ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə67/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   63   64   65   66   67   68   69   70   ...   95

- 182 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistan 
ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı 
dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətmişdilər. 1988-ci ilin 
noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan 
kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri 
kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə 
yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. 
Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti, əsasən, 
azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur 
olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün 
yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. 
Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama-buraxılış 
məntəqələri yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin 
sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən 
kimi onları maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini 
isə vəhşicəsinə qətlə yetirirdilər.
Hərbçilərin və “BTR”-lərin müşayiəti ilə Amasiya rayonunun Oxçoğlu 
kəndindən yola salınan 15 ailənin ev əşyalarını ermənilər qonşu Axuryan 
rayonunun Kaps (keçmiş Qanlıca) kəndində maşınlardan boşaltmış, 
talan etmiş, sonra isə od vurub yandırmış və yük sahiblərini ölümcül 
döymüşdülər. Bu cinayət işi ilə SSRİ Prokurorluğu əməkdaşlarının 
məşğul olmalarına baxmayaraq, heç kəs məsuliyyətə cəlb edilməmişdi”.
 303
Həmişə milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi 1988-ci 
il dekabrın 7-də baş verən Spitak zəlzələsindən sonra da öz çirkin əməllərini 
davam etdirmişdi. Zəlzələyədək Ermənistanın Amasiya, Spitak, Quqark, 
Stepanavan rayonlarında 20 mindən artıq azərbaycanlı blokada şəraitində girov 
kimi qalmışdı. Zəlzələ ərəfəsində Quqark rayonunun Haydarlı kəndində olmuş 
“Красная звезда” qəzetinin xüsusi müxbiri mayor O.Vladıkin “Ədavət fəalları” 
məqaləsində yazmışdı: 
“Haydarlının girəcəyində yolu tankla kəsmiş zabit 
və silahlı əsgərləri gördüm. Leytenant Vitali Naklonnı nəql etdi ki, 
onların vəzifələri ermənilərlə azərbaycanlı əhali arasında toqquşmaya 
yol verməməkdən ibarətdir. Zabit deyir: bütün bunlara baxmaq ağırdır. 
Onlar (yəni azərbaycanlılar) faktiki olaraq blokadadırlar. Nəqliyyat 
işləmir. Elektrik cərəyanı verilmir. 20 gündür ki, çörək və digər ərzaq 
məhsulları gətirilmir. Onlar gecə-gündüz tankın yaxınlığında olurlar. 
Uzaqlaşmaqdan qorxurlar”.
303 
 Yenə orada


- 183 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Müvafiq sənədlər və şahid ifadələri əsasında 1990-cı ildə Azərbaycan 
Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər 
ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və 
ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak 
olmuşdu. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 
34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər 
yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 
nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt 
nəticəsində ölmüş, 2 
nəfər intihar etmiş, bir 
nəfər asılmış, 2 nəfəri 
maşın partladılması 
nəticəsində, bir nəfəri 
elektrik cərəyanı ilə, 
bir nəfəri suda boğub 
öldürmüşdülər, 6 nəfər 
itkin düşmüş, 20 nəfər 
xəstəxanadan yoxa 
çıxmış, 48 nəfər isə 
dağlarda borana düşüb 
həlak olmuşdular.
304
1990-cı il avqustun 
9-da Azərbaycan 
Respublikasının Ali Soveti Qaçqınlar Cəmiyyətində tərtib edilən siyahını və 
digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli 
münaqişələr zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat 
verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V.İ.Kvartsovun 4 
oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi: “
Sizin məktubunuzla 
əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də 
milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, 
onlardan 283-ü istintaq aidiyyəti üzrə Azərbaycana göndərilmişdir. 
Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 
cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumata 
görə, Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu 
qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq 
dayandırılmışdır... 
304 
 “Красная звезда” (Moskva) qəzeti, 7.12.1988.
Qaçqınların vaqon “şəhərciyi”


- 184 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan 
istintaqın tamlığını və obyektivliyini yoxlasın, onun başa çatdırılması 
üçün tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən 
istintaqa xitam verilmiş işləri araşdırmaq və istintaqı təzələmək 
məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. 
Ermənistan məhkəmələrinə milli nifaq zəminində baş vermiş hadisələrlə 
bağlı 91 müttəhim barəsində cəmi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 
82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətlərə 
azadlıqdan məhrum edilmişdir. SSRİ Prokurorluğu cinayətlərin 
açılmasına nəzarət edir və zəruri kömək göstərir”.
 305
Əslində, SSRİ Prokurorluğu bununla öz işini bitmiş hesab etmişdi. Məhz 
hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin 
separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət vermədikləri nəticəsində 
azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə 
ərzində vəhşicəsinə qovuldular. Keçmiş İttifaq orqanları azərbaycanlıların 
Ermənistandan deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, 
bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il 
dekabrın 6-da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış 
yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli 
orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” 
qərar qəbul etmiş, qərarın icrası üçün komissiya yaradılmışdı. Əslində isə, 
azərbaycanlılar Ermənistandan faktiki olaraq təmizləndikdən və dekabrın 7-də 
orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini 
başa vurmuşdu.
Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə 
indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 
qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan 
rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi 
də 1991-ci il avqustun 8-də boşaldıldı. 
Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində 
Ermənistanın 22 kənd rayonundan və 6 şəhərindən təqribən 250 min 
azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.
1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi 
respublika ərazisinin (
29,8 min kv.km) 25 faizini, yaxud təqribən 7,5 min kv. km 
təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (
4,4 min kv. km) təqribən 3 
min kv.km artıqdır.
305 
 Həsənli H. Faciələrin xronikası yaradılmalıdır. “Vətən səsi” qəzeti, 1 avqust 1991-ci il


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə