- 185 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən
artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (
deportasiyalarla, silah
gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.)
siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan
dövləti yaradılmışdır.
- 186 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XVII iddia
“Kürdlər Ermənistanda diskriminasiyaya
və deportasiyaya məruz qalmamışlar”
Ermənistanın rəsmi və siyasi dairələri “kürd kartı”ndan həm Azərbaycan,
həm də Türkiyə əleyhinə istifadə etməyi yüz ildir ki, özlərinin prioritet
istiqamətlərindən biri hesab edirlər. Ermənilər istər yezidi, istərsə də müsəlman
kürdlərə qarşı patoloji nifrətlərini mümkün qədər büruzə vermir, özlərini
onların dostu kimi qələmə verməyə çalışırdılar. Həqiqət isə nə qədər ört-basdır
edilsə də, gec-tez ortaya çıxır və əsl mənzərə aydın olur. Qərbi Azərbaycanda –
indiki Ermənistan ərazisində
ermənilərin kürdlərə qarşı
törətdikləri deportasiya,
repressiya və terror
aktlarından bəhs etməzdən
öncə həmin regionda
kürdlərin məskunlaşma
arealı və demoqrafik
vəziyyətləri barədə məlumat
verməyə ehtiyac vardır.
Qərbi Azərbaycan
ərazisində yaşayan əhalinin
milli tərkibi haqqında ilk
müfəssəl məlumatı İrəvan
xanlığının rus qoşunları
tərəfindən işğalından sonra rus tarixçi-statisti İvan Şopenin 1829-1832-ci illərdə
apardığı kameral siyahıyaalmanın nəticələrindən əldə etmək olar. İ.Şopenin
verdiyi məlumata görə, işğaldan sonra keçmiş İrəvan xanlığının ərazisində 6435
nəfər şiə, 3.978 nəfər sünni, 324 nəfər yezidi kürd yaşayırdı.
306
İrəvan xanlığının işğalından sonra Alagöz (
Ələyəz) dağının ətəyindəki
bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezidi kürdlər
məskunlaşmışdılar. Yezidi kürdlər 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı,
Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı,
306
Шопен И. Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Рос-
сийской империи, СПб, 1852
Ermənistanda yalnız heyvandarlıqla məşğul olmağa
məhkum edilmiş kürd ailələrindən biri
- 187 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdlər
1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyə ərazisindən gələrək
Bağdad Dolu-Taxt və Kiçik Cəngi kəndlərində yerləşmişdilər.
307
Sonralar
Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən yezidi
kürdlərin yaşadıqları kəndləri əhatə edən Araqats (
Ələyəz) rayonu təşkil
edilmişdi.
1886-cı ildə keçirilən ailəhesabı siyahıyaalmanın nəticələrinə görə,
İrəvan quberniyasında 670.405 nəfər yaşayırdı ki, onlardan 251.327 nəfərini
azərbaycanlılar, 36.478 nəfərini kürdlər təşkil edirdi. Azərbaycanlılar ümumi
əhalinin 37,5 faizini, kürdlər isə 5,44 faizini təşkil edirdi.
308
1890-cı illərdə
Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra təqribən 400
min erməni Rusiyaya köç etmiş, onların da xeyli hissəsi İrəvan quberniyasının
ərazisində məskunlaşmış, quberniya ərazisində ermənilərin xüsusi çəkisi
süni surətdə artmışdı. 1897-ci il ümumrusiya siyahıyaalmasının nəticələrinə
görə, İrəvan quberniyasında yaşayan 829.556 nəfər əhalinin 313.176 nəfərini
azərbaycanlılar, 49.389 nəfərini kürdlər təşkil edirdi. Kürdlərin də 35.675
nəfərini müsəlman kürdlər, 13.714 nəfərini isə yezidi və erməni-qriqorian
dinini qəbul etmiş kürdlər təşkil edirdi.
309
Ümumiyyətlə, XIX əsrin sonlarında müsəlman və yezidi kürdlər indiki
Ermənistan ərazisinin 34 kəndində yaşayırdılar.
310
Türkiyədən gələn yüz minlərlə
ermənini daimi məskunlaşdırmaq üçün 1905-1906-cı illərdə erməni silahlı
dəstələri kütləvi qırğınlar törətmişdilər. Təkcə həmin illərdə İrəvan quberniyası
ərazisində 150-yə yaxın türk-müsəlman yaşayış məntəqəsi viran edilmiş, əhalisi
qırğınlara məruz qoyulmuş və evlərindən didərgin salınmış, həmin kəndlərin
əksəriyyətində Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdı.
1915-1916-cı illərdə Türkiyə ərazisindən 300 minə yaxın erməni gələrək
Cənubi Qafqazda məskunlaşmışdı. Həmin ermənilərin böyük bir qismi İrəvan
quberniyasının ərazisində cəmləşmişdi. 1917-ci ilin Qafqaz təqviminə görə,
1916-cı ildə İrəvan quberniyasında yaşayan 1.120.242 nəfər əhalinin 373.582
nəfərini azərbaycanlılar, 59.132 nəfərini kürdlər təşkil edirdi ki, onlardan da
36.508 nəfəri müsəlman kürdlər, 12.624 nəfəri isə yezidi kürdlər idi.
311
307
Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Тиф-
лись, 1885, Том, I выпуск
308
Свод статистических данных о населении Закавказского края извлечённых из посемейных списков 1886
г., Тифлись, 1893
309
Первая всеобщая перепись населения Российской империи 1897 года, LXXI, Эриванская губерния
310
Аристова Татьяна. Курды Закавказья (Историко-этнографический очерк). Москва, 1966
311
Кавказский календарь на 1917 г.Тифлись, 1916
- 188 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1919-cu ilin iyun-avqust aylarında Ermənistanın daşnak hökuməti Daxili
İşlər Nazirliyinin qərarı ilə siyahıyaalma keçirilmişdi. Respublika ərazisində
qeydə alınan 917.297 nəfər əhalidən 122.185 nəfərini müsəlmanlar, 48.672
nəfərini isə qeyri-müsəlmanlar təşkil etmişdi.
312
Erməni müəllifi Zaven
Qorqodyan yazır ki, daşnakların “təmizləmə” siyasəti nəticəsində 1919-cu ildə
200 min nəfərdən artıq türk və kürd Ermənistandan qovulmuşdu.
313
1922-ci ildə Sovet Ermənistanında keçirilən siyahıyaalmanın nəticələri
daşnakların hakimiyyəti dövründə türk-müsəlman əhaliyə və yezidi kürdlərə
qarşı törədilən soyqırımın və kütləvi qırğınların miqyasını əyani şəkildə nümayiş
etdirir. Belə ki, həmin vaxt Ermənistanda yaşayan 781.011 nəfər əhalinin cəmisi
76.555 nəfərini Azərbaycan türkləri (
9,8 faiz), 705 nəfərini ( 0,1 faiz) müsəlman
kürdlər, 7945 nəfərini (
1,2 faiz) yezidi kürdlər təşkil edirdi.
314
1926-cı ildə keçirilən ikinci ümumittifaq siyahıyaalmasının nəticələrinə
görə, Sovet Ermənistanında 880.464 nəfər əhali yaşayırdı ki, onlardan 85.554
nəfərini azərbaycanlılar, 3.025 nəfərini müsəlman kürdlər, 12.237 nəfərini isə
yezidi kürdlər təşkil edirdi.
315
Faiz etibarilə azərbaycanlılar ümumi əhalinin 9,76
faizini, müsəlman kürdlər 0,4 faizini, yezidi kürdlər isə 1,4 faizini təşkil edirdi.
1931-ci il siyahıyaalmasının nəticələrinə görə, Ermənistanda yaşayan
1.050.633 nəfər əhalinin 106.768 nəfərini azərbaycanlılar
(10,1 faiz), 19.268
nəfərini
(1,9 faiz) kürdlər təşkil edirdi.
316
1930-cu illərdə Ermənistanda həyata
keçirilən repressiyalar dalğası fonunda azərbaycanlılar və müsəlman kürdlər
daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi casusları
ifşa etmək məqsədilə A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər.
Moskvaya belə bir məlumat verilmişdi ki, Ermənistanda Araz və Yuxarı
Arpaçay çayları boylarında yaşayan müsəlmanlar casusluq edir və guya elliklə
Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin 1937-ci ilin payızında
və 1938-ci ilin yazında Ağbaba, Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin,
Hoktemberyan, Meğri rayonlarının Türkiyə və İranla həmsərhəd kəndlərində
yaşayan azərbaycanlı və müsəlman kürd ailələri kütləvi surətdə repressiyalara
məruz qalmışdılar. Minlərlə ailə Orta Asiyaya və Qazaxıstana sürgün edilmişdi.
Ümumiyyətlə, XX əsrin 30-cu illərində Ermənistandan 50 mindən artıq
312
Вестник архивов Армении. № 1 (105), 2005
313
Korkotyan Zaven. Sovet Ermənistanının sonuncu yüzillikdə əhalisi (1831-1931). İrəvan, 1932 (erməni
dilində).
314
3акавказье. Статистико-экономический сборник. Тифлис, 1925
315
Население Закавказье. Всесоюзная перепись населения 1926 г. Тифлись, 1928
316
Населенные пункты и народонаселение Армянской ССР. Ереван, 1936
Dostları ilə paylaş: |