ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə35/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   31   32   33   34   35   36   37   38   ...   154

Ərşad Namazalı  

 

 



104 

ö

vladı olmadığına görə Əfsəri uşaqlıqdan övladlığa götürüb, Bakıya 



köç

ərək onu oxudub, boya başa çatdıraraq, öz soy adlarını vermişlər. 

1865-ci ild

ə  atam  –  Əhməd Bəy  Cavanşirov  –  Cəbrayıl 

uyezdinin 

Araz  çay  qırağı  sahəsinə  müvəkkil təyin olunur. Atam 

Araz çay qırağı sahələrə baxış zamanı Arazdan bu taya uzanıb gələn 

susuz çöll

ərə kanal çəkmək fikrinə gəlir. 

Bu fikri h

əyata keçirməkdən  ötrü  Əhməd Bəy  Şuşaya  uyezd 

canişini  Krinitskinin qəbuluna gedir. Krinitski kanal  çəkməyə 

Əhməd Bəyə icazə verir. 

Əhməd Bəy  İrandan  kankanlar  çağırtdırır,  su  çəkmək üzrə 

t

əcrübəli  ustaları  başına  toplayır,  Arazın  sahillərini dərindən tədqiq 



etm

ək üçün ekspedisiya təşkil  edir.  Bu  dəstə  onun  şəxsi hesabına 

günl

ərlə  Arazın  sahillərini gəzib  dolaşırlar.  Nəhayət,  daşqınlar 



başlayarkən suyun təzyiqi  kanalın  yatağını  dağıtmasın  deyə  Maral-

yuan k


əndin  yanında  bir  yer  tapırlar.  Bundan  sonra  Əhməd Bəy 

Horadiz, Maralyan, Cocuq M

ərcanlı,  Qazaxlar,  Molla  Məhərrəmli, 

Arayatlı  və  Babı  kəndlərinin  camaatını  toplayıb  bu  su  kəmərin 

əhəmiyyətini izah edir və  təklif  edir  ki,  bu  işə  kömək etməklə, bu 

im

əcilikdə  iştirak  etsinlər. Kənd  camaatı  Əhməd Bəyin fikrini 



b

əyənir, təklifi qəbul edir və müəyyən vaxt ərzində hər evdən bir işçi 

verm

əyi  razılıq  verirlər. Eyni zamanda Əhməd bət belə  şərt  irəli 



sürü

r ki, bu kanalın suyu axıb sahələri suvarmağa başlayandan sonra, 

im

əcilikdə iştirak etmiş evlərdən beş il vergi almayacaqlar. Bu şərtlə 



işə  başlanılır  və  hamı  bir  nəfər kimi can-başla  bu  çətin  işin  həyata 

keçm


əsinə çalışırlar. 

N

əhayət 1867-ci  ilin  Novruz  bayramı  ərəfəsində  Araz  kanalını 



istifad

əyə verirlər. Həmin ildən kanal keçən ərazinin camaatı hər cür 

d

ənli bitkilər  əkirlər və  nəticə  çox  əla  idi. Suyun sayəsində  quru 



çöll

ər cana gəlib göyərir.  Əhməd Bəyin  bu  çalışqanlığı  sayəsində 

Araz  qırağı  kəndlər  varlanır,  abadlaşır,  gözəlləşir  və  böyüyür, eyni 

zamanda k

ənd  adamları  köçəri həyatdan  əl çəkib oturaq həyat 

sürürl


ər.  

 



Horadiz s

əni unutmadım... 

 

 



105 

BURĞA BULAĞI 

Burğa  bulağı  –  Horadiz kəndində  qeydə  alınan  hidronimlərdən 

biridir. Bulaq yerin altından öz gücünə çıxan su mənbəyidir. Horadiz 

k

əndindən  2  km  şərqdə  Burğa  dərəsində  yerləşir  və  Zaqun 



d

ərəsindən  çıxan  torpaq  yol  Burğa  bulağına  gedir.  Burğa  bulağın 

yanında bağ və toyuq ferması var. 

Burğa bulağının çox sərin və şirin suyu var. 

 

DƏLİ ÇAY 

D

əli çay –  öz mənbəyini kəndimizdən  6  km  şimalda  yerləşən 



Düldül

ə  dağından,  yağış  sularından  götürüb  gələrək Horadiz 

k

əndimizin quzey tərəfilə, Qozlu çayla paralel kəndin içindən 



keç

ərək  öz  səmtini  Abışlı  bağı  ilə  Təpə  kəhrizin  arasında  itirərək 

kolxoz 

bağına yayılır. 



“D

əli”  sözü  “şıltaq”  mənasında  işlədilir. Çünki, Dəli çay əksər 

vaxtları  quru  olur,  amma  leysan  yağışlar  tökəndə  dəliliyi  tutduğu 

üçün, el 

arasında “Dəli çay” adlandırılmışdır. 

