- 179 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Vartanlı kəndində həmin günlərdə məktəb
direktorunun müavini işləmiş
Rima Sarqsyan müxbirə 9-cu sinifdə oxuyan Alim İsgəndərovun ermənilər
tərəfindən qayadan atılaraq öldürüldüyünü söyləmişdi. Vartanlı kəndinin sakini
olan Samvel adında bir qatil kəndi tərk edərək dağlara çəkilən azərbaycanlıları
necə güllələdiyini, onları sıldırımlı qayalardan necə tulladığını müxbirə fəxrlə
danışıb. Moskvadan gəlmiş istintaq
qrupu Samveli həbs etsə də, sonradan
azad edibmiş.
Mane Papyana verdiyi
müsahibəsi zamanı Samvel vaxtilə
azərbaycanlıları qətlə yetirdiyi silahların
fonunda şəkil çəkdirib.
Vartanlı sakini Stepan Ayvazyan
isə kənddə qalmış azərbaycanlıların
Kirovakandan gəlmiş ermənilər
tərəfindən öldürüldüklərini və sonra
isə yandırıldıqlarını etiraf edib:
“
Vanadzordan gələn qruplar Edik
Martirosyanın rəhbərliyi altında
Şaumyana gəldilər. Meyitləri
yandırırdılar ki, onları tanıyan
olmasın”. Direktor müavini Rima
Sarqsyan xatırlayır ki, azərbaycanlılardan
biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırdılar.
Rima Sarqsyan
azərbaycanlının yandırıldığı yeri müxbirə göstərib. Vartanlıda azərbaycanlılara
qarşı soyqırım törədilməsindən dərhal sonra ermənilər onların evlərini zəbt
etmiş, daha sonra isə kəndin qəbiristanlığını vandalcasına dağıtmışdılar.
298
Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər
azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdı. Kəndin sağ qalan əhalisi
qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə, gündüzlər gizlənib yalnız gecələr
yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar. Onlarca vartanlılı
dağlarda itkin düşmüşdü. Toqquşma zamanı aldıqları bədən xəsarətindən,
yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca vartanlılı
vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular. Ümumiyyətlə, həmin
dövrdə
Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq
azərbaycanlı qətlə yetirilmişdi.
298
Папян М. События в Гугарке. Как громили азербайджанцев в Армении http://vestikavkaza.ru/analytics/
Sobytiya-v-Gugarke-Kak-gromili-azerbaydzhantsev-v-Armenii.html
Azərbaycanlıların qəbirlərinə
qarşı erməni vandalizmi
- 180 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Vartanlı faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə İrəvan
quberniyasında azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının
hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Erməni tarixçisi Leo 1925-
ci ildə Tiflisdə ermənicə çap olunan “Ançyaliç” (
“Keçmişdən”) əsərində erməni
silahlı dəstələrinin Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı türk kəndində
törətdiyi qırğınlardan bəhs etmişdi.
299
1918-ci ildə Vartanlıda törədilən
qırğınlar düz 70 ildən sonra bir də təkrarlanmışdı. 1918-ci ilin Novruz bayramı
günlərində ermənilər Vartanlı kəndinin kişi cinsindən olan bütün sakinlərini
qoyun tövlələrinə toplayaraq hamısını yandırmışdılar. Qadınlar, körpələr
meşələrə qaçaraq dağlarda tələf olmuşdular. Deməli, ermənilər təkcə XX əsrdə
Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırımı törətmişdilər. Təəssüf
ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-
cu illər qırğınları haqqında xəbər tutmuşdu.
Kirovakan şəhərinin sabiq prokuroru Qriqori Şahverdyanın verdiyi
məlumata əsasən, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlə
yetirilməsi faktı istintaq materiallarında öz əksini tapmışdı. Onun sözlərinə
görə, Kirovakanda ən çox hallandırılan qətllərdən biri Telman Hüseynovun
qətli idi. O, 1988-ci il noyabrın 27-də gecə saat 22 radələrində bıçaq və balta
ilə öldürülmüşdü. Yerli istintaq orqanları cinayətin üstünü açmışdılar və azyaşlı
Usik Marutyanla Tiqran Evinyanı həbs etmişdilər.
300
Halbuki, pəhləvan cüssəli,
idmançı Telman Hüseynovu iki azyaşlının qətlə yetirməsi mümkün olan iş
deyildi. T.Hüseynovun əsl qatilləri kənarda qalmış, cinayəti iki azyaşlının
ayağına yazmışdılar ki, sonra onları azadlığa buraxa bilsinlər.
1988-ci il noyabrın 28-də Spitak rayonunun erməni rəhbərləri
azərbaycanlıların yaşadıqları Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki,
onların təhlükəsizliklərinə
təminat vermirlər, ona görə də əgər iki saat ərzində
kəndi tərk etməsələr, silahlı dəstələr kəndə hücum edəcəklər. Onlar özləri ilə
34 avtobus və 40 yükünü özüboşaldan maşın gətirmişdilər. Onların göstərişi
ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb,
od vurdular. Əhalini zorla avtobuslara mindirərək kəndlərdən çıxardılar.
Həmin avtobusları Spitak rayonunun ərazisindən kənarda - Quqark rayonunun
Mrqahovit (
Həmzəçimən) kəndi yaxınlığında silahlı dəstələr gözləyirdilər.
Pusquda durmuş quldurların avtobusları atəşə tutması nəticəsində 3 nəfər
- Balacayev Şahin Səyyad oğlu, Balacayev Teymur Məsim oğlu və Balacayeva
299
Լեո. Անցյալից (Leo. Ançyaliç). Tiflis: “Советский Кавказ” nəşriyyatı, 1925.
300
Папян М. События в Гугарке. Как громили азербайджанцев в Армении http://vestikavkaza.ru/analyt-
ics/Sobytiya-v-Gugarke-Kak-gromili-azerbaydzhantsev-v-Armenii.html
- 181 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Sürəyya Hüseyn qızı
həlak olmuş, 7 nəfər ağır yaralanmışdı.
301
Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilən rayonlardan
biri də Stepanavan (
Cəlaloğlu) rayonudur. Kuybışev kəndinin sakinləri Təmraz
Yusif oğlu İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov
vəhşicəsinə döyülmüş və soyuq silahla qətlə yetirilmişdilər. Gərgər kənd sakini,
Puşkino kolxozunun sağıcısı Bəsti İsrafil qızı Mustafayeva isə Ermənistanda baş
vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın Ermənistanın halına
ağladığı bir vaxtda - 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış və meyiti
zibillikdə gizlədilmişdi. Xeyli müddət keçdikdən sonra onun meyiti hərbçilərin
köməyi ilə tapılmışdı.
302
Yuxarıda adı çəkilən “Fəlakət anı, məsuliyyət anı”
məqaləsində
azərbaycanlıların hansı şəraitdə və necə deportasiya edilmələrinə qismən də
olsa aydınlıq gətirilmişdi: “
Qarabağ” komitəsi avantüristlərinin çağırışına
millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşdular.
Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları
cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə,
onlar adamların (yəni azərbaycanlıların) kütləvi surətdə çıxarılmasına
“fətva” verirdilər. Bu cür “missiya” ilə bəzi “xadimlər” Kirovakanda,
Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər”. Əlbəttə, azərbaycanlılar
yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən
olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark,
Noyemberyan, Krasnoselo,
Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis,
Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər.
“Fəlakət anı, məsuliyyət anı” məqaləsinin bir yerində yazılırdı: “
Komitənin
(yəni “Qarabağ” komitəsinin) yerli özəklərinin təşəbbüsü ilə rayon və
kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk
etmələri tələb olunurdu. Ən həyəcanlandırıcı hal isə odur ki, “Qarabağ”
komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb
edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon Xalq
Nəzarəti Komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş
keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər”. Amasiya
beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin
Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın
1-dək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad
edilmişdi.
301
Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı: Qartal,1998
302
Yenə orada