Horadiz s
əni unutmadım...
125
Bundan başqa burada “Aşura” mərasim-
l
əri keçirilirdi. Aşura yığışardılar və mollalar
İmam Hüseynin başına gətirilən müsibətlər-
d
ən danışar, həm də “Qurani Kərimin” ayələ-
rini v
ə mərsiyə oxuyardılar.
O zaman baş molla – Oruc Abdinov, mol-
lalardan
–
Hüseynqulu
Allacov, C
əlil
Mehdiyev, H
əsən Məmmədov, Süleyman İbi-
şov, Xanlar İbişov və Cabbar Hacıyev fəallıq
göst
ərərdilər. Məsciddə dini ayinləri – Alı
Şirinov, Bayramalı Ağayev və Əvdil Ələkbərov çox gözəl səslə
oxuyardılar. Hər axşam Molla Oruc İmam Hüseynin başına gələn
müsib
ətlərdən söylədikcə qadınlar “şaxsey-vaxsey”
deyərək
ağlardılar, kişilər isə sinə vurardılar. “Aşura günü” kənd camaatı və
ətraf kəndlərdən də İmam Pirinin qarşısındakı geniş meydana gələrək
bu m
ərasimdə iştirak etməyi hər kəs özünə borc bilərdi.
K
ənd qadınları isə evlərindən bir böyük qazan bişmiş xörək
g
ətirib ehsan verərdilər. Mərasim böyük izdihamla, “Qasım otağı”-nı
əllərində gəzdirərdilər. Sonra bir atlı əlindəki şallaqla “Müslüm
uşaqları”-nı vura-vura meydana gətirərdi. Sonra molla Oruc hündür
t
əpəyə çıxıb, günorta vaxtı İmam Hüseynin və onun 72 nəfər
silahdaşlarının qətl günü başlarına gələn hadisələri olduğu kimi geniş
danışardı, adamlar ağlaşardı, cavanlar özlərini zəncirlə vurardılar,
qadınlar və kişilər sinə vuraraq “Həsən-Hüseyn”
dey
ərək “şaxsey-
vaxsey” ed
ərdilər. Bundan başqa analar öz uşaqlarından da,
xüsusi
d
əlləyin ülgücü ilə başın alın hissəsindən çərtib, İmam Hüseynin
yolunda qan çıxarmaqla qurban verərdilər. Mənim anam atamdan
qorxaraq alnımdan yox, kürəyimdən ülgüclə üç dəfə kəsməklə
qan çıxarardı. Bu izdihamlı mərasimi görmək və orda iştirak etmək,
h
ər bir insana qəlb ağrısı ilə yanaşı, insanlara yaxınlıq, mehribançılıq
v
ə mənəvi ruh verirdi.
GÜNEY YATAQ
YERİ
Güney yataq yeri – Horadiz k
əndinin aşağısında, kolxoz bağının
qurtaracağından şərqə tərəf, Ocaq dərəsinin altında yerləşən,
Molla Xanlar İbişov
Ərşad Namazalı
126
qoyunların saxlanan yeridir. Burada çobanların gecələməsi üçün
yatacaq yerl
əri və qoyunlar üçün ağıllar vardı.
Güney yataqda kolxozun 2500 qoyunu saxlanılırdı və bu yatağın
müdiri –
Arif Ağamalı oğlu Namazalıyev idi.
ƏSƏD OCAĞI
Əsəd ocağı – Horadiz kəndində oroqrafik obyektlərdən biri
sayılır. Məlumdur ki, ocaq sözü “müqəddəs tapınaq yeri” kimi
m
ənalandırılır. Əsəd ocağı işğala qədər kənd adamların ziyarətgah
yeri olmuşdur. Əsəd ocağı – Fərəcanlı dərəsi ilə Bayalı dərəsi
arasında yaşayan Mirzalı oğlu Əsəd kişinin evinin arxasında olduğu
üçün k
əndlilər bu ocağa “Əsəd ocağı” adı vermişdilər. Əsəd kişi
Seyid Şuşinski ilə bir oxumuş və dostluq etmişdi.
Əsəd kişi bu ocağı daşla hörüb və abadlaşdırıb. Bu ocaq
müq
əddəs yer hesab edilir.
HORADİZ KƏND QƏBİRİSTANLIĞI
Horadiz q
əbiristanlığı – kəndin qərb tərəfində, Cəbrayıl
rayonunun Nüzgar k
əndinə gedən torpaq yolun cənubunda, Abışlı
bağın üstündə yerləşən tarixi qəbiristanlıqdır. Qəbiristanlıq yurdun
ən əvvəl yaddaşıdır, deyənlər yanılmamışlar. Kimlər gəldi, kimlər
keçdi? Bu sualın ən düzgün cavabı qəbiristanlıqdadır.
Q
əbiristanlıq Abışlı bağı tərəfdən başlayaraq 4 hissəyə bölünür;
1-ci hiss
ə: -
Bu aiddir İmam Pirindən sonra, Horadiz kəndinin ilk
yaranma dövrün
ə, yəni, qəbirlərin yeri təqribi bilinir ki, burada qəbirlər
var imiş.
2-ci hiss
ə: -
Bu y
əqin ki, mədəniyyətin və güzəranın nisbətən
k
ənddə inkişaf dövrünə aiddir, yəni burada qəbirlərin baş daşlarının
hündürlüyü 1,5 v
ə 2 metr idi, eləcədə baş daşların üzərindəki kitabələr
ərəb əlifbası ilə yazılardı. Orada daşla hörülmüş sərdabəli qəbirlər də
vardı.
K
ənd ağsaqqalı 80 yaşlı Fərman Yadigarov deyirdi ki, mən və
Molla Möhsün oğlu Həsən 1980-cı ildə bu qəbir baş daşlarında olan
yazı kitabələrini oxuduqdan sonra bildik ki, 2-ci hissə daş kitabələrin
üz
ərində olan yazılarda mərhumların ölüm tarixi 400-500 yaşı var.
Horadiz s
əni unutmadım...
127
Dem
əli, əgər 2-ci hissə qəbiristanlığın 400-500 yaş tarixinə
malikdirs
ə, üstə gəl mərhumların yaşı və 1-ci hissə qəbiristanlıq,
onda bel
ə çıxır ki, Horadiz kəndimizin 700-800 yaşı var, birdə üstə
g
əl “İmam Piri”-nin yanındakı yaşayışını IX əsrdən hesablasaq,
Horadiz k
əndinin 1100 illik yaşı təsdiq olunur. Bəlkə də çox...
3-cü hiss
ə: -
Bu m
əzarlıqlar I və II – Dünya Müharibələrinin ağır
dövrl
ərini əhatə edir. Belə ki, bu qəbirlər kəndin çətin günlərini,
camaatımızın maddi cəhətcə ağır, kasıbçılıq dövrünü göstərir. Bu
q
əbirlərin baş daşı əvəzi ancaq tut ağaclarından ibarətdir.
4-cü hiss
ə: -
Bu is
ə 1950-ci illərdən sonrakı dövrləri əhatə edir.
Bel
ə ki, qəbirlərin baş daşları adi daşlardan, sonralar yonulmuş
daşdan və üzərinə mərhumun adı, soy adı, ölüm tarixi yazılırdı. Daha
sonralar is
ə cilalanmış ağ daşlardan və baş daşlarda mərhumun şəkli,
h
əm də adı, atasının adı, soy adı, doğum və ölüm tarixi yazılardı.
Mürşüd Əmirovun qəbri qarşısında Əhliman İsmayılov
1970-ci ill
ərdən sonralar iri qara mərmərdən baş daşı və sinə daşı
qoyulmağa başladılar. Bu mərmərdən olan baş daşına mərhumun
şəkli həkk olunmaqla onun adı, atasının adı və soyadı, doğum və
ölüm tarixi yazılırdı. Döş daşına da mərhumun özünə və sənətinə
uyğun şerlər yazmağa başladılar.