Bel


ə dəliliklərdən biri də 1957-ci il oktyabrın 27-də axşam saat 

21-d


ə baş vermişdi. O günü leysan yağışından sonra güclü sel daşqını 

g

ələrək  çay  qırağı  evləri  basaraq  uçurmuş,  neçə-neçə  evləri yer 



üzünd

ən silib aparmış və bu evlərdə yaşayan 11 nəfər kənd sakinləri 

suda  boğulmuş,  hətta kolxozun mədəni tövləsində  olan yüzlərlə 

sağılan cins inəkləri tövlə ilə birlikdə dağıdıb aparmışdı. Fin evində 

olan  kolxoz  süd  emalı  sexini,  sexdə  işləyən Müseyib Vəliyevlə 

birlikd


ə çay aşağı apararaq ağaclara vura-vura dağıtmışdı.  

H

əmin bu faciədə  həlak  olanları  oktyabrin  28-də  Horadiz 

q

əbiristanlığında yan-yana qardaşlıq məzarı kimi dəfn etdilər. 

D

əfn olunanlar aşağıdakılardır: 

1. Allacova M

ələk Həsənqulu qızı, 

2. N

əcəfov Cəmil Şəmil oğlu (Mələyin oğlu), 

3. 

Novruzova Leylan Muxtar qızı (Cəmilin arvadı), 

4. N

əcəfov Şəmil Cəmil oğlu (Cəmilin 6 aylıq oğlu), 

5. 

Novruzova Leylan Əhəd qızı, 

6. 

Novruzov Əvdil Muxtar oğlu, 

7. 

Əzizov Kamran Bəhram oğlu, 


Ərşad Namazalı  

 

 



106 

8. Abdullayeva Leyli, 

9. Abdullayeva Xan

ım (Leylinin qızı), 

10. Abdullayeva Simuz

ər (Xanımın qızı), 

11. V

əliyev Müseyib (Vəliyev Bayrışın qardaşı). 

           

Allah hamısına qəni-qəni rəhmət eləsin! 

 

DÖRDÇİNAR KƏHRİZİ 

Dördçinar k

əhrizi  –  Dördçinar və  Hüngütlü kəndlərindən 100 

metr  yuxarıda,  Qozlu  çayın  sol  tərəfində  fəaliyyətdə  olan bol sulu 

k

əhrizdir. Kəhrizin suyu olduqca şəffaf, göz yaşı qədər duru və çox 



soyuqdur, h

ətta suyun içərisindəki  qumları  saymaq  olardı.  Onun 

suyunda bir d

əqiqə  barmaq saxlamaq olmurdu. Kənddə  bu kəhrizə 

onun suyunun bolluğuna görə dəyirman işlədən kəhriz də deyirdilər. 

      D


əyirman boynundakı un dəyirmanına xüsusi arx çəkərək, onu su 

il

ə təmin edib işlədirmişlər, həm də Dördçinar bağı bu kəhrizin suyu 



il

ə  suvarılırdı.  Qabaqlar Dördçinar kəhrizi ilə  bərabər    Musabəyli 

k

əndi ilə sərhəddə Baş kəhriz və Hüngütlü kəhrizi olub. 



K

əhriz qrunt suların toplanıb yer üzünə çıxmaq üçün, Musabəyli 

k

ənd  bağının  altından,  peşəkar  kankanların  vurduğu  şaquli  quyular 



v

ə  üfiqi  lağımlar  qazılaraq  Dördçinar  kəndinin  baş  tərəfindən yer 

üz

ərinə çıxarılaraq istifadə edilirdi. 



Dördçinar k

əhrizinin  hesabına  Dördçinar  bağının  yaşıllığı  göz 

oxşayırdı. 

 

GÖLBAĞ BULAĞI 

Gölbağ  bulağı  –  Horadiz  kəndindən  qərbdə,  Gölbağ  dərəsində,  

k

ənddən  1  km  aralıda  qeydə  alınan  hidronimlərdən biridir. Bu 



bulağın  adı  ulularımızın  dediyinə  görə  bulağın  aşağı  hissəsində  göl 

var imiş və bu göldəki yığılmış su ilə bağı suvarırmışlar. Ona görə də 

bu bura Gölbağ bulağı adlandırılmışdır.  

Gölbağ  bulağının  yanında  bağ  və  toyuq  ferması  var  idi.  Bu 

fermada 

Şurya kişi müdir işləyirdi. Burada yaşayış üçün ev də vardı 

v

ə kənddən aralı olduğundan, necə deyərlər “dərə xəlvət, oğru bəy” 



kimi b

əzi cavanlar bura yığışaraq qumar oynayardılar. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə