərini azərbaycanlılar
(
5,3 faiz), 50.822 nəfərini isə kürdlər ( 1,7 faiz) təşkil edirdi.
Sovet hakimiyyəti illərində Ermənistanda müsəlman kürdlər əsasən Vedi
(
Ararat), Zəngibasar ( Masis), Basarkeçər ( Vardenis) rayonlarında və İrəvan
şəhərində yaşayırdılar. Ermənistanda ayrıca müsəlman kürd kəndi yox idi.
Azərbaycanlı kəndlərində yaşayan kürdlər əhalinin 10-15 faizindən artığını təşkil
etmirdi. Yezidi kürdlər isə əsasən Ələyəz (
Araqats), Talin, Abaran, Hoktemberyan
(
Armavir), Artaşat, Dilican rayonlarında və İrəvan şəhərində yaşayırdılar.
1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli
mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar
Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali
Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək
olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf azərbaycanlı
və 94 ermənilərlə qarışıq yaşayış məskəni boşaldılmış, nəticədə, 200 mindən
317
Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1988
318
Итоги Всесоюзной переписи населении 1959 года Армянской ССР. Москва, 1963
319
Итоги Всесоюзной переписи населении 1970 года. Москва, 1973, том 4.
- 190 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
artıq azərbaycanlı, 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana
qovulmuşdu.
320
Ermənistanın Ələyəz rayonunda doğulub böyüyən, İrəvan Dövlət
Universitetinin filologiya fakültəsini bitirən, sonralar İrəvan radiosunun kürdcə
verilişlər redaksiyasında və Ələyəz Rayon Komsomol Komitəsinin katibi
işləyən İşxan Aslanoviç Ankosi Ermənistanın müstəqilliyə qovuşmasından
sonra təzyiqlərə tab gətirməyərək Ermənistanı tərk etmək məcburiyyətində
qalmışdı. O, 1993-cü ildən Krasnodar vilayətində yaşayır, “Midiya” Kürd Milli-
Mədəni Muxtariyyətinin sədri, Kürdüstan Milli Konqresinin üzvü kimi yezidi
kürdlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirir.
Onun atası Aslan Xudoyan uzun müddət yezidi kürdlərin yaşadığı rayonlarda
rəhbər vəzifələrdə işləmiş, ermənilərin kürdlərə qarşı diskriminasiyasının canlı
şahidi olmuşdu.
İşxan Ankosi yazır ki, hələ ötən
əsrdə
– 50-ci illərin sonu, 60-cı illərin
əvvəllərində Ermənistanda millətçilik
əhval-ruhiyyəsi ən yüksək həddə
çatmışdı. Millətçilik daha çox Yakov
Zarobyanın Ermənistan KP MK-nın
birinci katibi olduğu dövrdə özünü
büruzə vermişdi. Məhz Y.Zarobyanın
açıqca dəstəyi sayəsində
Ermənistanda antikürd siyasəti
yeridilmişdi.
“Biz kürdlər praktik
olaraq hər gün, hər saat hakimiyyət
dairələri tərəfindən xalqımıza qarşı
yeridilən diskriminasiya siyasətini hiss
edirdik” – yazır İşxan Ankosi.
İşxan Ankosi daha sonra yazır ki,
hələ ötən XX əsrin 80-ci illərində
Ermənistan rəhbərliyi kürdlərlə
azərbaycanlılar arasında qarşıdurma yaratmaq siyasəti yeridirdi. Belə ki,
kürd kəndlərinin təmsilçiləri Ermənistan KP MK-ya dəvət edilərək, onların
“respublika ərazisində yaşayan bütün kürdlərin kompakt ərazidə yaşamaları
və heyvandarlıqla məşğul olmaları üçün” Amasiya rayonuna köçmələri təklif
edilmişdi. Həmin vaxt Amasiya rayonunda yaşayan əhalinin 85 faizindən çoxunu
320
Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1988
Ermənistan prezidentinin iqamətgahı
qarşısında kürdlərin intihar aksiyası
- 191 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
azərbaycanlılar təşkil edirdi. İşxan Ankosi qeyd edir ki, bununla, Ermənistan
rəhbərliyi kürdlərin əli ilə azərbaycanlıların Amasiya rayonundan sıxışdırılıb
çıxarılmasına nail olmaq və gələcəkdə müsəlman kürdlərlə azərbaycanlılar
arasında yaradılan düşmənçilikdən istifadə etmək məqsədi güdürdü.
