ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə71/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   67   68   69   70   71   72   73   74   ...   95

- 195 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
xidmət sahələrində və yaşıllaşdırma sahələrində çalışırlar. Ermənilərin özlərinə 
rəva görmədikləri işlərdə çalışdırılan yezidilər diskriminasiyaya məruz 
qoyulurlar. Əgər 1989-cu ildə İrəvan şəhərində 7086 yezidinin yaşadığı qeydə 
alınmışdısa, 2011-ci ildə 3268 yezidi qeydə alınmışdı. Şəhərlərdə yaşayan 
yezidilər öz evlərini dəyər-dəyməzinə satıb Rusiya şəhərlərinə köçmək 
məcburiyyətində qalırlar. 
Yuxarıda sadalanan faktlar kürdlərin Ermənistanda nə dərəcədə 
diskriminasiyaya və deportasiyaya məruz qoyulmalarının əyani göstəricisidir. 


- 196 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XVIII iddia
 
“Ermənilər rusların əbədi sədaqətli dostlarıdır”
Rusları həmişə özlərinin “böyük qardaşı” kimi təqdim edən, dəfələrlə onlara 
sədaqət andı içən və son 200 il ərzində Rusiyanın himayəsinə sığınan ermənilər 
öz çirkin niyyətlərinə çatmaq üçün zaman-zaman ruslara da arxadan zərbə 
vurmuşlar. Bu yazıda ermənilərin İran və Türkiyə ərazilərindən köçürülüb 
gətirilərək Cənubi Qafqazda məskunlaşmalarını təmin edən, onların tarixdə 
ilk müstəqil dövlət yaratmalarına səbəb olan ruslara qarşı törətdikləri terror 
aktlarından və qırğınlardan bəhs edilir. 
Bu gün özlərini dünyaya “məzlum millət”, “soyqırımına məruz qoyulan xalq” 
kimi təqdim etməyə çalışan ermənilər XIX–XX əsrlərdə təkcə türk-müsəlman 
əhaliyə qarşı deyil, eləcə də kürdlərə, yəhudilərə, habelə himayəsinə sığındıqları 
ruslara qarşı da terror və qırğınlar törətmişlər. XVIII əsrin əvvəllərindən 
etibarən Çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata 
keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə etmişdi. Rusiyanın 
hakim dairələri ermənilərdən daim bir alət kimi faydalanmış, eyni zamanda, 
“velikorus” mənafeyini ermənilərin “Böyük Ermənistan” iddialarından həmişə 
üstün tutmuşdular. Ruslar tarixin müəyyən dönəmlərində ermənilərdən 
istifadə edərək öz məqsədlərinə nail olduqdan sonra onları taleyin hökmünə 
buraxmışdılar. 
Yüz illər boyu Osmanlı İmperiyasından himayə görən ermənilərin 
türklərə xəyanət edərək, onlara arxadan zərbə vurmalarını ruslar heç vaxt 
nəzərdən qaçırmamışdılar. Ona görə də ruslar ermənilərin sədaqətinə 
qətiyyən inanmırdılar. Ermənilər rusların əleyhinə ilk terror əməliyyatını 
Rusiya imperatoru II Aleksandra qarşı həyata keçirmişdilər. 4 aprel 1866-
cı ildə II Aleksandra sui-qəsd edən və buna görə də edam cəzasına məhkum 
olunan inqilabçı-terrorçu Dmitri Karakozovun vaxtilə İrandan Qarabağa 
köçən Karakozovların (
Qaragözovlar) nəslindən olması barədə məlumatlar 
mövcuddur. XIX əsrin sonuncu rübündə Cənubi Qafqazda erməni separatizmi 
terroru güclənmiş, erməni kilsələri silah-sursat anbarına çevrilmişdi. 
Müəyyən mərhələlərlə İran və Türkiyədən Cənubi Qafqaza köçürülüb 
gətirilən ermənilərin özləri bu regiona gəlmə olduqları halda, Rusiya 
hökumətinin Qafqazda və Qars vilayətində ruslaşdırma siyasətinə qarşı 
çıxırdılar. Rusiya XIX əsrin 70-ci illərindən etibarən Cənubi Qafqazda və 


- 197 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Qars vilayətində kütləvi surətdə rus sektalarını məskunlaşdırmağa başlamışdı. 
Ermənilər rusların kütləvi surətdə məskunlaşdırılmasından ciddi narahat 
olur, hər vasitə ilə bu işə maneçilik törədirdilər. Xarici dövlətlərin, xüsusən 
də İngiltərə və Fransanın Qafqazda müstəqil dövlət qurmaq işində onlara 
yardım edəcəklərinə inanan ermənilər daha çox ərazilərə sahib olmaq üçün 
“Rusların Qafqazda məskunlaşdırılması üçün boş torpaqlar yoxdur!” şüarını 
irəli sürmüşdülər.
330
 
Rus tədqiqatçı-jurnalisti Vasili Veliçko Yelizavetpol quberniyasının Tərtər 
qəsəbəsində “dinc” və “mədəni” ermənilərin “iblis qəddarlığı” ilə rusların başına 
gətirdikləri faciəni ürək ağrısı ilə təsvir etmişdi. V.Veliçko yazırdı ki, Tərtər 
kəndində onlarca rus ailəsinın məskunlaşdırılmasından sonra ətraf kəndlərdə 
yaşayan ermənilərin nümayəndəsi gələrək ruslardan tələb etmişdi ki, qəsəbəni 
tərk etsinlər. Sonra isə əli xəncərli erməni bandaları rusların içməli su gətirdikləri 
yolu kəsmiş, rusların məcbur qalıb içməli su kimi istifadə etdikləri çaya peyin, 
heyvan cəmdəkləri tökmüş, hər cür zibillə onu müntəzəm zəhərləmişdilər. Daha 
sonra V.Veliçko yazır ki, bütün bunlardan sonra qəsəbədə elə xəstəlik yayılır ki, 
düşünəndə adamın tükləri biz-biz olur. İnsanlar diri-diri çürüməyə başlamış, 
bədənlərini üfunətli yara bürümüş, dözülməz dərddən qup-quru qurumuşdular. 
Tərtərə göndərilən erməni həkimi cəhənnəm əzabına düçar olan ruslara dava-
dərman vermək əvəzinə demişdi: “
Rədd olun, rus köpəkləri, yoxsa hamınız 
qırılacaqsınız”. Bu kəndin əhalisinin üçdə ikisi tamamilə qırılmış, qalanları 
qaçıb getmişdilər.
331
Göründüyü kimi, rusların himayədarlığı ilə gətirilib həmin regionda 
yerləşdirilən ermənilər özlərinə yer elədikdən sonra nəinki aborigen 
azərbaycanlılara, habelə rusların özlərinə də qənim kəsilmişdilər. 1887-ci 
ildə Q.Qolitsının Qafqazın baş rəisi təyin edilməsindən sonra Eçmiədzin 
katolikosluğuna, xüsusən də erməni siyasi təşkilatlarına qarşı münasibət kəskin 
şəkildə dəyişmişdi. Q.Qolitsın erməni siyasi partiyalarının, erməni kilsəsinin və 
onun nəzdindəki məktəblərin terror yuvasına çevrildikləri qənaətinə gəlmişdi. 
Onun qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin 
əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi 
haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən 
sonra başda bütün ermənilərin katolikosu Mkrtıç Xrimyan olmaqla, erməni 
siyasi təşkilatları çar məmurlarına qarşı sui-qəsdlər və terror aktları həyata 
330 
 Шавров Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам.  
Баку: Элм, 1990
331 
 Величко В. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку: Элм, 1990


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə