ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə69/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   65   66   67   68   69   70   71   72   ...   95

- 189 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
azərbaycanlı və müsəlman kürd repressiyaya məruz qalmışdı.
317
 
1939-cu ildə keçirilən üçüncü ümumittifaq siyahıyaalmasının nəticələrinə 
görə, Ermənistanda yaşayan 1.282.330 nəfər əhalinin 130.997 nəfərini 
azərbaycanlılar (
10,2 faiz), 20.481 nəfərini kürdlər (1,6 faiz) təşkil edirdi. 
1947-ci il dekabrın 27-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən 
kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi haqqında” qəbul etdiyi qərara əsasən, 100 min kolxozçu və 
digər azərbaycanlı əhalinin üç il ərzində Azərbaycan SSR-in Kür-Araz ovalığına 
köçürülməsi qərarlaşdırılmışdı. Lakin 1948-1953-cü illərdə azərbaycanlı əhali 
ilə bərabər, müsəlman kürdlər də Ermənistandan deportasiya edilmişdilər. Ona 
görə də 1939-cu ildən 1959-cu ilədək keçən 20 il müddətində Ermənistanda 
yaşayan azərbaycanlı əhalinin və müsəlman kürdlərin miqdarı kəskin şəkildə 
azalmışdı. 1959-cu ildə keçirilən dördüncü ümumittifaq  siyahıyaalmasının 
nəticələrinə görə, Ermənistanda yaşayan 1.763.048 nəfər əhalinin 107.748 
nəfərini azərbaycanlılar (
6,1 faiz), 25.627 nəfərini kürdlər (1,5 faiz) təşkil 
etmişdi.
318
 
1970-ci ildə keçirilən beşinci ümumittifaq siyahıyaalmasının nəticələrinə 
görə, Ermənistanda yaşayan 2.491.873 nəfər əhalinin 148.189 nəfərini 
azərbaycanlılar (
5,9 faiz), 37.486 nəfərini kürdlər (1,5 faiz) təşkil edirdi.
319
 
1979-cu ildə keçirilən altıncı ümumittifaq siyahıyaalmasının nəticələrinə görə, 
Ermənistanda yaşayan 3.037.259 nəfər əhalinin 160.841 nəfərini azərbaycanlılar 
(
5,3 faiz), 50.822 nəfərini isə kürdlər (1,7 faiz) təşkil edirdi. 
Sovet hakimiyyəti illərində Ermənistanda müsəlman kürdlər əsasən Vedi 
(
Ararat), Zəngibasar (Masis), Basarkeçər (Vardenis) rayonlarında və İrəvan 
şəhərində yaşayırdılar. Ermənistanda ayrıca müsəlman kürd kəndi yox idi. 
Azərbaycanlı kəndlərində yaşayan kürdlər əhalinin 10-15 faizindən artığını təşkil 
etmirdi. Yezidi kürdlər isə əsasən Ələyəz (
Araqats), Talin, Abaran, Hoktemberyan 
(
Armavir), Artaşat, Dilican rayonlarında və İrəvan şəhərində yaşayırdılar. 
1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli 
mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar 
Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali 
Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək 
olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf azərbaycanlı 
və 94 ermənilərlə qarışıq yaşayış məskəni boşaldılmış, nəticədə, 200 mindən 
317 
 Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1988
318 
 Итоги Всесоюзной переписи населении 1959 года Армянской ССР. Москва, 1963
319 
 Итоги Всесоюзной переписи населении 1970 года. Москва, 1973, том 4.


- 190 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
artıq azərbaycanlı, 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana 
qovulmuşdu.
320
Ermənistanın Ələyəz rayonunda doğulub böyüyən, İrəvan Dövlət 
Universitetinin filologiya fakültəsini bitirən, sonralar İrəvan radiosunun kürdcə 
verilişlər redaksiyasında və Ələyəz Rayon Komsomol Komitəsinin katibi 
işləyən İşxan Aslanoviç Ankosi Ermənistanın müstəqilliyə qovuşmasından 
sonra təzyiqlərə tab gətirməyərək Ermənistanı tərk etmək məcburiyyətində 
qalmışdı. O, 1993-cü ildən Krasnodar vilayətində yaşayır, “Midiya” Kürd Milli-
Mədəni Muxtariyyətinin sədri, Kürdüstan Milli Konqresinin üzvü kimi yezidi 
kürdlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirir. 
Onun atası Aslan Xudoyan uzun müddət yezidi kürdlərin yaşadığı rayonlarda 
rəhbər vəzifələrdə işləmiş, ermənilərin kürdlərə qarşı diskriminasiyasının canlı 
şahidi olmuşdu. 
İşxan Ankosi yazır ki, hələ ötən 
əsrdə 
 50-ci illərin sonu, 60-cı illərin 
əvvəllərində Ermənistanda millətçilik 
əhval-ruhiyyəsi ən yüksək həddə 
çatmışdı. Millətçilik daha çox Yakov 
Zarobyanın Ermənistan KP MK-nın 
birinci katibi olduğu dövrdə özünü 
büruzə vermişdi. Məhz Y.Zarobyanın 
açıqca dəstəyi sayəsində 
Ermənistanda antikürd siyasəti 
yeridilmişdi. 
“Biz kürdlər praktik 
olaraq hər gün, hər saat hakimiyyət 
dairələri tərəfindən xalqımıza qarşı 
yeridilən diskriminasiya siyasətini hiss 
edirdik” – yazır İşxan Ankosi.  
İşxan Ankosi daha sonra yazır ki, 
hələ ötən XX əsrin 80-ci illərində 
Ermənistan rəhbərliyi kürdlərlə 
azərbaycanlılar arasında qarşıdurma yaratmaq siyasəti yeridirdi. Belə ki, 
kürd kəndlərinin təmsilçiləri Ermənistan KP MK-ya dəvət edilərək, onların 
“respublika ərazisində yaşayan bütün kürdlərin kompakt ərazidə yaşamaları 
və heyvandarlıqla məşğul olmaları üçün” Amasiya rayonuna köçmələri təklif 
edilmişdi. Həmin vaxt Amasiya rayonunda yaşayan əhalinin 85 faizindən çoxunu 
320 
 Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1988 
Ermənistan prezidentinin iqamətgahı 
qarşısında kürdlərin intihar aksiyası


- 191 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
azərbaycanlılar təşkil edirdi. İşxan Ankosi qeyd edir ki, bununla, Ermənistan 
rəhbərliyi kürdlərin əli ilə azərbaycanlıların Amasiya rayonundan sıxışdırılıb 
çıxarılmasına nail olmaq və gələcəkdə müsəlman kürdlərlə azərbaycanlılar 
arasında yaradılan düşmənçilikdən istifadə etmək məqsədi güdürdü.
321
 Məhz 
müsəlman kürdlərin Amasiya rayonuna köçməkdən imtina etmələrindən sonra 
onları cəzalandırmaq üçün 1983-cü ildə Ermənistan hökuməti Ararat vadisində 
qoyunçuluğun qadağan edilməsi ilə bağlı qərar çıxarmışdı. 
Ermənistan hökuməti yezidi kürdlərin əli ilə Amasiya rayonunda yaşayan 
azərbaycanlıları deportasiya etmək istəmişdi. Belə ki, Amasiya rayonu ərazisində 
Ələyəz rayonunun kürd kəndləri üçün yaylaq yerləri ayrılmasını istəmişdilər. 
Bu məqsədlə yezidi kürd kəndlərinin təmsilçilərinin iştirakı ilə Amasiya 
rayonunun dağ kəndlərinə baxış keçirilmişdi. Əslində, Ələyəz rayonunun özü 
yaylaq rayonu idi və dəniz səviyyəsinə görə Amasiya rayonu ilə eyni səviyyədə 
idi. Digər tərəfdən, onsuz da otlaq sahəsinin qıtlığından əziyyət çəkən Amasiya 
rayonunun ərazisindən Axuryan və Ani rayonlarının erməni kəndləri üçün çox-
çox əvvəl yaylaq yerləri ayrılmışdı. Onu da qeyd etmək lazımdır ki, Amasiya 
rayonunda yaşayan azərbaycanlı əhalinin böyük əksəriyyəti mal-qarasını uzun 
sürən qış aylarından salamat çıxarmaq məqsədilə qonşu erməni rayonlarının 
kəndlərindən ot, salon almaq məcburiyyətində qalırdı. Yezidi kürdləri 
Ermənistan hökumətinin əsl niyyətini başa düşüb, bu təklifdən imtina etmiş və 
əhalisinin sıxlığına görə Amasiya rayonundan qat-qat seyrək olan və geniş otlaq 
sahələrinə malik qonşu Qukasyan rayonundan yaylaq yerlərinin ayrılmasını 
istəmişdilər. Lakin Ermənistan rəhbərliyi buna razı olmamış və bu məsələ 
beləcə gündəlikdən çıxarılmışdı. 
İşxan Ankosi yazır ki, hələ 1987-ci ildən Ermənistan KP MK-nın, Nazirlər 
Sovetinin, Ali Sovetin  və güc strukturlarının bilavasitə örtüyü altında “Anti-
kürd komitəsi” fəaliyyət göstərirdi. Bu qrupa İrəvanda yezidi kürdlərinin daha 
çox yaşadığı Myasnikyan Rayon Partiya Komitəsinin birinci katibi Muradyan 
rəhbərlik edirdi. 1990-cı ildə ermənilərin anti-kürd kampaniyası apogey həddinə 
çatmış, kürdlər əleyhinə vərəqələr yayılmış, kürdlərin evləri yandırılmışdı. 
Uzun təkidlərdən sonra İşxan Ankosinin iştirakı ilə 9 nəfərdən ibarət kürdlərin 
nümayəndələrini Ermənistan KP MK-nın birinci katibi Vladimir Movsesyan 
qəbul etmişdi. Nümayəndə heyəti bir daha əmin olmuşdu ki, müəyyən anti-kürd 
qüvvələri mövcuddur və onların qarşısında konkret vəzifələr qoyulmuşdur. Elə 
həmin görüşdən ayrılan nümayəndə heyətini ermənilər Mərkəzi Komitənin 
321 
Обращение к aрмянскому народу. http://www.kurdist.ru/index.php?option=com_con-
tent&task=view&id=324


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə