Ərşad Namazalı
132
adamlarının inanc və ümid yeri, xətalardan, xəstəliklərdən, bəd
n
əzərdən uzaq olmaq üçün pirdir.
İmam Piri
İmam Piri bizim kənd adamlarının və ətraf Füzuli, Cəbrayıl,
Z
əngilan, Beyləqan rayonları, hətta uzaq yer adamlarıda bura inac
yeri, şəfa tapmaq üçün və sairə... ziyarətə gələrdilə.
Ulularımızın, ata-babalarımızın məlumatına görə, çox-çox
əvvəllər Horadiz kəndinin ilk sakinləri İmam Piri ətrafında məskən
salmışlar. Həmin yerdə indi də qədim ev yerlərinin xarabalıqları
qalmaqdadır. Onların dediyinə görə məlum olur ki, burada ilk
m
əskən salanlar: Yadigarlılar, Namazalılar, Toppuzlular və Təh-
miraz
lılar olmuşlar. Burada ilk yaşayanlar görmüşlər ki, dağın
başındakı qəbirdən gecələr işıq gəlir və gedib baxmaq istəyəndə, işıq
yox olur
muş. Bax elə buna görə də kənd adamları bu məzarı
möcüz
əli yer kimi qəbul ediblər və piranə yer adlandırılıb, ziyarətgah
kimi q
əbul olunub.
Bir neç
ə yüz illər bu məzarın ətrafına çəpər çəkilir,
sonralar
hasar ç
əkiblər ki, mal-heyvanlar ora girə bilməsinlər.
Horadiz s
əni unutmadım...
133
Yaşlı ağsaqqalların dediklərinə görə bu məzarda İmam Rzanın
qız nəvəsi uyuyur. Elə ona görə də bura “İman Piri” adlanıb.
K
ənd ağsaqqalı 80 yaşlı Yadigarlılar tayfasından olan Fərman
kişi deyirdi ki; “Bizim tirədən olan bir qadın axşam vaxtı ay işığında
h
əyətdə cəhrə ilə ip əyirərmiş. Elə bu zaman həyətə ağ atın üstündə
nurani bir atlı gəlir. Kişi salam verdikdən sonra deyir ki,
“Adamlarınıza xəbər ver buradan köçüb başqa yerə getsinlər, ona
gör
ə ki, İmam Pirinin ətrafını sizin heyvanlarınız, it və pişikləriniz
murdarlayırlar. İki gün ötəndən sora yenə gələcəyəm. Əgər burdan
tezlikl
ə köçməsəniz sizi böyük bəlalar gözləyir”.
Qadın bu xəbəri tezliklə ərinə söyləyir, o da öz növbəsində
qohum-
qonşulara çatdırır. Amma heç kim bu xəbərə inanmır və onun
sözün
ə əhəmiyyət vermir. Vədə vaxtı həmin nurani ağ atlı kişi gəlir,
adamlar yen
ə oradan köçüb getməyə razılıq vermir. Ancaq
Yadigarlılar, Namazalılar, Toppuzlular və Təhmirazlılar tayfaları,
indiki Horadiz k
əndinin mərkəzində olan “Qarağan təpə”-yə köçüb
g
əlirlər. İnanmayanlar öz evlərində qalırlar.
Heç
üç gün keçm
əmiş elə tufan-boran qopur ki, evləri darma-
dağın edir, xırmandakı taxılları külək sovurub aparır. Bunu görən
adamlar, t
ələm-tələsik yığışıb müxtəlif yerlərə köçürlər. Deyilənə
gör
ə bir hissəsi Beyləqan tərəfə, qalanları isə Dəvəçiyə köçürlər.
Qeyd: 1985-ci ild
ə avtobusla Qubaya istirahətə gedirdim və
yanımda avtobusda bir yaşlı kişi də oturmuşdu. O, kişi ilə söhbət
əsnasında mənim Horadiz kəndindən olduğumu bildikdə, çox sevindi
v
ə dedi ki, bizim də ulu nəslimiz vaxtı ilə Horadiz kəndindən gəlib.
Harda yaşadığını soruşdum? Dedi ki, bizim nəsil hal-hazırda Dəvəçi
rayonunun Baş Əmirxanlı kəndində yaşayır. Yəhya kişinin dediyinə
gör
ə, onun ulu babaları Dəvəçidən dəvə ilə qara nefti tuluqlara
doldurub apararmışlar bizim kəndə və taxılla, digər ərzaqla
d
əyişərmişlər. Beləliklə, kənd camaatı ilə dostluq və qohumluq
əlaqələri olduğundan, İmam Pirinin yanında faciə vaxtı köçüb Dəvəçi
(Şabran) rayonuna Baş Əmirxanlı kəndinə gediblər.
M
ən o vaxtı Yəhya kişinin sözlərinə bir o qədər də əhəmiyyət
vermirdim. Lakin m
ən Horadiz kəndi haqqında məlumat toplayanda
bu görüş yadıma düşdü və vacib bilib Baş Əmirxanlı kəndinə yola
Ərşad Namazalı
134
düşdüm. Yəhya kişini görmək üçün həmin kəndə iyirmi il sonra,
2007-
ci il sentyabrın 21-də gəldim, lakin görə bilmədim, çünki
dünyasını dəyişmişdi. Onun oğlundan bu barədə soruşdum, əfsuslar
olsun ki, onun m
əlumatı az idi. Bircə bunu dedi; “Hə, deyəsən elə bir
şey olub, ancaq ətraflı heç bir söz deyə bilmərəm”.
Hacı Qasım (İsmayılov Fərhad Şükür oğlunun əmisi) evli olsa da
övladı olmamışdı. Həccə ziyarət etdikdən sonra, öz vəsaiti hesabına
xeyriy
əçilik edərək, İmam Rzanın nəvəsinin məzarını ağ mərmərlə
hördürüb v
ə qəbrin ətrafını daşla tikdirərək üstünü örtdürür. O biri
günü g
əlib görürlər ki, otağın damı yerdədir. Yenə cəhd edib damın
üstün örtürl
ər və sabahı gün gəlib görürlər yenə də yerdədir. Ona
gör
ə də İmam Pirinin həmişə üstü açıq olardı. İmamzadə türbəsinin
giriş qapısının üstündə yazılıb:
“Bina Hacı Qasım bin Kərbalayi
İsmayıl və zövcəsi Məşədi Tövhənisə”. Ona görədə kəndimizdə
yaşlı kişilər and içəndə deyərdilər; “Hacı Qasımın tikdirdiyi İmam
haqqı”. Usta Tapdıq Hüsən oğlu İmanov deyir ki, 1973-cü ildə özüm
İmamdakı İmam Rzanın qız nəvəsinin qəbrinin üst daşın söküb
yenid
ən abadlaşdırdım, sinə daşın, ətraf daşların maili düzüb
sahmana saldım. O gecə yuxuda gördüm ki, mən
Həccə ziyarətə
getmişəm və orda İmam Rzanın və Həzrət Abbasın qəbirlərinin
yanındayam. İki baş daşın arasından baxanda gördüm ki, minlərlə
adamlar, H
əccə ziyarətə gələn möminlər dəstə ilə gedirlər, mən
qışqıraraq onları çağırdım və mənim səsimə dönüb hamısı mənə
baxd
ılar. Ondan sonra mənə məlum oldu ki, mən Həcc ziyarətində
qiyabi olmuşam və bu mənə böyük fəxrdir.
1980-
cı illər Teyyub Əyyub oğlu Həsənovun
təsis etdiyi “İnam”
sonra
“İmamzadə” xeyriyyə və abadlaşdırma cəmiyyətin hesabına
alınmış tikinti materiallarla İmam Pirinə çıxan pilləkənləri mən
tikmişəm. İmam bulağın yanındakı çərhovuzu tikdim və elə etdim ki,
bulağın suyu birbaşa hovuza tökülürdü.
Sonralar Teyyub
Əyyub oğlunun təşəbbüsü ilə, həm də yerli
adamların xeyriyəçilik məqsədilə yığılan maddi yardımın hesabına
İmam Pirinin qarşısında 18 kvm-lik giriş otağı, ziyarətə gələnlərin və
gec
ə qalanların istirahəti üçün tikdim və hər iki otağın üstünü şiferlə
örtdük. Sabahı gün gələndə gördük ki, məzar olan otağın üstü açılıb.