321
Məhz
müsəlman kürdlərin Amasiya rayonuna köçməkdən imtina etmələrindən sonra
onları cəzalandırmaq üçün 1983-cü ildə Ermənistan hökuməti Ararat vadisində
qoyunçuluğun qadağan edilməsi ilə bağlı qərar çıxarmışdı.
Ermənistan hökuməti yezidi kürdlərin əli ilə Amasiya rayonunda yaşayan
azərbaycanlıları deportasiya etmək istəmişdi. Belə ki, Amasiya rayonu ərazisində
Ələyəz rayonunun kürd kəndləri üçün yaylaq yerləri ayrılmasını istəmişdilər.
Bu məqsədlə yezidi kürd kəndlərinin təmsilçilərinin iştirakı ilə Amasiya
rayonunun dağ kəndlərinə baxış keçirilmişdi. Əslində, Ələyəz rayonunun özü
yaylaq rayonu idi və dəniz səviyyəsinə görə Amasiya rayonu ilə eyni səviyyədə
idi. Digər tərəfdən, onsuz da otlaq sahəsinin qıtlığından əziyyət çəkən Amasiya
rayonunun ərazisindən Axuryan və Ani rayonlarının erməni kəndləri üçün çox-
çox əvvəl yaylaq yerləri ayrılmışdı. Onu da qeyd etmək lazımdır ki, Amasiya
rayonunda yaşayan azərbaycanlı əhalinin böyük əksəriyyəti mal-qarasını uzun
sürən qış aylarından salamat çıxarmaq məqsədilə qonşu erməni rayonlarının
kəndlərindən ot, salon almaq məcburiyyətində qalırdı. Yezidi kürdləri
Ermənistan hökumətinin əsl niyyətini başa düşüb, bu təklifdən imtina etmiş və
əhalisinin sıxlığına görə Amasiya rayonundan qat-qat seyrək olan və geniş otlaq
sahələrinə malik qonşu Qukasyan rayonundan yaylaq yerlərinin ayrılmasını
istəmişdilər. Lakin Ermənistan rəhbərliyi buna razı olmamış və bu məsələ
beləcə gündəlikdən çıxarılmışdı.
İşxan Ankosi yazır ki, hələ 1987-ci ildən Ermənistan KP MK-nın, Nazirlər
Sovetinin, Ali Sovetin və güc strukturlarının bilavasitə örtüyü altında “Anti-
kürd komitəsi” fəaliyyət göstərirdi. Bu qrupa İrəvanda yezidi kürdlərinin daha
çox yaşadığı Myasnikyan Rayon Partiya Komitəsinin birinci katibi Muradyan
rəhbərlik edirdi. 1990-cı ildə ermənilərin anti-kürd kampaniyası apogey həddinə
çatmış, kürdlər əleyhinə vərəqələr yayılmış, kürdlərin evləri yandırılmışdı.
Uzun təkidlərdən sonra İşxan Ankosinin iştirakı ilə 9 nəfərdən ibarət kürdlərin
nümayəndələrini Ermənistan KP MK-nın birinci katibi Vladimir Movsesyan
qəbul etmişdi. Nümayəndə heyəti bir daha əmin olmuşdu ki, müəyyən anti-kürd
qüvvələri mövcuddur və onların qarşısında konkret vəzifələr qoyulmuşdur. Elə
həmin görüşdən ayrılan nümayəndə heyətini ermənilər Mərkəzi Komitənin
321
Обращение к aрмянскому народу. http://www.kurdist.ru/index.php?option=com_con-
tent&task=view&id=324
Dostları ilə paylaş: |