Horadiz s
əni unutmadım...
113
MUXTAR
KƏHRİZİ
Muxtar k
əhrizi – Nəcəflilər məhəlləsindən, şaquli quyularla və
üfiqi lağımlarla qazılıb, çıxışı əvvəllər Qarağan təpə ilə Dəli çay
arasında 1950-ci ilə kimi Təpə kəhrizlə birləşərək “Qoşa kəhriz”
adlanırdı. Sonralar Muxtar kəhrizin çıxışını ayıraraq Dəli çaya tərəf
yön
əldiblər. Muxtar kəhrizi Nəcəflilər məhəlləsində yaşamış kənd
ağsaqqalı Muxtar kankanın və kənd kankanların köməyilə başa
g
əldiyi üçün bu kəhrizə “Muxtar kəhrizi” adı vermişlər.
NAMAZALI
KƏHRİZİ
Namazalı kəhrizi – kəndin ortasında, Əziz kişinin bərəsindən
k
əndin içərisinə gedən yolla, Aralıq yolun birləşdiyi yolayrıcındadır.
Namazalı kəhrizi
Bu k
əhrizi XVIII-əsrin sonlarında Horadiz kəndində qədim
Namazalılar tayfalardan olan, Kəndxuda Namazalı babamızın səxsi
v
əsaiti hesabına başa gəldiyi üçün “Namazalı kəhrizi” adlandırılıb.
Namazalı kəhrizinin quyuların başlanğıcı Calal dərəsindən
başlayaraq, Namazalıların, Kərbala İsmayılların, Fərzalı uşağının,
Soltanovların və Eyvazovların həyətindən keçərək, Bəylərov
Ərşad Namazalı
114
Abbasqulunun evinin arxasında yer səthinə çıxır. Kəhrizin ətrafı sal
daşlarla hörülmüşdür və üç yerdən su ovuca oxşar yonulmuş
daşlardan tökülürdü. Kəhrizdə su götürənləri, qab-qacaq yuyanları,
paltarları təmiz suya çəkənləri qızmar gündən qorunmaq üçün –
üstünü d
əmir örtüklə bağlamışdılar.
Namazalı kəhrizinin buz kimi suyu vardı. Bu su labaratoriyadan
keç
ərək ən saf su kimi təsdiqini tapmışdır. Yay vaxtı kəhrizin
yanından ötən
hər şəxs, buz kimi sudan içməmiş getməzdi. Səhər-
axşam kəhrizin başı qız-gəlinlərlə dolu olardı. Səhəngdə su aparan
qızlar, qab-qacaq yuyan gəlinlər bir-birilə xısın-xısın söhbət
ed
ərdilər. Bəzən də cavanlar öz sevgililərini görməyə kəhriz başına
g
ələrdilər. Neçə-neçə qızların bu kəhrizdən qaçırılmasının şahidi
olmuşam və onlar xoşbəxt ailə qurmuşlar.
Namazalı kəhrizi ilə əlaqədər bir hadisəni Fatma Rza qızı
Mehdiyeva
xatırlayaraq deyərdi: “Günlərin birində, kəhriz başına
qız-gəlinlərin toplaşan zamanı, bir neçə atlı yaxınlaşaraq qızlardan
bir içim su ist
əyirlər. Başında papaq, çiynində tüfəng, belində
k
əmər olan igid, qızlardan yenə su istəyir. İsmətli, həyalı kənd
qızları ondan çəkinərək, su vermirlər. Bunu hiss edən igid atdan
düşür, qızlar qorxmasın deyə papağını başından götürür və saçı
tökülür çiynin
ə. At belində olan igid gözəl xanım imiş. Sudan
doyunca içdikd
ən sonra o, gözəl Qaçaq Nəbinin Həcəri olduğunu
söyl
əmişdir”.
Horadiz k
ənd zəhmətkeşlərinə pambıq və üzüm sahələrində
çalışanlara istifadə üçün, qabaqlar çəlləklərə doldurub öküz arabası
il
ə, sonralar, yəni 1955-ci illərdən sonra kolxozun 2 ədəd xüsusi su
daşıyan avtomobillərində daşıyardılar.
Sürücül
ərdən: Əmir Aslan oğlu Orucov və Əvdil Əbil oğlu
Ələkbərov həmişə kənd zəhmətkeşlərini içməli su ilə təmin edərdilər.
İsti yay günündə pambıq və üzüm sahələrində çalışan
z
əhmətkeşlər sərin sudan içdikcə, bu suyu gətirənlərin ölənlərinə
r
əhmət və yezidə lənət deyərdilər.
Horadiz k
ənd sakinləri neçə illərdir ki, köçkünlük dövrü,
Namazalı kəhrizin suyu üçün qəribsəyirlər.
İnşallah! Allah o suyu yenə bizlərə qismət edər! Amin!..
Horadiz s
əni unutmadım...
115
RZALILAR
KƏHRİZİ
Rzalılar kəhrizi – Horadız kəndinin yuxarı şimal hissəsində,
Füzuli –
Horadiz şosse yolundan 50 metr aşağıda Rzalılar məhəl-
l
əsində yerləşir. Bu kəhrizin inşa edilməsində birbaşa təşəbbüsü və
kankan kimi iştirakı ilə başa çatdırıldığına görə Rza kişinin (İs-
mayılov Qəmbərin atası) şərəfinə“Rzalılar kəhrizi” adı verilmişlər.
Az
ərbaycanda müxtəlif tayfalara mənsub olan nəsil və tirə adları
özünd
ə əks etdirən coğrafi toponim obyektlərinə tez-tez rast gəlmək
olur.
Bu k
əhriz öz mənbəyini Hüngütlü dağ sılsıləsindən başlayaraq
şaquli quyular və üfiqi lağımlar vasitəsilə keçərək yer üzünə bu
m
əhəllədə çıxır.
Rzalılar kəhrizinin suyu soyuq və şəffafdır. Kəhrizdən aşağıda
yerl
əşən Rzalılar və Namazalılar məhəlləsinin bağlarını habelə
Zaqun d
ərəsinin bağlarının suvarılmasında istifadə edilirdi.
SIZQA BULAQ
Sızqa bulaq – Horadiz kəndinin aşağı hissəsində, Taxta kör-
pünün yanında, Füzuli – Horadiz şosse yolunun qərb tərəfində qeydə
alınan hidronimlərdən biridir. Bu bulağın suyu kölxoz bağına axır.
Bulağın adı ilə bağlı “sızqa” sözü, yəni az-az axan, süzülərək axan
bulaq olduğuna görə belə adlandırmışlar.
Suyu s
ərin və şəffafdır.
TEŞNƏK BULAĞI
Teşnək bulağı – Horadiz kəndinin şimal-qərbində olan dəmyə
əkin sahəsində yerləşir. Həmin əkin sahəsinin başlanğıcında, Dəli
çayın üst tərəfində “Teşnək bulağı” var.
Deyil
ənlərə görə, teşnək sözü qismən təhrifə uğramışdır; əslində
söz
“teşnə” şəkildə yazılmalıdır. Teşnə sözü
“susamış, susuz”, “bir
şeyi çox istəyən” və sairə anlamında işlədilir. Bulaq yerin altından
qaynayıb çıxan su mənbəyidir. Teşnək əkin sahəsində işləyənlər üçün
bu bulağın böyük əhəmiyyəti vardır.